2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə30/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   26   27   28   29   30   31   32   33   ...   231

 

59 


əyər.  Hər  kəs  Onun  əmrlərinə  uymaq  məcburiyyətindədirlər.  Allah  əmr  edilən  deyil, 

əmr  verəndir.  O,  məğlub  deyil,  qalib  olandır.  Uca  Allah  qulları  arasında  özlərini 

Cəbbar  (üstün  güc  sahibi,  zorba)  olaraq  göstərənləri  pisləmişdir.  «Allah  hər  təkəbbür 

sahibinin, zalımın ürəyini belə möhürləyir». (əl-Mumin 35). Peyğəmbər 



  sallallahu 



aleyhi və səlləm 

 buyurdu: «Yer üzündə təkəbbürlü və zorba olanlar qiyamət günündə 



insanların üzərinə basdıqları qarışqalar kimi diriləcəklər»

162


.  

 

CƏMİL 

 

əl-Cəmil 



  Uca  Allahın  gözəl  İsimlərindəndir.  Varlıq  aləmində  hər  gözəlliyin 

sahibindən daha gözəldir. Hətta bütün varlılıqların gözəlliyi bir adamda toplansa yenə 

də bu gözəllikləri Allahın gözəlliyinin yanında günəş işığı qarşısında zəif qəndil işığına 

bənzər.  Bu  aləmdə  var  olan  bütün  gözəlliklər  Onun  bir  sənət  əsəridir.  Gözəllikləri 

yaradan  Odur.  O,  bütün  gözəl  isim,  sifət  və  fellərin  sahibidir.  Ən  gözəl  İsimlər  Ona 

aiddir. Bu dünya həyatında heç bir insan Onun cəlalına və camalına tamaşa etməyə güc 

yetirməz.  Cənnətdə  Onu  gördükdə  isə  bu  onlara  içində  olduqları  bütün  nemətləri 

unutdurur.  O,  an  Ondan  başqa  heç  bir  şeyə  dönüb  baxmazlar.  Əgər  üzündəki  nur 

pərdəsi  olmasa  üzündəki  o,  nur  Ona  baxan  bütün  gözləri  yandırardı.  Əbu  Musa  



radıyallahu anhu 

 rəvayət edir ki, Rəsulullah 





 sallallahu aleyhi və səlləm 

 buyurdu: 



«Allah  yatmır.  O,  yatmamalıdır  ki,  Mizanı  (başqa  rəvayətdə  ədaləti)  endirsin  və  ya 

qaldırsın.  Gündüzün  əməlindən  əvvəl  gecənin  əməli,  gecənin  əməlindən  əvvəl 

gündüzün əməli ona (Allaha) yüksəlir (qaldırılır) Onun örtüyü (pərdəsi)  nurdur. (Əbu 

Bəkr  -  radıyallahu  anhu 



  nun  rəvayətində  pərdəsi  atəşdir).  Əgər  üzündəki  pərdəni 

qaldırsa  üzünün  nurları  yaratdığı  hər  bir  şeyi  yandırar

163

.  Bu  İsim  Qurani  Kərimdə 



keçməməkdədir. Yalnız İbn Məsud 



 radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





 

sallallahu aleyhi  və səlləm  -  buyurdu:  «Heç  şübhəsiz  ki,  Allah  Cəmildir  (gözəldir)  və 

gözəl  olanıda  sevir»

164

.  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Allah 

gözəldir və  gözəldən başqasını  da qəbul  etməz»

165

. Gözəllik  insanın zahiri  görnüşünü 



əhatə  etdiyi  kimi  (geyim,  saç),  bundan  başqa  olan  bütün  gözəl  şeyləri  də  əhatə  edir. 

Çünki Allah verdiyi nemətlərin əsərini qulların üzərində görməsindən xoşlanır. Çünki 

bu sevdiyi gözəllikdəndir. Buna görə də Allahın verdiyi nemətlərə şükr edən kimsə, bu 

nemətləri  yerinə  yetirməli  və  istifadə  etməlidir.  İstifadə  etmək  zahiri  gözəllik,  dil  və 

qəlb ilə şükr isə daxili gözəllikdir. «O, yaratdığı hər şeyi gözəl yaratdı». (əs-Səcdə 7). 

«Ey  Adəm  oğulları!  Sizə  ayıb  yerlərinizi  örtəcək  bir  geyim  və  bir  də  bəzəkli  libas 

nazil  etdik.  Lakin  təqva  libası  daha  yaxşıdır».  (əl-Əraf  26).  Peyğəmbər 



  sallallahu 



aleyhi  və  səlləm  -  buyurdu:  «Allah  nemətinin  əsərini,  qulunun  üzərində  görməyi 

sevər»


166

.  Əbul  Əhvas  əl-Cəşmi  deyir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



 

üzərimdə  köhnə  və  cırılmış  paltar  gördü  və  buyurdu:  «Malın  varmı?».  Mən:  «Bəli» 

dedim.  O:  «Nəyin  var?»  deyə  buyurdu.  Mən:  «Dəvələrim  və  qoyunlarım»  dedim.  O: 

«O,  halda  sənə  verdiyi  bu  nemət  və  qayğını  üzərində  göstər»  deyə  buyurdu

167


                                                

162

 Tirmizi 2492. 



163

 Müslim, İmam Əhməd 4/395,401, İbn Məcə 195, Darimi «ər-Rədd aləl Mərisi» s. 173, Beyhəqi «Əsmə və Sifət» s. 

402, əl-Albani «Muhtasarul Uluvv» s. 86, «Səhih Cəmius Səğir» 1860. 

164


 Müslim 1/93, H. 147.  

165


 Müslim 1015.  

166


 Tirmizi 2819.  

167


 Əbu Davud 4063.  


 

60 


Peyğəmbər 



 sallallahu aleyhi və səlləm - buyurdu: «Qəlbində zərrə qədər təkəbbürlük 

olan  kimsə  Cənnətə  girməz».  Səhabələrdən  biri:  «Ya  Rəsulullah!  Əgər  biri  gözəl 

geyinmək,  gözəl  ayaqqabı,  gözəl  oturuş  və  gözəl  miniyi  olmasını  istəyir?  Bu  da 

təkəbbürlükdür» deyə soruşdu. Peyğəmbər: «Yox, həqiqətən də Allah gözəldir və gözəl 

olanı  da  sevir.  Təkəbbürlük  isə  haqqı  danmaq  və  insanlara  xor  baxmaqdır»  deyə 

buyurdu

168


.  Allah  gözəl  sözləri,  felləri,  paltarları  və  gözəl  görünməyi  sevdiyi  kimi 

çirkin sözləri, felləri, paltarları və çirkin görünməyi də sevməz. Qısaca Allah çirkinliyi 

və çirkini sevməz, gözəlliyi və gözəli isə sevər. Aişə - radıyallahu anhə 



 rəvayət edir 

ki,  bir  gün:  «Yəhudilər  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  in  yanından 

keçərkən  (onu  ələ  salaraq):  «Əs-Səmu  Aleykə 

  ölüm  üzərinə  olsun»  dedilər. 



Peyğəmbər  də:  «Və  Aleykum 

  sizin  üzərinizədə»  deyə  buyurdu.  Aişə  -  radıyallahu 



anhə 



  bu  şeylərə  dözməyərək:  «Ölüm  də  üzərinizə  olsun,  Allahın  lənəti  üzərinizə 

olsun  və  Allah  sizə  qəzəb  etsin»  dedi.  Peyğəmbər:  «Yavaş  ol,  ey  Aişə,  yavaş  və 

yumşaq  davran.  Sərtlikdən  və  çirkin  sözlər  söyləməkdən  çəkin  (Başqa  rəvayətdə: 

Çirkin söz söyləyən birisi olma! Çünki uca  Allah çirkin söz söyləməyi, çirkin sözləri 

işlətməyi sevməz) Mən onlara qarşılıq verdim. Mənim söylədiyim qəbul olunur. Lakin 

onların  mənim  üçün  söylədikləri  isə  qəbul  olunmaz»  deyə  buyurdu

169


.  «Halbuki  biz 

onlardan  əvvəl  neçə-neçə  nəsilləri  məhv  etdik  ki,  onlar  mal-dövlət  və  simaca  bu 

kafirlərdən daha üstün idilər». (Məryəm 74). Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



  buyurdu:  «Allah  sizin  surətinizə  və  mallarınıza  baxmaz.  Lakin  O,  sizin  qəlblərinizə 

və  əməllərinizə  baxar»

170

.  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Kim 

təkəbbürlü olaraq yeriyərsə və təkəbbürlü olaraq danışarsa Cənnətə girməz»

171


.  

 

CƏMİ’ 

 

əl-Cəmi’ 



  Bir  yerə  gətirmək,  dağınıq  olan  şeyləri  toplamaq  mənasındadır. 



«Rəbbimiz  olacağına  şübhə  edilməyən  bir  gündə  bütün  insanları  toplayan  sənsən, 

Allah öz vədəsindən əsla dönməz». (Ali İmran 9). «Allah sizi toplanma gününə cəm 

edəcəyi gün



». (ət-Təğabun 9). «Həqiqətən Allah münafiqləri və kafirlərin hamısını 



Cəhənnəmdə  bir  yerdə  toplayacaqdır».  (ən-Nisa  140). Cəmi 

  həm  zatı.  Həm  də  feli 



sifətdir.  Zatı  olaraq  Allahın  bütün  gözəllikləri  və  fəzilətləri  özündə  toplaması  və 

bunlara  sahib  olma  mənasındadır.  Feli  olaraq  isə  Allah  sevən  qəlbləri  bir  yerə 

toplaması,  ölümündən  sonra  dağınıq,  yox  olan  bədən  parçalarını  təkrar  dirilməklə  bir 

yerə  gətirən,  ruhu  və  bədəni  birləşdirən  Odur.  «Əgər  sən  yer  üzündə  nə  varsa 



hamısını  xərcləsəydin  belə  yenə  də  onların  ürəklərini  birləşdirə  bilməzdin.  Lakin 

Allah  onları  birləşdirdi.  Çünki  O,  yenilməz  qüvvət  və  hikmət  sahibidir».  (əl-Ənfal 

63).  İbn  Kəsir 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Cəmi 

  Allah  qiyamət  günü  bütün 



insanları yenidən diriltdikdən sonra hüzurunda toplayacaqdır»

172


.  

                                                

168

 Müslim.  



169

 Buxari, Müslim.  

170

 Müslim 2064 



171

 Əbu Davud.  

172

 İbn Kəsir 2/12.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə