Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə12/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

49
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИ BИRИNCИ hяftя
H
amiləliyin  beşinci  ayı  demək  olar  ki,  geridə  qalıb.  Doğuşa  cəmi 
dörd ay vaxt var, sən isə artıq özünü bu əlamətdar hadisəyə hazır 
hiss edirsən. İyirmi birinci həftədə təxminən 4 kq çəki artımı müşahidə 
edə bilərsən, gələcək həftələrdə bu daha sürətlə baş verəcək. İndi isə 
sən  hamiləliyin  çiçəklənmə  dövrünü  yaşayırsan:  dik  və  dolğun  sinə, 
səliqəli və hələ ki, balaca qarın. Saçların və dərin də kifayət qədər canlı 
görünür. Yeganə narahatlıq yaradan məqam piqment ləkələridir, an-
caq heç də hamilələrin hamısı bu problemlə rastlaşmır.
Bu müddətdə bel ağrıları arta bilər, ancaq bir yerdə çox oturma-
san, tez-tez rahat pozaya keçsən, bu problem də səni incitməyəcək. 
Orqanizmini  dinləməyə  çalış  və  özünə  istirahət  ver.  Yuxu  saatlarını 
dəqiqliklə  izləməyə  çalış,  telefondan  və  digər  elektron  cihazlardan 
uzaq, tam qaranlıq və yaxşı havalandırılmış otaqda 8-10 saatlıq yuxun-
dan həzz almağa çalış.
Döl uşaqlığın içərisində istədiyi kimi yerini dəyişir. Bu, o deməkdir ki, 
gün ərzində səhər körpə istəsə başıaşağı sallana bilər, nahar vaxtı kön-
dələn yata, axşam vaxtı isə başını uşaqlığın dibinə söykəyər. Bu zaman 
sənin keçirdiyin hisslər Onu qətiyyən narahat etmir. Adətən döl hamiləli-
yin ikinci rübünün sonunda bu vəziyyətlərdən birini seçir və dayanır. An-
caq bəzi körpələr bu “gəzintiləri” – sərbəst yerdəyişməni sonrakı vaxt-


50
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
larda  da  davam  etdirirlər.  Bu  həftə  körpənin  ölçüləri  təxminən  doğuş 
ölçülərinin yarısına çatır. Çəkisi isə yeni doğulmuş körpəylə müqayisədə 
dəfələrlə azdır, indi o təxminən qreyfrut böyüklüyündə, 360 qr-dır.
İndi sənin analıq hisslərin kifayət qədər möhkəmdir, körpəni hər 
dəqiqə hiss edə bilirsən. Artıq uşağın tərbiyəsi ilə məşğul olmağa baş-
lamalısan: Onunla söhbət etməyin əsl vaxtıdır. Səbrlə, sevgi dolu, isti 
sözcüklər seçmək və Onunla bir fərd kimi davranmaq yerinə düşər. Bu 
məqamda kitab və musiqini də unutmamalısan. Onun da ruhi qidaya 
ehtiyacı ola bilər.
Bu günlərdə iştaha nəzarət etmək getdikcə çətinləşir. İndi daha 
diqqətli olmalısan, çünki bircə dilim alma piroqu və ya bir stəkan qazlı 
su kökəlmə prosesini ikiqat sürətləndirə bilər.
Əgər özünə xüsusi və gündəlik rejim yarada bilsən doğuşa qədər 
əla formada qala bilərsən. Bunun üçün planlı – qrafiklə yeməkdə fay-
da var. Yaxşı, doyumlu səhər yeməyi + ikinci və yüngül səhər yeməyi + 
çox böyük olmayan porsiyalarla nahar + faydalı günarası + yüngül şam 
yeməyi. Bu şərti yemək qrafikini bir vərəqə yaz və soyuducunun üs-
tünə yapışdır, əməl etməyə çalış. 


51
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИ ИKИNCИ hяftя
Y
əqin ki, özünü əvvəlki kimi yaxşı hiss edirsən. Bəlkə də uzun müd-
dət  ayaq  üstə  durmaq  əvvəlki  kimi  rahat  deyil,  ancaq  sən  artıq 
özünə qulluq etməyi, özünə və körpənin orqanizminə həssaslıqla ya-
naşmağı yaxşı bilirsən. 
Bu günlərdə vaxtı boşa xərcləmə, hamiləliyin ikinci rübündə rahat-
lıqla görə biləcəyin işləri üçüncü rübdə çətin ki, davam etdirə biləsən. 
Ona görə də bolluca piyada gəz, muzeylərə, sərgilərə baş çək, təbiətlə 
ünsiyyəti qırma. Çünki gələcək həftələrdə qarnın böyüyəcək, belin və 
ayaqların işi çətinləşəcək.
Bir çox qadınlar bu günlərdə yerişlərində, bədənlərindəki dəyişik-
liyi görür, sərbəst hərəkətdə çətinlik çəkirlər. Bu yeniliklərlə barışma-
yan qadınlar yeni “komplekslər” qazanırlar. Bu anda ailənin, həyat yol-
daşının dəstəyi çox önəmlidir. Hər şeyi onların üstünə atmaq, çiyninə 
yükləmək də olmaz, axı sən güclüsən, əziz dost, bu yenilikləri anla-
mağa və qəbul etməyə hazır olmalısan. Özünü yeni paltarlarla sevin-
dir, yeni saç düzümlərini sınaqdan keçir, güzgüdəki gələcək və gözəl 
anaya tez-tez gülümsə.
Döl inkişaf etməkdə və özünü ana bətnindən kənar həyata hazırla-
maqda davam edir. Bu həftə körpə gün ərzində 200-ə qədər müxtəlif 
hərəkətlər edir, əlbəttə sən bunların hamısını eşitmirsən. Ancaq indi sən 


52
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
asanlıqla onun yatdığını, yoxsa hərəkətdə olduğunu ayırd edə bilirsən. 
İyirminci həftə körpə toxunmaqla dərk etməyə çalışır; üzünü sı-
ğallayır, əlləriylə nəsə tutmağa çalışır, ya da analıq divarını “taqqılda-
dır”. İndi onun çəkisi təxminən 420 qram, uzunluğu isə 27,5 sm-dir.
Hamiləlik zamanı cinsi həyat problemləri ərlə arvad arasında çox 
müzakirə olunmur. Bu dövrdə cütlüklərin seks haqda düzgün təsəv-
vürü olmur. Ümumiyyətlə, hamiləliyin birinci rübündə yüksək toksikoz 
ucbatından qadınlarda seksual istək aşağı olur. Kişilərdə isə istək əv-
vəlki səviyyədə qalır. Buna görə də hamiləliyin dördüncü həftəsində 
on dördüncü həftəsinə qədər cinsi yaxınlıq alternativ formalarda da-
vam edə bilər (bu haqda daha ətraflı OLAR-OLMAZLAR bölməsində). 


53
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИ ЦЧЦNCЦ hяftя
S
ənin üçün bu həftə kifayət qədər sakit və rahat keçməlidir. Erkən 
toksikoz çox uzaqlarda qalıb, sən körpənin varlığını hiss edir və bu 
ünsiyyətdən zövq alırsan. İndi Onun tərpənişlərini saymaq üçün tezdir, 
amma onun “salamlamaları” kifayət qədər hissolunandır. Üstəlik qarnın 
da hələ gündəlik həyat ritmini ləngidəcək ölçüdə deyil.
Bu  həftənin  narahatlıqlarından  danışanda  mədədə  hiss  olunan 
yüngül yanma hissi, yorğunluq, baş ağrıları, aşağı ətraf damarlarından 
varikozu qeyd etmək lazımdır. Bütün bu narahatlıqları həkiminlə mü-
zakirə  etməyin vacibdir.  Özünü  müalicə yolverilməzdir,  hamiləlik  za-
manı bu barədə düşünmək belə olmaz.
İyirimi  üçüncü  həftədə  qarnın  böyüklüyü  təxminən  75-80  santi-
metrə yaxınlaşır. Qəbul zamanı ginekoloq sənin qarnını əli ilə yoxlayır. 
Bu, qarnın mövqeyini və yerləşməsini müəyyən etmək üçündür. Dö-
lün qarın nahiyyəsində yerləşməsini müəyyənləşdirmək üsullarından 
biridir.  Bundan  əlavə,  uşaqlığın  aşağı  hissəsinin  hündürlüyünü  lentlə 
ölçür. Bu santimetrlik göstəricilər dölün inkişaf tempi haqda məlumat 
almağa imkan verir. Göstəricilərin “çox böyük” və ya “çox kiçik” olma-
sı səni narahat etməməlidir, çünki bu ölçülər individualdır, hamilənin 
boyu və çəkisi də burada mühim rol oynayır. Normadan kənar və ya 
qəbul olunmayan hallar barədə sənə həkimin mütləq məlumat verə-
cək.  Bu yoxlamalar  zamanı  sən  də  aktiv  olmağa,  səni  narahat  edən, 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə