Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə3/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   2   3   4   5   6   7   8   9   ...   59

 
10 
UNUDULMUШ UNUDULMAZLAR 
 
 
Ö
tən  əsrin  əvvəllərində  varidatına  görə  məşhurlaşan  11 
Bakı  milyonçusu  sırasında  birincilik  qazanmış  Ağa  Musa 
Nağıyevə  Sovet  hakimiyyəti  illərində  “İstismarçı  kapitalist” 
damğası vurulmuşdu. Hətta bəzi araşdırmalar bu kapitalistlər 
haqqında yazanda da nədənsə Ağa Musanın  ünvanına “xəsis” 
deməkdən  çəkinmədilər.  Halbuki,  onun  gördüyü  xeyirxah  iş-
ləri, tikdirdiyi binaları və digər qeyri-adi savab  əməllərini saf-
çürük etdikcə başqa cür düşünürsən.  
O, xalqına, millətinə nə dərəcədə xidmət etmək mümkünsə
hamısını  bacarırdı.  Bəlkə  də  taleyin  qəzavü-qədərinə  düçar 
olmasaydı, Ağa Musa Nağıyev daha nələr yaradacaqdı. Təəs-
süf ki, bu cür güclü və tərəqli bir şəxsiyyətin fəaliyyəti, doğma 
xalqına  göstərdiyi  xidmət  uzun  müddət  kölgədə  qalmışdı. 
Halbuki  onun təkcə  Bakı  şəhərində  tikdirdiyi  98  bina  (arzusu 
100  olub)  tariximizin  daş  yaddaşıdır.  Bu  yadigarların  hər 
naxışında  neft  milyonçusunun  saf  əməlləri,  vətənpərvərliyi, 
milli təşəbbüskeşliyi sükuta dalır. 
 
Əslində,  Ağa  Musa  Nağıyev  böyük  ürək  sahibi  və  nəcib 
insan  idi.  Belə  bir  ifadə  var  ki,  halal  surətdə  varidat  qazanmaq 
bacarıq,  onu  qoruyub  saxlamaq  müdriklik,  ondan  düzgün 
istifadə etmək istedaddır.  
Ağa  Musa  Nağıyevdə  bu  məziyyətin  üçü  də  cəmləşmişdi. 
Onun  haqqında  olan  xatirələrdən,  arxiv  materiallarından  öyrə-
nirik  ki,  Ağa    Musa  Nağıyev  “xəsis”  yox,  sadəcə  qənaətcil  idi. 
Pulunu hara və nəyə xərcləməyi dəqiq hesablaya bilirdi.  
Milyonçunun nəvəsi Dilarə xanım ilə söhbət zamanı  təqdim 
etdiyi sənədlərdən bir Vətən övladının, unudulmaz Bakı milyon-
çusunun çox işıqlı obrazı boylanır. Töhvələrinin sayını sıralayan 
rəqəmlərin,  faktların  arxasında  fenomen  bir  şəxsiyyətin  dəyərli 
xidmətləri dayanır.  


 
11 
Əgər Ağa Musa Nağıyev tərəfindən tikilən və Bakı memar-
lığının  qızıl fonduna daxil olan binaları saysaq, uzun bir siyahı 
əmələ gələr.  
Bakıya  bir  klassikalıq  gətirən,  onun  hüsnünə  Qərb  və  Şərq 
memarlıq koloritini bəxş edən qeyri-adi gözəl binaların əksəriy-
yətini  Ağa  Musa  Nağıyev  tikdirmişdir.  Bu  gün  Komitə  və  Na-
zirliklərin  yerləşdiyi  binalar  onun  yadigarlarıdır.  28  May  küçə-
sində  yol  boyu  sıra  ilə  düzülmüş,  memarlıq  üslubu  ilə  seçilən 
binaların demək olar ki, əksəriyyəti Ağa Musa Nağıyevin təşəb-
büsü ilə inşa olunmuşdur. Təkcə Bakıda deyil, başqa şəhərlərdə 
də  məscidlər  tikdirən    Bakı  milyonçusu  digər  dinlərə  sitayiş 
edənləri  də  unutmurdu.  O,  “Kirxa”  və  “Sinaqoq”un  tikilməsinə 
vəsait ayırıb.  
Deyilənlərə  görə,  əgər  XX  əsrin  binalarından  Morozovun 
Moskvadakı  mülkünü  dünya  incəsənətinin    keçid  dövrünün 
ixtirası hesab etmək mümkünsə, Azərbaycanda bu şərəf  “İsmai-
liyyə” qotikasına (saray) görə Ağa Musa Nağıyevə ünvanlanır.  
Bir  faktı  da  xatırladaq  ki,  Bakıya  Şollar  suyunun  çəkilmə 
xərcinin  xeyli  hissəsini  Ağa  Musa  Nağıyev  ödəmişdi.  Maarif-
çilik  məqsədilə  keçirdiyi  işlərin  və  bu  yolda  verdiyi  ianələrin 
sayı-hesabı yox idi.  
Bakının  ilk  neftxudalarından  olan  mesenat,  milyonçu  “xə-
sis” (anlamaq olmur ona bu damğanı hansı ürəklə vurublar) Ağa 
Musa Nağıyev böyük səxavətlə imkansız ailələrin dayağı olub.  
Dilarə  Nağıyeva  təəssüflə  söyləyir:  “Şükür,  indi  Hacı  Zey-
nalabdin Tağıyev barəsində ədalət  bərpa olunub, amma hələ də 
Ağa  Musa  Nağıyev  haqqında  bunu  tamamilə  demək  mümkün 
deyil”.  
Artıq Azərbaycan müstəqil dövlətdir. Ona görə də xalqımız 
belə  oğullarının,  millət  üçün  yaşayan  talesizlərin  həyatını  bil-
məli,  fəaliyyətlərindən  xəbərdar  olmalıdır.  Bu  faktdır  ki,  Ağa 
Musa  Nağıyev  Bakının  iri  neft  maqnatları  arasında  Nobel  qar-
daşlarından  sonra  ən  varlı  və  ən  mötəbər  milyonçu  kimi  ta-
nınmışdı.  


 
12 
Samançı  oğlu  Ağa  Musa,  11  yaşından  hamballıq  edərək 
əlinin  qabarı  ilə  qazandığı  pulun  hesabına  49  yaşında  milyon-
çuya  çevrildi.   
Atası  oğlunun  varlandığını  gördükcə  nəsihət  edir  ki,  ömrü 
durduqca bina tikdirsin. 100 bina tikdirməyi qarşısına məqsəd qo-
yan Ağa Musa təəssüf ki, 98 bina tikdirə bilir. 1918-ci ildə ermə-
nilərin Bakıya hücumu zamanı onların “İsmailiyyə” binasını topa 
tutmasına dözə bilmir. 1919-cu ildə 70 yaşında vəfat edir.  
Əslində  bu  xeyirxah  milyonçumuz  erməni  terrorunun  gü-
dazına gedir. 
Ölümündən  sonra  bu  iman  sahibi  dəfələrlə  gordan  edilib. 
Dilarə xanımın söylədiklərindən aşkar olur ki, 1938-ci ildə Dağ-
üstü parkda Kirova heykəl qoymaq istəyənlər Çəmbərəkənd qə-
biristanlığını  dağıdıblar.  Təkrar  dəfn  faciəsi  də  buradan  başla-
yır... Yalnız 1998-ci ildə xeyirxah insanlar tərəfindən Ağa Musa 
Nağıyev dördüncü dəfə dəfn edilərək, üstündə İsmailiyyə binası-
na bənzər məqbərə qoyulur.  
O  zaman  Dilarə  xanımın  babasının  ruhuna  söylədiyi  pıçıl-
tıları:  
-  “Sən  öz  doğma  Vətənindəsən,  rahat  yat.  Biz  səni  unudul-
mağa qoymarıq” –  insanda  təəccüblə bərabər rəhm oyadır. 
Ağa Musa Nağıyevin taleyi çox acılara tuş gəlmişdi. Hər iki 
övladını  erkən  yaşlarında  itirmişdi.  Çəkdiyi  dərdlərə  görə  də 
Ağa Musa Nağıyev Bakıda xəstəxana şəbəkəsinin genişləndiril-
məsinə, bu yöndə binaların tikilməsinə xüsusi diqqət yetirmişdi.   
Fələyin  qədərinə  dözə  bilməyən,  övladsızlığı  ona  ağır  olan 
bu qeyri-adi  milyonçu - qardaşı Ağa Əlinin yeni doğulan, sayca 
beşinci oğlunu övladlığa götürür. Adını Fərəc – mənası “kədər-
dən sonra sevinc gələr” qoyur. 
Fərəcin milyonçu vərəsəsi olması sonradan ona ağır bir tale 
bəxş  edir.  Ağa  Musanın  vəsiyyəti  Kərbəlada  İsmayıl  oğlunun 
yanında dəfn edilmək olsa da, totalitar rejim imkan vermədiyin-
dən, sonradan onu Kərbəlaya aparmaq ümüdü ilə doğmaları cə-


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə