Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   5   6   7   8   9   10   11   12   ...   176

 
18 
16.  Aktı  Kavkazskoy  arxeoqrafiçeskoy  komissiyi.  Tiflis,  1885,  10-cu  cild, 
səh.49.  
17.  Jan  Reycnman.  Stosunkı  Literackie  polsko-azerbeydzanskie  w  XIX 
wieku. http: 
www.polska.internet.az/index.php?moc=zasobyxid=28

(Məqalə  «Przeqlad  Humanistyczny»  jurnalından  (№  6  (39),  1963) 
götürülmüşdür). 
18. İ.Qutqaşınlının mülkiyyət hüququnu təsdiq edən bəzi sənədlər. ARDTA, 
fond 69, siy.1, iş 71, vər. 16, 17, 18, 19; fond 44, siy.1, iş 590
a
, vər.1. 
19. Kratkaya Literaturnaya Ensiklopediya. III tom, Moskva, 1966. 
 
 
 
Çəkilməyən çən, dağılmayan duman 
 
İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığı barədə qələmə aldığımız eyni 
adlı  (“525-ci  qəzet”,  30  mart  2008)  və  «Bir  səfərin  ədəbi  və  əbədi  sədası» 
(«Ulduz» jurnalı, № 3, 2008)  sərlövhəli yazılarda qutqaşınlışünaslığın qarşısında 
duran  çox  ciddi  vəzifələrin  bir  qismini  sadalamışdıq.  Onların  sırasında  generalın 
fotosunun  əldə  edilməsinin  vacibliyi  də  qeyd  olunmuşdu.  Məlum  olduğu  kimi, 
hələlik bu sahədəki təşəbbüslər təəssüf ki, uğurla nəticələnməmişdir. Bununla belə, 
biz də fotonun əldə olunması üçün səylər göstərdik. Generalın əksinin tapılmasının 
bəzi qaranlıq mətləblərə də aydınlıq gətirəcəyinə tam əminik. Ən azı İsmayıl bəyin 
zahiri,  fiziki  görkəmi,  boyu  ilə  bağlı  bir  sıra  tədqiqatçıların  söylədiyi  əsassız 
fikirlər  dövriyyədən  çıxarılacaq.  O  zaman  gənc  yaşlarında  Peterburq  kadet 
məktəbinə  daxil  olan,  hərb  sənətinin  yüksək  inkişaf  etdiyi  Rusiyada  (o  vaxtlar 
Rusiya  imperiyasını  «Avropa  jandarmı»  adlandırdılar)  qısa  müddət  ərzində  hərb 
elminin  incəliklərinə  yiyələnən,  at  belində  Böyük  Qafqazın  qarlı,  əlçatmaz, 
ünyetməz zirvələrini, gözqaraldan dərələrini, sərt, sıldırım qayalarını aşan, Polşanı 
qarış-qarış  qət  edən,  döyüş  zəfərlərinə  görə  orden-medallarla  layiq  görülən,  az 
vaxtda  general  rütbəsinədək  yüksələn  İsmayıl  bəy  Qutqaşınlının  əsl  obrazını 
yaratmaq,  xarakterizə  etmək  mümkün  olacaqdır…  Başqa  bir  tərəfdən  isə,  əgər 
İsmayıl bəyin qoşa, yaxud kollektiv arasında olan fotosu tapılarsa, bu zaman da bir 
çox suallara aydınlıq gətiriləcək. Əlbəttə, fotonun nə vaxt, harada, kimlərlə birgə 
və  nə  münasibətlə  çəkildiyi  məlum  olduqdan  sonra,  ola  bilsin  ki,  «Rəşid  bəy  və 
Səadət  xanım»ı  qələmə  almaq  ideyasının  haradan  gəldiyi,  yaxud  İ.Qutqaşınlının 
Moskvada yaşayıb yaşamadığı və s. kimi çoxsaylı sualların da cavabı tapılsın… 
Bir  sıra  tədqiqatçıların  haqlı  olaraq  «müəmmalı»,  yaxud  «dumanlı» 
adlandırdıqları  İ.Qutqaşınlının  tərcümeyi-halının  ən  böyük  sirlərindən  biri  məhz 
generalın  fotosunun  tapılmamasıdır.  XIX  əsrin  ortalarında  Rusiyada  çap 
mədəniyyətinin, kitab və mətbu orqanların geniş inkişaf etdiyi, hərbin, hərbçilərin 
rus  cəmiyyətində  çox  böyük  nüfuz  qazandığı  bir  dövrdə  rus  generalının  (!!) 
fotosunun  yoxluğu,  heç  olmazsa  kalendarlarda,  ensiklopedik  nəşrlərdə  «ilişib-
qalmaması»,  hətta  kollektiv  fotolardan  birində  olmaması  mümkünsüzdür, 
möcüzədir, inanılası deyildir… 


 
19 
Yuxarıda qeyd etdiyimiz kimi, biz də imkanlarımız daxilində İ.Qutqaşınlının 
fotosunu ayrı-ayrı adamlardan, arxiv və muzeylərdən soraqladıq. Yazıçı-generalın 
həyatı  və  irsinə  dair  bir  sıra  çox  maraqlı  materiallar  əldə  etsək  də,  təəssüf  ki, 
hələlik  onun  fotosu  ilə  bağlı  nəticə  əldə  olunmayıb.  Polşanın  Azərbaycan 
Respublikasındakı  Səfirliyi  ilə  əlaqə  saxlamaq  və  Varşavadakı arxivlərdən  nə  isə 
öyrənmək  cəhdlərimiz  nəticəsiz  qaldı.  İnternet  axtarışlarımız  da  fayda  vermədi. 
Moskvada,  Peterburqda,  Tiflisdə  nəşr  olunan  bəzi  kitab  –  təqvim  və  mətbu 
orqanlarda  da  həmin  dövrdə  və  sonralar  mövzu  ilə  az-çox  əlaqədar  ümidverici 
işarələrə belə rast gəlmədik. Xahişimlə Peterburq arxivlərində axtarış aparan yaxın 
qohumum  Zakir  Abdullayevi  də  «bizdə  bu  ad-familiyaya  aid  heç  nə  yoxdur»  - 
deyə  naümid  etmişlər. Hələ  bu harasıdır?  Xahişimə  böyük  məmnuniyyətlə  razılıq 
verən Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev Rusiya Federasiyası Mədəniyyət 
Nazirliyi  Federal  Arxiv  Agentliyinin  Rusiya  Dövlət  Hərbi-Tarix  Arxivinə  rəsmi 
məktubla  müraciət  etdi.  Həmin  arxivin  sənədləri  arasında  İ.Qutqaşınlıya  aid  çox 
sayda  sənədlərin  olduğunu  dəqiq  bildiyim  halda,  yuxarıda  adı  çəkilən  arxivin 
direktor  müavini  N.Y.Yeliseyeva  Milli  Arxiv  İdarəsinin  rəisi  A.Paşayevin  14 
yanvar  2009-cu  il  tarixli  1/15  nömrəli  məktubuna  bir  cümlə  ilə  cavab  verməklə 
kifayətlənməyi  nədənsə,  özünə  rəva  görmüşdür:  «Bildiririk  ki,  arxiv  sənədləri 
arasında  İsmayıl  bəy  Qutqaşınlı  ilə  bağlı  heç  bir  məlumat  tapılmamışdır.  3  mart 
2009-cu il». 2010-cu ilin avqust ayında Yesentukidə - sanatoriyada tanış olduğum 
Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti İvan İvanoviç Şevçukla 
ilk  söhbətdən  sonra  onun  yazıçı-generalın  həyat  və  yaradıcılığına  böyük  maraq 
göstərdiyini hiss etdim. Sonda ona dedim: 
-  Təəssüf  ki,  nə  bütün  həyatını  həsr  etdiyi  Rusiyada,  nə  də  doğma  Vətəni 
Azərbaycanda onun irsi, həyatı kifayət qədər araşdırılmayıb. 
Bundan təsirlənən dosent çox təəssüf və təəccüblə başını buladı: 
- Eh, biz, biz… Tariximizin qədrini bilmirik ki, - dedi. 
İ.Şevçukun  xoş  məramına,  mövzu  ilə  ürəkdən  maraqlandığına  əmin 
olduğumdan ona rus atalar sözünü xatırlatdım: 
- Luçşe pozdno, çem nikoqda. 
O, dərhal reaksiya verdi: 
- Mənim sahəm deyil, mən filosofam. Amma nə bacarıramsa, əsirgəmərəm. 
Nədən başlayaq? 
- Elə fotosundan! – dedim. 
-  Bəyəm,  o  da  problemdir,  generalın  fotosu  yoxdur  ki?  –  həmsöhbətimin 
alnını sual dolu qırışlar bürüdü. 
- Bəli, bəli, yoxdur, varsa da, tapılmır, - dedim. 
- Bax, mən onu tapmağa kömək edərəm, yəqin Moskva arxivlərinin birində 
generalın fotosu mütləq var, - deyə İ.İ.Şevçuk inamla bildirdi. 
Hər  dəfə  sanatoriyanın  həyətində  qarşılaşanda  İ.İ.Şevçuk  mehribanlıqla 
«Mən  sizə  kömək  edəcəyəm»  deyirdi.  O,  ev,  mobil,  iş  telefonlarını  mənə  verdi. 
Düz  2  ay  sonra  onun  dediyi  vaxt  –  noyabrın  1-də  Moskvaya  zəng  vurdum.  İvan 
İvanoviç  səsimi  dərhal  tanıdı.  Sağ  olsun.  Hal-əhvaldan  dərhal  sonra  İ.Qutqaşınlı 
haqqında  sənədlərlə,  xüsusilə  fotosu  ilə  maraqlandığını,  qısa  bioqrafiyasından 
başqa hələ heç nə tapmadığını üzrxahlıqla söylədi. Beləliklə, növbəti cəhdlərimin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə