“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   2   3   4   5   6   7   8   9   ...   35

14 
 
görüşünün  İstanbul  bəyannaməsi  ilə  şuranın  təşkilatlanmasının  təməli  atılıb.  Türk 
şurası ilk zirvə toplantısını 2011-ci il oktyabrın 20-21-də Almaatada keçirib. 
Soyuq müharibədən sonra dəyişən nizam və AK Partiya rəhbərliyi çərçivəsində 
ümumi  olaraq  Cənubi  Qafqaz  siyasəti  araşdırılsa,  mədəniyyətlərin  geniş  nöqtəsində 
olan  və  bir  çox  mədəni  müxtəlifliyə  sahib  Cənubi  Qafqaz  Türkiyənin  olduğu  qədər 
digər  qlobal  aktorların  da  əlaqəsinin  toplandığı  bir  coğrafyadır.  AK  Partiyanın 
iqtidara  gəlməsindən  sonra  Türkiyənin  xarici  siyasətində  meydana  gələn 
dəyişmələrdən  Cənubi  Qafqaz  və  xüsusiləşdirsək  Gürcüstan  ilə  mövcud  əlaqələr  də 
təsirlənmişdir.  Onsuz  da  hal-hazırda  ümumi  mənada  problemsiz  gedən  əlaqələr  iki 
ölkənin  sosial-iqtisadi  və  siyasi  maraqlarına  uyğun  olaraq  yenidən  nəzərdən 
keçirilməyə  başlanmışdır.  AK  Partiya  hökuməti  özündən  əvvəl  iqtidara  gələn  digər 
rəhbərliklər  kimi  Türkiyənin  Orta  Asiyaya  açılan  qapısı  olan  və  276  kilometrlik 
sərhəd qonşusu Gürcüstanın əhəmiyyətinin fərqinə varmışdır. Ancaq bəzi əskiklər və 
əlaqələrin  istənilən  nöqtədə  olmaması  Ankara-Tiflis  arasında  yeni  təmasların 
meydana gəlməsini lazım bilmişdir. 
Türkiyənin  Qafqazdakı  ikinci-ən  az  Azərbaycan  qədər  önəmli  digər  müttəfiqi 
Gürcüstandır.  Türkiyə  1991-ci  ildə  Sovet  İttifaqının  dağılmasından  dərhal  sonra  16 
dekabr  1991-ci  ildə  Gürcüstanın  müstəqilliyini  tanımış,  21  may  1992-ci  ildə  də  iki 
ölkə  arasında  diplomatik  əlaqələr  qurulmasına  dair  Protokol  imzalanmışdır.  İki 
ölkənin  Ankara  və  Tiflisdəki  səfirliklərinin  yanında,  Türkiyənin  Batumidə, 
Gürcüstanın  isə  İstanbul  və  Trabzonda  konsulluqları  vardır.
12
  Gürcüstanın  həm  də 
İzmir  və  Samsun  şəhərlərində  Fəxri  konsulları  var.  Ən  axırıncı  dəfə  2014-cü  ilin 
yanvar ayında  Türkiyənin o zamankı prezidenti Abdullah Gül Gürcüstan prezidenti 
Georgi Marqvelaşvilini 
Türkiyədə qəbul etmişdir. İkili ortaq mətbuat konfransı təşkil 
etmişdir.  
AK  Partiya  iqtidara  gəldiyi  zaman  Gürcüstanda  Şevardnadze  prezident 
vəzifəsində  idi.  Ancaq  Şevardnadze  rəhbərliyi  Gürcüstan  ictimaiyyətində  tez-tez 
tənqid  edilmiş,  Gürcüstan  küçələrində  nümayişlər  keçirilirdi.  2003-cü  ilin  noyabr 
ayında  Gürcüstanda  təşkil  edilən  ümumi  seçkilərdə  də  qeyri-obyektivlik  edildiyi 
                                                           
12
 Demirağ, Yelda, “Türkiye-Gürcistan ilişkileri” Nobel Yayınevi, 2007, s. 269-296 


15 
 
səbəbiylə  qiyamlar  başlamışdır.  Gürcü  xalqının  bu  reaksiyasının  davamı  olaraq 
"Məxmər  inqilabı"  və  ya  digər  bir  adıyla  "Gül  inqilabı"  olaraq  bilinən  hadisə  ilə 
Şevardnadze rəhbərlikdən ayrılmaq məcburiyyətində qalmışdır. Eyni zamanda gürcü 
separatçı bölgələrində də tez-tez qiyamlar meydana gəlməyə başlamışdır. Türk xarici 
siyasət  nümayəndələri  Acara  bölgəsinin  lideri  Aslan  Abaşidzeyə  daxili  qarışıqlıq 
çıxarıb  ölkənin  sabitliyinin  pozulmaması  istiqamətində  məsləhətdə  vermişlər.  
Gürcüstanın  içində  olduğu  bu  vəziyyətə  türk  xarici  siyasəti  nümayəndələri  qeydsiz 
qalmayaraq  bu  şərhi  etmişlər:      "Türkiyə  seçkilər  sonrasında  meydana  gələn 
inkişafların, əlaqələrimizi mükəmməl səviyyədə davam etdirərək gəldiyimiz bu qonşu 
ölkənin  rifahına  təsir  etməməsini  və  dost  Gürcüstanda  dinclik  və  birliyin  ən  qısa 
zamanda  hakim  olmasını  ürəkdən  arzu  edir.  Türkiyə  çətinliklərin  siyasi uzlaşmanın 
təmin edilməsi surətiylə aşılacağına və Gürcüstanın demokratiya yolunda irəliləməyə 
davam edəcəyinə inanır. "
13
 
Şevardnadze  rəhbərlikdən  ayrıldıqdan  sonra,  4  yanvar  2004-cü  il  tarixində 
keçirilən seçkilərdə Saakaşvili prezident seçilmişdir. Türk millət vəkilləri bu seçkidə 
müşahidəçi  statusunda  olmuşlar.  Ardınca  yeni  Gürcüstan  prezidenti  Saakaşvili  20 
may  2004-cü  ildə    Türkiyəyə  səfər  etmişdir.  Gürcüstan  prezidenti  səfəri  zamanı 
Ankara-Tiflis  arasındakı  əlaqələrin  sosial-iqtisadi  və  siyasi  baxımdan  gələcəyinə 
toxunarkən  separatçı  bölgələrdəki  problemlərdən  bəhs  etmişdir.  Eyni  zamanda 
Saakaşvili  Gürcüstanda  müstəqilliyin  və  sabitliyin  təmin  edilməsi  məqsədiylə  Qərb 
ilə əməkdaşlığa verilən əhəmiyyət ilə Türkiyənin bu mövzudakı yerini ifadə etmişdir. 
O  dövrün  prezidenti  Əhməd  Necdət  Sezər  isə  türk  rəhbərliyinin  Gürcüstan 
Respublikasının  ərazi  bütövlüyünə  duyduğu  hörmət  ilə  Qafqazda  sabitliyin  təmin 
edilməsinə istiqamətli diləklərini ifadə etmişdir. 
AK  Partiya  iqtidara  gəldikdən  sonra  Cənubi  Qafqaz  ilə  əlaqələrini  nəzərdən 
keçirməyə  başlamışdır.  Bu  nöqtədə  uzun  illərdir  aralarındakı  problemləri  həll  edə 
bilmədiyi  Ermənistan  ilə  əlaqələrdə  də  yeni  siyasətlər  yaradılmağa  çalışılmışdır. 
Türkiyə  diplomatik  əlaqələri  olmayan  Ermənistan  ilə  bürokratik  işləri  uzun  illər 
Moskva  səfirliyi  üzərindən  etmişdir.  Türkiyə  2005-ci  ilin  mart  ayında  bürokratik 
                                                           
13
.
 
Turkey´s Political Relations With Georgia , http://www.mfa.gov.tr/turkey_s-political-relations-with-georgia.en.mfa, 02.07.2011
 


16 
 
əməliyyatların  daha  funksional  bir  şəkildə  getməsi  üçün  Ermənistan  ilə  əlaqələrini 
Rusiya  yerinə  Gürcüstan  üzərindən  icra  edəcəyi  qərarını  açıqladı.  Türk 
səlahiyyətliləri  tərəfindən  funksionallıq  səbəbi  irəli  sürülsə  də  əslində  bu  vəziyyətin 
Ermənistan  ilə  Rusiya  arasındakı  sıx  əlaqələr  və  Türkiyənin  bu  vəziyyətdən  mənfi 
təsirlənməsinə  bir  reaksiya  olaraq  yaradıldığı  tənqidləri  edilmişdir.  Mövzu  ilə 
əlaqədar Xarici İşlər Nazirliyi spikeri Namık Tan bu şərhi etmişdir: 
"Dialoq  prosesinin  tələb  yazışmalarının  edilməsi  və  rəsmi  olaraq 
tanımadığımız  bu  ölkə  ilə  lazımlı  digər  təmasların  davam  etdirilməsi,  bu  çərçivədə 
vətəndaşlarımızın  problemlərinin  aradan  qaldırılmasında  Ermənistana  qonşu  olan 
Gürcüstan paytaxtındakı Tiflis səfirliyimizin Moskva səfirliyimizlə müqayisədə daha 
funksional mövqedə olduğu nəticəsinə gəlinmişdir." 
Türkiyə-Gürcüstan  arasındakı  əlaqələrdə  hərbi  mövzular  da  böyük  əhəmiyyət 
kəsb  edir.  Gürcüstan  müstəqilliyini  qazandığı  andan  etibarən  Rusiya  ilə  mövcud 
əlaqələrinə görə Qərb təşkilatlarına inteqrasiya etməyi qarşısına məqsəd qoymuşdur. 
İnteqrasiya üçün ən əhəmiyyətli beynəlxalq təşkilatlardan biri isə NATO-dur. NATO-
ya  üzv  olan  və  ABŞ  ilə  birlikdə  Cənubi  Qafqazda  sabitlik  meydana  gəlməsini 
reallaşdırmağı məqsəd qoyan Türkiyə Gürcüstanın demokratiyanı tam mənasıyla təsis 
edib, beynəlxalq təşkilatlara üzv olmasını dəstəkləyir. Ankara-Tiflis arasındakı hərbi 
əlaqələrin təməli 1997-ci ildə imzalanan bir hərbi əməkdaşlıq razılaşmasına əsaslanır. 
Bu  müqavilənin  imzalanmasının  ardından  1998-ci  ildən  etibarən  Türkiyəyə  təhsil 
almaq  məqsədiylə  gürcü  zabitlər  gəlməyə  başlamışdır.  Bunun  xaricində  Türkiyənin 
Gürcüstana hərbi məqsədlərlə etdiyi yardımın 40 milyon dolları keçdiyi ifadə edilir.  
Türkiyənin  hərbi  baxımdan  Gürcüstan  ilə  əlaqələrində  müzakirə  edilən  bir 
digər  mövzu  isə  2008-ci  il  avqust  ayında  Rusiya  və  Gürcüstan  qüvvələri  arasındakı 
müharibədir.
14
  2008-ci  ilin  avqust  ayının  ilk  günlərindən  Cənubi  Osetiya  və 
Gürcüstan arasında qarşıdurmalar başlamışdır. Cənubi Osetiyanın müstəqilliyini elan 
etməsinin  ardından  avqustun  8-inin səhəri  gürcü  güclər Cənubi  Osetiyaya  girmişdir. 
Hadisənin ardından Rusiyada hərbi birliklər və tanklarla Cənubi Osetiyaya Gürcüstan 
qarşısında girməsiylə, vəziyyət daxili iğtişaşlardan çıxıb beynəlxalq bir hal almışdır. 
                                                           
14
 Ahmet Davutoğlu, Stratejik Derinlik: Türkiye’nin Uluslararası Konumu, Küre Yayınları, İstanbul 2001; 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə