Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə2/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   2   3   4   5   6   7   8   9   ...   22

8
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
hansısa  qüsur  (məsələn  ürək  qüsuru), ya  da  aralarında  qohumluq 
əlaqəsi varsa, onlar genetikə mütləq müraciət etməlidirlər. 
•  Sağlam həyat tərzi olduqca vacibdir. Bura gün rejiminin qurul-
ması və ona əməl edilməsi, normal yuxu, bol gəzinti, açıq havada 
çox  olmaq,  əqli  əməklə  fiziki  əməyin  bərabər  paylanması,  mənfi 
emosiyalardan qaçmaq, pozitiv olmaq kimi nüanslar daxildir.
•  Qadın qidasına xüsusi diqqət etməlidir. Rəngarəng qida rasio-
nu tərtib edilməli, zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral 
maddələr, bir sözlə, orqanizm üçün lazım olan hər şey yetərincə qə-
bul edilməlidir.
•  Şəxsi gigiyena qaydalarına əməl etmək də vacib şərtlərdəndir. 
Əllər tez-tez yuyulmali, mikroplardan uzaq olmalı, təmizliyə riayət 
edilməlidir. 
•  Qəhvə və  çayı  azaltmaq  lazımdır.  Bu  içkilərin  çoxlu  miqdarda 
qəbulu hamiləliyin gedişinə mənfi təsir göstərə bilər.
•  Dərman preparatlarıyla diqqətli olmaq vacibdir. İstər hamiləlik-
dən əvvəl, istərsə də hamiləlik müddətində qəbul olunan dərman-
lar mütləq şəkildə həkimlə məsləhət edildikdən sonra qəbul oluna 
bilər. 
•  Alkoqol birmənalı şəkildə 
OLMAZ!
•  Siqaret və narkotiklər haqda isə danışmaq belə yersizdir. Çünki 
bu məqamda hamı doğru olanı bilir...
•  Fiziki fəallıq da bütün normal insanlar kimi hamiləliyə hazırlaşan, 
eləcə də hamilə qadınlar üçün zəruridir.


9
ADDIM-ADDIM HAMİLƏLİK
 
KЮRPЯNЯ DOЬRU ADDIM-ADDIM
H
amiləlik aybaşından sonrakı ilk gündən etibarən orta hesabla qırx 
həftə davam edir. Bir-birindən fərqli bu həftələr ərzində sənin və 
körpənin orqanizmində bir sıra dəyişikliklər baş verəcək. 
Hər həftəni şərti olaraq bir addım hesab edək. Düşün ki, O sənə 
addım-addım  yaxınlaşır.  İndi  gəl  bu  dəyişiklikləri  səninlə  birlikdə  iz-
ləyək...
BИRИNCИ hяftя
O
nun hələ ki, xəyalı var. Onun yarandığına ümid edirsən. Ancaq sən 
artıq Onu düşünməyə başlamısan. Əslində aybaşı qanaxmasının 
bitməsi  hələ  hamilə  olmaq  demək  deyil.  Amma  məhz  elə  bu  dövr-
də orqanizmin analığa hazırlaşmağa başlayır, hormonal fon daha aktiv 
şəkildə  yenidən  qurulur.  Yenidənqurmanın  məqsədi  qadının  üç  min 
yumurta hüceyrəsindən birini mayalanmağa hazırlamaqdır. Bu işə təx-
minən iki həftə vaxt lazım olur. 
Hamiləliyə hazırlıq dönəmi üçün etdiyimiz qeydləri xatırlayaq. İndi 
daha  diqqətli,  daha  sərt  rejimə  keçmək  məsləhətdir.  Əziz  dost,  artıq 
sağlam həyat tərzi şərtdir! Spirtli içkilərdən və siqaretdən uzaq ol. Ev-


10
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
dəki siqaret çəkənlər də açıq havaya çıxsa yaxşıdır, çünki hətta passiv 
siqaretçəkmə də mayalanma üçün təhlükəlidir. Mayalanma əleyhinə 
dərmanları  dərhal  dayandır,    bundan  əvvəl  qəbul  etdiyin  dərmanlar 
barədə də həkimlə məsləhətləşməyi unutma. Doğru və dolğun məlu-
matı internetdə deyil, həkim otağında axtar.
Havadan asılı olmayaraq piyada gəz, gəzinti üçünsə avtomobil və 
şəhər  hay-küyündən  uzaq  parklara,  bağçalara  üz  tut. Adamların  çox 
olduğu yerlərdə nə qədər az olsan, yoluxucu xəstəliklərə tutulma ris-
kin də bir o qədər az olacaq.
Müsbət emosiyalar almağa çalış, axı sən həyatının ən vacib və ən 
gözəl  mərhələsinə  qədəm  qoyursan.  İndi  heç  nə  sənin  və  körpənin 
sağlamlığından vacib deyil. 
Bu mərhələdə ev heyvanları saxlamaq məsləhət deyil. Pişiklərin 
çoxu toksoplazma xəstəliyinə yoluxub, bu mikrobun hamilə orqanizmə 
düşməsi anada xəstəliyin yaranması, döldə toxumaların və orqanların 
zədələnməsinə səbəb ola bilər. Pişiyin uzun müddətdir səninlə yaşı-
yırsa, axtalanıbsa və küçəyə çıxmırsa, deməli təhlükə sovuşub. Ancaq 
istənilən halda pişiyin tualet qabını sən yox evdəkilər təmizləməlidir. 
İtlərdə  insanlara yoluxa  biləcək  xəstəliklər  elə  də  çox  deyil,  odur  ki, 
dördayaqlı dostun gəzinti zamanı səni müşayiət edə bilər.
Elə də baha olmayan mikroelementlərlə, məsələn fol turşusuyla 
zəngin yarımvitaminlər qəbul et. Yarımvitaminlər hamiləliyin başlama-
sına üç ay qalmış və ilk on dörd həftəsində dölü mümkün qüsurlardan 
qoruyacaq.
Sonuncu  və  ən  mühim  məsələ  düzgün  qidalanmadır.  Dediyim 
kimi, yalnız siqaret və spirtli içkilərdən yox, tünd qəhvədən və çaydan, 
qazlı sulardan da imtina etməlisən, şokoladsevər analar isə şokoladın 
miqdarını azaltsa yaxşıdır.
Unutma,  yuxarıda  qeyd  olunan  məsləhətlərə  bütün  hamiləlik 
dövründə, xüsusən də ilk on iki həftədə əməl etməyin vacibdir.


11
ADDIM-ADDIM HAMİLƏLİK
ИKИNCИ hяftя
İ
kinci həftə də sənin orqanizmində gedən “iş” davam edir. İndi minlər-
lə yumurta hüceyrəsindən biri – maye ilə dolu qovuqcuğun içindəki 
yumurta hüceyrə önə çıxacaq. İkinci həftənin sonunda qovuqcuq bö-
yüyüb yumurtalığın üzünə qalxacaq. Bütün bunlar ona görə baş verir 
ki, qovuqcuq partlasın və yumurta hüceyrəsi qarın boşluğuna düşsün. 
Qarın  boşluğuna  düşən  yumurta  hüceyrəsi  spermatozoidlə  görüş-
mək şansı qazanacaq. Yumurta hüceyrəsinin yerində xüsusi bulanıq 
maye “sarı kütlə” yaranacaq. İndi sənə əhəmiyyətsiz görünən bu maye 
hamiləliyin hormonal inkişafını qorumaq baxımından əvəzsizdir.


12
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
Yumurta hüceyrəsi hələ gələn həftə qarın boşluğuna düşəcək – 
ovulyasiya baş verəcək. Yəqin əksər qadınlar kimi sən də ovulyasiyanı 
qarındakı  birtərəfli  ağrı  şəklində  hiss  edəcəksən.  Unutma  ki,  sonun-
cu aybaşından sonrakı ilk gündən başlayaraq ikinci həftənin sonu və 
üçüncü həftənin əvvəli mayalanma üçün ən ideal zaman hesab olunur.
Bu zaman cinsi əlaqəyə iki-üç günlük fasilə vermək məsləhətdir. 
Bu fasilə həm də həyat yoldaşına daha çox spermatozoid toplamaq 
imkanı verəcək. Xatırladım ki, spermatozoidlər düşdükləri mühitə qar-
şı çox həssasdır, buna görə də mayalanma mərhələsində sadəcə isti 
su ilə yuyunmaq, kimyəvi vasitələrdən uzaq olmaq lazımdır.
İndi sən həyəcanla orqanizmində baş verən prossesləri izləməyə 
çalışırsan, hər səhər hansısa yeni bir hiss və ya dəyişiklik gözləyirsən. 
Ancaq ikinci həftə hələ heç mayalanmanın bitməsi də demək deyil, 
bu istiqamətdə atılan önəmli addımdır. Ona görə də ikinci həftə həya-
tında hansısa ciddi bir yenilik gözləmə, sadəcə səbrli ol və məsləhət-
lərə əməl et.


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə