1. Qədim Şərqin diplomatiyası



Yüklə 39,66 Kb.
səhifə2/12
tarix09.05.2023
ölçüsü39,66 Kb.
#109236
1   2   3   4   5   6   7   8   9   ...   12
Beynəlxalq münasibətlər tarixi

2.BMT-nin yaradılması.
Birləşmiş Millətlər Təşkilatı 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır. Birləşmiş Millətlər təşkilatının fəaliyyəti və missiyası onun təsis Nizamnaməsində yer alan məqsəd və prinsiplərə əsaslanır. Təşkilat hazırda 193 üzv dövlətdən ibarətdir və üzv ölkələrin hər biri Baş Assambleyanın üzvüdür. Dövlətlərin BMT üzvlüyünə qəbulu Təhlükəsizlik Şurasının təqdimatına və Baş Assambleyanın qərarına əsaslanır. BMT-nin əsas orqanları Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Bu orqanların hamısı 1945-ci ildə BMT-nin əsası qoyulan zaman yaradılmışdır. Qeyri-rəsmi olaraq həm də "Birləşmiş Millətlər ailəsi" kimi də tanınan BMT sistemi, BMT-nin özü və rəhbərlikləri, üzvləri və büdcələri daxil olmaqla tabeliyində olan bir sıra proqramlardan, fondlardan və ixtisaslaşmış agentliklərdən ibarətdir. Proqram və fondlar məcburi üzvlük haqlarından çox könüllülük prinsipi əsasında maliyyələşir. İxtisaslaşmış Agentliklər isə həm könüllü, həm də müəyyən edilmiş məbləğdə ödənişlər vasitəsilə maliyyələşdirilən müstəqil təşkilatlardır. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur.BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi.BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.Birləşmiş Millətlər Təşkilatı aşağıdakı qurumlardan ibarətdir:Altı əsas orqandan ibarət olan BMT-nin özü: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər.BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO, BMT-nin Uşaq Fondu UNICEF, BMT-nin İnkişaf Proqramı BMTİP və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatlar. BMT-nin qərarları və fəaliyyəti dövlətlər arasında formalaşmış qüvvələr nisbətini, beynəlxalq həyatın aparıcı təmayüllərini əks etdirir. BMT özünün fəaliyyəti müddətində ilk növbədə tərk-silah və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində bir sıra mühüm və faydalı qətnamələr qəbul etmişdir. Azərbaycan 2 mart 1992-ci ildə BMT-nin üzvlüyünə qəbul edilmiş, həmin ildə BMT yanında Azərbaycan Respublikasının Daimi nümayəndəliyi açılmışdır. BMT beynəlxalq münasibətlərdə müstəsna əhəmiyyətə malik universal beynəlxalq təşkilat kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli məqsədilə müəyyən fəaliyyət göstərmişdir. Məqsədləri: münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması;хalqın özünüdərketmək və bərabərlik prinsipinə hörmət etmək əsasında ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi;beynəlxalq humanitar, mədəni, sosial, iqtisadi хarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığı həyata keçirmək, beynəlxalq iqtisadi təşkilatlar bütün insanlara heç bir fərq qoymadan azadlıq, insan hüquqlarına hörmət və onun genişləndirilməsi;müxtəlif ölkələrin razılaşması üzrə; bu məqsədlərə çatmağa yönəldilmiş mərkəzi orqanın funksiyalarının yerinə yetirilməsi. BMT özünün Nizamnaməsində bəyan edilmiş məqsəd və prinsiplərin həyata keçirilməsi işinə əhəmiyyətli töhfələr vermişdir. Onun qəbul etdiyi qərarlar dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərir. BMT bir sıra gərgin beynəlxalq böhranın aradan qaldırılmasında yardımçı olmuşdur. Müasir dünyada BMT-nin beynəlxalq şəraitə müsbət təsir imkanlarının genişləndirilməsi, aktual beynəlxalq siyasi problemlərin nizamlanmasında həlledici vasitəyə çevrilməsi, BMT Nizamnaməsinin bütün üzv dövlətlər tərəfindən ciddi yerinə yetirilməsinə nail olunması istiqamətində fəaliyyəti davam etdirilir. Prinsipləri: Onun bütün üzvlərinin bərabərliyi;Nizamnamə üzrə qəbul edilən öhdəçiliyi vicdanla yerinə yetirmək;Beynəlxalq münasibətlərin sülh vasitəsi ilə həll edilməsi;Beynəlxalq münasibətlərdə bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etmək;.

Yüklə 39,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə