185
Keşməkeşli həyatını nəql etdiyi yazıçıya dostlarından biri
qələmini sınamağı məsləhət görür. Bunu dərk edən Ümmül ilk
əvvəl keçdiyi həyat yolunu qələmə alır. Bu onun Bakı xatirə-
lərini qələmə aldığı həmin “Qafqaz günləri” romanı idi.
1946-cı ildə Ümmül Banu “Paris günləri” – adlı ikinci
romanını yazır. Sonradan “Qallimar” nəşriyyatına təqdim etdiyi
başqa bir romanını da bitirir.
Adı çətinlik yaratdığına görə Banin təxəllüslü yazıçı kimi
tanınır və şöhrətlənir.
Yaradıcılıq istedadına görə Banin Parisin ədəbiyyat sahə-
sində emiqrant təbəqələrindən olan qatlarda mühüm yer tuturdu.
Baninin qeydlərində belə bir məqama rast gəlmək olur:
- “İftixar hissi ilə qanadlanıb uçurdum. Küçələri qaça-qaça
kitablarımın satışa qoyulan bütün mağazaları bir-bir gəzməkdən
yorulmurdum.
Buna baxmayaraq özümü yazıçı hesab etmirəm. Mən sadəcə
olaraq hadisələri şərh edirəm”.
Banunun tərcüməçilik fəaliyyəti də çox əhatəli və maraq-
lıdır.
O, rus yazıçısı Dostoyevskinin “Özgə arvadı” və “Tatyana
Tolstoyun xatirələri” əsərlərini, alman yazıçısı Ernest Yunkerin
“Sülh” romanını, ingilis yazıçısı Qreqori Martonun “Dostum
Bilizzar” və V.T.Vantın “Sen Polun həqiqət dedikləri” əsərlərini
fransız dilinə tərcümə etmişdir.
O, islam aləmində böyüsə də, dindar deyildi. Paris isə onu
ateist etdi. Bir vaxtlar Paris üçün burnunun ucunun göynədiyini
deyən Banin, bu ecazkar şəhərdə olarkən özünü yelkənsiz gəmi-
yə bənzədirdi.
Ondan müsahibə alanlara anasız böyüdüyünü və övladının
olmadığından təəssüfləndiyini bildirirdi. Əldə etdiyi müvəffə-
qiyyətlərə baxmayaraq o, taleyindən şikayətlənirdi. Şəraitin, tə-
sadüflərin, taleyin onu oyuncağa çevirdiyini vurğulayırdı. Bax-
mayaraq ki, ömrü boyu inam-əqidə üğrunda çarpışıb, xeyir-
xahlıq etmişdi.
186
Azad yaşamış, maraqlı həyat keçirmiş, uzun ömür sürmüş
Banin həyatı tənha tərk etmişdi.
Qeydlərindən məlum olur ki, vətənini dərin məhəbbətlə
sevsə də, nədənsə həmyerliləri ilə görüşməkdən boyun qaçırırdı.
Qohumları ilə əlaqə yaratmaq arzusunda olmayıb. Atasından
incik düşən Banin hətta ömrünün sonunadək onun məktublarını
da oxumur.
Ayağından aldığı zədə onu oturaq həyat keçirməyə məcbur
etsə də, Banin qiraət etməkdən usanmır, gənc müəlliflərin
əlyazmaları ilə tanış olurdu. Ömrünün 75 ilini qürbətdə keçirsə
də, yazıb-yaratmaq, yaradıcılıq həvəsi ilə yaşayan azərbaycanlı,
yazıçı Ümmül Banu bir neçə dildə yazırdı.
Fransız ədəbiyyatının axarına düşdüyünə baxmayaraq hər
zaman verdiyi müsahibələrində Azərbaycanın sadiq qızı oldu-
ğunu vurğulayırdı.
Baninin “Azərbaycan evi” Paris Assosiasiyasının Fəxri üzvü
olması bunun təsdiqidir.
1992-ci ildə dünyaya əbədi göz yumarkən, Banin cəsədinin
“yandırılmasını” vəsiyyət edir. Vəsiyyətnaməsindən bəlli olur
ki, bunun səbəbi ömrünün sonunadək öz-özünü idarə etmək iqti-
darında olsa da, həyat kredosu azadlıq olub! Bununla Banin,
azadlığı hər şeydən üstün tutduğunu sübuta yetirib.
Katolik dininə riayət etdiyindən, zəngin kitabxanasını Pari-
sin ən məşhur Katolik kilsəsinə verməsini də vəsiyyətində xü-
susi qeyd edib.
P.S. Bu azərbaycanlı qızının, vəsaitləri milyonlarla hesab-
lanan iki nəhəng neftxudanın nəvəsinin maraqlı, lakin şox ağır
həyat tərzini oxuduqca, ürəyim qan ağlayır. Onun yerində özü-
mü bir an da olsa təsəvvür edə bilmirəm. Həyatını mühacirətdə
keçirən niskil Ümmül Banu böyük ürək sahibi olub.
Arzu edərdim ki, xalqımızın tarixində özünəməxsus izi olan,
gözəl əməlləri, işləri saya-hesaba gəlməyən Ağa Musa Nağıyevə
187
vaxtilə edilən haqsızlıqların cavabı olaraq onun tikdirdiyi bina-
ların birinə xatirə lövhəsi vurulsun, adı bir küçəyə verilsin.
BU YOLDA UDDUQLARIM
T
əşkil etdiyim, eləcə də dəvət olunduğum tədbirlərin hər bi-
rində Ağa Musa Nağıyev haqqında ətrafdakıları məlumatlan-
dırdıqca, indiyədək bilmədiklərini faktlara və arxiv sənədlərinə
əsaslanaraq nəzərə çatdırdıqca, suallar çoxalır. Bununla bərabər
sağ ol dediklərini də eşidirəm.
Beynəlxalq Sülh Federasiyasının Azərbaycandakı nümayən-
dəsi Yaponiyalı Mister Toru Nişivaki ilə tanışlığım zamanı Ağa
Musa Nağıyev ilə bağlı bir əhvalat danışdı:
- Bakıda gəzərkən yolum İçərişəhərdən düşür. İçərişəhəri
gəzib, yoruldum. Hava çox isti idi. Susuzluq hiss etdim. Həyət-
lərin birində qadının paltar yuduğunu görüb, içməyə bir stəkan
su istədim.
Stəkana həyətdəki krandan su doldurub mənə uzadanda so-
ruşdum: “Qaynadımamış suyu necə içmək olar?”
Tərcüməçi qadından xahiş etdi ki, mənə qaynadılmış su ver-
sin.
O gülümsəyərək cavab verdi: “Bu Şollar suyudur, onu qay-
natmağa ehtiyac yoxdur”.
Stəkanı yuxarı qaldırıb suyun nə qədər şəffaf olduğunu gör-
düm. Dadı da çox xoşuma gəldi. Suyun haradan gəldiyini soru-
şanda bu qadın çox qürurla dedi ki, Bakıya suyu çox-çox illər
bundan əvvəl milyonçu Ağa Musa Nağıyev çəkdirib. Bakıda
belə xeyriyyəçilər onlarla olsa da, onlardan ən varlısı Nağıyev
olub, deyə o, bunu xüsusi vurğuladı.
Bu məsələ məni çox düşündürdü. Çox maraqlandım və mil-
yonçu Ağa Musa Nağıyevin kim olduğunu, bu səxavətli insanın
Dostları ilə paylaş: |