2017-ci il dekabrın 19-dən “Gəncə” tankeri xarici sularda maye yükdaşımalarına cəlb olunub



Yüklə 494,57 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix06.05.2018
ölçüsü494,57 Kb.
#42722
1   2   3   4   5   6   7   8

Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyinə  

məxsus “İslam Səfər-

li” tankerinin  “Zığ” 

Gəmi Təmiri və Tikin-

tisi  Zavodunda əsaslı 

təmiri yekunlaşmaq 

üzrədir. 

Təmir 


prosesində 

tankerin      baş  mühərrik-

ləri,    nasoslar,  elektrik  

mühərrikləri  və    digər  

mexanizmlər    əsaslı    tə-

mir    olunub.  Köməkçi 

mühərriklər  yenisi  ilə 

əvəzlənib.  Gəmidə  elek- 

trik avadanlıqlar sazlanıb.  

Eyni zamanda tanker-

də    ümumi    təmizləmə, 

gövdə  hissəsində  defek-

tasiya, yük  anbarlarında  

və    ballast    çənlərində  

qüsur    aktlarına    əsasən  

gövdə-qaynaq    işləri  gö-

rülüb.  Üzən  vasitənin 

sualtı və suüstü hissələri, 

göyərtəsi rənglənib.   

Aparılan  işlərin  yox-

lanılması  üçün  tanker  zavod 

ərazisində  dəniz  sınağından  da 

keçib.  Aşkarlanan  çatışmazlıq-

lar  aradan  qaldırıldıqdan  sonra 

gəmi istismara veriləcək. 

Xatırladaq  ki,  uzunluğu 

125.06, eni 16.63 metr olan tan-

kerin maksimal sürəti 11.3 uzel-

dir.  Gəmiçiliyin  nəqliyyat  do-

nanmasına  məxsus  gəmi  maye  

yüklərin  daşınmasında  istismar 

edilir.


Məlumat  üçün  bildirək  ki, 

gəmiçiliyin  Dəniz  Nəqliyyatı 

Donanması  müxtəlif  təyinatlı 

yüklərin  və  sərnişinlərin  daşın-

masını  həyata  keçirir,  rabitə, 

radiomərkəz  və  elektroradiona-

viqasiya  üzrə  müxtəlif  xidmət-

lərin  göstərilməsini  təşkil  edir, 

gəmilərin  yüklənib-boşaldılma-

sını  və  yedək  əməliyyatlarını, 

dibdərinləşdirmə  işlərini  aparır, 

habelə  dəniz  yolları  naviqasiya 

işarələrinin  yerləşdirilməsini  və 

onların  saz  vəziyyətdə  saxla-

nılmasını  təmin  edir,  gəmilərin 

texniki istismar qaydalarına mü-

vafiq olaraq vaxtında və keyfiy-

yətlə  təmir  edilərək  Dəniz  Re-

gistrinə  təqdim  olunması  üçün 

tədbirlər görür.

Dəniz  Nəqliyyatı  Donan-

masının  strukturuna  Quru  yük 

liman  məntəqəsi,  Gəmi  təmiri 

emalatxanası, Gəmi dalğıc və xi-

lasetmə vasitələrinə xidmət üzrə 

stansiya  və  nəqliyyat  gəmiləri 

daxildir.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



20 dekabr 2017-ci il   № 89-92 (9183)

6

www.seanews.az

Hazırda bazar iqtisadiyyatı şəraitində 

fəaliyyət göstərən müəssisələrdə, şirkətlərdə 

və təşkilatlarda satış fəaliyyətini idarə etmək 

üçün marketinq xidmətlərinin rolu böyük-

dür. Bu fəaliyyət istiqaməti təkcə kommer-

siya strukturlarında deyil, həmçinin dövlət

sənaye, nəqliyyat, humanitar və s. təşkilat-

larda da xüsusi əhəmiyyətə malikdir.

Ölkəmizdə dəniz nəqliyyatının və ya gə-

miçiliyin  yaranma  tarixi  1858-ci  ilə  təsadüf 

edir.  Həmin  il  Rusiya  senatının  fərmanı  ilə 

«Qafqaz  və  Merkuri»  Səhmdar  Dənizçilik 

Cəmiyyəti  fəaliyyətə  başlayıb.  Xəzər  Dəniz 

Gəmiçiliyi 1992-ci ilə qədər SSRİ Dəniz Do-

nanması  Nazirliyinin  tərkibindəki  17  gəmi-

çilik  idarəsindən  biri  idi.  SSRİ  dağıldıqdan 

sonra  15  Sovet  Respublikasından  7-si  SSRİ 

dəniz donanmasının varisinə çevrildi. Xəzər-

də bu varislik ancaq Azərbaycana nəsib oldu. 

26 il çətin dönəmdən keçmiş ölkəmiz nəticə-

də iqtisadi və siyasi azadlıq qazanmışdır. Bü-

tün sahələrdə inkişaf etməkdə olan Azərbay-

can  nəqliyyat  sahəsində  də  nailiyyətlər  əldə 

etmişdir. Bu sahələrdən biri də dəniz nəqliy-

yatıdır.


Son illərdə tranzit yüklərin əsas hissəsinin 

məhz su yolu ilə daşınması, ölkənin iqtisadi 

inkişafında əhəmiyyətli yer tutması bir daha 

bu  sahənin  təkmilləşdirilməsini  tələb  etdi. 

Prezident İlham Əliyevin apardığı düzgün si-

yasətin nəticəsi olaraq dənizçilik fəaliyyətinin 

yenidən yaradılması, təkmilləşdirilməsi və ge-

nişləndirilməsi məqsədi ilə 2014-cü ildə mü-

hüm sərəncam imzalandı. Ölkənin iki böyük 

dəniz  donanmasının  birləşməsi  nəticəsində 

“Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi”  QSC 

yarandı. Bununla da, dəniz nəqliyyatının im-

kanlarını və perspektivləri daha da gücləndi. 

Eyni zamanda, 2015-ci ildə “Bakı Beynəlxalq 

Dəniz Ticarət  Limanı”  QSC-nin  yaradılması 

bu sahənin ölkəmiz üçün strateji əhəmiyyətli 

olduğunu bir daha isbat etdi.

Dəniz nəqliyyatı xidmətində marketinq 

fəaliyyətinin rolu

Tarix  boyunca  yük  və  sərnişin  daşıma-

sında dəniz nəqliyyatından daim istifadə edi-

lib. İlk yelkənli sallardan tutmuş günümüzün 

müasir  texnoloji  gəmilərinə  kimi  dəniz  nəq-

liyyatı  müxtəlif  inkişaf  mərhələlərindən  ke-

çib. Demək olar ki, dünya ticarətinin inkişa-

fı və tarixində dönüş nöqtələrindən biri olan 

coğrafi kəşflər, sənaye inqilabı və ardınca da 

buxarlı  gəmilərin  icadı  dəniz  nəqliyyatının 

inkişaf  mərhələlərinə  aiddir.  Dünya  ölkələ-

rinə nəzər salsaq, aydın görərik ki, dəniz yolu 

imkanları geniş ölkələr sürətli inkişaf edib və 

sosial rifah hallarını yüksəldiblər. Bunun əsas 

səbəbi odur ki, dünya ticarətinin inkişafında, 

ölkələr arası ticarətin qurulmasında, istehsal-

çı  şirkətlərin  öz  məhsullarını  digər  ölkələrə 

daşımasında dəniz nəqliyyatının payı çox bö-

yükdür. Hazırda dəniz nəqliyyatı rəqabətqabi-

liyyətliyi, qiymət baxımdan sərfəli olması və 

yükgötürmə imkanlarına görə xeyli cəlbedici 

sayılır. Elə buna görə də, dünya yük daşıma-

sının 84-85% su nəqliyyatının payına düşür.

Təbii  ki,  bugünki  rəqabətli  bazarda  yer 

almaq, bazar payını artırmaq, istehsal və xid-

mət müəssisələri üçün ən vacib strateji tələbə 

çevrilib. Hər bir müəssisənin qarşısında inki-

şaf prioriteti durur ki, bu da sonda müəssisə 

üçün mənfəətin yaranmasına səbəb olur. Əgər 

müəssisə müəyyən zaman ərzində gəlir (mən-

fəət)  əldə  etməzsə,  gələcəkdə  o  fəaliyyətin 

davamlı olması şübhə altına düşür. Buna görə 

müasir  bazar  iqtisadiyyatı  şəraitində  müəs-

sisələrin  inkişaf  etməsi  üçün  bir  çox  müasir 

tələblər  var.    Bunlardan  ən  vacibi  isə  müəs-

sisələrdə  marketinq  fəaliyyətinin  təşkili  və 

idarə olunmasıdır.

Hər bir müəssisənin –  iri, ya kiçik, kom-

mersiya, ya qeyri-kommersiya, yerli, ya xarici 

olmasından asılı olmayaraq uğur qazanmasın-

da  müasir  marketinq  metodları  mühüm  əhə-

miyyət kəsb edir. (1)

Marketinq  sözünü  (ing.  dilində  marke-

ting-bazarlama)  geniş  ifadələrlə  “bazar  iq-

tisadiyyatı  şəraitində  müəssisələrin  iqtisadi 

üsullarla idarəedilməsi” kimi anlamaq müm-

kündür.  Marketinq  XX  əsrin  əvvəllərindən 

ölkələrin  iqtisadi  inkişafından,  iri  həcmli  is-

tehsal müəssisələrinin qurulmasından, kəskin 

rəqabət  şəraitinin  formalaşmasından,  təklif 

bazarlarının  tələb  bazarlarını  üstələdiyi  bir 

zamanda müstəqil fəaliyyət kimi ortaya çıx-

dı. Ümumiyyətlə, marketinq digər sahələrdən 

fəqli  olaraq  istehlakçılarla  (müştərilər)  daha 

çox  məşğul  olur  və  onların  maraqlarına  uy-

ğun fəaliyyətini təşkil edir. Marketinqin 2 əsas 

məqsədi vardır:

1.  Xidmət  və  ya  məhsula  yeni  istehlakçılar 

cəlb etsin;

2. Mövcud istehlakçıları məmnun etməklə öz 

tərəfində saxlasın.

Bir  çoxlarımız  marketinqin  satış  və  rek-

lamdan  ibarət  olduğunu  düşünürük.  Çünki, 

biz gün ərzində radio, televiziya, telefon zəng-

ləri və müxtəlif formalarda satış hücumlarına 

məruz  qalırıq.  Əslində  marketinq  fəaliyyəti 

çox  geniş  və  şaxəlidir.  Aşağıdakı  qrafikdən 

də  aydın  görsənir  ki,  marketinq  fəaliyyətinə 

daxil  olan  strukturlar  və  fəaliyyət  sferaları 

hansılardır.

 Marketinq fəaliyyət dairəsi

Bir çox fəaliyyəti özündə birləşdirən mar-

ketinq  hər  bir  müəssisə  üçün  vacib  olmaqla 

bərabər  gələcəkdə  müəssisə  rəhbərinin  düz-

gün  qərar  verməsi  üçün  bazar,  müştəri    və 

satışla (tələblə) bağlı əhəmiyyətli məlumatlar 

məhz  bu  sahədə  cəmləşir.  Bunlarla  yanaşı, 

marketinq  fəaliyyət  dairəsinə  aşağıdakı  fəa-

liyyətləri də daxil etmək lazımdır:

xarici ətraf mühitin təhlili;

• bazarın araşdırılması və tədqiqatları;

• müəssisənin daxili mühitinin təhlili;

• bazar seqmentasiyası və hədəf bazarının se-

çilməsi;

•  müəssisənin  marketinq  fəaliyyət  planının 

hazırlnması;

• xidmət və məhsul seqmentasiyası və çeşid-

lənməsi;

• xərc təhlilləri və qiymət siyasəti;

• satış planlaması və satış kanallarının yara-

dılması;

• bazarda mal və ya xidmətin reklam və tanı-

tım təşviqi. (1)

nəqliyyat bazarının nəqliyyat növləri üzrə 

seqmentləşdirilməsi

Məlumdur ki, nəqliyyat sahəsi növlərinə 

görə dəniz, hava, avtomobil, kəmər və dəmir 

yolu  nəqliyyatlarına  bölünür.  Boru  kəmər 

nəqliyyatı istisna olmaqla nəqliyyat xidmətlə-

ri bazarının seqmentləşdirilməsi iki istiqamət 

üzrə qruplaşdırılır. Bunlar da sərnişin və yük 

daşımalarıdır.

Nəqliyyаtdа mаrкеtinq fəаliyyətinin əsаs 

funкsiyаlаrınа аşаğıdаkılаrı аid еtmək оlаr:

• bаzаrın коmplеks araşdırılması, öyrənilməsi 

və tədqiqi;

•  istеhsаlın  bаzаr  tələblərinə  uyğunlаşdırıl-

mаsı;


• nəqliyyаt хidmətlərinin bаzаrа irəlilədilmə-

si.


Hər bir nəqliyyat növünün özünəməxsus 

üstünlükləri  var.  Bunlar  aşağıdakı  cədvəldə 

vacib meyarlar üzrə təhlil xarakterində veri-

lib.


Əslində  cədvəldə  hər  bir  nəqliyyat  nö-

vünün  üstün  və  zəif  olduğu  məqamlar  var. 

Təbii  ki,  bunlar  həmin  nəqliyyat  növünün 

mənfi və ya müsbət olmasını təyin etmir. Bu 

göstəricilər  xidmətdən  istifadə  edən  şəxslər 

və şirkətlərin qarşılarına qoyduqları meyarlar 

üzrə  təsnifatlandırılır.  Cədəvələ  nəzər  salsaq 

hava nəqliyyatının sürətli olması üstünlükdür-

sə,  səmərəlik,  ekoloji  təhlükəsizlik  və  başqa 

göstəricilər  üzrə  geridə  qalıb.  Dəniz  nəqliy-

yatı  isə  orta  mövqedə  yer  alır,  yük  götürmə 

qabiliyyəti,  təhlükəsizlik,  səmərəlilik  kimi 

göstəriciləri üstünlük təşkil etdiyi üçün sərfəli 

nəqliyyat  növü  kimi  istehlakçılar  tərəfindən 

qiymətləndirilir.

Respublikamızda  yük  daşımaları  dövriy-

yəsinə görə 3-cü yerdə qərarlaşan dəniz nəq-

liyyatı aşağıdakı daşıma növlərinə bölünür.

•  limanlararası  daşıma  –  kiçik  kabotaj. 

Bir dənizin iki limanı  arasında həyata keçi-

rilən daşımalar limanlararası daşımalar hesab 

olunur. Məsələn, Bakı – Türkmənbaşı, Bakı – 

Mahaçqala və Bakı – Həştərxan;

• birbaşa daşıma – böyük kabotaj. Müxtə-

lif  dənizlərlə  respublika  limanları  arasındakı 

daşımalar birbaşa daşımalar adlanır. Məsələn, 

Bakı – Həştərxan – Volqoqrad – Rostov – No-

vorossiysk;

• qarışıq daşımalar. Dəniz – çay – dəmir 

yolu  –  avtomobil  nəqliyyatı  ilə  daşımalara 

qarışıq daşımalar deyilir. Məsələn, Rostov – 

Bakı (Volqa çayı) – Türkmənbaşı (Xəzər də-

nizi);

•  xarici  daşımalar.  Xəzər  dənizinin  sahi-



lindəki  limanlarla  xarici  ölkələrin  dəniz  li-

manları  arasındakı  yükdaşımalar  xarici  yük-

daşımalar adlanır. (2)

Dəniz  nəqliyyatı  yolları  təbii  yollar  ka-

teqoriyasına aiddir. Bu da dənizlərdən, okean-

lardan ibarətdir. Dəniz yolları ciddi investiya, 

cari təmir və əlavə xərclər tələb etmir. Bunlar 

dəniz  nəqliyyatının  daşınma  bazarında  lider 

olmasının ən vacib meyarıdır.  

Ölkəmizdə dəniz nəqliyyatı və ya gəmiçi-

lik fəaliyyətinin üstün və zəif cəhətləri vardır. 

Bunları GZİT (SWOT) təhlildə görmək olar. 

Bu  təhlil  forması  ilə  biz  dəniz  nəqliyyatının 

güclü  tərəflərini,  zəif  tərəflərini,  imkanlarını 

və təhlükələrini qısa şəkildə göstərməyə çalı-

şacağıq.


     

Qeyd edilmiş siyahını daha da geniş şəkil-

də yazmaq mümkündür. (3)

Dəniz nəqliyyatının güclü tərəfləri aşağı-

dakılardır:

• Ölkədə Azərbaycan Xəzər Dəniz Gəmi-

çiliyi kimi 160 illik tarixi müəssisənin olması;

• Bakı Beynləxalq Ticarət Limanının ya-

radılması və başqa limanların olması;

• Azad Ticarət Zonasının yaradılması;

•  Dəniz  nəqliyyatı  mütəxəssislərinin  ye-

tişməsi  üçün  Ali  təhsil  mərkəzinin  olması 

(Azərbaycan Dövlət Dəniz Akademiyası);

•  Dənizçilərin  hazırlanması  və  sertifikat-

laşdırılması ilə bağlı Təlim Tədris Mərkəzinin 

olması;


• İri gəmi təmir zavodlarının olması;

• Tranzit yüklərin daşınmalar üçün əlve-

rişli coğrafi mövqedə olması;

•  “İpək  yolu”  layihəsində  ölkəmizin Av-

ropa və Asiya arasında körpü rolunda olması;

•  Bakı  Gəmiqayırma  Zavodunun  uğurlu 

fəaliyyəti (gəmi tikinti zavodu)

• Neft ixrac edən ölkə olması;

• Dəniz nəqliyyatının investiyası tələbinin 

az olması;

•  Dəniz  nəqliyyatının  tariflərinin  daha 

ucuz və sərfəli olması;

• Dünya yük dövriyyəsinin 85%-nin dəniz 

nəqliyyatı ilə daşınması;

• Gəmilərin böyük yükgötürmə qabiliyyə-

tinə görə yüksək məhsuldarlığı;

• İşin fasiləsizliyi (dəniz nəqliyyatı sutka-

da 24 saat işləyir);

•  Hava  şəraitindən  qeyri  -əhəmiyyətli 

dərəcədə asılılığı;

• Tələbdən asılı olaraq bir yerə daha tez 

səfərlər  etmə  qabiliyyəti  (gəmini  dünyanın 

istənilən nöqtəsinə göndərmək olar);

• Təcrübi olaraq dəniz əlaqə yollarının bu-

raxma qabiliyyətinin qeyri-məhdudluğu.

Dəniz nəqliyyatının zəif tərəfləri aşağıda-

kılardır:

• Nisbətən aşağı sürət (yük gəmiləri üçün 

18  –  20  uzel,  uzel  =  mil/saat,  dəniz  mili  = 

1837 m);


• Müqayisədə böyük olmayan hərəkət sıx-

lığı  (ancaq  birdəfəlik  böyük  miqdarda  yükü 

daşıya bilir);

•  Daşıma  zamanı  yüklərin  diqqətlə  (sə-

liqəli) qablaşdırılması tələb olunur;

• Ölkəmizin birbaşa okeana çıxışının ol-

maması;

Dəniz nəqliyyatının imkanları aşağıdakı-



lardır:

• Azad Ticarət Zonasının fəaliyyətinin təş-

kili;

• Müasir gəmilərin tikilməsi;



•  Ölkəmizin  iqtisadi  imkanlarının  geniş-

lənməsi  və  ölkələr  arası  iqtisadi  əlaqələrin 

qurulması;

• İpək yolunun yenidən fəaliyyətinin bər-

pası;

Dəniz nəqliyyatının təhlükələri aşağıda-

kılardır:

•  Okean  suallarına  çıxışın  digər  ölkələr-

dən asılı olması Volqa-Don kanalı (qonşu ölkə 

ilə siyasi fikir ayrılıqları olduğu halda kanalın 

istifadəsi məhdudlaşa bilər)

Bu  təhlilin  nəticəsində  dəniz  nəqliyya-

tının  strateji  əhəmiyyəti  müəyyən  olunur  və 

onun əsasında strategiya hazırlanaraq fəaliy-

yət planı tərtib edilir.  Strateji planlaşdırma-

da aşağıdakı mümkün strategiyaları ayırmaq 

mümkündür.

• bazara dərin nüfuz;

• texnoloji strategiya;

• aşağı qiymət strategiyası;

• məhsul yenilik strategiyası;

• əməkdaşlıq strategiyası;

• diversifikasiya strategiyası;

• beynəlxalq və qloballaşma strategiyası.

Strateji  planlaşdırmanın  son  mərhələsi 

fəaliyyət proqramının hazırlanması və büdcə-

sinin təyin edilməsidir. Fəaliyyət proqramının 

hazırlanması zamanı mütləq şəkildə müəyyən 

edilmədir ki, nə ediləcək, kim edəcək, hansı 

zaman ərzində ediləcək və ən əsası bu addım 

nə qədər xərc tələb edəcək. Bu fəaliyyət proq-

ramının əsasında qarşıya qoyulmuş məqsədə 

hansı zamanda kim tərəfindən və hansı büdcə 

ilə həyata keçirmək mümkün olacaq kimi su-

alların cavabını tapmış olacağıq.

Müasir dövrdə iqtisadi münasibətlər sis-

teminin inkişafı ilə əlaqədar ölkədə  müxtəlif 

fəaliyyət  sahələri  yaranmaqdadır. Amma  bu 

müəssisələrin  gələcəkdə  uğurlu  olub-olma-

ması  barədə  mülahizə  yürütmək  çox  çətin-

dir. Ümumiyyətlə, təcrübələr göstərir ki, hər 

müəssisəni inkişafa aparan bir çox zəruri amil 

var.  Buna  misal  kimi  idarəetmə  keyfiyyəti, 

peşəkar  kadrların  cəlbi,  müasir  texnologiya 

və texnikadan istifadə, beynəlxalq standartla-

rın tələbinə cavab verən məhsul istehsalı və  

ciddi şəkildə bazarın öyrənilməsi kimi amil-

ləri göstərə bilərik. Müəssisənin inkişafı üçün 

zəruri olan marketinq fəaliyyəti  də bu amillər 

içərisində yer alır. Buna görə nəqliyyat sahə-

sində, dəniz nəqliyyatı müəssisələrində mar-

ketinq fəaliyyəti təşkil olunmalıdır və ya belə 

bir  struktur varsa təkmilləşdirilməlidir. Belə 

ki, nəqliyyat bazarını dərindən təhlil etmək-

lə,  ölkənin  dəniz  nəqliyyatı  ehtiyaclarını  və 

müştəri məmnuniyyətini öyrənməklə marke-

tinq fəaliyyəti qurulmalıdır. Bu fəaliyyətlərin 

düzgün tətbiqi dəniz nəqliyyatının inkişafına 

və  ölkə  iqtisadiyyatına  müsbət  təsir  göstərə 

bilər.


namiq Əlizadə, 

iqtisadiyyat üzrə fəlsəfə doktoru,

Azərbaycan Dövlət Dəniz

Akademiyasının Təlim-Tədris Mərkəzinin

“Biznes İnkişafı” qrupunun rəhbəri

MüASİR İqTİSADİ şƏRAİTDƏ DƏnİZ nƏqLİYYATInIn 

İnkİşAfInDA MARkETİnq AnLAYIşI

“İSLAM SƏfƏRLİ” TAnkERİ TEZLİkLƏ AçIq DƏnİZƏ çIXAcAq

Dekabrın 7-də Böyük Britaniyanın 

ən iri, müasir və ən bahalı təyyarəda-

şıyan gəmisi olan “Queen Elizabeth” 

rəsmən Krallığın Hərbi Dəniz Qüvvələ-

rinin tərkibinə daxil edilib.

TASS informasiya agentliyi xəbər verir 

ki, təntənəli mərasim Portsmut hərbi baza-

sında 3,7 min qonağın iştirakı ilə keçirilib.

Mərasimdə,  həmçinin  kraliça  II  Eli-

zabet  də  iştirak  edib.  91  yaşlı  kraliça-

nın  Britaniya  donanmasının  flaqmanının 

göyərtəsinə  rahat  qalxması  üçün  xüsusi 

lift  quraşdırılıb.  Kraliça  öz  çıxışında  təy-

yarədaşıyan gəminin yaxın onilliklər boyu 

dənizlərdə  Britaniya  gücünün  göstəricisi 

olacağını deyib.

Qeyd edək ki, göyərtəsində 40 təyyarə 

və 1600 heyət üzvünü daşıya bilən “Queen 

Elizabeth”  gəmisinin  tikintisi  8  il  davam 

edib və 3,1 milyard funt-sterlinqə (4,1 mil-

yard dollar) başa gəlib.

Azərbaycan Respublikasının Na-

zirlər Kabineti 2018-ci ildə Novruz, 

Ramazan, Qurban bayramları ilə bağlı 

qərar qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmə-

tindən  bildiriblər ki, qərara əsasən 2018-

ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bay-

ramı, 15, 16 iyun Ramazan bayramı, 22, 

23 avqust Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin 

günlər iş günü hesab edilmir.



nAZİRLƏR kABİnETİ 2018-cİ İLDƏ noVRUZ, RAMAZAn, qURBAn 

BAYRAMLARI İLƏ BAğLI qƏRAR qƏBUL EDİB

 “qUEEn ELİZABETh” TƏYYARƏDAşIYAn gƏMİSİ 

RƏSMƏn BRİTAnİYA DonAnMASInA DAXİL EDİLİB

qrafik 2

göSTƏRİcİLƏR

n Ə q L İ Y YAT     n ö V L Ə R İ

DƏMİR YoLU AVToMoBİL

DƏnİZ

hAVA

Sürət


3

2

4



1

Yüкgötürmə 

qаbiliyyəti

1

4



2

3

Səmərəliliк



2

3

1



4

Sərnişinlər üçün 

təhlüкəsizliк

1

3



2

4

Екоlоji təhlüкəsizliк



1

2

3



4

Mаnеvriliк

3

1

4



2

Təbii – iqlim 

аmillərindən аsılı 

оlmаmаq


1

2

3



4

cədvəl 1.

Ayrı-ayrı nəqliyyat növlərinin reytinqi


Yüklə 494,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə