Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə287/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   284   285   286   287   288   289   290   291   292

842

 ƏDİLƏ DUASI

əl-Ənam-102-O  sizin Allahınızdır! Allahdan  başqa Allah  yoxdur, 

hər şeyi O yaratmışdır.Ona ibadət edin, Allah hər şeyə vəkildir!

Bismillahir Rahmənir Rahim. Uca Allah şəhadət verirki,ondan başqa 

heç bir məbud yoxdur,O ədaləti bərqərar edəndir.O Əziz və Həkimdir! 

İlahi,mən  zəif  günahkar,  üsyankar,  möhtac,  həqir  bir  bəndəyəm. 

Nemət  verənimin,  xaliqimin,  ruzi  verənimin,  mənə  ikram  edənimin 

haqq olduğuna şəhadət verirəm.Necə ki o öz zatı barədə şəhadət ver-

miş,  mələklər  və  bəndələrindən  olan  elm  sahibləri  də  bu  işə  şəhadət 

vermişlər ki,nemət ehsan kərəm və minnət sahibi olan Allahdan başqa 

bir məbud yoxdur.

Qadir,  Əzəli,  Alim,  Əbədi  Həyy,  Mövcud,  Sərmədi,  Səmi,  Bəsir, 

Mürid, Müdrik, Saməddir.O, bu gözəl sifətlərə layiq olub, özündə cəm 

etmişdir. Səbəbi və elmi icad etməmişdən əvvəl Alim idi. Onun səltənət 

və mülkü əzəli, zail olmayandır.Çünki onun mülk və səltənətindən başqa 

mülk  və  mal  yoxdur.O,bütün  hallarda  həmişə  pak  və  münəzzəhdir. 

Müqəddəs  vücudu  öncəlik  yaranmamışdan  öncə  olmuş,  əzəllərinin 

əzəlində olmuşdur.

Qəhrindən  qaçmaq,intiqamından  xilas  olmaq  mümkün  deyildir. 

Rəhməti  qəzəbindən  irəli  getmişdir.  İbadət  etməkdə  ola  biləcək  hər 

bir  bəhanə  və  məneəni  aradan  qaldırmış,insanlar  arasında  Müsavi, 

bərabər yaratmış, haramlardan çəkinmək üçün yolları asanlaşdırmışdır. 

Bəndələri onların qabil olduğu,taqətləri çattıgı həddə ibadəti təklif et-

mişdir.

  O,Pak  və  münəzzəhdir.O  Peygəmbərləri  məbus  etmişdir  ki,onun 



ədalətini  bəyan  edib  özlərindən  sonra  canişinlərini  təyin,  ehsan  və 

fəzlini izhar etsinlər.Allah bizi Peygəmbərlərin seyyidinin, vəlilərinin 

ən yaxşısını, seçilmişlərin ən fəzilətlisinin, pak insanların ən zəkisinin 

Hz.Muhəmmədin ümmətindən qərar vermişdir. Biz ona və onun dəvət 

etdiklərinə iman gətirir,Allahın ona nazil etdiyi Qurana,Qədir Xumda 

özündən  sonra  seçib  “Bu  Əbidir”  deyə  işarə  edib  seçdiyi  canişininə 

iman gətiririk.

Şəhadət verirəm ki,Rəsuli Əkrəmdən sonra Hz.Əli, sonra onun öv-

ladlarının ağası Həsən, sonra onun qardaşı, Allahın razılığına tabe olan 

Hüseyn, sonra Əliyibnil-Hüseyn,sonra Muhəmməb Baqir, sonra Cəfər 

Sadiq, sonra Musa- Kazim,sonra Əliyyi-Riza, sonra Muhəmməd-Təqi, 

sonra Əliyyən-Nəqi, sonra Həsən-Əsgəri, sonra Allahın yer üzərindəki 

canişini, zühurunun intizarı çəkilən, ümidlərin dikildiyi, Qaim əl Məhdi 



843

əccələllahu  fərəcəhuşşərifə  iman  gətirmişəm!  Elə  bir  imam  ki,onun 

qalması ilə dünya məhv olmaqdan amanda qalmışdır. Məxluqata ruzi 

verilməsi səbəbi odur, onun müqəddəs vücudu səbəbinə yer və göylər 

öz yerində sabitdir. Allah onu səbəbi ilə yer üzünü, zülm ilə dolduqdan 

sonra ədalətlə dolduracaq. 

Şəhadət verirəm ki,onlar Allahın höccəti və onların əmrlərini yerinə 

yetirmək  vacib,  onlara  aşkar  surətdə  məhəbbət  göstərmək  zəruridir.

Bunu  bizə Adil Allah  Qurani-Kərimdə  hökm  etmiş,  Peyğəmbərimiz 

Muhəmməd (s.ə.s.) tərəfindən də vəsiyyət edilmişdir. Onlara tabe olmaq 

nicat, onlarla müxalifət isə həlak olmaqdır.Onlar Behişt əhlinin hamısı-

nın ağaları, seyidləri, Qiyamət günün şəfaətçiləri, yer əhlinin şübhəsiz 

ki, Haqq İmamlarıdır.Allahdan razı olan canişinlərin ən fəzilətliləridir.

Şəhadət verirəm ki, həqiqətən ölüm haqdır,Qəbir sorğu sualı haqdır.

Cənnət-Cəhənnəm haqdır.Qiyamət saatı şübhəsiz ki, gəlib çatacaq.Al-

lah-taala qəbirlərdən bizləri dirildəcək.

İlahı,fəzlin ümidimdir,rəhmət və kərəmin arzumdur.Cənnətə layiq ol-

mam üçün əməlim, sənin razılığına səbəb olacaq itaətim yoxdur.Amma 

Sənin Tövhidinə və ədalətinə etiqad bəsləyir, ehsan və fəzlinə ümid bağ-

layır. Rəsulunu və onun övladlarını həmçinin Sənin sevimli bəndələrini 

Sənin  yanında  şəfaətçi  salıram.Sən  kərimlərin  ən  kəramətlisi,  rəhm 

edənlərin ən rəhmlisisən. İlahi,ey rəhm edənlərin ən rəhmlisi. Həqiqətən 

mən öz dinimə iman və inamımı Sənə əmanət kimi izhar etdim. Sən 

ən  yaxşı  əmanətçisən,  bizə,  əmanətləri  hifz  etməyi  əmr  etmisən,belə 

isə bu əmanətlərimizi ölüm və Məhşər zamanında bizə qaytar.Sənə and 

verirəm öz rəhmətinə,ey rəhm edənlərin ən rəhm edəni! Allahın çoxlu 

salamları və salavatı olsun Peyğəmbərimiz Hz.Muhəmmədə və onun 

pak və məsum övladlarına!

Ey Qadir Allah! And verirəm Sənin Quranda verdiyin o andlarına! 

And  verirəm  iki  göydə,iki  yerdə  və  onların  arasında  olanlara!  And 

verirəm Ərşi-Əlana əvf eylə bağışla məni, bilib bilmədiyim günahlarımı 

efv et.Ölüm anın da, Qəbir əzabında, Bərzax aləmində, Qiyamətin günü 

dirilib Məhşərə gəldiyim zaman, Mizanın qarşısında, Sirat körpüsündən 

keçəndə, Cəhənnəm əzabında mənə rəhm eylə! And verirəm Rəhim adına 

günahlarımı bağışla, məni Cəhən nəm əzabından tez qurtarıb,Cənnətin 

qapısına  çatanlardan  qərar  ver.Mənə  həyatımın  mənası  olan  Fatimə 

anamın Kövsər suyundan sirab eylə. Sən özün buyurmusan ki, bütün 

Cənnətə gedənlər ən əvvəl Kövsər bulağından su içib, sonra Cənnətdəki 

məqamlarına  çata  bilərlər.Bu  haqqda  Peyğəmbərimiz  (s.ə.s.)  də  belə 

buyurmuşdur:”Uca Allahın Fatiməyə bəxş etdiyi bir adı da Kövsərdir.




844

Kim ki, artıq bütün çətin mərhələləri keçib,Kövsər bulağına çatdı, xoş 

o kəslərin halına.Kim ki,Allahın mənə bəxş etdiyi Kövsər bulağının su-

yundan içdi, bax onda biləcək ki, mənim Fatiməm kimdir!” 

Çox şükürlər olsun ki, mənə bu məqamı qismət edib,”Kövsəri” bəxş 

etdiyin Muhəmməd ümmətindən yaratmısan.Sənə çox şükürlər olsun 

ki,mənim haqq olan Muhəmməd Peyğəmbərin balalarının məhəbbətini 

qəlbimdə həkk edib, yerləşdirmisən. 

İndi  isə,bu  dünyada  qəlbim  qorxu  içində  çırpınır.Allahım  Sənin 

hörmət və sevgini itirib,öz başıma qalmaqdan çox qorxuram. Nəfsimin 

rəzalət  sifətlərindən,  Şeytanın  ordusu  ilə  Cəhənnəmə  atılmaqdan 

çox  qorxuram.  Bütün  bunların  qorxusundan  özümü  qorumağa  ça-

lışaraq  yalnız  Sənə  sığınıram.  Ey  Allahım!Əfv  eylə,bağışla  məni.O 

günün  dəhşətindən  yalnız  Sənə  sığınıram.  Məni  Məhşərdə,  Sənin 

və  istəklilərinin,  Peyğəmbər(s.ə.s.),  imamlar,  möminlər  qarşısında 

xəcalətli və üzü qara olanlardan etmə.Mənə rəhm edib,bağışlayıb Xanım 

Fatimənin  nuri  Kövsərindən,Cənnət  qadınlarının;  anamız  Həvvanın, 

xanım Asiyanın  Salamını,anam  Məryəmin  və  Xədiceyi  Kubranın  və 

gözümün  nuru  olan  xanım  Fatimənin  məhəbbət  və  hörmətini  qismət 

eylə.


Ey  Allahım,inan  ki,Cənnətinin  nemətlərini  itirməkdən  çox, 

Cəhənnəmdə  əbədiyyən  yanıb-ərimək  qorxusundan  da  çox,  ey  Uca 

Allahım Sənin xəcalətindən, Sənin sevgi-məhəbbətindən məhrum ol-

maqdan  və  Sənin  Nur-Camalını  görməməkdən  çox  qorxuram.  Sən 

Özün bağışla məni...

Şəhadət verirəm ki,Allahdan başqa Allah yoxdur,yalnız Sənə ibadət 

edir,yalnız Sənə təzim edərək, Sənə sığınıram! 

əl-İxlas-1-4-Ya  Peyğəmbər!De  ki,Allah  birdir,şəriki  yoxdur!  Al-

lah  heç  kəsə,  heç  nəyə  möhtac  deyildir.Hamı  Ona  möhtacdır;O 

əzəli  və  əbədidir!Hər  bir  şeydən  ehtiyacsızdır!  O,  nə  doğmuş,nə  də 

doğulmuşdur!Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur! 

Sadaqallahu Aliyyul Azim!Güc və qüvvət yalnız Allaha 



 BİSMİLLƏHİR-RAHMƏNIR RAHİM

 SON SÖZ

 Əziz oxucu, əgər Qadir Allah sizə səbir verərək, bu kitabı tam oxumağı 

qismət etmişsə, bu qismətə görə Allahımıza min şükürlər olsun. Sizinlə 

bərabər  sanki  mən  də  təkrar-təkrar  bu  yazılanları  oxuyaraq,düşünüb 

nəyi isə kəşf edib, nəyisə öyrənmək istəyirəm. Həqiqətən də, biz in-



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə