Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə53/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

 
204 
TİKDİ Kİ, İZİ QALA... 
 
Ə
sl şəxsiyyətlər vaxtdan da, zamandan da  ucada dayanırlar.  
 Bakı  milyonçusu  Ağa  Musa  Nağıyev  belə  şəxsiyyətlərdən 
olub.   
Onun millət qarşısında gördüyü xeyirxah işlər hər bir kəsdə 
qürur hissi oyadır. 
Ağa Musa təbiət etibarilə dəqiq və hər şeyi ölçüb-biçən şəxs 
olub. 
İllərlə hər çətinliyə sinə gərən, ehtiyac içərisində boya-başa 
çatan  Musanın  qazdığı  quyudan  neft  fontan  vurur  və  qısa 
müddət ərzində o, iri neft maqnatına çevrilir. Neftdən əldə etdiyi 
gəlir  çoxaldıqca,  Ağa  Musa  Bakı  kəndlərindəki  neft  yataqlarını 
satın  alır  və  yeni  quyular  qazdırır.  İmkanları  artdıqca  o,  Qara 
şəhərdə “Neft emalı” zavodu tikdirir, Xəzər dənizində ilk bərəsi 
görünür. 
Fəhlələrinə  öz  hesabına  toy  edən  Ağa  Musa,  əməkdə  fərq-
lənən işçilərinin təhsil haqqını ödəməklə gənclərin maariflənmə-
sinə çalışır. 
Ağa  Musa  Nağıyev  daha  çox  tikdirdiyi  möhtəşəm  binaları 
ilə yaddaşlarda qalıb. 
Bakının gözəllik tacı sayılan - “İsmailiyyə” sarayı, həyatımı-
zın  ilkin  özülüni  qoyduğumuz  “Səadət  sarayı”,  mədəniyyət  və 
elm ocaqlarını  özündə  təcəssüm edən  yüzlərlə belə  binalar  bizə 
məhz milli burjua nümayəndələrindən – A.M.Nağıyevdən, H.Z.Ta-
ğıyevdən, M.Muxtarovdan  yadigar qalmışdır. 
Xüsusilə  Ağa  Musa  Nağıyevin  tikdirdiyi  binalar  memarlıq 
üslubu  cəhətdən nadir tikililərdir. Tikdirdiyi  “Realnı məktəb”in  
gənclərin  püxtələşməsində böyük rolu olmuşdur.  
Bu gün onun xeyriyyəçilik  əməllərini  üzə çıxaran  varisi - 
nəvəsi  Dilarə  xanım  şəxsi  arxivini  yaradıb.  18  ilə  yaxındır  ki, 


 
205 
uzun illər kölgədə qalmış, “kapitalist” damğası ilə möhürlənmiş  
mesenat - Ağa Musa Nağıyevin ömür yolunun ləkəsiz bir güzgü 
kimi  aydın  olduğunu  aşkar  edib.  O,  babasının  adını  vəfatından 
80 il sonra yaddaşlara qaytarıb, vətənində az qala qərib olan mə-
zarını əbədiləşdirib. 
Dilarə  Nağıyeva  babası  haqqında  xatirələr  və  faktlar  əsa-
sında “Xalq üçün ömrünü şam kimi əridən...” kitabını da ərsəyə 
gətirmişdir. 
Onun  söylədiklərindən:  “Dövlətimiz  müstəqillik  əldə  etdiyi 
vaxtdan Ağa Musanın xeyirxah əməllərini aşkarlamaqla məşğu-
lam. Xatirələri yada saldıqca elə bil o illəri yaşayıram. Həyəcan-
lanıram,  kövrəlirəm,  kədərlənirəm...  Var-dövlət  içində  olsalar 
da,  babam  Ağa  Musanın  və  atam  Fərəcin  çəkdikləri  əzabları 
içimdə hiss edirəm, sızlayıram” – deyir. 
Azərbaycanda bolşevik rejiminin qurulması Bakı milyonçu-
larına taleyin sərt, amansız üzünü göstərdi. Ötən əsrin 20-ci illə-
rində  bolşeviklərin  hakimiyyətə  gəlməsi  ilə  Bakı  milyonçula-
rının fəaliyyətinə də birdəfəlik xitam verildi. Sovet rejiminin 70 
illik  təbliğat  maşını  nəhəng  tikililəri  və  sahibi  barədə  məlumat-
ları xalqın yaddaşından silmək üçün əlindən gələni etdi.  Doğru-
dan da haqq  öz yerini tapır, - deyiblər. Onlara vurulan damğa - 
“xalq düşməni” 70 ildən sonra üzərlərindən götürüldü. 
Bir  zaman  Bakının  bütün  sahələrində  mühüm  rol  oynayan 
insanlar barədə danışmaq yasaq olsa da, onları xalqın yaddaşın-
dan silmək qeyri mümkün idi. Yazılarda Ağa Musanın xeyriyyə 
əməllərindən daha çox şəxsi taleyindən və bir də xəsis olduğun-
dan söz açılırdı. 
Onu  düşündürən  problemlərdən  əsası  -  Bakının  səhiyyə 
sahəsindəki problemlər olub. Xəstəliklərin qarşısını almaq məq-
sədilə  tikdirdiyi  və  o  dövr  üçün  müqayisə  olunmaz  dərəcədə 
yüksək səviyyədə təchiz olunmuş xəstəxanalarda bu gün də in-


 
206 
sanlar  şəfa  tapır.  Xəstəxanaların  tikintisində  antibakterial  mate-
riallardan, gümüş tozundan, xüsusi kafeldən istifadə edilirdi. Ta-
vanın hündürlüyünün 5 metrə yaxın olması, çox enli və hündür 
pəncərələr havanın tənzimlənməsi məqsədilə nəzərdə tutulurdu.  
Ağa  Musa  Nağıyevin  tikdirdiyi  binaların  əksəriyyəti  milli 
ornamentlərlə zəngindir. 
Dilarə  xanım onu da bildirdi  ki,  “kapitalist” soyadının  əsiri  
olan atası- 37 yaşlı Fərəc Nağıyev Dağıstanda məskunlaşarkan, 
o, orada dünyaya göz açıb.  
Dilarə  Nağıyeva  hazırda  Ağa  Musa  Nağıyev  adını  daşıyan 
“Milli Dəyərlərin Qorunması” təşkilatının sədri olmaqla bərabər, 
işlədiyi elmi mövzu ilə geniş tədqiqat işi aparmaqla məşğuldur. 
  
Rauf  Ġlyasoğlu, 
“Respublika” qəzetinin müxbiri  
 
             


 
207 
AЬA MUSA NAЬIYEVЯ 
 
Ruhu rahat olarmı dahilərin, 
Qovur edir yerin – göylərin. 
Dil açıb tikli tikililərin
Hanı hörmətin sənin a millət. 
 
“Allah da israfçılığı sevməyir”, 
Millət Ağa Musanı görməyir. 
Onun xeyirxahlığını el bilir, 
Hanı qiymətin sənin a millət. 
 
İnsan utanmazmı yaratdığından, 
Onun dahiliyə çatdığından. 
Ağa Musanı  nəzərdən atdığından, 
Hanı izzətin sənin a millət. 
 
Xalqıma yanan bir can istərəm, 
Ağrıma, dərdimə dərman istərəm. 
Fərman tək sönməyən bir şam istərəm
Mənim hümmətimdir, sənin milətin. 
 
ġair  Fərman Əhmədoğlu 


 
208 
AЬA MUSA  NAЬIYEV  BAKININ 
SİMASIDIR 
 
K
eçmiş  repressiya  illərinin  qurbanları  olan  belə  insanların 
xatirəsinin  bu  gün,  müstəqillik  şəraitində  lazımınca  qiymətlən-
dirilməsinə, onların xalq qarşısında göstərdiyi xidmətlərə lazımı 
qiymətin verilməsinə hər zaman ehtiyac var.  
Ağa  Musa  Nağıyev  xalqa  xidmətini    özünün  mənəvi  haqqı 
bilirdi.  
O,  dərk  edirdi  ki,  gördüyü  işlər,  həyata  keçirdiyi  xeyriyyə 
işləri  onu  daim  ürəklərdə  yaşadacaq,  ona  əbədi  yaşamaq  haqqı 
qazandıracaq. O, zənnində yanılmamışdı. Bu gün Bakını gəzən-
də,  paytaxtımızın  əsil  siması  olan  sarayları  görəndə  sevinirəm 
ki, babamın izləri qalır və uzun illər bu izləri silinməyəcək.  
DaĢ kitabələr – venzellər əbədidir. 
Neft  milyonçusu,  birinci  dərəcəli  tacir,  mesenat,  xeyriyyəçi 
Ağa Musa Nağıyev... Bu ad bizlərin yaddaşında gələcək nəslə nə 
az, nə çox 98 bina yadıgar qoyan milyonçu kimi qalıb. O binalar 
ki, Bakının arxitekturasına xüsüsi gözəllik verməklə yanaşı, pay-
taxtın  kübar  irslərini  büsbütün  təstiqləyir.  Elə  Ağa  Musa  Nağı-
yevin başqa milyonçulardan fərqli cəhəti də köhnə Bakının me-
marlıq simasına ən çox tövhə verməsidir. 
Ağa  Musa  Nağıyev  avropalaşmaq  niyyətində  olanlara 
“Qərbi Azərbaycana gətirəcəm” deyirdi. Lakin bu binalar nadir 
üslubu yaşatmaqla yanaşı, kədərli duyğuları da özündə yaşadır. 
Ömrünün  70-ci  baharında  dünyasını  dəyişən  milyonçunun 
aqibəti faciəvi olub. Belə ki, Azərbaycanda kommunist rejiminin 
qurulması  neft  baronlarının  taleyini  sərt  üzü  ilə  üz-üzə  qoydu. 
Səfalət içərisində dünyasını dəyişənlər, intihar edənlər oldu. 20-
ci  illərdə  bolşeviklərin  Azərbaycanda  hakimiyyətə  gəlməsi  ilə 
Bakı  milyonçularının  taleyinə  və  karyerasına  birdəfəlik  xitam 
verildi. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə