“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 12 -
mələri səbəbindən kitab və mətbuat materiallarımızın arxiv fondu tam şəkildə yaradıla bilmir.
Buna görə də 2015-ci ildə Milli Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət və Tu-
rizm Nazirliyi ilə birlikdə Milli Məclis, Nazirlər Kabineti, Prezident Administrasiyası qarşı-
sında məsələ qaldıraraq ―Kitabxana işi haqqında‖ qanunun müvafiq maddəsinin tələblərini
pozan nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına qarşı sanksiyaların tətbiq olunması barədə
təklif vermişdir.
Nəticədə 20 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən müvafiq Qanun imzalanmışdır. Bu qanunla ‖İnzibati Xətalar Məcəlləsi‖nə
yeni 392-ci maddə əlavə edilmişdir və bu maddəyə əsasən ―Kitabxana işi haqqında‖ qanunun
müvafiq maddəsinin tələblərini pozan nəşriyyatlara, poliqrafiya müəssisələrinə, hüquqi şəxs-
lərə, qəzet və jurnal redaksiyalarına qarşı sanksiyalar tətbiq olunmuşdur (vəzifəli şəxslərə qar-
şı-100 azn, hüquqi şəxslərə qarşı-500 azn).
Kitabxanaşünaslıq və informasiya elminin tədrisi ilə təcrübə biri-birindən ayrı düşmüş-
dür, elmlə, tədrislə təcrübənin əlaqəsi çox zəifdir. Mən çıxışımın əvvəlində qeyd etdim ki, ki-
tabxanaçılıq təcrübü elmdir, bu sahədə təcrübə həmişə elmdən qabaqda gedir. Amma bu el-
min tədrisi təcrübə ilə zəif əlaqələndirilir, tələbələrin tədris təcrübələrinə çox az yer verilir,
ona görə də universiteti bitirib işə qəbul olunmaq üçün müraciət edən məzunlar sadə və primi-
tiv suallara cavab verə bilmirlər, istehsalatdan xəbərləri olmur. Mənə elə gəlir ki, respublika-
mızın bir sıra universitetlərinin təcrübəsindən (məsələn, İnşaat universitetinin) bəhrələnərək
Milli Kitabxanada və digər iri kitabxanalarda universitetlərin ixtisas kafedralarının filialları-
nın yaradılmasının vaxtı çoxdan çatmışdır. Gəlin etiraf edək ki, bu gün təcrübi dərslər müasir
tipli avadanlıqlarla təchiz olunmuş baza müəssisələrdə keçirilməlidir,
auditoriyalarda keçirilən
təcrübi dəslərin, məşğələlərin effekti çox az olur.
Milli Kitabxana olaraq bizim üçün mütəxəssis kadr hazırlayan hər iki universitet üçün
bu imkanları yaratmağa hazırıq və gələcəkdə bizim kitabxanada işləyəcək mütəxəssislərin bi-
lik səviyyələrinin yüksək olmasında maraqlıyıq. Bu gün səriştəli, bilikli və öz ixtisasını gözəl
bilən ali ixtisas təhsilli mütəxəssislərə hər yerdə ehtiyac var, kitabxanalarımızın
kadr potensia-
lı yeniləşməlidir, cavanlaşmalıdır. Uğurlu, səriştəli kadr hazırlığının bünövrəsi kitabxanaçilıq-
informasiya sahəsində elmin, tədrisin və təcrübənin birliyində və uzlaşmasındadır. Həm
BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsində fəaliyyət göstərən kafedraların və həm
də Mədəniyyət və İncəsənət universitetinin müvafiq kafedrasının filiallarının Milli Kitabxana-
da təşkili təklifini hər iki universitetin rəhbərliyinin diqqətinə çatdırıram.
Kitabxana işinin tədris və təcrübəsində gələcəyə çağırışın əsas istiqamətlərindən biri də
kitabxana işçilərinin fasiləsiz və davamlı təhsilinin təşkilindən ibarətdir. Bu gün
müasir texno-
logiyalardan baş çıxaran səriştəli kadrların çatışmazlığı mövcud kadr potensialının bilik və
vərdişlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına ciddi ehtiyac yaranmışdır. İri
kitabxanalarda bu məsələlər Treninq mərkəzlərinin təşkili və xarici ölkələrin qabaqcıl təcrü-
bəsinin öyrənilməsi yolları ilə həyata keçirilir.
Azərbaycan Milli Kitabxanasında yaradılan Tədris Mərkəzi müasir texnologiyaların ki-
tabxana işinə tətbiqi ilə əlaqədar təcrübəli mütəxəssislərin trener qismində cəlb olunmasından
və eləcə də xarici trenerlərin gücündən istifadə edərək müxtəlif mövzular üzrə treninqlər təş-
kil edir. Tədris Mərkəzində 8 avtomatlaşdırılmış iş yerləri təşkil olunmuşdur və mərkəz on-