54
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
Bu hesabat BP qrupunun auditorları olan “Ernst & Young” şirkəti
tərəfindən yoxlanılmışdır. Yoxlama prosesinin əsas məqsədi hesabatın
mətnində BP-nin davamlı inkişafla bağlı fəaliyyətinə dair məlumatların,
açıqlamaların və faktların dəlillərə əsaslandığını təsdiq etməkdən
ibarətdir. Müstəqil üçüncü tərəfin hesabatın məzmununa zəmanət
verməsi bu prosesin əsasında dayanır. “Ernst & Young”ın gördüyü
işlərin əhatə dairəsi və nəticələri aşağıda verilib.
Müstəqil şirkətin BP rəhbərliyinə əminlik barədə
təminat bəyanatı
2010-cu il üçün BP Azərbaycan Davamlı inkişaf haqqında hesabat
(‘Hesabat’) bu biznes bölümü daxilində məlumatların toplanması və
təqdim edilməsinə görə məsuliyyət daşıyan BP Azərbaycan rəhbərliyi
tərəfindən hazırlanmışdır. Bizim məsuliyyətimiz, aşağıda göstərildiyi
kimi, BP rəhbərliyinin təlimatlarına uyğun olaraq Hesabatda verilmiş
məlumat, fakt və işıqlandırılmış məsələlərin əhatə dairəsi barədə
məhdud əminlik öhdəliyini yerinə yetirməkdən ibarətdir.
Bu işlərin yerinə yetirilməsində biz yalnız “BP p.l.c.”nin rəhbərliyi
qarşısında onlarla razılaşdırılmış səlahiyyətlər çərçivəsində cavabdehik.
Buna görə də, hər hansı digər bir məqsədə görə və ya hər hansı digər
şəxs və ya təşkilat qarşısında heç bir məsuliyyət daşımırıq. Hər hansı
üçüncü tərəfin Hesabata nə dərəcədə etibar etməsinin məsuliyyəti
tamamilə onun öz üzərinə düşür.
Gəldiyimiz nəticələr gördüyümüz hansı işlərə əsaslanır
Əminlik üzrə götürdüyümüz öhdəlik Beynəlxalq Mühasiblər
Federasiyasının Beynəlxalq Standartlarına (ISAE3000)
a
uyğun olaraq
planlaşdırılmış və həyata keçirilmişdir.
Hesabat aşağıdakı meyarlara görə qiymətləndirilmişdir:
• Hesabatın 2010-cu ildə media nümayəndələri tərəfindən BP-nin
Azərbaycandakı fəaliyyətləri ilə əlaqədar qaldırdığı davamlı inkişafa
dair əsas məsələlər, BP Azərbaycanın mühüm davamlı inkişaf
problemləri ilə bağlı özünün keçirdiyi yoxlama və seçilmiş daxili
sənədləri əhatə edib-etməməsi.
• Hesabatda verilmiş davamlı inkişaf haqqında məlumatların BP-nin
müvafiq rəhbərləri tərəfindən verilən izah və dəlillərə uyğun gəlib-
gəlməməsi.
• Hesabatda verilmiş davamlı inkişaf haqqında məlumatların müvafiq
biznes bölümü səviyyəsində qeydə alınmış məlumatlara uyğun
gəlib-gəlməmsi.
Nəticələrə gəlmək üçün biz xülasəsi aşağıda sadalanan
işləri həyata keçirmişik
1. Maraqlı tərəflərlə görüşlər və risklərin qiymətləndirilməsi cədvəli də
daxil olmaqla, Azərbaycanda BP-nin 2010-cu ildə davamlı inkişafla
bağlı fəaliyyətinə dair şirkətdənkənar kütləvi informasiya
vasitələrinin hesabatları və şirkətdaxili sənədlər dəstini nəzərdən
keçirmişik.
2. Hesabatda əksini tapmalı əsas məsələlərin müəyyənləşdirilməsi
üçün Azərbaycanda BP-nin nəzərdə tutduğu prosesin Hesabat
hazırlanan zaman tətbiq olunub-olunmadığını yoxlamışıq.
3. Hesabatda davamlı inkişaf üzrə verilmiş icra göstəriciləri və
bəyanatlar haqqında məlumat və ya izahatları diqqətlə nəzərdən
keçirmişik. Davamlı inkişaf üzrə Hesabatda əksini tapmış
göstəriciləri dəstəkləyən sənədləri yoxlayarkən ölkə və ya sahə
səviyyəsində məlumatların toplanması, müqayisə edilməsi və
onların necə əldə edilməsi proseslərini yoxlamamışıq.
Əminlik səviyyəsi
Dəlil toplama proseduralarımız məhdud əminlik səviyyəsi əldə etmək
və nəticələri əsaslandırmaq üçün nəzərdə tutulmuşdur. Həyata
keçirilmiş dəlil toplama proseduralarının səviyyəsi məqbul əminlik
öhdəliyinin yerinə yetirilməsinə (məsələn, maliyyə auditi) verilən
tələblərlə müqayisədə aşağıdır və buna görə də, nisbətən aşağı
səviyyəli əminlik təmin edilmişdir.
Gəldiyimiz nəticələr
Hesabatla bağlı apardığımız yoxlama əsasında və işimiz üçün müəyyən
edilmiş səlahiyyətlər dairəsində aşağıdakı nəticələrə gəlmişik. Bu
nəticələr yuxarıdakı ‘Gəldiyimiz nəticələr gördüyümüz hansı işlərə
əsaslanır?’ bölməsi ilə birlikdə oxunmalıdır.
1. Əsas məsələlər Hesabatda əhatə olunubmu?
Mətbuatda və ya Azərbaycanda BP-nin öz əhəmiyyət dərəcəsinin
qiymətləndirilməsi prosesinin nəticəsi kimi qaldırılmış və bu
Hesabata daxil edilməmiş davamlı inkişafla əlaqədar Azərbaycanda
BP-yə aid hər hansı bir əsas məsələ bizə məlum deyil.
2. Hesabatda Azərbaycanda BP-nin davamlı inkişaf üzrə icra göstəriciləri
dəlil-sübut və ya izahatlarla təsdiqlənirmi?
Hesabatda BP rəhbərliyi tərəfindən Azərbaycanda BP-nin davamlı
inkişaf üzrə həyata keçirdiyi fəaliyyətlərlə bağlı təqdim edilmiş təsdiq
və məlumatlarda hər hansı bir qeyri-düzgün bəyanatın olması bizə
məlum deyil.
Müstəqil əminlik bəyanatı
a
Auditlər İstisna olmaqla Əminlik Öhdəlikləri və ya Tarixi Maliyyə Məlumatları
üzrə Yoxlamalar üçün Beynəlxalq Mühasiblər Federasiyasının
Beynəlxalq Standartı (İSAE3000).
Ernst & Young LLP, London
15 iyul 2010-cu il
Müstəqilliyimiz
“BP p.l.c.”nin auditorları kimi “Ernst & Young”dan Audit Təcrübələri
Şurasının (“Auditing Practices Board”) Auditorlar üçün etik
standartlarında müəyyənləşdirilmiş tələblərə riayət etmək tələb
olunur. “Ernst & Young” şirkətinin müstəqil strategiyaları firmalar,
tərəfdaşlar və peşəkar işçilərə tətbiq olunur. Bu strategiyalar
sifarişçilərimizə münasibətdə müstəqilliyə xələl gətirən və ya gətirə
biləcəyi ehtimal olunan hər hansı maliyyə maraqlarını qadağan edir.
Hər il işçi və tərəfdaşlardan şirkətin siyasətlərinə riayət etdiklərini
təsdiq etmək tələb olunur. Biz hər il müstəqilliyimizə və
obyektivliyimizə xələl gətirə biləcək hər hansı hadisənin, qadağan
edilmiş xidmətlər də daxil olmaqla, baş verib-vermədiyini BP-yə
bildiririk. 2010-cu ildə heç bir belə hadisə və ya xidmət olmamışdır.
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
55
Hesabatın hazırlanması prosesi, rəy və təkliflər
Bu hesabatı nəşr etməkdə məqsədimiz 2010-cu il ərzində
Azərbaycanda gördüyümüz işlər barədə şəffaf hesabat vermək və
əvvəlki hesabatlarla əlaqədar alınmış rəylərə cavab verməkdir
Bu, BP-nin Azərbaycanda nəşr etdiyi sayca səkkizinci Davamlı inkişaf
haqqında hesabatdır (DİH). Hesabat 2010-cu il ərzində bizim
Azərbaycanda həyata keçirdiyimiz fəaliyyətləri təsvir edir. Məlumatların
düzgünlüyünə kənar zəmanət BP qrupunun auditorları olan “Ernst &
Young” şirkəti tərəfindən verilmişdir. Onların vəzifəsi bu hesabatda
verilmiş rəqəmlərin və açıqlamaların düzgünlüyünü və sənədlərə
əsaslandığını və 2010-cu ildə bizim Azərbaycandakı fəaliyyətlərimizlə
bağlı əsas məsələlərin hesabatda tarazlaşdırılmış təqdimatını təmin
etməkdən ibarət olmuşdur.
Rəylər
2009-cu il BP Azərbaycanda DİH həm şirkət daxilində, həm də
şirkətdən kənarda həm çap, həm də elektron variantlarda geniş şəkildə
yayıldı. Bütün maraqlı tərəflərə hesabatın bir nüsxəsi göndərildi və
onlardan öz rəy və təkliflərini verməsi xahiş olundu. Biz həmçinin BP
əməkdaşları, kütləvi-informasiya vasitələrinin nümayəndələri, tələbələr,
peşəkarlar və təhsil proqramlarının məzunları da daxil olmaqla 200
nəfərdən artıq adam üçün birbaşa rəy sorğusu ilə əlaqədar yığıncaqlar
təşkil etdik.
Ümumiyyətlə rəylər müsbət oldu. Elmi işçilərdən biri 2009-cu il
hesabatını korporativ davamlılıq, sosial məsuliyyət və şəffaflıq
haqqında hesabat vermənin ən yaxşı nümunələrindən biri kimi
qiymətləndirdi.
Əməkdaşlar
BP-nin Azərbaycandakı əlaqələr və şirkətxarici işlər,
təhlükəsizlik, icazə və tənzimləyici işlər qruplarını təmsil edən
əməkdaşlar “keks ye, öyrən” toplantılarında iştirak etdilər. Görüş
zamanı onlar bir sıra təkliflər irəli sürdülər, eləcə də xahiş etdilər ki, BP
və Azərbaycan hökuməti, xüsusilə Fövqəladə Hallar Nazirliyi (FHN)
arasında əməkdaşlıq və birgə fəaliyyətlər, BP təqaüdləri ilə bağlı xərclər
barədə müfəssəl məlumat verilsin.
Tələbələr
Amerika Məzunlar Cəmiyyətinin, Qafqaz Universitetinin,
Dövlət Neft Akademiyasının, İqtisadiyyat Universitetinin və Bakı Dövlət
Universitetinin tələbələri rəy sorğusu yığıncaqlarında iştirak etdilər.
Əvvəlki illərdə olduğu kimi, bu iştirakçılar ən çox işə götürülmə və BP
təqaüdləri ilə bağlı xərclərə aid məsələlərlə maraqlandılar. Onlar
həmçinin BP-nin Xəzər regionunda yeni texnologiyalardan istifadə
etməsi, şirkətdə komanda ruhunun yaradılması və DİH prosesinə cəlb
edilmə ilə bağlı daha çox məlumat verilməsini təklif etdilər.
Kütləvi-informasiya vasitələri
Media mənsublarının rəyləri də
əsasən müsbət oldu və 2009-cu il hesabatı əvvəlki ildə olduğu kimi
əhatəli və informativ hesab edildi. Hesabatın məzmununun
yaxşılaşdırılması, xüsusilə beş illik icra göstəriciləri cədvəlinin hasilat
haqqında məlumatlarında qazla bağlı rəqəmlərin göstərilməsi kimi bəzi
Bizim cavabımız
Aldığımız rəylərə cavab olaraq biz bu hesabata bir sıra yeni mövzular
üzrə məlumatlar daxil etmişik. Onlara Azərbaycanda BP və FHN
tərəfindən birgə həyata keçirilən tədbir, şirkətdə kollektivin yaradılması
işləri, Xəzərdə istifadə edilən yenilikçi texnologiyalar barədə konkret
misal, təqaüdlərlə bağlı xərclər və Çıraq neft layihəsi haqqında məlumat
daxildir.
Biz Azərbaycan hökumətinə ödədiyimiz vergilər, yerli müəssisələr
vasitəsilə xərclənən vəsaitlər, gəlirlərin şəffaflığını yaxşılaşdırmaq
səylərimiz, işə götürmə təcrübəmiz, əməyin təhlükəsizliyi və ətraf
mühitin qorunması ilə bağlı icra göstəricilərimiz üzrə məlumatları
açıqlamaqda davam etdik.
Etik və məxfiliklə bağlı səbəblərə görə, həmçinin BP qrupunun
siyasətinə uyğun olaraq, biz ayrı-ayrı işçilərimizə və ya podratçılarımıza
ödənilən əmək haqlarının məbləği və kommersiya baxımından həssas
məlumatları açıqlamamışıq. BP qrupunun bütün dünyada gəlirləri və
xərcləri üzrə ümumi məlumatı şirkətin 2010-cu il üçün illik hesabatında
oxumaq olar.
Əgər bu hesabatla bağlı rəy və təklifləriniz olarsa, lütfən, bizimlə bu
hesabatın axırıncı səhifəsində verilmiş ünvan və telefonlar vasitəsi ilə
əlaqə saxlayın.
BP davamlı inkişaf haqqında necə hesabat verir
bp.com/sustainability
BP qrupunun gəlir və xərcləri üzrə ümumi hesabat
bp.com/annualreview
təkliflər edildi. 2010-cu il hesabatı ilə əlaqədar təkliflərə Azərbaycan
dilinə tərcümənin daha da yaxşılaşdırılması, əməliyyatların
başlamasının əvvəlindən sosial xərclərə dair rəqəmlərin verilməsi və
Çıraq neft layihəsi barədə daha çox məlumatın verilməsi daxil idi.
Vətəndaş cəmiyyəti
Vətəndaş cəmiyyətindən alınan rəylər yenə də
az oldu və Azərbaycanda işləyən xarici vətəndaşların sayı haqqında
verilən statistik göstəricilərin daha ətraflı verilməsi ilə bağlı bir xahişlə
məhdudlaşdı.
Ayla Əzizova
Şəffaflıq və ictimaiyyətə hesabatların verilməsi qrupunun
rəhbəri. 2011-ci ilin may ayından Ayla Azəri-Çıraq-Günəşli
üzrə birgə müəssisənin maliyyə analitiki vəzifəsində işləyir.
56
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
... Xəzər Enerji Mərkəzinə necə getmək olar?
Xəzər Enerji Mərkəzi (XEM) Bakının mərkəzindən 55 km məsafədə,
Salyan şosesinin yaxınlığındakı Səngəçal neft və qaz terminalında yerləşir.
Səfərlər pulsuzdur və bazar ertəsindən şənbəyədək saat 10:00 və 16:00
arasında həyata keçirilir.
XEM-ə bütün səfərlər əvvəlcədən təşkil olunur. Dəvət olunmuş
qonaqlar avtobus xidməti ilə təmin olunur. Məktəblilərin səfərləri onların
valideynləri və ya müəllimləri tərəfindən müşayiət olunur. Yaşlılar səfərdən
qabaq adlarını və şəxsiyyət vəsiqələrinin nömrələrini təqdim etməlidirlər.
Telefonlar: (+994 12) 444 80 47 / 444 80 45
Faks: (+994 12) 444 80 55, Email: cec@bp.com
www.cec.az
Necə…
... İcma proqramı qrantı üçün necə müraciət etmək olar?
İcma proqramı qrantları ilə bağlı suallar üçün bizimlə növbəti ünvanla əlaqə
saxlaya bilərsiniz:
cdi@bp.com
... Necə müqavilə bağlamaq olar?
Biznes E-mərkəzinə, bizim inkişaf layihələrimiz və tədarük sistemimizin
necə işlədiyi barədə məlumatların yerləşdirildiyi veb-portalımıza daxil olun:
www.ecbaku.com
... Problemli məsələləri necə qaldırmaq olar?
24 saat fəaliyyət göstərən “OpenTalk”un telefon nömrələrindən istifadə edin:
Azərbaycan (+994 12) 497 98 88
Beynəlxalq xətt (+1 704) 540 22 42
Faks: (+1 704) 556 07 32
Məktub: BP OpenTalk, 13950 Ballantyne Corporate Place, PMB 3767,
Charlotte, NC28277, USS
Onlayn forma: www.opentalkweb.com
“OpenTalk” haqqında əlavə suallar BP Azərbaycana ünvanlana bilər
... İş üçün necə müraciət etmək olar?
Texniki mütəxəssislərin işə götürülməsi proqramı, məzun və təcrübəçilərin
işə götürülməsi proqramı və BP-də digər boş iş yerləri haqqında məlumat
almaq üçün, lütfən, www.bp.com/caspian/careers ünvanına baş çəkin.
Qeyd: Məzun və təcrübəçilərin işə götürülməsi kampaniyası adətən fevral
ayında başlanır və bu barədə yerli mediada elan verilir.
... Şikayət, narahatlıq doğuran məsələlər və sorğuları necə
göndərmək olar?
Öz şikayətlərinizi / sizi narahat edən məsələləri və ya digər məlumatlarla
bağlı sorğularınızı, zəhmət olmazsa, icmalarla əlaqə üzrə məsul şəxslərə
çatdırın:
Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir
Telefonlar: (+994 55) 225 02 51/225 02 45
Ucar, Ağdaş, Yevlax, Goranboy
Telefonlar: (+994 55) 225 02 57/225 02 54
Samux, Şəmkir, Tovuz, Ağstafa
Telefonlar: (+994 55) 250 58 31/225 02 60
İctimai informasiya mərkəzlərinin nömrələri:
Kürdəmir (+994 145) 5 05 45
Yevlax (+994 166) 6 58 84
Gəncə (+994 22) 57 38 90
www.bp.com/caspian/contactus
Təhlükəsizliklə əlaqədar şikayət və narahatlıqlarla bağlı, lütfən, 114
nömrəsinə zəng edin.
Əlavə məlumatlar
Bizimlə əlaqə saxlayın
Araz Yusubov
Şəffaflıq və ictimaiyyətə hesabatların verilməsi
qrupunun rəhbəri
Tamam Bayatlı
Xarici əlaqələr üzrə menecer
BP AGT Regionu, Hyatt tauer 3,
2-ci mərtəbə, İzmir küçəsi 1033,
Bakı, Azərbaycan
Onlayn rejimdə qeyd və təkliflər bu ünvandan
göndərilə bilər:
www.bp.com/caspian/azsr
Öz qeyd və təkliflərinizi təqdim etmək
və ya suallar vermək üçün əlaqələr
və şirkətxarici işlər şöbəsinə
(+994 12) 497 90 00 nömrəli
telefonla zəng vurun
www.bp.com/caspian
Bu sayt Xəzər regionunda müxtəlif
enerji layihələri haqqında əsas məlumat
mənbəyidir. Buraya layihələrin təfərrüatları,
xəbərlər, ətraf mühit və sosial sahəyə təsirin
qiymətləndirilməsi, layihələri tənzimləyən
hüquqi sazişlər, kredit təşkilatlarının
hesabatları, vətəndaş cəmiyyətinin
monitorinq hesabatları və bizim onlara
cavablarımız, Azərbaycanda BP-nin Davamlı
inkişaf haqqında əvvəlki hesabatları və
digər sənədlər daxildir. Sayt çoxdillidir və
müntəzəm şəkildə yenilənir.
www.bp.com
Bu saytda BP qrupunun strategiya
və dəyərlərinin təfərrüatları haqqında
məlumatlar, onun Xəzər və Qafqaz
regionunda, eləcə də digər yerlərdə fəaliyyət
və əməliyyatları haqqında hesabatlar,
həmçinin qrupun Davamlı inkişaf haqqında
xülasələri yerləşdirilib.
www.ecbaku.com
Bu saytda tərəfdaşlarımızla birlikdə
Azərbaycanda dəstək verdiyimiz inkişaf
layihələri haqqında ən son xəbərlər, BP və
digər beynəlxalq və yerli şirkətlərlə işləməyin
yolları barədə faydalı məlumatlar yerləşdirilib.
Minnətdarlıqlar
Dizayn
Maxmedia MMC
Çap
Max Offset nəşriyyat evi
Foto-şəkillər
Styuart Konvey, Çingiz Səmədzadə,
Şahin Abasəliyev
Kağız
Davamlı inkişaf haqqında hesabat yenidən emal olunmuş kağız
üzərində çap olunub. Bu kağıza müstəqil yoxlama tərəfindən
Meşə işləri üzrə İdarəçilər Şurasının (FSC) qaydalarına uyğun
şəhadətnamə verilib.
Dostları ilə paylaş: |