A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə3/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   2   3   4   5   6   7   8   9   ...   171

 8 

Azərbaycan ziyalılarının etiraz iclasını Anar aparıb. Yanvarın 22-də 

Azərbaycan Ali Sovetinin bütün gecə davam edən sessiyasında çıxış 

edib, təkliflər verib, bəyanatlar imzalayıb. 1988-ci ildə Azərbaycanda 

milli-siyasi hərəkat başlayan çağda bu çağın milli-mənəvi,  əxlaqi-

intellektual təməlini yaradanlardan biri olmuş Anar bir neçə mitinqdə 

və 1990-cı il Yanvarın 20-də indiki Prezident sarayının qarşısındakı 

mitinqdə çıxışlar edib.  

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı 

seçilən Anara müstəqil Azərbaycanın ilk Milli Məclisini açmaq, ilk 

iclasını aparmaq şərəfi nəsib olub.  

Anar, yaradıcı  şəxsiyyətin özəyini təşkil edən müqəddəs 

tənhalığını qoruya-qoruya ünsiyyətsevər  əsilzadəliyi ilə  fəal 

ictimaiyyətçi olaraq sanki yüz illər bundan öncə başladığı işi səbrlə, 

təmkinlə davam etdirir. Yaşadığı çağı ömrü, düşüncələri, əməlləri ilə 

daha mənalı, yaşamalı edən Anar "Mübarizə bu gün də var" məramı 

ilə, sanki hər işi yenicə başlayırmış kimi tükənməz enerjisi ilə yazıb 

yaratmaqdadır… 

 

ÖZÜL DAŞI, 

YAXUD 

TARİX - ALLAHIN SƏBRİDİR 

 

Milli klassik mədəniyyətimizin bütün şirəli köklərindən gələn irsi 



güc, qaynar enerji Anar yaradıcılığının  ən dərin qatlarına sirayət 

edərək bu yaradıcılığın rüşeymlərini hərəkətə  gətirir. Bu səbəbdən 

Anar klassik irsə münasibətində olduqca müasir, müasirliyə 

münasibətində olduqca örnəkçidir. 

‘alqın mədəniyyət qalası yeganə qaladır ki, heç vaxt tikilib 

qurtarmır. Hər gələn nəsil onun təzə qatını hörür. Hər qat 

hörüldükcə, qalanın özülü - milli varlığın bünövrəsi bərkiyir... 

Həmişə belə olub və  yəqin ki, bundan sonra da belə olacaq: dünya 

burulğanlarında zəiflər itəcək, cəsur xalqlarsa hər hansı bir bəladan 

sıyrılıb cıxacaq, nəsil-nəcabət artıracaqlar. Tarixin acı  məntiqi 

belədir... Yəqin ki, "Dədə Qorqud" filminin son epizodlarını 

xatırlayırsınız: Alp Aruzun gözü qızmış  tərəfdarları el atası  Dədə 

Qorqudun da, onun qopuzunun da üstündən adlayıb qardaş qanı 

tökməyə çapırlar. Sözü eşidilməz olmuş  Dədə Qorqud toz-torpağa 

döşəli, əlləri uzalı qalır... Yadlar yox, qan qardaşları öz kökünə balta 

downloaded from KitabYurdu.org




 9 

vurur... Bu, ötənlərimizdən görk olan simvolik bir səhnədir. Hərgah 

içəridən didilmələrimiz olmasaydı, indi bütövlükdə Azərbaycan yer 

üzünün  ən abad məmləkətlərindən, eşidilən böyük səlahiyyətli 

dövlətlərindən biri olardı...  

Anar "Dədə Qorqud" filmindən təxminən on il sonra yenidən bu 

mövzuya qayıtdı və "Öz eli olan xalq idim, elim indi hanı? Öz xaqanı 

olan xalq idim, xaqanım indi hanı?" epiqrafı ilə (Költiqin 

abidəsindən) başlanan "Dədə Qorqud dünyası" adlı tarixi-etnoqrafik 

essesini yazdı. Su kimi içilən bu əsər bütün gözügötürməyənlərimizə 

ən tutarlı cavab olmaqla yanaşı, eyni zamanda, xalq qüdrətinə, onun 

baş ucalığına inam doğuran bir əsərdir. "Kitabi Dədə Qorqud"un 

yaranış və yazıyaalınma tarixinin dürüstləşdirilməsində və onun neçə 

illərdən sonra 1300 illik yubileyinin dünya miqyasında 

keçirilməsində  həlledici xidməti olan Anar yazır: "Kitabi Dədə 

Qorqud" tariximizin təməl məsələsi - Azərbaycan xalqının mənşəyi 

və  məskəni məsələsiylə birbaşa bağlıdır, daha doğrusu, bu 

məsələlərin tam dəqiqliklə açılması üçün ən etibarlı  mənbə  və 

məxəzdir".  

Anar ölməz milli eposumuzu məhz belə güvəncli örnəktək 

araşdıraraq onun çağdaşlıq gərəyini də üzə  çıxara bilir.  Bu essedə 

saysız-hesabsız təkzibedilməz tutarqa var. Ancaq mən onun birini 

misilsiz hesab edirəm: Azərbaycan xalqının ilk mənəvi dayaqlarının, 

ədəbi dilimizin özülləşmə çağının  əsas  əlamətlərini hifz edən bu 

eposun  ən arxaik dil qatı altında heç bir başqa xalqın qədim dil izi 

yoxdur. Ən ilk qatdan belə bu dil öz bünövrəsi üzərində boy atıb, bu 

dil dünyanın təməl etnoslarından olan Türk Oğuzların dilidir ki, o da 

mahiyyətcə heç bir qəti dəyişikliyə  uğramadan indi də yaşayır, - 

həmin ulu dilin yaşadanı da bizik. Bu elə etibarlı söykəncdir ki, artıq 

onu heç kim, hətta  ən qatı  təəssübkeşlər belə dana bilməz: "Kitabi 

Dədə Qorqud" əcdadımız, ulu babalarımız tərəfindən Azərbaycan 

torpağında, Qafqaz şəraitində yaradılmış, dilimizin ən qədim, 

möhtəşəm abidəsi, xalqımızın tarixdə  zəngin, parlaq və  əski 

sorağıdır. Dastan neçə  əsrlər, bəlkə  də minilliklər  ərzində 

biçimlənmiş, bitkinləşmiş, müxtəlif dövrlərin nişanələriylə 

bəzədilmiş, amma ilk mahiyyətini - ruhunu, dilini, məzmununu və 

formasını, o cümlədən, şerlərinin formasını saxlamışdır".  

Anar, bəşəriyyətin tarix boyunca yaradılmış say-seçmə incilərilə 

yanaşı araşdırdığı "Dədə Qorqud" eposunun ilk laylarını yüksək 

downloaded from KitabYurdu.org




 10 

sənətkarlıq və elmi intuisiya ilə aça-aça belə bir təbii qənaətə gəlir ki, 

böyük bədii-estetik dəyərə malik olan bu abidə Azərbaycan 

təfəkkürünün məhək daşıdır və  mədəniyyətimizin inkişafının hər 

yeni mərhələsində ona təzədən dönmək zərurəti yetişəcək. Abidə hər 

zaman tarixi bir iftixar duyğusu doğuracaq. Ancaq... təkcə  fəxr 

etmək azdır, başlıcası - ona layiq olmaq gərəkdir. 

 "Azərbaycançılıq haqqında düşüncələr"ində (Bakıda Amerika 

Universitetində oxunmuş  məruzə) Anar bir mütəfəkkir sənətkar 

olaraq Azərbaycanın tarixi taleyinə və Yeni Çağ Azərbaycançılığının  

fəlsəfi-ideoloji mahiyyətinə konseptual baxışlarını irəli sürmüşdür. 

Çağdaşlaşan tarixin, tarixləşən çağdaşlığın yazarı Anar müəyyən 

mənada "Tarixi-Allahın səbri" sayır bu əsərində. O, tarixə  ənənəvi-

standart baxışlardan yan keçərək, dövrlər kataloqu,zaman ardıcıllığı 

məntiqinə  sığmayan olumlar düzümündə substansial gerçəkliyin 

mahiyyətini arayır, göstərir ki, tarix -  yuvarlaq rəqəmlərlə 

tamamlanmır, epoxal hadisələrin bir-birinə  təkanvericiliyi, 

şəbəkələnməsi, harmoniya qatlarını yaratması onun məntiqini 

şərtləndirir. Vaxtilə Hegel də "Tarix fəlsəfəsi"  əsərində tarixin öz 

məntiqini yaratmasındakı  təşnə  cəhdində "ümumdünya ruhunun 

iradəsini", "substansial pafosu" önə  çəkmiş, tarixin ən böyük 

mənasını  mənəviyyat dəyərlərinin üzə  çıxarılmasında, ruhi 

harmoniyaya çatılmasında görmüşdü. Anar da iyirminci və 

iyirmibirinci yüzillikləri, ikinci və üçüncü minillikləri ayırıb 

qovuşduran eyni rəqəmlərin səf-səf düzülüşü ilə deyil, bəşəriyyətin, 

eyni zamanda Azərbaycan xalqının tarixi yaddaş  və  həyatının 

doğurduğu epoxal dönüşlərlə tarix yarandığı  qənaətinə  gəlir. Bu 

mənada tarix - milli varlığın, milli ruhun zaman-zaman, fəsil-fəsil 

çiçəkləməsidir. Dünən bugünə çatmırsa, demək, bu gün də sabaha 

çatmayacaq. Dünənin bu günə, bugünün sabaha yetməsi, qovuşması  

ilə zaman bütövlənir, tarix pillələnir. Bu pillələrlə düşmək də, 

qalxmaq asandır.  Ən məğrur yeriş - tarix pillələrindəki gedişdir. 

Tarix - pillələşməyəndə, cəngəlliyə, yaxud da səhraya çevrilir. 

"Zamanların rabitəsi qırılır" (Şekspir). Bu mənada Anarın "ənənə" 

yerinə "gələnək" işlətməsi, mədəniyyətin davamlı milli ruh sütununa 

gələnək  prinsipləri ilə yanaşması tamamilə qanunauyğundur.  

1988-ci ildə professor Yaşar Qarayev yazırdı: "Anarın zaman və 

rabitə konsepsiyasında  keçmiş - yenidən qayıtmağa tələsdiyimiz 

ünvan və  mənzil deyil, gələcəyə boylandığımız zirvə  və dayaqdır, 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə