120. İqtisadi artımın tipləri



Yüklə 24,59 Kb.
səhifə2/6
tarix11.05.2022
ölçüsü24,59 Kb.
#86653
1   2   3   4   5   6
120-125

121. İstehsalın səmərəliliyi

İctimai istehsalın səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi sayəsində iqtisadiyyatın müxtəlif sahələri və ya ayrılıqda hər bir firma və müəssisədə mütləq ölçüdə alınan iqtisadi nəticə səmərədir. Səmərə - istehsal prosesində həyata keçirilən hər hansı bir fəaliyyətin nəticəsini səciyyələndirir. Səmərə öz-özlüyündə ictimai istehsalın səmərəliliyi haqqında təsəvvür yarada bilmir, çünki mütləq rəqəmdir, onu yaradan xərclərlə əlaqəsizdir. Səmərədən səmərəliliyə, meyardan göstəriciyə keçmək üçün səmərə ilə xərclər mütləq müqayisə edilməlidir. Deməli,səmərəlilik nisbi göstəricidir, burada səmərəonun yaranmsına səbəb olan xərclərlə müqayisə olunur. Səmərə olmayanda səmərəlilikdən söhbət gedə bilməz.

Səmərəlilik meyarı-istehsal fəaliyyətinin son nəticəsidir, son nəticə isəməhsul istehsalına çəkilmiş xərclərin gətirdiyi səmərədir.

Səmərəlilik göstəricisi- səmərə ilə xərclərin kəmiyyət nisbəti, ictimai istehsalın səmərəliliyinin keyfiyyət səciyyəsidir. İstehsal münasibətlərinin forması, inkişaf səviyyəsi, mülkiyyət forması və təsərrüfat növündən asılı olmayaraq, səmərəlilik anlayışı, onun iqtisadi məzmunu və mahiyyətinin düzgün müəyyən edilməsi daim tədqiqatçıları düşündürmüşdür. İqtisadi ədəbiyyatlarda iqtisadi səmərəliliyin mahiyyətini müəyyən edən müxtəlif nəzəri-metodoloji yanaşmalar mövcuddur.

Araşdırmalar nəticəsində aydın olur ki, iqtisadçı alimlər arasında istehsalın səmərəliliyini müəyyən edən göstəricilər barədə də birmənalı fikir formalaşmamışdır. Bəzi hallarda istehsalın səmərəliliyi kateqoriyası ilə onu müəyyən edən göstəricilər arasında heç bir fərq qoyulmur, onların məzmun və mahiyyəti eyniləşdirilir. Bəzi iqtisadçılar isə istehsal nəticələrinin qiymətləndirilməsi meyarı ilə iqtisadi göstəricilər arasında oxşarlığın olmadığını iddia edirlər. Bəzi iqtisadçılara görə, səmərəliliyi müəyyən edən göstəricilər sistemini genişləndirmək məqsədəuyğun sayılır, digərləri isə, əksinə, göstəricilərin sayını mümkün qədər azaltmağı təklif edirlər. Tədqiqatçılar səmərəliliyi müəyyən edən göstəricilər barədə danışılarkən əmək məhsuldarlığı, maya dəyəri, fond tutumu, material tutumu, rentabellik, mənfəət (xalis gəlir) və s. göstəricilərə üstünlük verirlər.

İstehsalın iqtisadi səmərəliliyinin tənzimlənməsi və yüksəlməsi üçün onun səviyyəsinə ayrı-ayrı amillərin necə təsir etməsini bilmək lazımdır. Nəzərə almaq lazımdır ki, müxtəlif istehsal sahələrində və müəssisələrdə səmərəliliyin səviyyəsinə eyni amilin təsir dərəcəsi eyni olmur. Bu, hər bir istehsalın xüsusiyyətlərindən, yerindən və s. asılıdır. İstehsal edilən məhsulların bəzilərinin əmək tutumu, bəzilərinin isə fond tutumu yüksək olur. İqtisadi səmərəliliyin səviyyə və dinamikasının təhlilinə başlamamışdan əvvəl bu xüsusiyyətləri bilmək və təhlili zamanı nəzərə almaq lazımdır.

İstehsalın sosial-iqtisadi səmərəliliyinin səviyyəsinə bir sıra amillər təsir göstərir. Həmin amillərə aşağıdakı kimi təsnifatlaşdırmaq olar:

1) canlı və maddiləşmiş əməyin, işçi qüvvəsinin, iş vaxtının, istehsalın maddi resursları, o cümlədən,əsas və dövriyyə kapitalının həcmi nöqteyi-nəzərindən milli iqtisadiyyatın quruluşu;

2) işçi qüvvəsinin sayı və keyfiyyət tərkibi, canlı əməkdən istifadə dərəcəsi, tətbiq olunan əmək üsulları, istehsalın təşkili, işçi qüvvəsinin dövriyyəsi səviyyəsi və canlı əməkdən istifadənin səmərəliliyini müəyyən edən başqa amillər;

3) əmək vasitələri və cisimlərinin həcmi və keyfiyyət tərkibi, texnika və texnologiyanın səviyyəsinin müasir dünya nailiyyətlərinə nə dərəcədə uyğun olması, iqtisadiyyatın daha üstün sahələrinə investisiya qoyuluşunun həcmi.




Yüklə 24,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə