3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   ...   28   29   30   31   32   33   34   35   ...   40
3-cu fesil-148-218

3.15.2.
 
 Adsorbsiya üsulu ilə qazın qurudulması 
 
 
Bu üsulun mahiyyəti təbii qazların nəmliyinin bərk maddələrin səthinə 
çökməsi və ya səthi ilə udulması, yəni adsorbsiya prosesi ilə həyata 
keçirilməsindən ibarətdir. Bərk adsorbentlər kimi qaz sənayesində 
aktivləşdirilmiş aliminum oksidi silikagel, seolit və boksit, hansı ki, 50-60%
Al
2
O
3
-dən təşkil olunur, geniş tətbiq olunur. Boksit 3 saat ərzində hava daxil 
olmadan 633 K temperaturda aktivləşdirilir. Boksitin udma qabiliyyəti onun 
kütləsinin 4-6,5%-ni təşkil edir. Adsorbsiya üsulu ilə qazın qurudulmasının 
aşağıdakı müsbət cəhətləri vardır: 

qurudulan qazın şeh nöqtəsinin aşağı olması; 

adsorbentin regenerasiya olunmasının sadəliyi; 

qurğunun kompakt, sadə və nisbətən ucuz olması. 

boksit diametri 2-4 mm olan qranul-dənələr şəklində buraxılır (sıxlığı 
3
/
800
m
kq
=

). 
Qurudulma dərinliyi boksitin doyma dərəcəsindən asılıdır. Bir dəfə boksit 
doldurmaqla bir ildən çox qazın qurudulmasını aparmaq mümkündür. Digər 
adsorbentlər, məsəln, seolit, silikagel 2 -3 il sistemdə işləyə bilir. 
Qazların adsorbsiya üsulu ilə qurudulmasının sxemi şəkil 3.24.-də 
göstərilmişdir. Nəm qaz seperatordan keçərək adsorberə daxil olur və burada
oturacaqları perforasiya olunmuş boşqablara tökülmüş bir neçə qat 
aktivləşdirilmiş boksit qatlarından keçir. Boksit qatının hündürlüyü 60 sm-dən 


- 207 - 
çox olmur. Boksitdən keçən qaz nəmlikdən azad olaraq qaz kəmərinə 
yönəldilir. Bərk tutucunun doldurulması və qazın həcmi sürətindən asılı olaraq 
müəyyən zamandan sonra adsorberi bərpa rejiminə, yəni regenerasiya tsiklinə 
çevirirlər. Regenerasiyadan keçən qazı 2-ci adsorberə yönəldirlər. Boksit 
qaynar qazı üfürməklə adsorbenti qurudur, yəni regenerasiya edir. Qurudulma 
zamanı udulmuş bütün nəmlik boksitdən çıxarılır. Boksitin regenerasiyası 
aşağıdakı kimi həyata keçirilir: adsorberə regenerasiya sistemini doldurmaq 
üçün tələb olunan qaz müəyyən miqdarda quru qaz xəttindən təzyiq 
tənzimləyicisi ilə ayrılır. Bu qaz əvvəl soyuducuya, sonra isə separatora daxil 
olur. Sonra qaz qızdırıcıda qızdırılır və adsorberə verilir və boksit regenerasiya 
olunur. 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə