555
ləşdirə bilmişdir.
Baxmayaraq ki,geniş müdafiə planlaşdırması strukrurları çox say-
da təsisatları əhatə edir, xüsusi olaraq maliyyə planlaşdırması sahələri üçün :bu qa-
nunverici orqanlar və onların daxili xüsusiləşmiş komissiyalarıdır; planlaşdır-
ma,maliyyə və resurs ayrılmasında iştirak edən həlledici funksiyaları ilə hökümət-
dir; və müdafiə nazirliyinin özüdür. Bu funksiyalar arasında dinamikanı gücləndi-
rən, bir biri ilə rəqabətdə olan rəsmi və qeyri rəsmi təsisatlar,o cümlədən,hüquqi
strukturlar,qanun və qayda mexanizmləri və adət və ənənələrdir. Dövlət-cəmiyyət
məsuliyyətlərini və addımlarını şərtləndirən hökümət sistemində və ölkə normala-
rında uyğunsuzluqlara baxmayaraq,Marku istənilən maliyyə planlaşdırmasının
məhsuldarlığının maksimumlaşdırması üçün ən geniş yanaşmalar müəyyən edir.
•
Demokratik idarəçiliyin müxtəlif səviyyələrinin - icra,qanunverici
və məhkəmə qollarının- məsuliyyətləri dəqiq müəyyən edilməlidir.
Parlament,
normativ qanunlar,prosedurlar və büdcələr qəbul etməlidir,hökümət isə büdcə
məhdudiyyətlərinə uyğunlaşmaq üçün əlavə siyasət və strategiyalar və kom-
promislər qurmalıdır.
•
Büdcəli və büdcədən kənar tədbirlərin koordinasiyası və idarəet-
məsi üçün aydın mexanizmlərin müəyyən edilməsi məhsuldar resurs ayrılması
üçün önəmlidir. Bu mexanizmlər təkcə yerinə yetirmə mərhələsində istifadə
olunan metodlar və prosedurları yox,qərar qəbul etmə prosedurlarını və məsu-
liyyətləri də əhatə etməlidir. Strateji qiymətləndirməni və siyasi variantları ki-
min formalaşdırdığı, hansı zaman müddətinə və qərarların yerinə yetirilməsinə
kim sərəncam verdiyini və onlara kimin nəzarət etdiyini müəyyən etmək birin-
ci dərəcəli əhəmiyyət daşıyır.
•
Hökümət və qeyri hökümət təşkilatları arasındakı münasibətlər uy-
ğunsuz qərarlar və hətta korrupsiyadan uzaqlaşmaq üçün aydın razılaşmalar
arasında qurulmalıdır. Bütün fəaliyyətlər ayrımçılığa yol vermədən aydın qay-
dalar və prosedurlar əsasında aparılmalıdır.
Hərtərəfli büdcə qanunları və ictimaiyyətə açıq olan inzibati qaydalar, ictimai
fondların istənilən öhdəliklərini və ya xərclərini idarə etməlidir,xüsusilə də, mü-
dafiə sektoru daxilində imzalanmış bütün müqavilələr üçün. Dövlət qulluqçuları
üçün (mülki və hərbi)etik davranış standardları aydın olmalı və geniş ictimaiyyə-
tə məlum olmalıdır.
Marku qeyd edir ki,maliyyə planlaşdırması və resurs ayrılması üçün aydın
müəyyən edilmiş çərçivə yoxdur və xas olan şəxsi tərəf tutma sonucda həmin ori-
entasiyanı əks etdirən sistemi dəyişə bilər. Məsələn, bir qrup iqtisadi məhsuldarlı-
ğı vurğulaya bilər,digəri isə qanuni norma və standardlara uyğun olan prosedurla-
rı dəyişər.
556
•
Planlaşdırma və Resurs ayrılmasının Prinsipləri
Sağlam düşüncəyə və milli müdafiənin maliyyə yanaşmalarına öz anlamı ilə
yanaşaraq ,Marku hesab edir ki, ilkin,başlıca düşüncə müdafiənin istisnasız ictimai
firavanlıq olduğunu anlamaqdır və müdafiəni dəstəkləyən istehsalatın özəl xüsu-
siyyətləri vardır. Ona görə də, ölkənin öz müdafiəsinə ödəmək istədiyi bədəl, ideal
bazar tələb və təkliflər balansı vasitəsilə formalaşmır. Çünki burada bir neçə isteh-
salçı və istehlakçının əvəzinə,mülii müdafiə üçün yalnız bir tədarükci var, o da
dövlətdir və o qiyməti müəyyən edir, müdafiə “məhsulunun” miqdarını və keyfiy-
yətini də, o təyin edir. Marku belə arqument gətirir ki, “müdafiənin təmiz ictimai
əmtəə olması faktı,rəhbərlik və maliyyə planlaşdırmaçılarına,onların bazar mühi-
tindən fərqli şəraitdə fəaliyyət göstərdiklərini anlatmalıdır”. Bu cür məlumatlar on-
ların hərəkətlərində aparıcı prinsiplər olmalıdır.
Ümumi tətbiq edilən prinsip ondan ibarətdir ki,dövlətin formalaşdırdığı məq-
sədlər və onun planlaşdırma gümanları, son məhsulun texniki xaraketristikaları və
ya hazırlıq statusu baxımından, bu məqsədlərə çatmaq üçün vaxt müddəti və dəyər
məhdudiyyəti baxımından, ölçülü olmalıdır.Qərar vericilər və planlaşdırıcılar hər
bir müdafiə proqramının tam xərcləri haqqında bütöv fikir əldə etmək üçün hər bir
qərarın maliyyə və qeyri maliyyə təsirlərini başa düşməlidirlər. Digər mühüm prin-
sip isə hər hansı proqramın maliyyə vəziyyətini həm strateji, həm də operativ sə-
viyyədə yenidən qiymətləndirməkdir. Proqramın maliyyə statusunun periodik təfti-
şi və ya strateji səviyyədə bütün proqramların təftişi, ixtisar edilməli xərcləri üzə
çıxara bilər,ödəmələri təxirə sala bilər və ya yüksək prioritetli fəaliyyətlərə axan re-
sursların durğunluğunu üzə çıxara bilər. Əlavə olaraq, müdafiə planlaşdırıcıları
müdafiə sahəsində planlaşdırlmamış xərclərin istisna yox,qayda olduğunu prinsip
kimi qəbul etməlidirlər. Maliyyə planlaşdırıcısının bu prinsipə riayət etməsi üçün
arxalanacağı yol, milli xüsusiyyətlərdən doğan norma və prosedurlardan asılı olur.
Və,son prinsip odur ki, yaxşı təcrübəyə qoyulan yatırım,tarixən,ən yaxşı sərf edilən
puldur. Daimi və ya xüsusi komitələr və komissiyalar konkret təşkilati və planlaş-
dırma mühitlərinə uyğunlaşdırılaraq pula qənaət etmək üçün qurulur.
• Şəffaf və Məhsuldar Planlaşdırma Yaradılması
Maliyyə planlaşdırmasının və resurs ayrılmalarının geniş məqsədləri, illik xər-
clərə səmərəli nəzarət etmək, müdafiənin təmin olunmasında məhsuldarlığa nail ol-
maq və optimal müdafiə strukturu müəyyən etməkdir. Bütün bunları nəzərə ala-
raq,Marku maliyyə şəffaflığı və planlaşdırmasını gücləndirən bir neçə addımı vur-
ğulayır.