Baş direktor
Kodeksin müddəaları
-
Müştərilərlə münasibətimiz
Müştərilərlə münasibətdə biz, ilk növbədə yüksək keyfiyyətli məhsul və xidmətlərin zamanında təklif edilməsi prinsipini əsas tuturuq.
Şirkətin bütün işçiləri məhsul və xidmətlərin keyfiyyətinə cavabdehdirlər. Bu da öz növbəsində şirkətin yüksək standartlara uyğun fəaliyyət göstərməsi öhdəliyinə tam cavab verir.
-
Biznesin düzgün aparılması
Şirkətimiz tərəfindən aparılan bütün biznes razılaşmaları və əməliyyatlar düzgün və saxtakarlıqdan uzaq olmalıdır. Bizim şirkətimiz öhdəsindən gələ bilmədiyi işə görə öz müştəriləri qarşısında öhdəlik götürmür. Şirkətin öhdəliklərinə təsir edə bilən hər hansı bir dəyişiklik olduqda, bu haqda müştərilərə mütləq məlumat verilməlidir. Biz müştərilərimizə ən yüksək professional səviyyədə xidmət göstərməyə borcluyuq və götürdüyümüz öhdəlikləri vicdanla yerinə yetiririk.
-
Müştərilərimizin hüquqları
Bizim müştərilər aşağıdak hüquqlara malikdir:
-
məhsul və xidmətlərimizin keyfiyyətinin daima artırılması;
-
qərəzsiz münasibət (milli, dini, cinsi, yaş, siyasi mənsubiyyət və seksual orientasiyadan asılı olmayaraq müştəriyə hörmət edilməsi);
-
vaxtında öhdəliklərin yerinə yetirilməsi;
-
konfidensiallıq prinsiplərinə əməl edilməsi.
-
Əməkdaşlara münasibət
Biz əməkdaşların işə gecikməsini, eyni zamanda digər əmək intizamı qaydalarının pozulmasını yolverilməz hesab edirik.
-
Şirkətin vəsaitlərindən istifadə
Şirkətin vəsaitləri heç bir halda şəxsi məqsədlər üçün istifadə edilə bilməz.
-
Kodeksin müddəalarının yerinə yetirilməsi
Şirkətin əməkdaşları olaraq bizim vəzifəmiz nəinki işə düzgün və məsuliyyətli yanaşmaqdan ibarətdir, eyni zamanda başqa əməkdaşların da bu prinsiplərə uyğun davranmalarına kömək etməkdir. Bu prinsipləri pozanlara qarşı rəhbərliyin müvafiq qərarı ilə işdən qovulma halınadək intizam cəzası tətbiq edilməlidir.
Şirkət əməkdaşları etik davranış standartları pozulduğu hallarda öz menecerlərinə və rəhbərliyə məlumat verməlidirlər. Bununla biz, şirkətin çoxsaylı əməkdaşının hörmət etdiyi prinsiplərə sarsılmaz inamımızı nümayiş etdirmiş oluruq.
Biz hər bir əməkdaş üçün ədalətli münasibəti və şəxsiyyətə hörməti təmin edən mühit yaratmağa çalşırıq.
-
Əməkdaşlara bərabər imkanların yaradılması
Əməkdaşlar üçün bərabər iş imkanlarının təmin edilməsi və perspektivli əməkdaşların dəstəklənməsi şirkətimizin siyasətinin ayrlmaz hissəsidir. Hesab edirik ki, şirkətimizin müvəffəqiyyəti əməkdaşların professional və mənəvi səviyyəsindən asılıdır.
-
Ayrseçkilik hallarının yolverilməzliyi
Biz əməkdaşları irq, milliyət, din, yaş, cins və ya siyasi mənsubiyyətinə, o cümlədən seksual orientasiyasına məhəl qoymadan seçir, işə dəvət edir və professional səviyyəsini artırırıq.
-
Seksual zəmində təqib etmə
Seksual zəmində təqibetmə şəxsiyyətin təhqir olunması formalarından biridir. Seksual zəmində təqib etmə dedikdə, seksual xarakterli tələblər nəzərdə tutulur. Bu hal şirkətin bütövlüyünə və əməkdaşlar arasında münasibətlərə zərbə vurur. Belə hallarda şirkətin əməkdaşları dərhal rəhbərliyə müraciət etməlidirlər.
-
İş yerində alkoqollu içkilərin və narkotik maddələrin qəbulunun yolverilməzliyi
Biz iş yerində alkoqollu içkilərin və narkotik maddələrin qəbulu və saxlanılmasını yolverilməz hesab edirik. Bizim əməkdaşlar alkoqollu içkilərin və narkotik maddələrin qəbul olunması halları ilə bağlı dərhal şirkət rəhbərliyinə məlumat verməlidirlər. Çünki bu bizim ümumi işimizə və şirkətin reputasiyasına böyük zərbə vura bilər.
-
Şirkət əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi
Şirkətin bütün fəaliyyəti təhlükəsizlik texnikası və əməkdaşların şəxsi təhlükəsizliyi qaydalarına uyğun həyata keçirilməlidir. Hər bir əməkdaş bu halları tənzimləyən dövlət qanunvericiliyi və şirkətin standartları haqqında məlumata malik olmalıdırlar.
Bizim əməkdaşlar öz peşəkar biliklərini təkmilləşdirmək üçün müxtəlif treninqlərdə, seminarlarda və konfranslarda iştirak etmək hüququna malikdirlər.
-
Konfidensiallıq
Biz şirkətin illik maliyyə hesabatı haqqında məlumatları açıq təqdim edirik və şirkətin maliyyə vəziyyəti ilə bağlı illik müstəqil audit yoxlaması aparırıq.
Eyni zamanda biz informasiyanın mülkiyyətin bir forması olduğunu və müdafiəyə ehtiyacı olduğunu dərk edirik. Konfidensial xarakterli məlumatların sızması şirkətmizin rəqabət qabiliyyətinə mənfi təsir edə bilər. Biz rəhbərliyin müvafiq icazəsi olmadan konfidensial məlumatları açıqlamaq hüququna malik deyilik.
-
Maraqların münaqişəsi
Əgrə şirkətdə çalışan əməkdaş şirkət adından qəbul etdiyi qərarlara təsir edən hər hansı bir kənar əlaqələrə malik olarsa, bu zaman maraqların münaqişəsi baş verə bilər. Maraqların münaqişəsi ilə bağlı biz aşağıdakı prinsiplərə əməl edirik:
-
biz müştəri, distribyutor, rəqib və ya təchizatçı ilə münasibətdə şəxsi maddi maraq güdmürük;
-
biz müştəri, distribyutor, rəqib və ya təchizatçıdan, göstərdiyimiz xidmətə görə hər hansı bir kompensasiya almaq məqsədini güdmürük;
-
əməkdaşlarımızın, eyni zamanda rəqib şirkətdə işləməsini yolverilməz hesab edirik və şirkətin maraqlarının şəxsi maraqlardan üstün olmasını diqqətə çatdırırıq;
-
Şirkətin hədiyyə və əyləncələrə münasibətdə siyasəti
Biz tərəfdaşlarla münasibətdə hədiyyələrin və ya əyləncələrin təqdim edilməsi və qəbulunu yolverilməz hesab edirik. Bunula belə, bəzi hallarda şirkətin maraqlarına xidmət edən kiçik dəyərə malik hədiyyələri, məsələn, avtoqələm, bloknot, plakat, jurnal və kitabları vermək və qəbul etmək olar. Şirkət əməkdaşlarına təqdim olunan yüksək dəyərə malik hədiyyələr şirkət rəhbərliyinə bildirilməlidir.
-
Mühasibat uçotu və qeydlərin aparılmasы
Şirkət maliyyə hesabatlarını yerli və beynəlxalq maliyyə uçotu prinsiplərinə tam uyğun olaraq aparır.
Dolğun olmayan və yoxlanılmamış məlumatların səhv qərarlara və mənfi nəticələrə səbəb olduğunu nəzərə alaraq biz mühasibat uçotu və qeydlərinin dəqiqliyinə xüsusi diqqət yetiririk.
-
Təchizatçılarımız
Təchizatçılar şirkətimizin müvəffəqiyyətinə şərait yaratdıqlarından biz onlara hörmət bəsləyirik və əməklərini yüksək dəyərləndiririk. Bu əməkdaşlıq qarşılıqlı fayda və ədalətli bazar rəqabəti prinsipləri əsasında qurulmuşudur. Şirkət təchizatçılar ilə münasibətdə aşağıdakı prinsipləri üstün tutur:
-
təchizatçılara düzgün və qərəzsiz münasibət bəsləmək;
-
təchizatçılarla müqavilələrin və razılıqların şərtlərinə və müddətinə əməl etmək;
-
ödənişləri vaxtında etmək və təchizatçılar haqqında konfidensial və şəxsi məlumatları yaymamaq.
-
Rəqiblərə münasibət
Biz sağlam rəqabət aparmaq siyasətinə əməl edərək aşağıdakı prinsiplərdən çıxış edirik:
-
rəqiblər haqqında düzgün olmayan və ya bilərəkdən yalan məlumatları yaymamaq;
-
rəqiblərlə qiymət sövdələşməsi və ya buna oxşar digər hallarda, məsələn, qiymət siyasəti, endirimlər, reklam satışı, faiz tutulmaları, satışın müddəti və şərtləri haqqnda sövdələşmələr və ya məlumat mübadilələri aparmamaq;
-
bazar münasibətlərinin ədalətli və düzgün olmasında cəmiyyətin maraqlı olduğunu nəzərə alaraq biz, yalnız məhsulumuzun keyfiyyəti uğrunda yarışırıq və rəqiblərlə razılaşdırlmış qiymətlərin tətbiqi və ticarətin məhdudlaşdırılması ilə bağlı heç bir sövdələşməyə getmirik.
-
Cəmiyyətlə qarşılıqlı əlaqə
Biz dövlətin bütün qanunlarına, qərarlarına və hökumətin göstərişlərinə hörmət bəsləyir və onlara əməl edirik.
Biz imkan daxilində mədəniyyət, elm, incəsənət və səhiyyənin inkişafı ilə bağlı və digər sosial əhəmiyyətli layihələri dəstəkləyirik və əhalinin aztəminatlı təbəqələrinin qayğısına qalırıq.
-
Siyasi fəaliyyətə münasibət
Şirkət siyasi fəaliyyətlə məşğul olmur. Bununla belə, şirkət rəhbərliyi əməkdaşların ölkənin siyası həyatında iştirak etmək hüququna hörmətlə yanaşır. Lakin, şirkətin vəsaitləri bu və ya digər siyasi partiyanın dəstəklənməsinə yönəldilə bilməz.
-
Ətraf mühitin müdafiəsi
Ətraf mühitin müdafiəsinə qayğı göstərməklə şirkət bu sahədə hökumətin fərmanlarına və qərarlarına ciddi əməl edir.
Бу кодексин мцддяаларына ширкятин бцтцн ямякдашлары риайят етмялидирляр.
«Odlar yurdu 95» Фирмасынын Етика Кодекси
Fиrma Prezidentиnиn müracиətи
Əziz həmkarlar
Fəaliyyətimizin bu zaman kəsimində biz, biznesimizi peşəkarlıq,cavabdehlik, keyfiyyət, ədalət, etimad və komanda ruhu kimi ən ali dəyərlər əsasında qurmuşuq. Bu dəyərlər bizim əczaçılıq sektorunda liderliyimizi təmin edən əsas faktorlardan biridir.
Kommersiya sahəsində baş verən istənilən dəyişiklikdən asılı olmayaraq, Odlar Yurdu 95 firması hər bir əməkdaşından yüksək biznes standartları çərçivəsində fəaliyyət göstərməyin sorağındadır. Bizim bütün səylərimizin amalı və məqsədi fəaliyyət göstərdiyimiz ölkədə insanların sağlamlığının keşiyində durmaq və insan sağlamlığını təmin etməklə həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Hesab edirəm ki, məhz yüksək bacarıqlı, öz işinə sadiq və ruh yüksəkliyinə malik əməkdaşlarımızin ölkə səhiyyəsi qarşısında göstərdiyi bu xidmətlər bizə, qarşımıza qoyduğumuz missiyanı yerinə yetirməyə kömək edir.
Ümid edirəm ki, işçilərimizin işə sadiqliyi, peşəkarlığı və ruh yüksəkliyi Odlar Yürdu-95 firmasına bu gün və gələcəkdə mötəbər və peşəkar bir müəssisə olmağa imkan verəcəkdir.
Səmimiyyətlə,
Vəfadar Həsənov
Prezident
MİSSİYA
Odlar Yurdu-95 firmasının missiyası cəmiyyətimizi yüksək keyfiyyətli dərman preparatları və
xidmətlərlə təmin etməklə, əhalinin həyat şəraitini yaxşlaşdırmaq, müştərilərmizin
ehtiyaclarını ödəmək, əməkdaşlarımız üçün mənalı iş və karyera imkanlarını təmin etməkdir.
Dostları ilə paylaş: |