2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə25/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   21   22   23   24   25   26   27   28   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Qlobal 
ekoloji problem
 kimi aşağıdakıları qeyd etmək olar: 
•  bitki və heyvanların minlərlə növü məhv edilmiş və məhv edilməkdə dava edir; 
•  meşə sahələri kifayət qədər qırılmışdır; 
•  faydalı yeraltı sərvətlərin ehtiyatları sürətlə azalır; 
•  canlı orqanizmin məhv edilməsi nəticəsində dünya okeanı yalnız sıradan çıxmır, həm də 
təbii proseslərin nizamlayıcısı ola bilmir; 
•  atmosfer müəyyən ərazilərdə qəbul olunmuş normadan artıq dərəcədə 
çirklənmişdir, təmiz hava artıq çatışmır; 


 
28 
•  azon  təbəqəsi  qismən  pozulub,  bütün  canlılara  məhvedici  təsir  göstərəcək,  kosmik 
şüalanmadan  Yer  kürəsini  qoruyan  azon  təbəqəsinin  pozğunluğu  ağır  nəticələrə  gətirib  çıxara 
bilər; 
•  təbii landşaftın üst qatı çirklənib: Yer kürəsində bir qarış belə yer tapmaq mümkün deyildir 
ki, insan tərəfindən süni şəkildə yaradılan elementlər olmasın.  
İnsan təbiətə yalnız gəlir mənbəyi: öz həyat təlabatlarını ödəmək mənbəyi kimi baxdığından, 
insanın təbiətə istehlak münasibəti açıq şəkildə özünü göstərir. Bəşəriyyət üçün təbiəti münasibət 
fəlsəfəsinin özünü dəyişdirmək həyati əhəmiyyət kəsb edən bir problemə çevrilmişdir.  
Bəşəriyyətin  müasir  inkişaf  mərhələsində  noosfera  haqqında  təlim  xüsusi  əhəmiyyət  kəsb 
etmişdir.  İnsan  özünün  bütün  tarixi  ərzində  şüurlu  və  şüursuz  şəkildə  təbiəti  fəth  etməyə  cəhd 
etmişdir.  Təbiətin  üzərində  dayanmaq,  onu  fəth  etmək,  onu  özünə  tabe  etmək  -insanın  təbiətə 
münasibətində  qarşısına  qoyduğu  məqsəd  bu  olmuşdur.  Bu  məqsədə  çatmaq  yolunda  çoxlu 
nailiyyətlər əldə edən insan təbiəti yaxşılaşdırmaq fıkrinə düşmüş, maşınla idarə olunan istehsal, 
texnogen və kompüterli sivilizasiya yaratmışdır. Lakin təbiətə bu cür texnoqrafik yanaşma bu gün 
ondan irəli gələn təhlükəni açıq şəkildə göstərir. Təbiəti düşünmədən istismar etmək ətraf mühitin 
çirklənməsinə  gətirib  çıxartmışdır,  təbii  ehtiyatlar,  su  ehtiyatları  azalır,  bu  da  biosferanın 
dağılmasına,  Yer  kürəsində  məskunlaşan  bütün  canlıların  məhv  olmasına  gətirib  çıxartmışdır. 
Biosferaya təsir göstərən mənfi millər içərisində sənaye istehsahnı xüsusilə qeyd etmək lazımdır: 
istilik elektrik stansiyaları, qara və əlvan metallurgiya, kimyəvi və sement zavodlarının və s. ətraf 
mühitə  vurduğu  ziyanın  miqyası  ölçüyə  gəlməzdir.  Hal-hazırda  bizim  planetdəki  bütün  sənaye 
müəssisələri il ərzində atmosferə 1250 milyon ton oksidləşmiş karbon, 10 milyon tonlarla kükürdlü 
anhidrit (su ilə birləşdikdə turşu hasil edən oksid), 20 milyon tona qədər oksidləşmiş azot, milyon 
tonlarla ftor (rəngsiz qaz) xlor və kükürd atılır. Bütün bunlar məcmu şəkildə planetdə temperaturun 
yüksəlməsinə,  atmosferin  və  təbii  suların  çirklənməsinə,  ozon  qatının  dağılmasına,  iqlim 
yağışlarına və təbiət və insan üçün öldürücü olan digər məhvedici nəticələrə gətirib çıxarır.  
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə