MÖVZU 9. MARKETINQIN KOMMUNIKASIYA SISTEMINDƏ YARMARKALARINVƏ SƏRGILƏRIN ROLU
План:
1. Əmtəə bazarında yarmarkaların təşkili.
2. Əmtəə bazarlarında sərgilər
1. Əmtəə bazarında yarmarkaların təşkili.
Marketinqin kommunikasiya sistemində yarmarkalar və sərgilər özünə-məxsus xüsusi yer tutur. Onların təşkili bazarın və istehlakçıların tələbatının öyrənilməsinə, malların seçilməsinə, optimal qiymətlərin müəyyən edilməsinə və digər bu kimi məsələləri həll etməyə xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər marketinq fəaliyyətinin həyata keçirilməsi ilə birbaşa əlaqədardır. Ən müasir avadanlıqlarla təchiz olunan topdansatış yarmarkaları operativ, dəyişkən olmaqla yanaşı, çoxlu sayda məhsul istehsalçılarını, vasitəçiləri, alıcıları bir araya gətirir, onları birbaşa kommersiya əlaqələri yaratmağa sövq edir, tələb və təklif arasında tarazlıq yaratmaqda yardımçı olur. Yarmarkalarda istehsalçı müəssisələrin etibarlılığını qeyd etməyə, imicini yüksəltməyə real imkan yaranır. Yarmarkaların təşkili üzrə həyata keçirilən tədbirlərin istehsalçı müəssisələrə yeni yaradılmış məhsulların seriyalı istehsalı haqqında qərar qəbul etməyə imkan verir. Yarmar-kaların təşkilinin qarşısında bir sıra məqsədlər qoyulur:
- konkret məhsula bazarın real tələbinin aşkar edilməsi;
- yeni məhsulların reklam edilməsi və onlara tələbin formalaşdırılması;
- bazarda məhsulun çatışmazlığının aradan qaldırılması;
- regionlararası mal mübadiləsi əməliyyatlarının genişləndirilməsi;
- məhsul istehsalı və göndərilməsi üzrə istehsalçılar, vasitəçilər və isteh-lakçılar arasında razılaşdırılmış qərarlar qəbul edilməsi;
- istehlakçıların tələbi nəzərə alınmaqla yüksək keyfiyyətli məhsul bura-xılışının artırılması;
-tərəflər arasında işgüzar və səmərəli təsərrüfat əlaqələrinin yaradılması;
-məhsul çeşidinin genişləndirilməsi, məhsul istehsalı planının formalaş-dırılması;
- məhsul satışı üzrə müqavilələrin bağlanılması;
-vasitəçilik və kommersiya xarakterili xidmətlər göstərilməsi.
Yarmarkalar əsasən iki formada təşkil olunurlar: - daimi və vaxtaşırı. Yarmarkalar məhsulların satışı və alışı məqsədi ilə vasitəçi təşkilatların, istehsalçıların, ticarətçilərin, kənd təsərrüfatı mütəxəssislərinin iştirakilə həyata keçirilir. Yarmarka ticarətinin predmetini əvvəlcədən sifariş olunan, yaxın dövrlərdə istehsalı planlaşdırılan və yaxud da artıq istehsalı mənimsənilmiş, bir sıra regionlarda satılan, lakin satış imkanlarından daha çox miqdarda istehcal edilən mallar təşkil edir. Həmin malların satışını genişləndirmək, onları potensial tələbatı olan digər regionlara çıxarmaq yarmarkaların əsas vəzifələrindən biridir. Məhz bu baxımdan yarmaarkalar əmtəənin irəlilədilməsini təmin edən, ona tələbat formalaşdıran, satışı stimullaşdıran, onun həcmini artıran irəlilədilmə elementi kimi çıxış edirlər.
Yarmarkaların əsas xüsusiyyəti ondan ibarətdir ki, orada, satışda mallar mövjud olmur və onların fərdi satışı həyata keçirilmir, bu zaman məhsul nümunələrindən, bukletlərdən, kataloqlardan, plakatlardan, fotoşəkillərdən, slaydlardan, kino-video roliklərdən istifadə olunur. Yarmarkalarda, həmçinin nümunələr, maketlər şəklində yeniliklər, texnoloji - konstruktor layihələri, patent - lisenziya sənədləri də satışa çıxarılır. Məhsulların, sənədlərin sahibləri yarmarkalarda iştirak edə də bilərlər, etməyə də. Məhsul sahiblərinin yarmarkada iştirak etmədiyi hallarda yarmarka təşkilatçısı malların satışını əlavə vəzifə kimi öz öhdəsinə götürür.
Yarmarkalar xüsusi, daimi mövcud olan yerlərdə və yaxud da icarəyə götürülmüş sahələrdə təşkil olunurlar. Yarmarkada öz məhsullarının reklamını və ya satışını təyata keçirmək istəyən şəxs əvvəlcədən, özünə lazım olan qədər sahə sifariş etməli və onun dəyərini ödəməlidir. Yarmarkaları yüksək səviyyədə təşkil etmək və müvəffəqiyyətlə həyata keçirmək üçün malların çeşidini və miqdarını, iştirakçıların tərkibini əvvəlcədən bilmək olduqja vacibdir.
Yarmarkaların təşkili və həyata keçirilməsi birca ticarətilə oxşarlıq təşkil etsə də onlar bir-birindən ciddi surətdə fərqlənirlər. Yarmarkalarda maklerlər, brokerlər, qiymətlərin kotirovkası olmur, vasitəçilərin sayı isə çox az olur. Qiymətlər stabil olur, satıcılar və alıcılar üçün yarmarkada iştirak etmək ucuz və asan olur.
Müasir dövrdə yarmarkaların inkişafına mane olan bir sıra amillər mövcüddür. Onların ən vaciblərindən biri ondan ibarətdir ki, əmtəə bazarlarında inhisarlaşma və mal qıtlığının mövcüd olduğu hallarda istehsalçıların mal satışında heç bir çətinlikləri olmur, onlar yarmarkalarda iştirak etməyə o qədər də həvəs göstərmirlər.
Bu cür halların mövcüd olmasına baxmayaraq yarmarkalar daha çevik, təkmilləşdirilmiş formada təşkil olunmaqda və inkişaf etməkdədir.
Yarmarkaların təşkilində ticarət əməliyyatlarının xarakterindən asılı olaraq iki istiqaməti fərqləndirirlər:
- yeni məhsulların satışı üzrə yarmarkalar;
- bazarda artıq mövcüd olan malların satışı üzrə yarmarkalar.
Birinci istiqamət üzrə təşkil olunan yarmarkaların qarşısında daha vacib vəzifələr qoyulur. Bu vəzifələr sırasında yeni məhsulun daha geniş çeşiddə, optimal həcmdə və vaxtda istehsalının və bazara çıxarılmasının təmin edilməsi, malların xarici görünüşünün müasir dizaynın tələblərinə uyğun olaraq formalaşdırılması xüsusi yer tutur. Bu tip yarmarkalar yeni məhsullara alıcı tələbinin formalaşdırılmasına, satış imkanlarının müəyyənləşdirilməsinə və genişləndirilməsinə xidmət edir.
İkinci istiqamət üzrə təşkil olunan yarmarkalar bazarda mövcüd olan malların satışını genişləndirmək, potensial alıcıları aşkar etmək, mallara əlavə tələbat yaratmaq və s. bu kimi vəzifələri yerinə yetirirlər.
Son dövrlərdə həm yeni malların, həm də bazarda mövcud olan malların qarışıq yarmarkaları təşkil olunurlar. Bu cür yarmarkalar alıcılar üçün daha cəlbedici olurlar, lakin onların təşkil olunması daha çox xərc tələb edir.
Yarmarkalar praktikada adətən istehlak mallarının və istehsal-texniki təyinatlı malların satışı üzrə təşkil olunur.
Elə hallar olur ki, yarmarkalarda hər iki mal qrupunun eyni vaxtda satışı həyata keçirilir.
Topdan ticarət yarmarkalarının yeri, vaxtı və xarakteri kommersiya müəssisələrinin iştirakı ilə müvafiq orqanlar, təşkilatlar tərəfindən müəyyən olunur. Yarmarkalar təşkil olunmazdan əvvəl adətən bir sıra işlər, o cümlədən, tələbin öyrənilməsi, təklifin, bazar konyunkturasının, infrastrukturanın vəziyyəti, yarmarkada nümayiş ediləcək malların çeşidinin və həcminin müəyyən edilməsi kimi işlər yerinə yetirilir. Yarmarka təşkilatçıları yarmarkaların vaxtını və qrafikini elə müəyyənləşdirməlidirlər ki, onlar üst – üstə düşməsin, nisbətən yaxın ərazilərdə eyni vaxtda təşkil olunmasın.
Yarmarkalar, bir qayda olaraq əvvəlcədən müəyyən olunmuş qrafik üzrə işləyirlər. Yarmarkaların ayrı-ayrı ərazilər və müxtəlif mal qrupları üzrə keçirilməsi, qrafikin düzgün seçilməsi, onun işinin səmərəli təşkil olunmasına, çoxlu sayda iştirakçıların cəlb edilməsinə imkan verir.
Yarmarkaların işinə rəhbərlik etmək üçün yarmarka komitəsi yaradılır. Komitə geniş hüquqlara malik olur və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Daimi və bəzi zəruri hallarda dövri fəaliyyət göstərən yarmarkalarda yarmarka komitəsi direktorluq yaradır.
Direktorluq yarmarkaların işinə operativ rəhbərlik edir, müqavilələr bağlayır, yarmarkaların normal işləməsini təmin edir, funksional struktur bölmələrinin işinə rəhbərlik edir. Yarmarkalarda maliyyə vəsaitlərinin toplan-ması və xərclənməsi, balansın hazırlanması, yarmarkanın fəaliyyəti barədə hesabatın tərtib olunması məqsədilə mühasibatlıq yaradılır.
Topdan yarmarkalarda marketinq qrupu yaratmaq məqsədəuyğun hesab olunur. Marketinq üzrə mütəxəssislər hər bir mal qrupu üzrə bazar konyuk-turasını öyrənir, ona proqnoz verirlər. Onların əsas vəzifələrinə aşağıdakıları aid etmək olar:
- əmtəənin öyrənilməsi (yeniliyi və rəqabətqabiliyyətliliyi, potensial alıcıların tələbatının ödənilməsi, yerli şəraitin tələblərinə uyğunluq).
- bazarın təhlili (coğrafi yerləşməsi, rəqabət şəraiti, bölgü kanalları, bazar konyukturasının öyrənilməsi, proqnozlaşdırılması və s.)
- potensial alıcıların öyrənilməsi (seqmentləşdirmə, onlarda tələb yaradan amillər, təklif olunan malların potensial alıcıların tələbatını ödəyə bilməsi, onların tələbatının xarakterik xüsusiyyətləri və s.).
- reklamın həyata keçirilməsi.
Məlumatların əldə edilməsi, sistemləşdirilməsi və təhlili əsasında marketinq xidməti tərəfindən yarmarka səviyyəsində tələb və təklifin proqnozlaşdırılması həyata keçirilir. Yarmarkaların açılışına bir neçə ay qalmış iştirakçı müəssisə və təşkilatların təqribi siyahısı, yarmarkaya çıxarılacaq məhsulların çeşidi və həcmi müəyyənləşdirilir.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, yarmarkaların təşkili və həyata keçirilməsi, yarmarkaya çıxarılan məhsullara tələbat formalaşdırmaq və onların satışını genişləndirmək məqsədi güdür və bu baxımdan yarmarkalar kommunikasiya sisteminin vacib bir elementinə çevrilir.
2. ƏMTƏƏ BAZARLARINDA SƏRGILƏR
Sərgilər marketinqin kommunikasiya sistemində özünəməxsus xüsusi yer tutur. Əmtəə bazarında konkret məhsullar üzrə sərgilərin təşkil edilməsi, həmin məhsulların istehsalçıları, ticarət vasitəçiləri və istehlakçıları arasında əlaqələrin yaradılmasına, onlara zəruri informasiyaların ötürülməsinə imkan yaradır. Sərgilər təşkil olunma dövrülüyünə görə iki uk im bölünürlər: vaxtaşırı təşkil olunan sərgilər və daimi fəaliyyət göstərən sərgilər.
Vaxtaşırı təşkil olunan sərgilər xüsusi məqsədlər üçün konkret məhsullar üzrə təşkil olunurlar. Onların təşkil olunmasında əsas məqsəd sərgisi təşkil olunan məhsullara tələbat formalaşdırmaq, alıcılara məhsul haqqında zəruri informasiya ötürmək, məhsullara istehlakçıların münasibətlərini öyrənmək, həmin malların reklamını həyata keçirmək, bununla da potensial alıcıların real alıcılara çevrilməsini təmin etməkdən ibarətdir.
Əmtəə bazarlarında daimi fəaliyyət göstərən sərgilər müxtəlif xarakterli məhsullar üzrə istehsalçıların, vasitəçilərin və istehlakçıların fasiləsiz olaraq informasiya təminatına imkan yaradır. Bununla əlaqədar olaraq əmtəə bazar-larında daimi fəaliyyət göstərən sərgilər mühüm əhəmiyyət kəsb edirlər. Bu cür sərgilər adətən istehsal-texniki təyinatlı məhsullar və kütləvi istehlak malları üzrə təşkil olunurlar. Daimi fəailiyyət göstərən sərgilərin təşkil olun-masında bir çox məqsədlər güdülür. Bunlara aşağdakıları aid etmək olar:
- istehsalçı müəssisə və təşkilatlara, fərdi sahibkarlara informasiya təminatı üzrə xidmət göstərilməsi, onların məhsullarının nümayiş etdirilməsi;
- reklam fəaliyyətinin həyata keçirilməsi. Müqauk i əsasında yeni məhsulların, elmi-texniki nailiyyətlərin, müxtəlif işlər və xidmətlər üzrə yeni texnologiyaların və s. Reklamlarının həyata keçirilməsi;
- potensial alıcıların yeni məhsul haqqında, onun tətbiq sahələri, satış imkanları barədə məlumatlandırıluk i. Sərgilərdə müəssisə və təşkilatlarla birlikdə regional sorğu – məlumat sistemi yaradılmaqla, sistemin tərkibində yeni məhsul haqqında mümkün olan bütün məlumatlar, o cümlədən, onun istehsal-çıları, alış-satış imkanları və digər kommersiya məlumatlarının yerləşdirilməsi;
-digər regionların müəssisə və təşkilatları ilə informasiya mübadiləsi üzrə əlaqələrin yaradılması;
-elm və texnika sahəsində, mütərəqqi texnika və texnologiyaların tətbiqi üzrə məlumatların məqsədli auditoriyaya çatdırılması və s.
Sərgilərdə marketinq xidmətinin qarşısında qoyulan məqsədlər və yerinə yetirilən vəzifələr yarmarkalarla oxşarlıq təşkil edir və bu baxımdan sərgilər məhsullara tələbatın formalaşdırılmasında yardımçı olur, kommunikasiya sistemində xüsusi əhəmiyyət kəsb edir.
Sərgilərdə qarşıya qoyulan məqsədlərə uyğun olaraq bir sıra marketinq vəzifələri yerinə yetirilir:
-bazar konyunkturasının və bazar əlaqələrinin öyrənilməsi;
- nümayiş etdirilən məhsullara istehlakçıların münasibətinin öyrənilməsi;
-məhsulların reklamının həyata keçirilməsi;
-istehlakçılara məhsullarla bağlı müəyyən xidmətlərin göstərilməsi;
-ekspanatların seçilməsində alıcılara yardımçı olmaq, onları məlumatlan-dırmaq;
-gələcəkdə uzunmüddətli və səmərəli əlaqələr yaradılmasını təmin etmək məqsədilə xarici firmaların axtarılması və seçilməsi;
-müəssisələr arasında təsərrüfat əlaqələrinin yaxşılaşdırılması və s.
Sərgilərin təşkili və həyata keçirilməsi prosesində bir çox hallarda sərgi pavilyonlar təşkil edilir və onların əsasında qısa müddətli kurslar təşkil olunur, elmi-texniki seminarlar, konfranslar keçirilir, təcrübə mübadiləsi aparılır, istehlakçılara məsləhətlər verilir. Sərgilərdə təqdim olunan yeni məhsullar üzrə texniki sənədlər hazırlanır, sərgilərin tematik planı üzrə layihələr və digər sənədlər hazırlanır.
Sərgilərin təşkili zamanı xarici müəssisələr, firmalar tərəfindən hazırlanan maşın və avadanlıqların, texnikanın nümayiş etdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Sərgilərdə eksponatların sənədləşdirilməsi, onların nümayiş etdirilməsi metodları, müasir elmi-texniki vasitələr təkmilləşdirilir, sərgilərin təşkili səviyyəsinin yüksəldilməsi istiqamətində daima işlər aparılır.
Sərgi onun iştirakçıları tərəfindən edilən ödənişlər, sərgiyə gələnlərin giriş haqqı üzrə ödənişləri, vasitəçilik xidməti, məsləhətlər verilməsi üzrə ödənişlər, salonda yerlərin icarəyə verilməsi, reklam işi, bədii-təsvir işlərinin aparılması və s. uk imi işlərin yerinə yetirilməsinə görə əldə edilən gəlirlər hesabına təşkil olunur.
Beləliklə, sərgilər əmtəə bazarlarının formalaşdırılmasında, təsərrüfat əlaqələrinin yaxşılaşdırılmasında, potensial alıcıların yeni məhsulla tanış edilməsində, həmin məhsullara real tələb və təklifin müəyyənləşdiril- məsində olduqca mühüm rol oynayırlar.
Dostları ilə paylaş: |