1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar


Elementlərin xassələri, eləcə də onların əmələ gətirdikləri bəsit maddələrin və birləşmələrin forma və xassələri, atomların nüvə yükündən dövri surətdə asılıdır



Yüklə 217,73 Kb.
səhifə137/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   133   134   135   136   137   138   139   140   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Elementlərin xassələri, eləcə də onların əmələ gətirdikləri bəsit maddələrin və birləşmələrin forma və xassələri, atomların nüvə yükündən dövri surətdə asılıdır.
3.BƏRK ,MAYE VƏ QAZ HALINDA OLAN MADDƏLƏRİN HƏLLƏLMASINA TEMPERATUR VƏTƏZİQİN TƏSİRİ

  • Məhlullar. İki və ya daha artıq komponentlərdən təşkil olunmuş bir fazalı sistem məhlul adlanır.

  • Qazların mayelərdə həll olması. Bu və ya digər qazla təmasda olan hər hansı maye onun bir hissəsini özündə həll edir. Qazın mayedə həll olması həlledicinin və həll olan qazın təbiətindən,həmçinin temperatur və təzyiqdən asılıdır.Qazların suda həll olma qabiliyyəti müxtəlifdir. Məsələn, 0 temperatur və 1 atmosfer təzyiq şəraitində 1 l suda 1000 l NH3 , 500 l HCl , 20ml H2 , 40ml O2 və 21ml N2 həll olur.NH3 yaxşı həll olmasına səbəb onun su ilə qarşılıqlı təsirdə olaraq, birləşmə əmələ gətirməsidir:

  • NH3 + H2O ⇆ NH4OH

  • Temperaturun artması qazların mayelərdə həll olmasına mənfi, təzyiqin artması isə müsbət təsir göstərir.

  • Qazların mayelərdə həll olmasının təzyiqdən asılılığı Henri-Dalton qanunu (1803-cü ildə) ilə müəyyən edilir.Qazın qatılığı təzyiqlə düz mütənasib olduğundan,Henri qanununun tərifi aşağıdakı kimi verilmişdir:

  • Sabit temperaturda qazın mayedə həllolma qabiliyyəti onun məhlul üzərindəki təzyiqi ilə düz mütənasibdir.

  • C = kP

  • Burada: C – qazın məhluldakı qatılığı, P – qazın təzyiqi, K isə mütənasiblik əmsalıdır.

  • Mayelərdə mayelərin həll olması. Mayelərin bir-birində həll olması onların təbiətindən asılıdır. Bəzi mayelərin həll olması qeyri-məhdud olur. Su və spirtin bir-birində həll olması buna misal ola bilər. Su və spirtin yaxşı həll olması onların molekulları arasında hidrogen rabitəsinin əmələ gəlməsi ilə əlaqədardır.Bəzi mayelər isə bir birində çox zəif həll olur.Məsələn, efirin suda həll olması olduqca zəifdir.Üçüncü qrup mayelər arasında qarşılıqlı həllolma praktiki surətdə getmir.Buna su və kerasin misal ola bilər.

  • Mayelərin qarşılıqlı həll olmasına temperatur, adətən müsbət təsir göstərir.Temperaturun artması ilə həllolma artdığı üçün müəyyən yüksək temperaturda mayelərin tam qarşılıqlı həll olması baş verir.Bu temperatur həmin mayelərin bir birində həll olmasının böhran temperaturu adlanır.Təziyq mayelərin bir birində həll olmasında çox zəif təsir göstərir.

  • Bir çox hallarda mayelər suda həll olduqda məhlulun ümumi həcmi kiçilir.Məsələn, 500 ml C2H5OH ilə 500 ml H2O qarşılığının ümumi həcmi 965 ml-dir.Bu hadisə kontraksiya (sıxlaşma) adlanır.

  • Bir-bir ilə qarışmayan iki həlledicidə üçüncü maddənin həllolma qabiliyyətini öyrənərək M.Bertlo və Yunqfleym paylama qanununu vermişlər:

  • Eyni temperatur və təzyiqdə bir-biri ilə qarışmayan iki həlledicidə üçüncü maddənin həll olmasından alınan məhlulların qatılıqları nisbəti,onun həəl olan miqdarından asılı olmayaraq sabit kəmiyyətdir.


  • Yüklə 217,73 Kb.

    Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə