371
(Bir daha Ceyhun Hacıbəylinin doğum tarixi haqda)
«Azadlıq» qəzetinin 24 iyul sayında qələminə hörmət elədiyim sənətşünas
Ziyadxan Əliyevin «Ceyhun Hacıbəyli neçənci ildə anadan olub?» məqaləsi dərc
olunub. Yazıda filologiya elmləri namizədi Abid Tahirlinin tədqiqatçı Nazim
Rizvanın «Azərbaycan diasporası tarixindən» kitabıyla bağlı «Ədalət» və «525-ci
qəzet»də getmiş tənqidi məqaləsinə toxunulub.
Aslan KƏNAN
«Azadlıq» qəzeti, 2 avqust 2002
«Mars» jurnalının yeni sayı iĢıq üzü görüb
«Mars» ədəbi-bədii, elmi-publisistik jurnalının növbəti sayı çapdan çıxıb.
Jurnalın yeni sayında da müxtəlif ədəbi janrlarda yazılan əsərlər dərc olunub.
«Yubiley» rubrikasında xalq yazıçısı Elçinin 60 illik yubileyilə bağlı Abid
Tahirlinin «Söz və sənətkar qüdrəti haqqında düşüncələr» adlı yazısı verilib.
« 525-ci qəzet»
22 may 2003
«Deyilən söz yadigardır»
Bu günlərdə «Azərbaycan» nəşriyyatı filologiya elmləri namizədi Abid
Tahirlinin «Deyilən söz yadigardır» kitabını çapdan buraxıb. Müəllif bu kitabında
ömrünü sənət inciləri sayılan atalar sözlərinin toplanmasına həsr etmiş bir insanın –
Əbülqasım Hüseynzadənin həyat və fəaliyyətinin maraqlı, unudulmaz məqamlarını
işıqlandırıb.
Abid Tahirlinin yeni çapdan çıxmış bu kitabında Ə.Hüseynzadənin Üzeyir
Hacıbəyov, Rəsul Rza, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun,
Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmət, Hüseyn Arif və başqa
şəxsiyyətlərlə ünsiyyəti ilə bağlı maraqlı məqamlar da yer alıb.
«525-ci qəzet»
27 iyul 2003
Tədqiqatçı Əbülqasım Hüseynzadə
haqqında kitab çıxıb
Tədqiqatçı-publisist, filologiya elmləri namizədi Abid Tahirlinin «Deyilən
söz yadigardır» adlı kitabı çapdan çıxıb. Müəllif kitabda bütün ömrünü atalar
372
sözlərinin toplanmasına həsr etmiş Əbülqasım Hüseynzadənin həyat və
fəaliyyətinin
maraqlı, unudulmaz məqamlarını işıqlandırıb. A.Tahirlinin
bildirdiyinə görə, kitab 1985-ci ildə yazılsa da, müəyyən çətinliklər üzündən yalnız
indi işıq üzü görə bilib.
Ülviyyə Tahirqızı
«Üç nöqtə» qəzeti, 22 aprel 2003.
Deyilən söz yadigardır
Sözün əsl mənasında ağlına, müəllimliyinə valeh olduğum bir insanın bu
yaxınlarda daha bir kitabı işıq üzü gördü. Həmin insan tanınmış tədqiqatçı alim,
jurnalist-publisist, filologiya elmləri namizədi və ən nəhayət, mübaliğədən kənar
olub desək, əsl ziyalı qələminin sahibi Abid Həmid oğlu Tahirlidir. Azərbaycan
mühacirətinin əvəzsiz tədqiqatçısı Abid Tahirli bu dəfə oxucularına «Deyilən söz
yadigardır» adlı maraqlı bir kitabı hədiyyə etdi. Bu kitabda bütün ömrünü atalar
sözlərinin toplanmasına həsr etmiş Əbülqasım Hüseynzadənin həyat və
fəaliyyətinin maraqlı, unudulmaz məqamları işıqlandırılmışdır.
Fazil TALIBOV
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
«Kredo»qəzeti, 3 may 2003.
«Cəlil Məmmədquluzadə» mükafatları
təqdim olundu
Birinci elmi publisistik məqaləyə və ya əsərə görə nominasiyanın qalibi
«Azərbaycan mühacirət mətbuatı» kitabına görə Abid Tahirli elan edildi.
«Yeni Azərbaycan»
23 iyul 2004
Abid Tahirlinin kitabları Almaniyada
kataloqa salınıb
Tanınmış tədqiqatçı, filologiya elmləri namizədi Abid Tahirlinin
Azərbaycan mühacirət problemi, xüsusilə mühacirət mətbuatı ilə bağlı
araşdırmaları ölkəmizdə olduğu kimi, xaricdə də böyük maraq doğurur.
373
Bu günlərdə müəllifin ünvanına Almaniyanın Halle şəhərinin məşhur Martin
Lüter Universitetindən bildiriş daxil olmuşdur. Orada qeyd olunur ki, A.Tahirlinin
beş kitabı – «Azərbaycan mühacirəti», «Sözlə yarananlar, sözü yaşadanlar»,
«Əbilov, Zeynalov və qardaşları», «Azərbaycan mühacirət mətbuatı», 1-ci hissə,
«Azərbaycan mühacirət mətbuatı», 2-ci hissə və «Azərbaycan mühacirət
mətbuatında publisistika» kitabları Lüter Universiteti kitabxanasının kataloquna
salınmışdır.
AzərTAc
«Azərbaycan» qəzeti, 2 dekabr 2005
«Qobustan»ın yeni nömrəsi çapdan çıxmıĢdır
Başqa bir araşdırıcı – Abid Tahirli özünün «Mustafa Haqqı Türkəqulun
publisistikası» yazısında əsasən Azərbaycanın milli musiqisi, onun tarixi və
keçdiyi yolu tədqiq edən türkiyəli sənətşünasın yaradıcılığına toxunur.
«Qobustan» № 4, 2005
«Orkun» Azərbaycan tədqiqatçısının
əsərindən yazır
Türkiyənin «Orkun» jurnalının 82-ci (yanvar) nömrəsində Səbahəddin
Şimşirin həmyerlimiz Abid Tahirlinin «Sözlə yarananlar, sözü yaşadanlar» kitabı
(Bakı, 2001-ci il) haqqında resenziyası dərc edilmişdir. «Azadlık yolundan
vesikalar» adlanan materialda müəllif Abid Tahirlini Azərbaycan tarixinin
tədqiqatçısı kimi təqdim edir, xatırladır ki, onun çalışdığı «Odlar yurdu» qəzeti
1918-ci illə 1988-ci il arasında mənəvi körpü rolu oynamışdır. Qeyd edir ki, elə bu
səbəbdən də 1988-1991-ci illərin azadlıq hərəkatına həsr olunmuş bu əsərin ilk
fəsli onun çalışdığı «Odlar yurdu» qəzetindən bəhs edir və «Milli azadlıq hərəkatı
və «Odlar yurdu» qəzeti adlanır.
Məqalə müəllifi nəşrin ayrı-ayrı bölmələrini təhlil etdikdən sonra bu qənaətə
gəlir ki, kitab Azərbaycan tarixini öyrənən və tədqiq edən hər kəs üçün faydalı
məlumat mənbəyidir.
«Respublika» qəzeti
7 yanvar 2005
«Azərbaycan mühacirət mətbuatı (1921-1991)»
374
kitabı nəĢr edilib
«ÇİNAR-ÇAP» nəşriyyatı tanınmış tədqiqatçı-publisist Abid Tahirlinin
«Azərbaycan mühacirət mətbuatı (1921-1991)» kitabını çap etmişdir. Qürbətdə
qəlbi sonadək Vətən eşqi, Vətən həsrəti ilə çırpınan və Azərbaycanın istiqlalı
uğrunda mücadilə aparan mühacirlərin müqəddəs, unudulmaz xatirəsinə ithaf
edilən kitabda onların buraxdığı qəzet, jurnal, kitab, almanax, bülleten və sair
haqqında məlumat verilir, həmin materialların Azərbaycanın mətbuat tarixindəki
yeri və rolu dəyərləndirilir.
NƏZAKƏT
«Səs» qəzeti, 26 dekabr 2007.
«Molla Nəsrəddin» Təbriz mühacirəti dövründə
Filologiya elmləri doktoru Abid Tahirlinin gəldiyi nəticəyə görə «Molla
Nəsrəddin»in mühacirətdə işıq üzü görən nömrələri mühacir nəşrlərdir» və
«Azərbaycan mühacirət mətbuatının tarixi «Yeni Qafqasiya» ilə yox, «Molla
Nəsrəddin»in 1921-ci ildə İranda buraxılan Təbriz nömrələri ilə başlanır».
Allahverdi Məmmədli,
filologiya elmləri namizədi
«525-ci qəzet», 28 oktyabr 2008
Qalxansız hücum, yoxsa «aydınlaĢdırma»?
Abid Tahirli. Mətbuatı müntəzəm izləyən hər kəsə bu imza məlumdur. O da
məlumdur ki, A.Tahirli həm də mühacirət problemi ilə bağlı bir çox ciddi
tədqiqatların müəllifidir. ...A.Tahirli və onun “Qalxansız hücum” adlı cavab
məqaləsi ilə bağlı fikirlərimi çatdırmaq istəyirəm.
Birincisi, şəxsən mən sahənin mütəxəssisi olsaydım, A.Bayramoğlunun
məqaləsinə cavab yazmazdım. Mən A.Tahirlinin məqaləsini oxumasaydım,
A.Bayramoğlunun «aydınlaşdırma»sı ilə bağlı bu qədər yox, bəlkə bir neçə irad
yazardım. A.Tahirlinin ona cavab yazması məni bir qədər ehtiyatlandırdı, düzü,
A.Bayramoğlunu bir qədər ciddi qəbul etməyə başladım.
İkincisi, əgər A.Tahirli A.Bayramoğlunun cızma-qarasını, yazdıqlarını
«hücum» hesab edirsə, o zaman onun hücum haqqında təsəvvürü məni
təəccübləndirir.
Qabib Əhmədov
«525-ci qəzet»
16 yanvar 2008
375
«Əmir Həbibzadə – 85»
(TanınmıĢ alimin ömür yolu və fəaliyyəti
haqqında kitab buraxılıb)
Bakı Dövlət Universitetinin nəşriyyatı fizika-riyaziyyat elmləri doktoru,
Əməkdar elm xadimi Əmir Həbibzadəyə həsr olunmuş «Professor Əmir Həbibzadə
– 85» kitabını çapdan buraxıb. Kitabda Əmir Həbibzadənin xatirələri, eyni
zamanda yubilyarın dostlarının, iş yoldaşlarının onun haqqında fikirləri toplanıb.
Kitabın baş redaktoru, tərtibçisi Məmməd Əlizadə, elmi redaktoru isə
filologiya elmləri namizədi Abid Tahirlidir.
Mirəvəz RƏHĠMOV
Kitablardan sitatlar
“Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında iz salmış
C.Hacıbəylinin həyat və yaradıcılığının sistemli, ardıcıl tədqiqi ədəbiyyatşünaslığın
aktual problemlərindəndir. Doğrudur, Bəkir Nəbiyev, Ş.Qurbanov, A.Tahirli,
B.Ağayev, V.Sultanlı, X.İbrahimli və b. müəlliflər öz araşdırmalarında C.Hacıbəyli
yaradıcılığına müxtəlif aspektlərdən münasibət bildirmişlər, lakin mühacirət dövrü
irsinin ciddi tədqiqə ehtiyacı var.
“C.Hacıbəyli irsi hələ ötən əsrin 80-ci illərinin sonundan araşdırılmağa
başlasa da, onun yaradıcılığı R.Abutalıbovun Parisdən gətirdiyi və S.Mümtaz adına
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə verdiyi sənədlərlə
tanışlıqdan sonra daha çox marağa səbəb oldu: M.Teymurov və A.Aslanovun
tərtibi ilə C.Hacıbəylinin rus dilində yazılmış seçilmiş əsərləri buraxıldı, 1995-ci
ildə A.Tahirli müəllifin «Hacı Kərim» povestini ilk nəşrindən 84 il sonra təkrar
nəşr etdirdi, müxtəlif müəlliflər C.Hacıbəyli ilə bağlı mətbuatda maraqlı
materiallar çap etməyə başladılar. C.Hacıbəyli irsi ilə tanışlıq onun zəngin və
maraqlı olduğunu üzə çıxarır (səh.6).
Yeri gəlmişkən qeyd edək ki, Ceyhun bəy hələ Vətəndə ikən Azərbaycanın
görkəmli siyasət, mədəniyyət, söz-sənət, elm xadimləri haqqında xeyli sayda
məqalə yazmış, dərc etdirmişdir. Bu mövzuya C.Hacıbəylinin tədqiqatçılarından
professor Şamil Qurbanov və filologiya elmləri namizədi Abid Tahirli müxtəlif
illərdə qələmə aldıqları məqalələrdə toxunmuşlar (səh.9)”.
Ceyhun
Hacıbəyli. SeçilmiĢ əsərləri
(Bakı, «Elm», 2006, 98 səh. Tərcümə edən,
tərtibçi və ön sözün müəllifi Mirzəbala
Əmrahov) «Ön söz»dən
376
“80-ci ilin sonlarında yaranmış «Vətən» Cəmiyyəti ayrı-ayrı mühacirlərin
Azərbaycanla əlaqəsinin yaranmasında vasitəçi olur, həm də bu cür praktiki
fəaliyyətlə yanaşı, mühacirət probleminin nəzəri məsələlərini ehtiva edən
araşdırmalar aparmağa cəhd göstərirdi. «Vətən» Cəmiyyətinin sədri, yazıçı Elçin,
cəmiyyətin əməkdaşı Abid Tahirli Azərbaycan mühacirətinin tarixi və çağdaş
problemlərinin bəzi məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etməyə
çalışırdı. Abid Tahirli XX əsr Azərbaycan mühacirətini dörd dövrə bölürdü
(səh.9)”.
Xaləddin Ġbrahimli. Azərbaycan siyasi
mühacirəti (Bakı, «Elm» nəĢriyyatı, 1996,
303 səh.) «GiriĢ»dən
“İ.Əfəndiyevin bədii yaradıcılığına ədəbi ictimaiyyətin diqqəti ətrafında heç
bir giley ola bilməz. Bu diqqəti onun bədii yaradıcılığının yeniliyi, təzəliyi, bəzən
qeyri-adiliyi, tematikası və bir də ifadə ustalığı yaratmışdır. Lakin İ.Əfəndiyev
yaradıcılığı ədəbi növün daha böyük bir sahəsi ilə də zəngindir ki, məhz bu cəhət
müəyyən qədər tədqiqatdan kənarda qalmışdır. Bu, sənətkarın publisist
yaradıcılığıdır. İ.Əfəndiyevin publisistikası həm elmi tədqiqat üçün, həm də müasir
publisistlərimizə ədəbi məktəb rolu oynayacaq dərəcədə qiymətli irsdir. Elə buna
görədir ki, Azərbaycan jurnalistikasının bir sıra qaranlıq məqamlarının, xüsusi ilə
mühacirət mətbuatının istedadlı tədqiqatçısı kimi tanıdığımız Abid Tahirli
sənətkarın publisist yaradıcılığına ayrıca monoqrafiya həsr etmişdir. Əvvəlcədən
deyim ki, monoqrafiya İ.Əfəndiyev publisistikasının bir sıra özünəməxsus
cəhətlərini aça bilmişdir. Bu özünəməxsusluğun əsasında dayanan ən ciddi
məqamlardan biri sovet ideoloji maşınının tələblərindən kənara çıxa bilmək, insanı
robot kimi təsvir edən ənənəvi publisistikadan fərqli olaraq, onun tale yollarının
gerçək boyalarını göstərməkdən çəkinməmək, stereotipləri qıraraq insana, onun
həyatına gördüyü, duyduğu real rakursdan baxmaq bacarığıdır (səh.4)”.
Cahangir Məmmədli. «YaĢayan və
yaĢadan
publisistika»
adlı
məqalədən (Abid Tahirli. Ġlyas
Əfəndiyevin publisistikası. Bakı,
«Elm», 2005)
“Abid müəllimin yaradıcılığı ilə tanış olan hər kəs mənimlə razılaşar ki, bu
vaxta qədər Azərbaycanın mühacirət mətbuatı bu qədər geniş, ustalıqla
araşdırılmayıb. Bu elə-belə iş deyil. Belə mövzunu dolğun tədqiq etmək üçün
gərək neçə-neçə ölkənin kitabxana və arxivlərində mənbələri axtarıb tapasan,
araşdırasan (səh.352).
377
A.Tahirlinin ömür yoluna cüzi işıq salan bu qısa sətirlər qiymətli alimin,
pedaqoqun, tədqiqatçının, təcrübəli, istedadlı yazıçının geniş fəaliyyətindən xəbər
verir.
Bütün yaradıcılığından görünür ki, onun səthi məlumat verməklə arası
yoxdur. Ardıcıllıqla, faktlara söykənərək, hərtərəfli əhatə olunmuş məqalələri,
eləcə də kitabları oxunaqlıdır, cəlbedicidir. Elə bu səbəbdən də onun yaradıcılığı
təcrübəli qələm sahiblərinin diqqətini mütəmadi cəlb edir (səh.356).
Abid Tahirlinin həyat və yaradıcılığı haqda 100-dən çox məqalə dərc
olunmuşdur. Mən yuxarıda qeyd etmişəm ki, A.Tahirlinin yaradıcılığı çoxşaxəlidir.
Buna daha bir misal. O, bir çox kitabların redaktoru, digərlərinin isə tərtibçisidir.
Neçə-neçə elmlər doktoru, elmlər namizədlərinin tədqiqatlarına rəy yazmış,
opponentlik etmişdir (səh.357)”.
Ramin Məmmədov. Qəbələ ziyalıları
(Bakı, ġirvannəĢr, 2005, 452 səh.).
«Azərbaycan
mühacirət
mətbuatını
yaĢadan insan» adlı məqalədən
Dostları ilə paylaş: |