Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   14   15   16   17   18   19   20   21   22

52 

 

Saat 10-da məlum olur ki, Velikokinyajski, Olqinski və Marinski küçələr 



bolşeviklər tərəfindən işğal edilib şəhərin aşağı hissəsi ilə əlaqə kəsilmışdir. Saat 

11-də erməni nümayəndəsi doktor Ter-Zaxaryan müsavat idarəsinə milli komitəyə 

gəlib demiş ki, erməni milli 

komitəsi 

Metropola 

yığışmışdır ki, müsəlmanlar 

ilə  bir  yerdə  bolşeviklərin 

qarşısına  çıxmaq  üçün  şura 

etmək  istəyirlər.  Və  əlavə 

etmişki: Bizim Şura qoşunu 

ilə heç bir əlaqəmiz yoxdur, 

bu  siyasi  bir  mübarizədir, 

çalışmalı  ki,  bu  mübarizə 

hər 


iki 

millətə 


zərər 

yetirməsin. 

Bu  zaman  müsəlmanlar  müavinət  etmək...  Milli  Komitədən  Əlimərdan 

bəy  Topçubaşov,  Əbdüləlibəy  Əmircanovu,  Ağahüseyn  Tağıyevi,  Yusifəli 

Əliyevi:  müsavatdan  Əmin  Məmmədovu;  Səməd  bəy  Əliisgəndərovu,  Əsədulla 

Əhmədovu  oraya  göndərirlər.  Axşam  saat  səkkizdə  səkkiz  nəfər  müsəlman  bir 

nəfər  erməninin  sözünə  görə  Metropola  əzimət  edirlər.  Müsəlmanlar  və  erməni 

milli  komitəsi  bu  yerədək  ermənilərə  inanırdılar.  Vəkilləri  erməni  saldatları 

gülləyə  basdığından  bunlar  qayıdırlar,  sonra  Ter-Zaxaryan  telefon  ilə  Metropola 

Ter-Mikaelyans  və  Taqiyanosov  ilə  danışar  və  qərar  qoyarlar  ki,  səhər  saat  7-də 

yığışsınlar.  Eyni  zamanda  ermənilər  söz  verirlər  ki,  emıəni  hissəsində  olan 

müsəlmanları  mühafizə  edəcəklərdir.  Müsəlman  hissəsində  olan  erməniləri  də 

müsəlmanlar mühafizə etsinlər. 

.  Müsəlmanlar  bu  barədə  məhəllələrə  əmr  verirlər.  Saat  5-də  bildik  ki, 

bizi  aldatmışlardır.  Bunlar  bir  tərəfdən  bizimlə  danışığa  girişdiyi  halda  digər 

tərəfdən Şaumyan və eserlər ilə barışığa girmişlərdir. Bunlar qət etmişlər ki, bizi 

aldadıb bütün ixtiyarı əllərinə alsınlar. 

Müsavatın  birinci  şöbəsindən  bildirildi  ki,  ermənilər  hücum  edirlər  və 

zirehli  avtomobillər  Müsavat  qarşısında  dayanıb  onları  gülləyə  basır  və  bir neçə 

müsəlmanı küçəyə çağırıb öldürmüşlərdir. Müsəlmanlar icra komitəsinə müraciət 

ilə nə üçün belə edilir dedikdə: sizə belə lazımdır deyə Qaraxanyan cavab verirmiş. 

 

“Azərbaycan” qəzeti №” 147, 31 mart 1919. 

 

 

 



53 

 

18-31 mart 

 

Bu gün 18-31 mart hadiseyi-ələmkiyyəsi  sənəyi-dövriyyəsi münasibətilə 



Azərbaycan türk-islamları milli matəm elan ediyorlar. 

Bu  gün  bütün  hökumət  və  cəmaət  idarələri,  məktəblər,  qəzetlər,  bazar, 

dükan,  emalatxana  və  sayir  müəssisələr  tətil  ediyorlar,  şəhərdə  həyat 

dayandırılıyor. Zira: 

Bu gün gözəl ideya, böyük şüar altında qara fikir yürütən bir taqım alçaq 

qara  güruhun  əlində  məqtul  düşənlərin  illiyidir.  Bu  matəmdə  azərbaycanlılar 

məscidlərə  yığılaraq  günahsız  ölənləri,  irz  və  namusuna  toxunulan  məzlumları, 

canilər  əlində  tələf  olmuş  məsum  cocuqları  yad  edəcək,  Quran  oxuyacaq, 

məlumlara rəhmət, zalimlərə lənətxan olacaqlardır. 

Təzə  Pir  məscidində  -  həmən  keçən  il  bu  günlərdə  düşmən  mərmiləri 

dəydikcə, yaralanan pəhləvan kibi nərə çəkərək güya zəban halilə “Ey türk milləti! 

Namusun qəbul etməsin; Allah, götürmə bu zülmü!” deyə  fəryad edən bu böyük 

məscidin həyətində cəm kəsirin iştirakilə ictima tərtib verəcəklərdir. 

Fəqət Azərbaycan türkləri bu matəmdə yadlarından çıxarmamalıdırlar ki, 

keçən  il  ibtida  Bakıda  və  Şirvanda,  daha  sonra  Qubada  və  sair  yerlərdə  bizim 

başımıza  gələn  müsibətlərin  təsirlərinin  çoxu  özümüzdədir.  Həm  də  o  mənayəni 

cəmaətimizin  bir  qismi  məsqə  geymiş  canilərə  inanaraq  onlarla  sosyalist  kibi 

rəftarda bulunmaqla özlərini aldatmış oldı: nə o mənayə ki, cəmaətimizin bir qismi 

məhzi firqəbazlıq xatirinə özünü üzə çıxarmaq və şərəfi-müqabili nəzərdən salmaq 

niyyətilə xalqı yoldan çıxardı. Heç bir fıtnə və fəsaddan çəkinmədi. 

Doğrudur,  həyatımızda  bu  mövsuf  amillər  böyük  rollar  oynadılar, 

doğrudur on minlərcə günahsız olan vətən övladı bu hərəkətlərin qurbanı oldu! 

Lakin  bir  şeyi  xatırda  tutmalıdır.  Bizim  zəifliyimiz  və  düşmənin 

güclülüyü,  bizim  aramızda  firqənin  təfriqə  kibi  təəlliyisi,  dillərdə  əzbər  olan 

ittihadsızlığımız və sayirə həp iki şeydən nəşət etmişdir: 

İdrak və etirafi-milliyyə yoxluğu və sadəlövh, saf durunluğumız. 

Həyat bir məktəb və tarix bir ayineyi-ibrətdir yaşayışın. Acı həqiqətlərinə 

açıq gözlə baxalım da. 

-  İşləmiş  olduğumuz  xətaları  islah  edəlim,  əks  surətdə  belə  faciələr 

həyatimizdə təkrar-təkrar oyana bilər. 

Keçən  il  haman  bu  günkü  gün  müsəlman  türk  firqələri,  cə-maəti  sakit 

etmək məqsədilə buraxmış olduqları bir intibahnamədə. “erməni qonşularımız dəxi 

bu məsələdə bizimlə bərabərdirlər” yazmışdılar. Halbuki dörd saat sonra başlanmış 

dəvayi-milli  qitalə  döndərən  yənə  həman  “bizimlə  bərabər  olan  qonşularımız” 

oldular. Yalnız o gün deyil həmişə bu surətlə aldanmışız. Bu da hər şeydən ziyadə 

siyasi xanlığımızdandır. Siyasətdə millətə dövlət və firqə mənafei hər şeydən yuca 

tutulduğundan  şübhəsizdir  ki,  hər  dövlət,  hər  millət  və  hər  firqə  ancaq  mənafei 

üzürə bir və bərabər olanlara inana bilərlər. 

Digər tərəfdən yenə haman keçən il mart hadiseyi-ələmiyyəsindən bir az 

qabaq, faciənin oynayacağını qabaqcadan görmüş olanların “Açıq söz” qəzetəsində 




54 

 

yazmış  olduqları  “Birlik  gərək”,  “Birlik  tələb  olunur”  və  sayir  bu  kibi  bir  çox 



məqalələrinin qalması həp cəmaətimizin milli mənafei dərk etmiş olmasındadır. 

Ona  görə  ki,  cənnət  ana  vətəninin  xərabəzarə  döndərilməsi  səneyi 

dövriyyəsini  matəm  saxlayan  Azərbaycan  türkləri:  əski  Roma  imperiyası 

Leqiyonlarının  ayaqları  altında  əzilmiş  millətini  və  dağılmış  vətənini  görən 

Hannibalın  müqəddəs  atəşgədə  və  qoca  atası  hüzurunda  etdiyi  kibi,  bu  gün, 

düşmən  qomparasilə  minarəsi  dağılmış  müqəddəs  Təzəpir  məscidi  qabağında 

əllərini  döşlərinə  qoyaraq  başlarını  aşağı  dikərək  qism  yad  etməlidirlər  ki,  gözəl 

Azərbaycan  və  nəcib  türk  millətini  hər  cəhətdən  sahili-nicat  və  səadətə 

çıxaranadək  başlarını  yuxarı  qaldırmayacaq  və  Azərbaycan  istiqlalına,  türk 

azadlığı,  millət  səadəti  yolunda  son  qətrə  qanına  və  son  nəfəsinədək  heç  bir 

fədakarlıqdan geri durmayacaqlardır! 

 

ÖLƏNLƏRƏ RƏHMƏT! QALANLARA İBRƏT! 



 

Xəlil İbrahim, 

“Azərbaycan “ qəzeti № 147, 31 mart 1919-cu il. 


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə