Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə8/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

 
27 
İmkansız ailədən olduqlarına, savad ala bilmədiklərinə bax-
mayaraq,  şəxsi  keyfiyyətləri  və  bacarıqları  sayəsində  cəmiy-
yətdə qazandıqları yüksək mövqedən  hər zaman qürur duyublar. 
Xalqın  millət  kimi  formalaşmasında  Bakı  milyonçularının 
böyük rolu olmuşdur! 
Məhz  belə  insanlar  ali  hisslərin  işığında  inamla  addımlaya 
bilərdi. İnsan dünyaya göz açanda onun taleyi alın yazısı  olur.  
Elə  insanlar  var  ki,  Ulu  Tanrı  onlara  ağıl-kamaldan,  elm-
zəkadan  başqa  həm  gözəl  ünsiyyət  qurmaq  bacarığı,  həm  də 
vətəninin,  millətinin  qeyrətini,  zəhmətini  çəkmək,  ürəkdən 
sevmək duyğusu verir. 
İnsan həyatda ali hisslərin işığında inamla addımlayır.  
...Bəli,  gedənlər  özlərilə  heç  nə  aparmır.  Arşınla  ölçülən 
ağdan başqa. Amma bu dünyada gördükləri xeyirxah işlər, yax-
şılıq və bir də unudulmaz xoş xatirələr yadda qalır.                                 
Vaxtı  ilə  neftdən  qazandıqları  varidatı  xeyriyyə  işlərinə, 
əzəmətli binaların  tikintisinə sərf edən  neft maqnatları özündən 
sonra əbədi ölməzlik qazanmışlar. 
Onların qismətinə düşən ömür payını boş və mənasız yaşa-
madılar. 
Neftdən gələn sərmayəni xalqın maariflənməsinə, mədəniy-
yətinin və mətbuatın inkişafına, arxitekturasının gözəlləşməsinə, 
incəsənətinin şaxələnməsinə  sərf ediblər.            
 
 


 
28 
“Ġnsan olmağa tələsin, ömür vaxtdır. 
Adam olmaq asandır, sadəcə doğulmaq 
lazımdır”!  
(Qurani Kərim) 
                                             
 
 
G İ R İ Ш
 
 
D
ünyada  qədim  neft  diyarı  kimi  tanınmış  Azərbaycanda 
neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından baş-
lamışdır.  
1848-ci  ildə  Bakıda,  Bibiheybət  yatağında  qazılmış  quyu-
lardan vuran neft Azərbaycanda “Qara qızıl”ın sənaye üsulu ilə 
çıxarılmasının  əsasını  qoymuşdur. Artıq 1899-cu ildə Azərbay-
can, neft istehsalı ilə dünya miqyası üzrə neft hasilatının yarısını 
verirdi.  
Neft  sənayesinin  inkişafı  yerli  sahibkarların  böyük  bir 
nəslini yetişdirir.  
XIX  əsrin  axırlardan  etibarən  Azərbaycan  ziyalılarının  və 
sahibkarlarının  səyi  nəticəsində  milli  mədəniyyətin,  təhsilin  və 
səhiyyənin  inkişafına  kömək  məqsədilə  Xeyriyyə  Cəmiyyətləri 
yaranmağa  başlayır.  1905-ci  ildən  belə  Cəmiyyətlərin  sayı  və 
fəaliyyət dairəsi xeyli genişlənir.  
...Təsis  fondunun  əsasını  varlı  tacirlərin  və  sənayeçilərin 
verdikləri ianələr    təşkil edirdi.  Onların  səyi nəticəsində  ictimai 
binalar  tikilir,  gimnaziya  və  məktəblər  açılır,  milli  teatr  sənəti, 
səhiyyə,  mətbuat  inkişaf  etdirilir.  Parklar  salınır,  şəhərin  su 
təchizatı  yaxşılaşdırılır.  İstedadlı  gənclər  Avropa  və  Rusiyanın 
ən yaxşı ali təhsil ocaqlarında təhsil almağa göndərilir.  
Dövrün  mesenatları  sırasında  nüfuzlu  yer  tutan  H.Z.Tağı-
yev,   A.M.Nağıyev, ġ.Əsədullayev və  M.Muxtarov  bu işlərdə 
fəal iştirak ediblər. Onlar əməllərilə tarix yaradıblar. 
           


 
29 
DЦNYANIN MALI DЦNYADA  
QALAR 
 
M
in  əziyyətlə  qazanılan  dünya  malını  heç  kim  nahaq  dün-
yadan  haqq  dünyasına  aparmayıb.  Qalan  yalnız  yaxşı  ad,  yaxşı 
əməllər, tikilib yaradılan, xalqın, elin-obanın xidmətinə verilən-
lərdir.   
Lakin hərdən tarixin ədalətsizlikləri ilə də üzləşirik. İnsanın 
gördüyü  böyük  işlər  arxa  plana  keçir.  Bəzən  bilərəkdən  unut-
durulur, əvəzində isə xasiyyətinin “müəyyən bir cizgisi” şişirdi-
lir və bu surət gələcək nəsillərə təhrif olunmuş şəkildə çatdırılır.  
Ağa  Musa  Nağıyev  şəxsiyyəti  tarixin  yaddaşlarında  təhrif 
olunmuş böyük insanlardan olub.  
Dünənimizlə maraqlananlar, tarixi keçmişimizə nəzər salan-
lar onu əfsanəvi milyonçu... və xəsis kimi tanıyıblar.   
Lakin bu doğrudanmı belədir? Məhz bunu sübut etməyə ça-
lışacağam. 
Zaman-zaman  xəsis  kimi  qələmə  verilən  Ağa  Musa  Nağı-
yevin gördüyü işlərə kölgə salınmışdı.   
Soruşdular: “Xəsis kimdir”? Dedilər: “İmkanı olub, əl tutma-
yan”. 
Ağa Musa Nağıyev “Əl tutmaq Əlidən qalıb” məsəlinə ria-
yət  edərək  dəfələrlə  insanların    imdadına  çatıb,  əl  tutub  -    həm 
dirilərin, həm ölülərin.  
Tikdirdiyi  98  binanı  yada  salmaq  kifayətdir  ki,  bu  insanın 
millət üçün nə qədər xeyirxah işlər gördüyünün fərqinə varasan. 
Musa  Nağıyev  Bakının  ilk  və  çox  mülk  sahiblərindən  ol-
muşdur.  
El  arasında  onun  xəsisliyi  haqqında  müxtəlif  şayiələr  dola-
şırdı. 


 
30 
Şəhər prokuroru Voronov cəbhəyə yardım məqsədilə milyo-
nerlərdən  pul  yığarkən,  Ağa  Musa  50  rubl  verir.  Voronov  ona 
Hacı  Zeynalabdinin  50  min  rubl  verdiyini  söyləyəndə:  “Hacı 
məndən dövlətlidir – o verər” – cavabını eşidir. Sonradan hadi-
sədən  Ağa  Musanın  oğlu  İsmayıl  bəy  xəbər  tutanda  istənilən 
məbləği verir.  
Bundan xəbər tutan Ağa Musa uşaqlıq xatirələrindən bir mə-
qamı  yada salıb, deyir: 
-“Valideyinlərim məni alış-verişə göndərər, gəlirdən 5 qəpik 
xərclədiyimi  biləndə  məni  cəzalandırardılar.  Mənim  oğlum  isə 
başqa şəraitdə böyüdüyündən, onun üçün 50 min pul deyil”. 
Şübhəsiz ki, illərlə çox çətinliklərlə  üzləşən, zəhməti hesa-
bına var-dövlət toplayan Ağa Musa pulu xərcləməyin yerini bi-
lirdi.    
 Həyatımın az  hissəsi də olsa  sürgündə keçdiyindən və bu-
nun  ağrılarını  zaman-zaman  unutmaq  istədiyimdən,  ailəm  ətra-
fında  mübarizəmi  gec  başladığımdan  üzülsəm  də,  babamın 
tapdanmış  hüquqlarını  müdafiə  etmək  məqsədilə  bir  ömür  də 
sərf  edərdim.   
Ağa  Musa  gözlərini  saman  satan  bir  kişinin  ailəsində  dün-
yaya  açmışdı.  Gününə  bir  tikə  çörək  və  bir  qurtum  su  ilə  bö-
yüyüb 11 yaşa çatanda, kasıb uşağına xas olaraq dərk etmişdi ki, 
əməyə  qatlaşmalıdır.  Əyninə  nazik,  dizi  cırıq  şalvarını  geyinib 
hər  gün  hambal  şələsi  ilə  qənşərindən  ağır  yüklərin  altına  gir-
məklə çörək pulu qazanırdı.  
Belə anlar olurdu ki, ağırlığa tab gətirə bilmir, soyuq da bir 
yandan  əhdini  kəsirdi,  səndirləyib  üzü  üstə  torpağa  qapanırdı. 
Bu anda elə uzandığı yerdəcə çiynində yük yuxulamaq, hər şeyi 
unudub  azacıq  dincəlmək  istəyirdi.  Amma  qulağını  söykədiyi 
torpağın pıçıltıları ona yenidən qüvvə verirdi:  


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə