2017-ci il dekabrın 19-dən “Gəncə” tankeri xarici sularda maye yükdaşımalarına cəlb olunub



Yüklə 494,57 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix06.05.2018
ölçüsü494,57 Kb.
#42722
1   2   3   4   5   6   7   8

 “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC Azərbaycan 

Dövlət Neft və Sənaye Universi-

tetində keçirilən III Məzun-Kar-

yera sərgisində iştirak edib. 

Sərgidə  “Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC  ilə  yana-

şı,  98  şirkət  ADNSU-nun  tələbə 

və  məzunlarlarına  ümumilikdə 

487 vakansiya üzrə iş yerləri təklif 

edib. 2000-dək tələbə və məzunun 

iştirak  etdiyi  sərgi  böyük  maraqla 

qarşılanıb.

ADNSU-nun  rektoru,  pro-

fessor  Mustafa  Babanlı    III  Mə-

zun-Karyera Sərgisinin ilk dəfədir 

ki,  Əmək  və  Əhalinin  Sosial  Mü-

dafiəsi Nazirliyi ilə birlikdə keçiril-

diyini qeyd edib. Rektor  bu dəfə-

ki  sərginin  şirkətlərin  və  təqdim 

olunan  vakansiyaların  sayına  görə 

əvvəlkilərdən  daha  geniş  miqyaslı 

olduğunu bildirib.

M.Babanlı  ADNSU-da  Mə-

zun-Karyera  Mərkəzinin  iki  ildir  

fəaliyyət göstərdiyini və Mərkəzin 

sərginin  təşkili  ilə  yanaşı,  yuxarı 

kurs tələbələri üçün işə düzəlməklə 

bağlı üzləşə biləcəkləri məsələlərə 

dair  təlimlər  təşkil  etdiyini  qeyd 

edib.

O,  ADNSU-da  gündəlik  təc-



rübə  proqramı  layihəsinin  gerçək-

ləşdirildiyini,  hazırda  3  fakültə-

nin  bazasında  gerçəkləşdirilən  bu 

proqramın  müəssisələrin  dəstəyi 

ilə  bütün  universitet  səviyyəsində 

uğurla  həyata  keçirilə  biləcəyini 

vurğulayıb. 

Açılış  mərasimindən  sonra  

ADNSU-nun  rektoru,  professor 

Mustafa  Babanlı,  Əmək  və  Əha-

linin  Sosial  Müdafiəsi  nazirinin 

müavini  Mətin  Kərimli,  Təhsil 

Nazirliyinin  və  Dövlət  Məşğulluq 

Xidmətinin  nümayəndələri  digər 

şirkətlərlə yanaşı, AXDG-nin sten-

di ilə də tanış olub və təklif olunan  

vakansiyalar barədə söhbət ediblər. 

A Z


R B A Y C A N

X Z R D N Z G M



L Y

И

ИЧИ И И



20 dekabr 2017-ci il   № 89-92 (9183)

7

YARIZARAfAT,

YARIgERçƏk

İş görə bilməyənlər adətən bir işin üs-

tünə düşməkdənsə, kiminsə üstünə düş-

məyi xoşlayırlar.

İndiki  zamanda  arxada  da  gözü  ol-

mayanın qabaqdakı gözləri həmişə dörd 

olmalıdır. 

Su  içməyi  xoşlamadığım  üçün  çox 

adamdan gözüm su içmir?

özü  düz  olmayan,  yalanla  həqiqəti 

necə ayırd edə bilər? 

Yarısı  doğru  olan  yalanlar  daha 

qorxuludur. İnananı çox olur.

çatışmayan  ağıl  deyilsə,  nəyinsə  ça-

tışmamasının eybi yoxdur.

Dünyaya sonuncu dəfə baxmaq məc-

buriyyətində  qalsam,  dünyaya  bir  də  

mənim kimisi gəlməyəcəyi üçün əksimə 

baxmaq istərdim. 

Yaxşı fikir dənizdə balıq kimidir. kim 

tutsa, o da qazanır.

Yalnız qazanmağı düşünən,  çətin ki, 

hörmət də qazansın. 

hər  kəs  bizdən  yalnız  onları  qane 

edən həqiqəti istəyir. nə həqiqətdir o? 

Başqasının pulunu oğurlayana neçə il 

iş verirlər. Başqasının fikirlərini oğurla-

yanlar isə mükafat umurlar.

hətta danışmağa heç nə tapmayanda 

da, qadınlar haqqında pis danışmayın.

Dənizə heç vaxt heç kim heç nə bağış-

lamayıb. nə bağışlayıbsa, dəniz bağışla-

yıb. 

özü-özünə  kömək  etmək  istəməyənə 

Allah da çətin ki, kömək edə.

Səni  satmalarını  istəmirsənsə,  etibar 

etmə.

Dürüst olmağın nəyi pisdir ki, dürüst 

adama dəvə nalbəndə baxan kimi baxır-

lar?

Yaşlandıqca sanki illərin ömrü qısalır.

Mənliyi  olmayanlar  insanlığın  fəra-

riləridir.

nəyin bahasına olursa-olsun nə isə ol-

maq istəyənlər niyə adam olmaq istəmə-

sinlər?

Ara qatmağın min yolunu bilən, insan 

olmağın bir yolunu niyə bilməsin?

Məsuliyyət hissindən heç kəs azad de-

yil.

Bəzi analar bilsə ki, necə oğullar do-

ğublar, təkcə qız doğarlar.

Pislikləri  görməmək  üçün  pislikləri 

yox etmək lazımdır.

Axmaqlar  adətən  özlərini  ağıllı,  və-

zifəsi olan axmaqlar isə dahi sayırlar.

Allah,  sən  saxla.  kimin  nədən  başı 

çıxmırsa, mütləq gərək o işlə məşğul ol-

sun?

Allaha  inananın  ayaqlarını  yerdən 

üzmək istəyənlər əvvəlcə əllərini göydən 

üzməlidirlər.

Yaltaqlıq bəzi adamların boynuna bi-

çilib.

çox  yerdə  yerini  tutduqları  üçün 

haqq yerini gec tutur?

hər kəs qəhrəman ola bilməz. Amma 

bu,  kişilikdən imtina üçün əsas deyil. 

Təzə işçilər özləri ilə təzə pis əməllər 

gətirməməlidirlər.

Yaltaqlara  çox  yerdə  yer  olmasaydı, 

yaltaqlar belə yerbəyer ola bilməzdilər. 

Bəzi  adamlara  elə  gəlir  ki,  ”qa” 

deyəndə də onlara mükafat verilməlidir, 

“qu” deyəndə  də. 

İnsan nə qədər cılızdırsa, o qədər də 

yekə-yekə danışmağa meylli olur.

“Baş üstə!” pis söz deyil. Amma başı 

olan işlətsə.

Boğazlarında nə isə qaldığı üçün çox 

adam boğazdan yuxarı danışır?

Rasif  TAHİROV

www.seanews.az

Misir Aralıq dənizi 

sahilində yerləşən “Port 

Said” limanına təbii qaz 

nəqlinə başlayıb.

Bu  barədə  Misirin  Neft 

Nazirliyi  məlumat  yayıb. 

Nazirliyin məlumatına görə, 

“Port  Said”  limanındakı  za-

voddan ilkin mərhələdə 350 

milyon kubmetr qaz istehsal 

edilib.


Misirin neft naziri Tarek 

El-Molla  deyib  ki,  aparılan 

sınaqlardan  sonra  ilk  təbii 

qaz  nəqli  müvəffəqiyyətlə 

həyata keçirilib.

İtaliyanın  “Eni”  şirkəti 

2015-ci  ildə  bölgədə  təbii 

qaz  ehtiyatlarını  tapıb.  He-

sablamalara  görə,  buradakı 

ehtiyat  30  trilyon  kubmetr 

həcmində qiymətləndirilir.

“PoRT SAİD” LİMAnInA 

TƏBİİ qAZ nƏqL oLUnUR 

Süni intellekt texnologi-

yalarının inkişafı və geniş 

tətbiqi robotların iş yerlərin-

də tez-tez insanları əvəz-

ləməsi ilə nəticələnir. Eyni 

zamanda, kompüterlər yeni 

iş yerləri yaradır və bir neçə 

il sonra onların sayı süni 

intellektə görə işdən çıxarı-

lanların sayını üstələyəcək.

 “Gartner” analitiklərinin 

proqnozuna  görə,  2020-ci 

ildə süni intellekt 2,3 milyon 

yeni iş yeri yaradacaq.

Süni intellektin kadr ba-

zarına təsir dərəcəsi sahədən 

asılı  olacaq:  bəzi  sahələrdə 

iş  yerlərinin  sayı  bir  neçə 

il  ərzində  azalacaq,  digər 

sahələrdə, məsələn, səhiyyə, 

təhsil  və  dövlət  sektorunda 

bu  göstərici  ən  azı  2019-cu 

ilədək artacaq.

Sürücüsüz  avtomobillər, 

robot  dayələr,  insanların  işə 

qəbulu  üzrə  avtomatik  sis-

temlər və digər süni intellekt 

texnologiyaları insanları na-

rahat  edir.  “Pew  Research” 

şirkəti  bu  ilin  oktyabrında 

amerikalılar  arasında  keçi-

rilmiş  sorğunun  nəticələrini 

dərc  edib.  Məlum  olub  ki, 

ABŞ əhalisinin 70 faizi avto-

matlaşdırmadan  və  iş  yerini 

itirməkdən qorxur.

Sünİ İnTELLEkT 2,3 MİLYon YEnİ İş 

YERİ YARADAcAq

Çində İpək Yoluna aid orta 

əsrlərdə çəkilmiş rəngli xəritə 

Pekin Saray Muzeyinə təqdim 

edilib.

30 metr uzunluğu, 59 santimetr 

eni olan xəritənin Çində Min sülalə-

sinin (1368-1644-cü illər) hakimiy-

yəti  dövründə  ipək  parça  üzərində 

çəkildiyi  güman  olunur.  Xəritədə 

Min  sülaləsi  dövründə  Çin  səddi-

nin  qərb  qurtaracağında  yerləşən 

Ciayuquan şəhərindən başlanğıcını 

götürən və Mərkəzi Asiyadan keç-

məklə Qərbi Asiyaya, Yaxın Şərqə 

qədər uzanan ticarət yolları, habelə 

İpək  Yolu  üzərində  yerləşən  221 

şəhər qeyd olunub. Təəssüf ki, ori-

jinal  xəritənin  təxminən  dördəbiri 

–  Məkkədən  İstanbula  qədər  olan 

hissə yoxdur. Mütəxəssislər güman 

edirlər ki, xəritəni alan kolleksiya-

çılardan  biri  həmin  hissəni  ayrıca 

satmaq üçün kəsib götürüb.

Qeyd edək ki, başqa adı “Qada-

ğan olunmuş şəhər” olan Pekin Sa-

ray Muzeyi 1420-ci ildən imperator 

sarayı kimi fəaliyyət göstərib. Çin-

də 1911-ci ildə monarxiya devrilən-

dən sonra saraydakı bir çox dəyərli 

əşya, o cümlədən qeyd olunan xə-

ritə it-bata düşüb. Xəritəni 1930-cu 

ildə  yapon  iş  adamı  əntiq  əşyalar 

dükanından alıb. Əsər 2002-ci ildən 

sonra bir neçə dəfə fərdi kolleksiya-

çılar  tərəfindən  alınıb-satılıb.  Onu 

sonucu dəfə ötən il 20 milyon ABŞ 

dollarına  alan  Huy  Vin  Mau  adlı 

honqkonqlu  iş  adamı  əsəri  Pekin 

Saray Muzeyinə hədiyyə edib.

Muzey rəhbərliyi xəritənin İpək 

Yolu  üzərində  yerləşən  ölkələrə 

dair arxeoloji, coğrafi və linqvistik 

baxımdan  tədqiqata  töhfə  verəcə-

yini  bildirib.  Əsər  müvafiq  bərpa 

prosesindən sonra muzeydə ictima-

iyyətə nümayiş olunacaq.

Şahin Cəfərov

Yaponiyanın “Ispace” 

şirkəti Ayda su axtarışı 

məqsədilə Yerin bu peykinə 

enəcək iki aparatın hazırlan-

masına başlayacaq.

NHK  telekanalı  xəbər  ve-

rir  ki,  “Ispace”  şirkəti  həmin 

layihənin  maliyyələşdirilməsi 

üçün 12 investisiya şirkəti tərə-

findən 89 milyon dollar vəsait 

ayrılacağı barədə məlumat ya-

yıb.


Ayda 

su 


ehtiyatları-

nın  axtarışı  üzrə  missiyanın 

2019-2020-ci  illərdə  həyata 

keçirilməsi  planlaşdırılır.  Ast-

ronavtların burada sudan istifa-

də edəcəkləri və eyni zamanda, 

kosmik  aparatın  idarəsi  üçün 

hidrogen və oksigendən fayda-

lanacaqları gözlənilir.

Xatırladaq  ki,  ABŞ  Prezi-

denti  Donald  Tramp  dekabrın 

11-də  NASA-nın  əməkdaşla-

rına  Marsa  pilotlu  uçuşların 

həyata  keçirilməsinə  hazırlıq 

məqsədilə Ayda stansiyanın in-

şası barədə göstəriş verib.



gƏMİçİLİk III MƏZUn-kARYERA 

SƏRgİSİnDƏ İşTİRAk EDİB

İPƏk YoLUnA AİD TARİXİ XƏRİTƏ MUZEYƏ qAYTARILIB

İtaliyanın 52 yaşlı sakini Leti-

siya Marsili hələ uşaq yaşlarında 

hamı kimi olmadığını anlayıb. O, 

demək olar ki, ağrı hiss etmir, bə-

dəninin bir yerinin yandığından və 

ya sümüyünün sındığından xəbəri 

olmur.

BBC  telekanalı  xəbər  verir  ki, 

bu ailənin 5 üzvü də adi insana ağ-

rıkəsici lazım olduğu vəziyyətlərdə 

ağrı hiss etmir.

“Bizim  həyatımız  adi,  normal 

şəkildə və ola bilsin ki, digər ailələr-

dən daha yaxşı keçir. Çünki biz na-

dir hallarda özümüzü pis hiss edirik 

və demək olar ki, ağrımırıq. Düzünü 

desək  biz  ağrı  hiss  edirik,  lakin  o, 

cəmi bir neçə saniyə çəkir”, - deyə 

Letisiya Marsili bildirib.

Alimlər hesab edirlər ki, Marsili 

ailəsinin  üzvlərinin  bəzi  əsəb  hü-

ceyrələri digər insanlarda olduğun-

dan fərqli işləyir.

Mütəxəssislər  belə  yüksək  ağrı 

qüsuruna  səbəb  olan  gen  mutasi-

yasını  aşkarlamağa  çalışır  və  onu 

Marsili sindromu adlandırırlar. On-

larin fikrincə, bu fenomenin tədqiqi 

xroniki  ağrı  sindromundan  əziyyət 

çəkən insanların müalicəsinə kömək 

edə bilər.

“Biz  ağrı  sindromunun  müali-

cəsinin yeni üsulunun kəşfinə yaxı-

nıq”,  -  deyə  Siena  Universitetinin 

professoru  Anna  Mariya  Aloizi 

qeyd edib.



AğRI hİSS ETMƏYƏn AİLƏ

SOCAR-ın Gürcüs-

tandakı aktivi olan Kulevi 

neft terminalının lima-

nı indiyədək 2 min 200 

tankeri qəbul edib və yola 

salıb.

Terminalın  saytı  xəbər 

verir ki, Kulevi limanı 2008-

ci il mayın 16-da fəaliyyətə 

başlayıb.  Ötən  doqquz  ildə 

limanın  tutumu  artırılıb. 

Həmçinin  də  qəbuletmə, 

yükləmə və yolasalma əmə-

liyyatlarının  payı  artıb,  nə-

ticədə  isə  liman  2  min  200 

tankeri  qəbul  edib  və  yola 

salıb. Liman ilboyu fasiləsiz 

fəaliyyət göstərir.

Liman  2100-cü  tankeri 

bu il may ayının sonunda qə-

bul etmişdi.

Qeyd  edək  ki,  Kule-

vi  neft  terminalı  və  limanı 

2008-ci  ilin  mayında  istis-

mara  verilib.  Bir  ay  sonra 

limana ilk tanker yan alıb.

Tokio Universite-

tinin alimləri sındırıl-

dıqdan sonra yenidən 

bərpa olunan şüşə 

yaradıblar.

  life.ru  saytı  xəbər 

verir  ki,  alimlər  əsas 

kimi  sintetik  polimer-

dən  (polikarbonat)  isti-

fadə  ediblər.  Polimerlərdən 

yaradılan  bərk  şüşə  əvvəlcə 

iki  hissəyə  bölünərək  son-

radan  birləşdirilib.  Bunun 

üçün yarıya bölünən şüşənin 

otaqda adi temperaturda bir-

ləşməsinə  iki  dəqiqə  lazım 

olub.  Strukturun  tam  möh-

kəmlənməsi  və  ağırlıqlara 

dözməsi  üçün  1-6  saat  göz-

ləmək lazımdır.

Alimlərin fikrincə, şüşə-

nin  yenidən  bərpası  bölün-

müş  polimer  molekullarının 

əvvəlki  halına  qayıdan  hid-

rogen birləşmələrinin effekti 

sayəsində baş verir.

Tokio 

Universitetinin 



professoru  Yusuke  Yanaqi-

savanın sözlərinə görə, belə 

xüsusiyyətlərə malik şüşələr 

ekologiya  üçün  daha  zərər-

sizdir.

kULEVİ LİMAnI 2200-cü 

TAnkERİ qƏBUL EDİB

“ISPAcE” şİRkƏTİ AYDA SU EhTİYATLARI AXTARAcAq

SInDIRILDIqDAn SonRA YEnİDƏn 

BƏRPA oLUnAn şüşƏ YARADILIB



Yüklə 494,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə