Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

38 

 

Lazımi  sərəncamda  bulunmanız  arzu  olunur.  İmza:  Bakı  Daşnaksakan  İcra  dəstəsi. 



Sonradan  liman  uçastoku  həmin  məlumatı  sərəncam  olaraq  Hərbi  İnqilab  Komitəsi 

əmnasiylə bir əmrnamə oxuyur. Əmrnamə isə İçərişəhəri bombardman etmədən ibarət 

idi. 

Böylə bir böhtan və iftira şaiyəni eşidən rus və yəhudi nümayəndələri hər bir 



tərəfdən: Bu cür yalan və iftiralara qulaq verib rahat yaşayan bir əhalini narahat etmək 

ağılsız və tədbirsizlik olmayıb da nə ola bilməz deyib biz xaçpərəst milləti bu gün iki 

gündür  yerli  müsəlmanlar  tərəfindən hər  bir  ehtiyacımızın verilməgi  ilə  birabir  bizi 

qorxarsınız  deyə  bayıra  çıxmağa  qoymayıb  uşaqlarına  belə  su  və  başqa  şeylərimizi 

hazır etməyə çalışırlar. 

Biz  axırıncı  qəti 

tələbimizi  liman  uçastokuna 

təqdim  ediriz:  Əgər  bu 

bombardman  davam  edərsə 

biz 


də 

hazırlaşıb 

yerli 

müsəlmanlar ilə birabir qiyam 



edəcəyiz. 

Liman 


uçastoku 

xaçpərəst  nümayəndələrindən 

böylə 

bəyanatı 



eşitdikdə 

inanmayıb  təhqiqat  yapmayı 

qərar 

verirlər. 



Dərhal 

Hazronun  iştirakı  ilə  bir 

təhqiqat  komissiyası  tərtib 

verib  şəhərin  içinə  çıxırlar. 

Təhqiqat  yapdıqda  ermənilərin  birinci  olaraq  fitnəçilikləri  meydana  çıxır.  Bu  halı 

görən  təhqiqat  komissiyası  erməni  daşnak  firqəsinə  lənətxan  (lənət  oxuyan)  olub 

lazımi tədabirdə olmaların vəd edirlər. 

Bu gün seşənbə günü, mart ayının iyirmisi saət on birdən etibarən müharibə 

bir  milli  rəng  almış  idi.  Ona  binaən  də  saət  bir  radələri  idi,  ermənilər  tərəfindən 

müsəlman  məhəllələrinə  hücum  edilib  Nikolayevski  caddədə  onlar  tərəfindən  işğal 

edildi  və  Cəmiyyəti  Xeyriyyə  binası  onların  əllərinə  keçdi.  Hətta  şəhər  idarəsi 

binasına  qədər  yürüş  edib  idarəni  də  əllərinə  aldılar  və  oraya  mitralyoz  və  toplar 

yeridib İçərişəhəri xarabazara döndərmək istiyordular. 

Bu  halı  görən  xaçpərəst  əhalisi  dərhal  liman  uçastokuna  toplaşıb  ciddi 

surətdə  tədabirdə  bulunmaların  tələb  edirlər.  İdarə  isə  dərhal  bir  əmirnamə  yazıb 

Dəniz  ordusu  komandanlığına  irsal  edir  (göndərir).  Komandan  isə  əhvalatdan mətlə 

olub  bir  fövc  (dəstə)  qoşunun  onları  Nikolayevski  küçədən  qovub  çıxmalarına  əmr 

edir. 


Qoşun  dərhal  şəhər  bağı  cənubundan hücum  edib  mitralyozdan  səri  atəşlər 

açırlar.  Bu  halı  görən  Daşnak  firqəsi  dərhal  məzkur  küçədən  geri  çəkilməyi  təhti 




39 

 

qərara  alıb  Cəmiyyəti  Xeyriyyə  binasına  (  İsmailiyyəyə)  və  “Açıq  söz”,  “Kaspi” 



mətbəə və idarələrinə od vururlar. 

Həmin  əsnada  Vodavoznı  küçədə  vaqe-i  bir  erməni  evindən  müsəlman 

küçələrinə  yağdırılan  mitralyoz  və  tüfəng  atəşlərinə  intəha  vermək  üçün  müsəlman 

tərəfindən həman  evə  od  vuruldu  və  bir də  Cəmiyyəti  Xeyriyyə  ilə rubəru  (üz-üzə) 

olan  erməni  Krasilnikov  bəradərlərinin  (qardaşlarının)  evi  elektrik  xəttinin 

qırılmağından taşı od alıb bir qədər hissəsi yandı. Bu vəqt saət beş radələri idi. Bakı 

şəhərini mütəfərriq yerlərdən əhatə edən tüstü buludları şəhərin nə kibi bir təhlükədə 

olduğunu  təyin  etmək  qeir  mümkün  idi.  Bu  gün  şəhərin  vağzal  hissəsində  yaşayan 

müsəlman əhalisi “igid və mərdanə daşnak firqəsi” tərəfindən evbəev edilib sakinləri 

isə qətl edilirdi. 

Bu  gün  məzkur hissənin  müsəlmanları  bir tarixi  günü  keçirmişlər.  Deməli, 

“dilir  (igid)  daşnak  firqəsi”  əllərinə  düşən  müsəlman  övrət  və  uşaqlarından  heç  bir 

zülmü əsirgəməyib insanlara yarasınayan böylə qəbahətlərin icrasına qədər varmışlar. 

Hamilə övrətlərin bətnində olan məsum səbiləri (uşaqları) belə çıxarıb tüfəng 

cüdalarına  taxmışlar  və  xırda  balaları  divarlara  belə  mıxlamışlar.  Pajarnı  komanda 

tərəfindən  vaqe  bir  məscidin  divarlarında  neçə  uşağın  mıxlandıqlarını  barışıqdan 

sonra  görmüşlər  və  o  tərəfdə  yaşayan  müsəlmanların  həyatına  birdəfəlik  qələm 

çəkmişlər. 

Böylə bir zülm və həyasızlığı icra edən “Daşnak igidləri” mart ayının 21-də 

avtomobillərə  minib  müsəlman  məhlələrinə  gələndə  əllərində  on  beş  yaylıq  ilə 

ağlayırdılar  ki,  vallah,  biliah  biz  heç  bir  vəqt  razı  deyildik  ki,  biz  ilə  qardaş  olan 

müsəlman əhalisinin ayağına bir tikan belə batsun. 

Allah  şeytana  lənətlər  eləsün.  Bizi  də,  sizi  də  yoldan  çıxarıb  iki  qardaşın 

arasına ziddilik saldı. 

Bu əhvalları və davanın siyası olmayıb milli birmüharibə olduğun görən Şura 

hökuməti mart ayının 21-də, müharibənin dayandırılmasına binagüzarlıqlar gördü və 

həman  binəgüzarlığı  görən  Şura  hökuməti  dərhal  küçələrdə  gəzən  və  səngərlərdə 

yatan erməni qoşunlarını çağırıb əvəzinə rus qoşunları təyin etdi. 

 

III hissə 

 

İskələ uçastokuna (limanda yük boşaldılan yer) təhvil vermələrin tələb etdilər. 



Həmin  tələbnaməyə  Petrov  rədd  cavab  verib  özünün  Hacıtərxana  getməsinə 

menşeviklər tərəfindən münaniət (maneə olmaq) olursa, müharibə açmasını söyləyir. 

Rədd  cavabı  alan  İskələ  uçastoku  dərhal  Petrov  idarəsində  olan  paraxodların 

dərdəsq (əldə) edilməsini əmr edir. Bu halı görən Petrov  bir neçə paraxod ilə qaçıb 

yerdə qalan paraxodlarda olan ləvazimati hərbiyyələri dəryayə buraxar. 

Həmin günlərdə qəhrəman Nuri Paşanın imzası ilə Qafqasiya məmləkətində 

yaşayan  hamı  erməni  milləti  naminə  yazdığı  bir  sülhcuyanə  (sülhpərvərlik  )  şərait 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə