Akġf aġirli


Azərbaycanda bolĢevik mətbuatının



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə21/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   17   18   19   20   21   22   23   24   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

 
Azərbaycanda bolĢevik mətbuatının 
yaranması və inkiĢafı 
1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda da 
yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. "İskra" bolşevik mətbuatının 
prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini 
müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri 
nəzəri baxımdan işləyib hazırladı. 
1901-ci ilin yazından etibarən Bakı sosial-demkoratları Rusiya 
həmfikirliləriylə əlaqələr qurur, ideya təşkilati olaraq "İskra" ilə müntəzəm 
yazışmalar aparırdılar. 1901-ci ilin yayında, Bakıda gizli "Nina" mətbəəsi 
yaratmağa müvəffəq oldular ki, bu da Zaqafqaziya sosial-demokratların təbliğat 
imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə "Nina" mətbəəsi ilə yanaşı, 
Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Bu mətbəələrdə siyasi təşviqatın 
ən çevik və təsirli vasitəsi olan vərəqələrin çapı həyata keçirilirdi. RSDFP Bakı 
Komitəsi 1902-ci ilin dekabrından 1903-cü ilin iyun ayına qədər müddətdə ümumi 


47 
tirajı 33 min nüsxə olan sayı 19-dan çox müstəqil vərəqə çap edərək əhali arasında 
yaymışdı. Azərbaycan dilində də bolşevik gizli mətbuatının ilk nümunələri inqilabi 
mahiyyət daşıyan siyasi vərəqələr olmuşdu. 
RSDFP II qurultayından sonra Azərbaycan bolşeviklərinin nəşriyyat 
fəaliyyətində gizli vərəqələrin buraxılışı sürətləndirildi. Yalnız 1904-cü ilin 
iyunundan 1905-ci ilin fevralına qədər Bakının gizli partiya mətbəələrində 80 adda 
200 min nüsxəyə qədər vərəqə buraxılmışdı. 
1904-cü ildə M.Ə.Rəsulzadənin, M.Ə.Əzizbəyovun, N.Nərimanovun, 
S.M.Əfəndiyevin, P.A.Çaparidzenin bir araya gəlməsi ilə yaradılan "Hümmət" 
qrupu sosial-demokrat ideyasının daşıyıcıları olaraq nəşriyyat işini təşkil etməyə 
başladılar. Qrup vərəqələr və intibahnamələr buraxılmasına, onların əhali arasında 
yayılmasına çalışırdılar. 1904-cü ilin oktyabrında "Hümmət"çilər ilk sosial-
demokrat nəşri olan Azərbaycan dilində gizli şəkildə 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə