2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


    SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

31

   


SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                    

TƏBRİKLƏR

FOLKLORUMUZUN    MÜDRİK 

AĞSAQQALI

Yığın-yığın  kitabı  var  masamın  üstündə  bir  müəllifin.  Bəzən  elə  olub  ki, 

onların hamısını ani baxışnan oxuyub sona yetirmək istəmişəm. Bilmirəm, bəlkə də bu 

mənim folklora bağlılığımdan irəli gələn amildi?

Əslində  isə  bu  son  bərabərliyin  cavabı  deyil.  Azdımı  məgər  folklor  mövzulu 

yazılar arasında ilk cümləsindəncə adamı geri itələyəni?!

Amma mənim qeyd etdiyim bu dərgilər onlardan deyil. “Azərbaycan folkloru və 

Aşıq yaradıcılığı” (1989), “XIX əsr Azərbaycan Aşıq yaradıcılığı” (1990), “Ozan-aşıq 

sənətinin nəzəri məsələləri” (2002), “Ozan-aşıq yaradıcılığına dair araşdırmalar” – I və 

II hissə (2002)…

Yox, mən bir-birindən dəyərli olan bu kitabların hamısını indi qeyd eləsəm, onda 

folklorumuzun  sevimli  ağsaqqalı,  böyük  alim,  kamil  pedaqoq,  filologiya  elmləri 

doktoru,  professor  Sədnik  Paşa  Pirsultanlının  mübarək  səksən  (80)  illiyiynən  bağlı 

mənim fikirlərimə ayrılan guşədə yer çatmaz…

Və əlbəttə, mən bir yazıda onların hamısından söz açmaq iqtidarında da deyiləm. 

Sədnik  müəllim  özü  bu  tutumlu  əsərlərini  necə  başlayıbsa,  mən  də  eləcə  mərhələ-

mərhələ təhlilinə varmışam ayrı-ayrı yazılarımda onların.

Həmişə də iri həcmli bu kitabları böyük maraqla vərəqləyirəm. Hər sətrindən dağ 

çiçəyinin ətri duyulan,  hər misrasından sazlı-sözlü dünyamızın sehrli  sədası gələn bu 

dərgahların hamısı maraqlıdı, oxunaqlıdı. 

Burada bir yandan bayatıların göz yaşları içindəki nikbinliyi, bir tərəfdən Vətən, 

yurd, yuva və bir də onların ideya mündəricəsini təmsil edən bəşəri ideyaların folklor 

dilindəki poetik tərənnümü var…

Bütün  bunlar  professor  Sədnik  Paşayevin  müdrik  alim  təhliliynən  daha  da 

şirinləşir,  folklor  duyumlu  hər  kəsi  onların  məzmun  dərinliklərinə  varmağa  yenidən 

təhrik edir…

Alim  olan  kəs  gərək  aşiqlər içrə  də  çox  sınaqlardan  keçsin  ki,  peşə  yollarında 

dəyanəti,  sədaqəti gərək  olsun.  Və  bu  minvalnan  müdrik  alim  qələmi  sınaqlardan 

çıxdıqca  həyat  və  sənət  meydanında  yenidən  püxtələşsin.  Uca  göylərin  mehrabı  eşq 

olduğu kimi, yer üzünün əşrəfi olan kainatın baş ucalığı da alimlik istedadıdır. 

Bax  bu  mənada  Sədnik  Paşa  Pirsultanlının  əsərləri  də  beləcə  səsinə  səs  verir, 

qoşmalarımızın, gəraylılarımızın, dastan, əsatir və rəvayətlərimizin dünənini oyadıb bu 

gününə örnək etmiş olur…

Əgər alimin fərdi ideyaları onun təhlili imkanlarında öz həllini tapırsa, deməli o, 

öz sənət sonluğuna nail olur. Sədnik müəllim bu yaradıcılıq imkanlarından xali deyil. 

Və burada şəxsi keyfiyyətin bir neçə amilləri cəmləşmiş olur.




32

SƏDNİK  PAŞA   PİRSULTANLI -80                                       TƏBRİKLƏR

Müdriklik,  fitri  istedadın  bəhrəsi,  alimlik,  yorulmazlıq  axtarışı.  Deməli, 

S.P.Pirsultanlının  bütün  bu  fərdi  qabiliyyətindəki  özünəməxsusluq  onun  elmi 

axtarışlarının, yaradıcılıq uğurlarının başlıca amilləridir.

Bəli,  istəklilər,  sənət  də,  sənətkar  da  həmişə  qayğıya  möhtac  olub  bizim 

dünyamızda.  Bəzən  kimsə  bu  qayğıdan  uzaq  düşəndə  unudulur,  gözdən,  könüldən 

uzaqlaşır, ümidsizliyə qapılır. 

Əksinə, əgər o, vaxtında qayğı görsə, qeydinə qalındıqca ümidi artar, həvəsi üstə 

həvəs gələr, özünün fərdi imkanlarını elə, obaya çatdırar, ömrü birə-beş uzanar…

Sədnik müəllimin də yolları başlandığı gündən hamar olmayıb. Ürəkdən, candan 

sevib  bağlandığı  alimlik  sənətini  böyük  auditoriyalara  nə  zamansa  öz  istədiyi  kimi 

çatdıra  bilmədiyi  vaxtlar  da  olub.  Lakin  Pünhan  qeydləriynən  yaşadıb  onu.  Amma 

ruhdan  düşməyib,  gecəli-gündüzlü  gələcək  arzularıynan  pərvazlanıb.  O  səbəbdən  də 

bu gününə, güzəranına “Min şükür” deyir qədirbilən alim…

Hər  kəs  doğulub  boya-başa  çatdığı  torpağın  övladıdı.  Axı  Sədnik  müəllim  də 

xalqımızın saz-söz beşiyi olan doğma Gəncəmizdə dünyaya gəlib. İlhamını, qidasını o 

yerlərin  abu-havasından  alıb.  Bu  gün  ərsəyə  gətirdiyi  əsərləri  də  ana  yurdun 

örnəyindən  gələn  bəhrələrdi.  Və  sən  demə  ozanlarımıza,  aşıqlarımıza  qulaq  asdıqca 

onun  alim  xəyalı  ulu  Göyçədən  üzü  Gəncəyə  uzanan  gözəllikləri  gəzib,  dolaşıb,  bir 

daha zövqünü rövnəqləndiribmiş…Çünki bu böyük alim telli sazın səsini ömrün bütün 

anlarında  dinləyərkən  özünü  səadət  gölündə  üzmüş  kimi  sanıb.  O  səbəbdən  ki, onun 

zövqündə təbiilik, millilik, soya-kökə bağlılıq yerindəndi, əzəlidi…

Sənət  dünyamızın  zəngin  xəzinəsində  hər  incinin  öz  yeri,  öz  xanəsi  var.  Ona 

keşik  çəkən,  qoruyub  yaşadan  sənət  yolçularımız  da  belədir.  Müxtəlif  zövqlərin 

təmənnasında  vaxtaşırı  arzulanan  alimlərimizin  qədirbilən  dinləyicilərimizlə, 

tamaşaçılarımızla görüşü də beləcə pərvəriş tapır öz növbəsində. Təkcə bir şərtlə ki, bu 

sənət adamlarının daim axtarışında olaq, onların efir görüşlərinə daim qayğı göstərək.

Bax bu mənada Sədnik müəllim ömrünün ən müdrik, ən kamil çağlarında da əsil 

gənclik  qaynarlığıynan  folklorumuzun  təbliği  və  təhlili  naminə  verdiyi  müsahibələr, 

söylədiyi çıxışlar  müdrik  kamalının bəhrəsi  olan  cild-cild kitablarıynan  yarışa girmiş 

kimidi.  O  yorulmur,  bir  paraları  kimi  yeri gəldi-gəlmədi  dünən  gördüyü işlərə  baxıb 

öyünmür (buna haqqı olsa da), zərrəcə geri çəkilmir. 

Və bütün bunları gördükcə istər-istəməz qəlbimin tam səmimiyyətiynən dilimdə 

bir ifadə tələffüz edilir: - “Sədnik müəllim, sizin kimi bir alim ömrünə səksən il nədir 

ki?!..”

Onu da deyim ki, sevimli müəllimimizin ilk kitabının dərcindən illər keçir. Və bu 



müddətdən sonra onun hər cildliyinin ikinci nəfəslə dünyaya gəlişinin başlanması milli 

folklorumuzun dəyərli tövhəsi, əbədiyaşar sənət nümunəsi kimi yüksək qiymətə layiq

olur…

Onun  bütün  tədqiqatlarını  oxuduqca  bir  daha  yəqinlik  hasil  edirəm  ki,  istər 



təhlilləri,  istər  də  fərdi  fikirləri  və  deyimləri  özünüdərkdən  irəli  gəlir  və  özünə  inam 

deməkdir. Öz müvəffəqiyyəti ilə folklorumuzun zaman-zaman yetişən korifeylərindən 




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə