ahmedalhasan313.wordpress.com
43
Bu hədisdən də göründüyü kimi, hədisi rəvayət edən səhabə İmam Muhəmməd Mehdi
(ə.s)’dan bəhs edir, lakin İmam Baqir (ə.s) gizli olan Qaimdən bəhs edir ki, işin sahibi
odur. Və Əhlibeyt (ə.s) onun barəsində çox şeyi açıqlamayıblar.
Əba Əbdillah (ə.s)’dan Allah Əzzə və Cəllənin “Elə ki, sura üfürülər” ayəsi barədə sual
soruşuldu. Həzrət buyurdu: “Həqiqətən də bizim içimizdə GİLZİ BİR İMAM vardır. Elə
ki, Allah əzzə və cəllə onun işini aşkar etmək istədi, qəlbinə bir əlamət salacaq. Beləcə
zühur edəcək və Allah əzzə və cəllənin İŞİNİ HƏYATA KEÇİRƏCƏK.”
- Kafi: 1/343, hədis 30; İsbatul-Vəsiyyə: 228; Kəmalud-Din: 349, hədis 42; Ğeybəti-Tusi: 164, hədis
126; Ricalul-Kəşşi: 192, hədis 338; Ğeybəti-Numani (azəricə): s.204, hədis 40
Bu hədisdə məhz “GİZLİ” sözünün işlədilməsi də təsadüfi deyildir. Zira İmam Mehdi
(ə.s)’ın varlığı, imaməti, xüsusiyyətləri gizli deyildir. Və İmam Mehdi (ə.s) QEYBDƏDİR,
GİZLƏNMİŞDİR, lakin burada bəhs edilən İmamın kimliyi gizlidir, və insanlar onu
tanımırlar.
Əmirəl-möminin (ə.s) dedi: “Haram qan tökülmədən Allah yer üzünü zalımlardan
təmizləməyəcək.” Sonra Bəni-Üməyyə və Bəni-Abbas barədə uzunca danışıb dedi:
“Minlər hazır olduqda, cərgələr nizamlandıqda, qoç quzunu öldürdükdə başqa bir nəfər
qiyam edəcək, inqilabçı inqilab edəcək, kafirlər həlak olacaq. Sonra ümid edilən Qaim və
MƏCHUL İMAM qiyam edəcək...”
- Biharul-Ənvar: 52/235, hədis 104; Mucəmul-Əhadis: 3/16, hədis 570; Qeybəti-Numani (azəricə):
s.308-310, hədis 55
Bu hədisdə keçən MƏCHUL İMAM ifadəsinə diqqət yetirməkdə fayda vardır. Ümid
edilən Qaim hamının ümidlə gözlədiyi İmam Mehdi (ə.s)’dır. Lakin Məchul İmama
gəldikdə, bu o şəxsdir ki, əsrlərlə Əhlibeyt (ə.s) onun kimliyini gizli saxlamışdır, və
nəhayət onun özü zühur edib öz məsələsini aşkar etmişdir. Və onun məchul olması,
özünün bu iş haqda dəlil gətirməsi haqda hədislərə də kitabdakı digər mövzularda
açıqlama verilmişdir. Odur ki, Əhlibeyt (ə.s)’ın hədislərinin hər kəliməsini düşünüb dərk
etməyə çalışmalıyıq, əks halda cəhalətimizdən istifadə edən xain və satqın insanlar bizi
onların (ə.s) yolundan ayırıb azğınlığa götürməyə davam edəcəklər.
BU İŞİN SAHİBİ GƏNC OLARAQ GERİ DÖNƏCƏK
Əba Əbdillah (ə.s) buyurdu: “Mənim övladlarımdan olan Qaim (İbrahim) Xəlil kimi yüz
iyirmi il ömür sürəcək və bu müddətdə onu dərk edəcəklər. Sonra bir müddət qeybə
çəkiləcək və daha sonra OTUZ İKİ yaşında olan QÜVVƏLİ (VƏ YA MÜZƏFFƏR) BİR
GƏNC ŞƏKLİNDƏ ZÜHUR EDƏCƏK. Buna görə də bir dəstə insan ondan üz
döndərəcəklər. O, yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi düzlük və ədalətlə
dolduracaq.”
Ansarullah Production
44
- Dəlailul-İmamə: 258; Ğeybəti-Tusi: 420, hədis 398; Biharul-Ənvar: 52/287, hədis 22; Ğeybəti-
Numani: 206, hədis 44
Əba Əbdillah (ə.s) buyurdu: “ƏN BÖYÜK BƏLALARDAN BİRİ də budur ki, onlar
sahiblərini QOCA BİR ŞEYX kimi təsəvvür etdikləri halda, sahibləri onlara bir GƏNC
şəklində görünəcək.”
- Ğeybəti-Tusi: 420, hədis 398; Əqdüd-Dürər: 41; İsbatul-Huda: 3/512, hədis 340; Ğeybəti-
Numani (azəricə): s.206, hədis 43
Əbi Əbdillah (ə.s) buyurdu: “ƏN BÖYÜK İMTAHAN odur ki, onlar sahiblərini yaşlı
gözlədikləri halda, o bir GƏNC şəklində ortaya çıxacaq.”
- Kəmaluddin-Din və Təmamun-Nima: s.308, 312, 330
Əli ibn Əbu Həmzə nəql edir: Əba Əbdillah (ə.s) buyurdu: “Qaim qiyam etdiyi zaman
CAMAAT ONU İNKAR EDƏCƏK. Çünki o onlara QÜVVƏLİ BİR GƏNC ŞƏKLİNDƏ
QAYIDACAQ. Onu (qəbul etməkdə) yalnız Allahın zərr aləmində əhd aldığı möminlər
sabit qalacaqlar.”
- Ğeybəti-Tusi: 420, hədis 398; Əqdüd-dürər: 41; İsbatul-Huda: 3/583, hədis 340; Ğeybəti-Numani
(azəricə): 234, hədis 20
Bu hədislərdə əslində gizli bir mesaj vardır ki, insanların çoxu diqqət etməməkdədir.
Əvvəla bu hədisi oxuyan şəxslərə artıq məlumdur ki, bu işin sahibi GƏNC olaraq geri
dönəcək. Elə isə nə üçün bir insan bu məlumatı bildiyi halda İmam (ə.s)’ı inkar etsin? Bir
halda ki, burada Şiələrdən gedir söhbət, zira “SAHİB” kəlməsi bunu göstərir ki, bu
hədisdə bəhs edilən camaat İmamı öz sahibləri olaraq qəbul edənlərdir ki, bu da Əhlibeyt
(ə.s) İmamlarını öz vəliləri olaraq görənlərdən başqası deyildir. Elə isə buradakı mesaj
əslində budur ki, camaat İmam Mehdi (ə.s)’ı gözlədikləri halda başqa birisi gələcək, və
çoxu onu qəbul etməyəcək. Onlar 1000 ildən uzun müddətdir qeybdə olan, yəni 1000
ildən çox ömrü olan İmamı (ə.s) gözlədikləri halda, axırzamanda doğulmuş başqa bir
Mehdi ilə imtahan olunacaqlar.
Əmirəl möminin Əli (ə.s) Mehdi ilə bağlı bir hədisdə belə buyurur: “O, OTUZ İLƏ QIRX
yaşları arasında göndəriləcək.”
- Seyyid Şəhid Sədr: c.3/s.359
Əbu Cəfər (ə.s) buyurdu: “Bu işin sahibi QIRX yaşlarını keçməyən bir şəxsdir.”
- Seyyid Şəhid Sədr: c.3/s.359
Əslinə gənc olaraq gələn İmam Mehdi (ə.s) deyil, onun elçisi Əhməd əl Həsən (ə.s)’dır ki,
1999cu ildə 32 yaşında İraqda ilk dəfə İmam Mehdi (ə.s) ilə İmam Hüseyn (ə.s)’ın
hərəmində görüşdü və o vaxtdan etibarən də İmamın (ə.s) zühurunun hazırlığına
başlandı.
ahmedalhasan313.wordpress.com
45
Əbi Abida əl-Həda nəql edir: Mən Əbu Cəfər (ə.s)’dan bu məsələnin nə zaman baş
verəcəyi haqqında soruşdum. O (ə.s) buyurdu: “Əgər onun (ə.s) bir tərəfdən gələcəyini
ümid etsəniz, lakin o (ə.s) BAŞQA BİR YÖNDƏN GƏLSƏ, İNKAR ETMƏ.”
- Bəşarətul-İslam: s.148
İmam Cəfər Sadiq (ə.s) buyurdu: “Əgər sizə bir nəfər haqqında bir şey desək, onda deyil,
ONUN OĞLUNDA VƏ YA OĞLUNUN OĞLUNDA çıxarsa İNKAR ETMƏYİN.”
- Biharul-Ənvar: 26/225; Nimətullah Cəzairi: s.435
Yəni, birini gözlədiyiniz halda başqa birisi gəlsə inkar etməyin. Lakin bugün xüsusən Şiə
aləmi Əhməd əl Həsən (ə.s)’ın dəvətinə inanmayaraq, onu yalançılıqla, sehrbazlıqla
ittiham elədilər. Və beləliklə də hədis gerçəkləşmiş oldu.
KİMSƏ QAİM OLDUĞUNU İDDİA ETSƏ İNKAR
ETMƏMƏLİYİK
Əba Əbdillahın (ə.s) belə dediyini eşitdim: “Bu işin sahibinin iki qeybə çəkilməsi olacaq.
Onlardan birində onun (xəbəri) yaxın şəxslərinə çatacaq, digərində isə deyiləcək: həlak
olub, hansı dərəyə gedib?” Dedim: “Bu baş verdikdə nə edək?” Buyurdu: “ƏGƏR BİR
KİMSƏ (QAİM OLDUĞUNU) İDDİA ETSƏ, ONDAN YALNIZ (QAİMİN) CAVAB
VERƏ BİLƏCƏYİ ÇƏTİN SUALLARI SORUŞUN.”
- Kafi: 1/340, h.20; İsbatul-Huda: 3/445, h.30; Biharul-Ənvar: 52/157, h.18; Mucəmul-Əhadis:
3/364, h.911; Ğeybəti Numani (azərbaycanca): bab 10, h.9, s.187-188
Hədisin əvvəlində İmam Mehdidən (ə.s) bəhs edilir bildiyimiz kimi. Amma hədisin son
cümləsi sanki başqa bir Qaimin çıxa biləcəyi ehtimalı yaradır. "ƏGƏR BİR KİMSƏ (QAİM
OLDUĞUNU) İDDİA ETSƏ" - burada İmam Sadiq (ə.s) İmam Mehdidən (ə.s) başqa
birisinin Qaim olduğunu iddia edə biləcəyini və onun da haqq ola biləcəyini inkar etmir.
Əgər burada iddiaçı olaraq İmam Mehdi (ə.s) nəzərdə tutulsaydı, onda "BİR KİMSƏ" deyə
xitab edilməzdi. Və burada bir İDDİADAN söhbət gedir. Və İmam (ə.s) sanki bizə
eşitdirmək istəyir ki, SİZİN GÖZLƏMƏDİYİNİZ BİRİ BUNU İDDİA EDƏRSƏ, DƏRHAL
ONU İNKAR ETMƏYİN, ÇƏTİN SUALLAR VERİN ONA. ÇÜNKİ İDDİAÇI GÖZLƏ-
MƏDİYİNİZ ŞƏXS OLACAQ. BOYNUNUZU UZADIB İNTİZARINI ÇƏKDİYİNİZ
ŞƏXS DEYİL. Və İmam (ə.s) həmçinin onu tanımaq və şübhələrdən qurtulmaq üçün bizə
yol da göstərir.
Və bugünə qədər Əhməd əl Həsən (ə.s)’a minlərlə çətin suallar yönəldilmiş, və Əhməd əl
Həsən (ə.s) da 2008’ci ilə qədər göndərilmiş o suallara heyranedici cavablar vermişdir. Və
onun cavablarında bircə dənə də səhv tapan bir müctehid vəya professor yoxdur. Çünki
o Bilinməyən İmamdır, gözləmədiyimiz iddiaçıdır.
Dostları ilə paylaş: |