181
AZADLIQLA FЯTH EDİLMİШ
BANİNİN HЯYATI
H
eyf ki, sevincli anları Ağa Musa çox az yaşadı və ən əsası
İsmayıldan nəvə görmədi. Qızı Ümmül Banudan gördüyü bəh-
rəsi nəvə Ümmül Banu isə ona sevinc ilə bərabər böyük fəlakət
– dərd gətirdi.
Ümmül Banu saya-hesaba gələ bilməyən, iri kapital sahibi
olan neft sahibkarları Ağa Musa Nağıyevin və Şəmsi Əsədul-
layevin nəvəsi olub.
Hər istəyinə çətinliklə nail olan Ağa Musanın üzünə həyat
öz nurunu
nadir hallarda, elə bil xəsisliklə saçırdı.
Yoxsulluqdan zəngin bir şəxsiyyətə çevrilən Ağa Musanın
uşaqlıq illəri çox ağır keçsə də, varlanandan sonra övladlarının
ehtiyac duymaması üçün əlindən gələni edir. Çərxi fələk isə
bildiyini edirdi.
Övladlarının dünya ilə erkən vidalaşması Ağa Musanın be-
linin erkən bükülməsinə səbəb olur. Nəvə Ümmül Banu hər iki
evin əzizinə çevrilib, milyonçu babaların ümüd yeri olur. Uşaq
dərd, sər bilmədən böyüyüb, boya başa çatır. Milliyyətcə alman
olan dayələr ona ananı əvəz edə bilməsələr də, tərbiyə etmə-
lərinə söz ola bilməzdi. Ümmül Banunun bir neçə dilə yiyələnib,
savadlı böyüməsi əlbətdə ki, babaların milyonları hesabına başa
gəlmişdi.
Acı tale bu ailəni ömrü boyu təqib etdiyindən, sonradan ata-
sı Mirzə Əsədullayevin həbsi ilə əlaqədar Fransaya mühacirətə
getməsi, Ümmül Banunun da sevmədiyi həyat yoldaşı Cəmildən
uzaqlaşıb, Fransaya demək olar ki, qaçmasına təkan verir. Artıq
Bakıda onu heç nə saxlaya bilməzdi:
- Babalar dünyasını dəyişmiş, ailələr müflisləşmiş, sevgisiz,
məhəbbətsiz həyatı mənasızlaşmışdı.
182
Sonradan Fransada məşhurlaşacaq yeganə azərbaycanlı ya-
zıçı - vətənini tərk edib, mühacirətdə yaşamağa məcbur olan
Ümmül Banu - Banin ləqəbilə Azərbaycanı təmsil edəcək.
İnqilabadək Bakının tarixi ilə maraqlananları bu gün bar-
maqla saymaq mümükündür. O tarix ki, düzgün həyat salnamə-
sini əks etdirir.
İnsanlar necə yaşayıb, arzuları nə olub, geyimləri nə cürə
olub...
XIX əsrin Azərbaycan qadını deyəndə gözümüzün önündə
stereotip qadın obrazı dayanır: sivilizasiyadan uzaq, çadralı, mo-
dadan
xəbərsiz, savadsız bir məxluq.
Bunların tamamilə əksinə olaraq Ümmül Banu Azərbaycan
ədəbiyyatı tarixində şux və əsrarəngiz bir qadın kimi görünür.
1900-cü ildə anadan olmuş bu qızcığaz hələ uşaq yaşların-
dan mükəmməl təhsil alır. Bir neçə dil bilən Ümmül çox erkən
yaşlarında ədəbiyyata böyük maraq göstərmiş, 19 yaşında Tür-
kiyəyə mühacirət edib, yaşayış nöqtəsini Fransanı seçir.
Paris həyatı, 20-30-cu illərin ədəbi mühiti Ümmül Banuya
ciddi təsir göstərmiş, onu yazıb-yaratmağa həvəsləndirmişdir.
Onun ilk romanı “Nami” 1943-cü ildə nəşr olunub. Mövzusu
Azərbaycan həyatından götürülmüş bu əsərdən sonra o, fransız
ədəbi ictimaiyyətinin diqqətini cəlb edən “Qafqaz günləri” bioq-
rafik romanını qələmə alır.
P.S. Şərq mentalitetində tərbiyə almış Baninin vücudunda iki
dünya yerləşmişdi: Şərq üslublu ailənin nümayəndəsi, iki dinə -
müsəlman və xristian dininə xidmət edən, iki milyonçunun sim-
biozunu daşıyan Banin. Özünəməxsus mentalitetə malik olan bu
insanın vücudunda iki dünya kəsişdiyi – Şərq və Qərb dünya-
görüşü cəmlənmişdi. Tamamilə fərqli olan bu iki faktorun onun
vücudunda cəmlənməsi özü maraq doğurduğu kimi, onun həyat
tərzı haqda danışmaq da maraq oyadır.