“Аға Беһҹәтин һәјатынын башланғыҹы



Yüklə 1,34 Mb.
səhifə23/26
tarix17.06.2018
ölçüsü1,34 Mb.
#49164
1   ...   18   19   20   21   22   23   24   25   26

Duam müstəcab oldu


Gör nə günə qalmışıq ki, çətinliyə düşəndə də dua etməyə halımız olmur. Təqribən otuz-qırx il bundan əvvəl Qum şəhərində sınıqçılıqla məşğul olan bir cavan belə nəql edirdi:

“Günlərin birində hicablı bir qadın işlədiyim dükana gəlib dedi: “Ayağım bərk ağrıyır. Deyəsən ayaq sümüyüm çıxıb, onu yerinə sala bilərsinizmi? Amma burada (yəni bazarda) olmaz. Çünki ağrıdan qışqıra bilərəm və naməhrəmlər mənim səsimi eşitməsin deyə evə gəlsəniz yaxşı olar.”

Mən o qadınla razılaşdıqdan sonra dükandakı üç yüz tümən pulu da götürüb onun dalınca evlərinə getdim. Onun evinə daxil oldum və qadın qapını arxadan bağladı. Sonra keçib öz yatağına uzandı. Mən onun topuğuna əl vurub dedim:

–Ağrıyan yer buradırmı?

O dedi:– Yox, bir az yuxarı.”

Baldırına əl vurub soruşdum:–Bura ağrıyır?”

“Yox, bir az da yuxarı– deyə qadın dilləndi. Onun başqa niyyətdə olduğunu başa düşdüm. Qadın qəsdən məni bu iş üçün evinə çağırmışdı.

O, qapını içəridən bağlamışdı və onu razı salmasaydım məni küçədəki cavanlara döydürəcəyi ilə hədələyirdi.

Həmin qadına dedim:

–Üstümdə üç yüz tümən və mağazamda da iyirmi tümən var, hamısını sənə verirəm. Amma məndən əl çək. Dediklərimin heç bir faydası olmadı. O, hey dediyi sözə israr edir və məni hədələyirdi.

Bir tərəfdən də qadın mənə o qədər yaxınlaşmışdı ki, dua və təvəssül etməyə halım qalmamışdı. Guya mənimlə dua və təvəssül arasında nəsə bir maneə və yaxud divar var idi.

Özümü zahirdə onun istəyilə razılaşmış kimi göstərməyə çalışdım. Nəsə bir bəhanə ilə onu özümdən uzaqlaşdırıb bir şey dalınca göndərdim.

Elə bu vaxt məndə dua etmək halı yarandı. Dərhal İmam Rza (ə)-a mütəvəssil olub dedim ki, əgər mənə bu bəladan qurtarmağa kömək etməsən, bu işimdən (sınıqçılıq) əl çəkəcəyəm.

Deyəsən bu cavan sınıqçılığı möminlərə nəsə bir kömək etmək məqsədilə İmam Rzadan (ə) istəyibmiş və həmin iş də İmamın xüsusi diqqətində imiş.

Həmin cavan deyir:

–Elə bu vaxt evin damının yarıldığını və bir qoca qarının evə düşdüyünü gördüm. Başa düşdüm ki, duam qəbul olub.”

Ev sahibəsi olan qadın qayıdıb gələndə həmin qoca qarını görüb soruşdu:

–Nə istəyirsən və nə üçün bura gəlmisən?”

Qarı dedi:

–Sizin qonşuluqda yaşayan bir qadın uşaq dünyaya gətirmişdi. Gəldim ki, bir az parça (əski) aparım.”

“Bəs haradan gəldin–“deyə qadın qoca qarıdan soruşanda, qarı dedi:

–Qapıdan.” Amma mən onun evin damından içəri girdiyini görmüşdüm.

Nə isə, onların başının söhbətə qarışdıqlarını görüb fürsəti əldən vermədən evin qapısına tərəf qaçmağa başladım.

Ev sahibəsi mənim dalımca gəlib soruşdu:

–Hara gedirsən?”

–Gedirəm qapını bağlayım– deyə dilləndim.

O dedi: “Mən qapını bağlamışam.”

–Axı qapını necə bağlamısan ki, o qoca qarı həmin qapıdan içəri girdi– deyə cavab verdim. Tez qapıya tərəf gedib evdən çıxmaq, o qadının əlindən xilas olmaq istədim. Qadın mənim aradan çıxdığımı başa düşəndə, arxamca tüpürüb, söyüş söyməyə başladı.

Həmin vaxt onun söyüşləri mənə halvadan da şirin gəlirdi.1

Problemlərimizin əsas səbəbi


Kafirlərin bütün hədəfi müsəlmanlar arasına təfriqə (ixtilaf) salmaqdır: “Ayrılıq sal, ağalıq et”. Millətlər və dövlətlər arasında təfriqə salıb, onları sərhədlə bir-birindən ayırmaq, hər milləti digərinin qarşısında əcnəbi kimi qələmə verməklə, kafirlərə (o cümlədən də Britaniyaya) qarşı İran və Osmanlı hərbi birliyinin yaranmasının qarşısını aldılar.

Baxmayaraq ki, Allah, Peyğəmbər (s) və pak İmamlar tərəfindən bizə çoxlu tövsiyyə olunmuşdur: “Həmişə birgə olun.” Öz birliyinizi qoruyun və heç vaxt bir-birinizdən ayrılmayın. Ehtiyatlı olun ki, yadlar sizin içinizə nüfuz etməsin və kafirlərlə qarışmayın. Onlarla (kafirlərlə) əhd-peyman bağlamayın. Bunlar sizin din və dünyanızın zərərinə ola bilər.”

Amma biz bütün bu sifariş olunanları qulaq ardına vurduq və sonda arzulamadığımız hadisələrin şahidi olduq.

150 min nəfəri öldürmək olar, amma oğrunun əlini kəsmək olmaz?


Xirosimada atom bombasıyla bir neçə dəqiqə ərzində 90 min yaponiyalını öldürdülər, heç uf da demədilər.

Başqa ölkələri bu yolla işğal etmək istəyənlər İslam dinindəki şəri hökmlə–oğrunun əlini kəsməklə–müxalifdirlər. Onların nəzərincə oğrunun əlini kəsmək vəhşilikdir.

Baxmayaraq ki, oğrunu cəzalandırmaqla cəmiyyətdə asayiş və əmin-amanlıq yaranır. Onlar bunu nəzərə almırlar.2

Deyirəm heç günah etməyə də fikirləşməyin!


Həzrət İsa (ə) buyurmuşdur:

“Qardaşım Musa (ə) buyurur: “Günah etməyin.” Amma mən sizə deyirəm ki, hətta günah etməyi fikirləşməyin.”

Musa (ə) buyurur:

“Yalandan and içməyin.” Amma mən deyirəm ki, heç doğrudan da and içməyin.1


Valideynə itaətdə müstəhəbbi əməllərin tərki


Sual: Valideynə itaət zamanı müstəhəbbi əməllərin tərki lazımdırmı?

Cavab: Bəli, amma müstəhəbbilərə əməl etmək istəsən, gərək valideyninə əziyyət və zəhmət verməyəsən. Çünki, müstəhəbbi əməllərdə başqasına əziyyət etmək haramdır.2

Mənim malım batmaz.


Şeyx İbrahim Kəlbasi ticarətlə məşğul olur və bu yolla ailəsinin xərcini təmin edirdi. Günlərin birində ona xəbər verdilər ki, ticarət gəmiləri qərq olmuşdur. Çünki, Şeyx İbrahim Kəlbasinin də bu gəmilərdən birində çoxlu malı var idi. Şeyx bu xəbəri gətirənlərə deyir:

“Mənim malım heç vaxt batmaz (qərq olmaz), çünki mən onların (malımın) xumsunu vermişəm.

Bir müddət keçəndən sonra xəbər çatır ki, gəmilərdə olan mallardan ancaq Şeyxin3 malı suda batmayıb. (Malların üstündə sahibinin adı və ünvanı qeyd olunduğuna görə mal sahibini tapmaq bir o qədər də çətin deyildi.)4

Elmin əhəmiyyəti


Günlərin birində Məhəmməd ibn Müslüm İmam Sadiqin (ə) hüzurunda olarkən yuxusunu nəql edir və Əbu Hənifə onun yuxusunu təbir edir. İmam Sadiq (ə) ona buyurur:

Düz dedin.1

Amma Əbu Hənifə gedəndən sonra İmam Sadiq (ə) Məhəmməd ibn Müslümə buyurur:

“Əslində sənin gördüyün yuxunun yozumu mən dediyim kimidir.”

Məhəmməd ibn Müslüm çox təəccüblə İmamdan soruşur:

“Bəs niyə görə Əbu Hənifənin sözlərini təsdiq edərək ona–düzdür–dediniz?”

İmam Sadiq (ə) buyurdu: “Təqiyyə etdim və əslində məqsədim “doğrudan da səhv dedin” idi.”

Əgər insanlar nəyi bilib-bilmədiklərindən agah olub öz nöqsanlarını düzəltməyə çalışsaydılar, din və peyğəmbərlərdən itaət etməkdə bir səviyyədə olardılar. İnsanlar arasındakı ixtilafların əsas səbəbi onların alim və cahilliklərindədir. Amma insanın qədir-qiyməti onun malı ilə deyil, elmi ilə ölçülür. Elm – bütün şeyləri və şəxsiyyətləri özünə tərəf cəzb edir. Həmin şəxs deyir:

Məhəmməd ibn Əlidən (İmam Baqir (ə)) elmli bir şəxs görmədim.”

Əhli-beytlə (ə) müxalif olan şəxslər, doğrusu elm və ağılla müxalifdirlər. Həzrət Məhəmmədin (s) Əhli-beyti (ə) alim və Peyğəmbərdən (s) sonra hamıdan bilikli olduqlarına görə gərək onların buyurduqlarına əməl edək. Baxmayaraq ki, Əhli-beyt (ə) Peyğəmbərin (s) vəsiləridir və onlara itaət etmək bizə vacibdir.2



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə