Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə168/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   164   165   166   167   168   169   170   171   ...   176

 
350 
toplanan  materiallar  bir-birindən  maraqlı,  sanballı,  dəyərli  tədqiqat  əsərlərinə 
çevrilib. 
«Azərbaycan mühacirəti» (2001), «Azərbaycan mühacirət mətbuatı» I hissə 
(2002), «Azərbaycan mühacirət mətbuatı» II hissə (2003), «Azərbaycan mühacirət 
mətbuatında  publisistika»  (2005)  və  barəsində  söz  açdığımız  «Azərbaycan 
mühacirət  mətbuatı»  kitabları  bu  baxımdan  ciddi  bir  boşluğu  doldurur. 
Həmkarımız tədqiqatlarla yanaşı, müəllimlik fəaliyyətini də davam etdirir. 
A.Tahirlinin namizədlik dissertasiyasının mövzusu da mühacirət tariximizlə 
bağlıdır.  Azərbaycan  mətbuat  tarixində  silinməz  iz  qoyan  Ceyhun  Hacıbəylinin 
həyat və yaradıcılığına həsr olunmuş bu işi elmi rəhbəri professor Yaşar Qarayev 
«doktorluq  işinə  bərabərdir»  deyərək,  yüksək  qiymətləndirib.  Professor  Xeyrulla 
Məmmədov  isə  Abid  Tahirlini  mühacirət  mövzusunun  tədqiqinin  lokomotivi 
adlandırıb. Abid müəllim «Azərbaycan mühacirət mətbuatında publisistika (1921-
1991)»  mövzusunda  doktorluq  dissertasiyasını  da  uğurla  müdafiə  edib.  O,  beş 
yüzdən  çox  publisistik  və  elmi  məqalənin  müəllifidir.  «Sözlə  yarananlar,  sözü 
yaşadanlar»  (2001),  «Deyilən  söz  yadigardır»  (2003),  «İlyas  Əfəndiyevin 
publisistikası» (2005) kitabları onu oxuculara istedadlı publisist kimi tanıdıb. 
Tədqiqatçı  barədə  xarici  ölkələrin  mətbuatında  yetərincə  materiallar  çap 
olunub.  Respublikanın  görkəmli  alimlərindən  Yaşar  Qarayev,  Bəkir  Nəbiyev, 
Nizami Cəfərov, Hüseyn Əhmədov, Xeyrulla Məmmədov, Şamil Qurbanov, Şamil 
Vəliyev,  Nizaməddin  Şəmsizadə,  Məhərrəm  Qasımlı,  Nizami  Məmmədov,  Vaqif 
Sultanlı,  Xaləddin  İbrahimli,  Cahangir  Məmmədli,  İsmayıl  Vəliyev,  Qulu 
Məhərrəmli, Nazif Qəhrəmanlı, Aydın Dadaşov və başqaları onun elmi-publisistik 
yaradıcılığı barədə söhbət açıblar. 
Abid  müəllimi  neçə  illərdi  tanıyıram.  Ondakı  elmi-pedaqoji  təcrübəyə, 
tükənməz  yaradıcılıq  həvəsinə,  tələbələrə  fərdi  yanaşmaq  qabiliyyətinə  heyran 
qalmışam.  Abid  Tahirli  tədqiqatçı  alim,  təcrübəli  pedaqoq,  yaxşı  dost,  nümunəvi 
ailə başçısı, xalqımıza başucalığı gətirən ziyalıdır. 
 
 
 
 
 
 
 
 
    Qərənfil DÜNYAMĠNQIZI 
 
 
 
 
 
 
             «Xalq qəzeti», 2 fevral 2008. 
 
 
Sözü yaĢadanlar 
 
Söz  sarıdan  heç  vaxt  korluq  çəkməmişəm.  Nə  yazanda,  nə  də  danışanda. 
Ancaq heç vaxt düşünməmişəm ki, mən də sözü yaşadanlardan biriyəm. 
2000-ci  ildə  –  20  ildən  sonra  –  jurnalistika  fakültəsinin  tələbələrilə  (3792- 
37-94-cü qruplar) görüşməliydik. İş elə gətirdi ki, gözümüz yolda, qulağımız səsdə 
qaldı. Mətbuata çıxarılası olmayan bir çox səbəblərdən görüş baş tutmadı. 
Bu  yaxınlarda  tələbə  yoldaşlarımızdan  biri  bizi  45  yaşının  bayramına 
çağırdı.  Bəlli  oldu  ki,  bu  yubiley  bizi  bir  yerə  yığmaq  üçün  bəhanəymiş.  Abid 
bizim üçün əvəzsiz hədiyyə – son vaxtlar çapdan çıxmış iki kitabını hazırlamışdı. 
O  axşam  çox  xatirələr  dilə  gəldi,  çox  sirlər  açıldı.  Abid  bizə  kitablarını 


 
351 
bağışlayanda qonaqların sayı ikiqat çox olduğundan, bəzilərinə (eləcə də mənə) bir 
kitab  çatdı.  Filologiya  elmləri  namizədi,  jurnalist  Abid  Tahirlinin  «Sözlə 
yarananlar, sözü yaşadanlar» kitabı. 
Öncə  kitabı  varaqladım,  sonra  oxudum,  düşündüm…  bu  sətirləri  yazmağa 
başladım.  Bunlar  nə  kitabla  bağlı  rəydi,  nə  Abidə  tərif.  Sadəcə  olaraq,  tələbə 
yoldaşımın yazılarına mənim münasibətimdi. 
Kitab «1988-ci il: Meydana, azadlığa doğru» yazısıyla başlayır, sonacan bu 
ovqatda davam edir. Baş verən olaylara hazır olmayan xalqın keçirdiyi iztirablara, 
rast  gəldiyi  eybəcərliklər,  köməksizliyi,  gücsüzlüyü  nə  yamanmış…  Bu  yazılar 
mətbuat  işçisinin,  qələm  yiyəsinin  milli  azadlıq  hərəkatında  rolu,  ona  verdiyi 
dəyərdir.  A.Tahirlinin  bu  hərəkatda  rolu  «Odlar  yurdu»  qəzetindən    başlanır.  Bir 
zamanlar  bizim  sevə-sevə  oxuduğumuz,  əl-əl  gəzən  bir  qəzet  vardı  ki,  adını 
ləyaqətlə  doğruldur,  yurduna  sədaqətlə  xidmət  edirdi.  Nə  yaxşı  ki,  Abidin 
jurnalistik  yolu  «Odlar  yurdu»ndan  başlanıb.  Hansısa  şərəşür  qəzetdən  yox.  O, 
burada gördüyünü götürüb, «Vətən» Cəmiyyətindən, «Odlar yurdu»ndan VƏTƏN 
sözünün özünü dəyərləndirməyi öyrənib. 
Mühacirət  mətbuatını,  yer  üzünə  səpələnən  azərbaycanlıları  yurddaşlarına 
tanıtmaq,  ellərdən-ellərə  körpü  salmaq  xeyirxah  işdi.  Mənim  tələbə  yoldaşım  o 
xeyirxahların, Azərbaycan gerçəklərini dünyaya yayanların sırasında olub. 
1988-ci il olayları, 20 Yanvar qırğınları, Qarabağ savaşı, suverenlik uğrunda 
çarpışma-yazıların  ana  xətti  bunlardı.  O  yazıların  çoxu  od-alova  tuşlanan 
Qarabağın  qara  günlərindən,  hökumətdən  kömək  uman  insanlardan  danışır.  O 
yerləri qarış-qarış  gəzən  müəllifin  yazılarında  Mərzili  və  Novruzlunun, Turşsu və 
Şuşanın, Kərkicahan və Qaybalının son nəfəsi yaşayır. 
Əbülfəz  Elçibəy,  Süleyman  Rəhimov,  Həmid  Araslı,  Bəxtiyar  Vahabzadə, 
Şirməmməd Hüseynov, Əzizə Cəfərzadə, Sabir Rüstəmxanlının müsahibi olmaqsa 
hər bir jurnalistə sevinc gətirər. 
«Son  ucu  ölümlü  dünya»  bir  oxucu  kimi  mənim  görmək  və  oxumaq 
istədiyim  son  fəsildi  kitabda.  «Bu  bahar  sənsiz  gələcək»,  «Səninlə»  adlı  yazılarla 
Abid  ata-anasına  az  da  olsa,  borcunu  ödəyib.  O,  vətəndaşlıq  borcunu  da  qismən 
verib, atalıq borcunu da. Və hələ çox borcları qalıb. 
Jurnalistika maraqlı və gərəkli sahədir. Bunu son illər bu sahəyə kütləvi axın 
da  sübut  edir.  Ancaq  gördüklərimizin  çoxu  nə  sözü  yaradandı,  nə  də  yaşadan. 
Abidin kitabını onlar oxumasalar da olar, təki başqaları oxusun. 
Abid  –  ibadət  edən  deməkdir.  Abid  Tahirli  45  illik  ömrünün  tən  yarısını 
vətəninə,  xalqına  ibadətlə  keçirib.  Böyük  və  müqəddəs  diləklərlə  yaşayır.  O 
diləklərə  yetişməsinin  40  səbəbi  var  (el  sözüdü).  Birincisi  torpaqlarımızın  azad 
edilməsidi.  39-u  isə  elə  bu  birinciyə  bağlıdır.  İbadəti  Tanrı  dərgahına  yetsin, 
mənim tələbə dostum! 
Bir  də  Abidin  kiçik  diləyini  gerçəkləşdirməyə  kömək  edən  dostlarına, 
yazılarına əbədi kitab ömrü verən sinif yoldaşlarına heç olmasa «Sağ ol!» demək 
istəyirəm. Abidin tələbə yoldaşları adından. 
 
 
 
 
 
 
 
 
 
 
Fimar OĞUZ 
   
 
 
 
 
 
  «Azadlıq» qəzeti 19 fevral 2002 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə