sərhədi» hüdudunda və ya istilyin «yuxarı dözümlülük sərhədi»
hüdudunda orqanizmlər «ölüm zonası»na daxil olaraq məhv
olur. Bu misalla bioloji davamlılığın ümumi qanunu izah olunur
(M.Lammottuya görə). Bunu istənilən
mühüm limitləşdirici
faktora aid etmək olar. «Optimal interval»ın ölçüsü orqanizmin
dözümlülük (davamlılıq) «ölçüsü»nü, yəni onun faktora qarşı
tolerantlıq ölçüsünü və ya «ekoloji valentliyi» səciyyələndirir.
Heyvanların temperatura görə adaptasiya olunma prosesləri
«Poykiloterm»
və
«qomoyoterm» heyvanların təşəkkül
tapmasına
səbəb
olmuşdur.
Heyvanların
əksəriyyəti
poykiloterm, yəni onların bədənlərinin temperaturu ətraf mühitin
temperaturunun dəyişməsi ilə dəyişilir. Bura suda-qurada
yaşayanlar, sürünənlər, həşəratlar daxildir. Heyvanların az
hissəsi qomoyoterm və ya bədənin
temperaturu xarici mühitin
temperaturundan asılı olmayaraq dəyişmir. Bura məməlilər (o
cümlədən insan) və quşlar aiddir. Məməlilərin bədəninin
temperaturu 36-37
0
, quşlarınkı isə 40
0
C olur. Sıfır dərəcədən
aşağı temperaturda yalnız qomoyoterm heyvanlar aktiv həyat
sürə bilir. Poykilotermlər sıfır dərəcədən aşağı temperatura
dözsə də bu zaman onlar hərəkətini dayandırır.
Bitkilərin həyatında da temperatur mühüm rol oynayır.
fotosintez prosesinin intensivliyinin iki dəfə artması +30-35
0
C-
yə qədər müşahidə olunur, lakin temperaturun sonrakı
yüksəlməsi nəticəsində fotosintezin intensivliyi aşağı düşür,
+40-45
0
C-də isə bu proses dayanır. Ayrı-ayrı coğrafi zonaların
bitkiləri temperatura müxtəlif cür tələbat göstərir.
Məlum
olduğu kimi tropik meşələrin bitkiləri +5, +8
0
C temperaturda
zədələnir.
Bitkiləri
istiliyin
kənar
defisitliyi şəraitinə adaptasiya
olunmasına görə üç qrupa bölmək olar:
1. Soyuğadavamlı olmayan bitkilər – suyun donma temperaturu
şəraitində güclü zədələnir və məhv olur. Bura «yağışlı»
meşələrin bitkiləri və isti dənizlərin yosunları daxildir.
2. Şaxtaya davamsız bitkilər – aşağı temperatura dözür, lakin
toxumalarında buz əmələ gəldiyi vaxt məhv olur. İlin soyuq
dövrü başlandıqda onlarda toxuma şirələrində və sitoplazmada
osmotik aktiv maddələrin qatılığı artır, bu isə donma nəticəsini -
5-7
0
C aşağı salır. Hüceyrələrdə su donma nöqtəsindən aşağıda
soyuya bilər, hədsiz soyuma vəziyyəti
bir neçə saat davam edə
bilir. Bura bəzi həmişəyaşıl subtropik bitkilər aiddir. Vegetasiya
dövründə bitkinin yarpaqlı budaqları şaxtaya davam gətirmir.
3. Buzadavamlı və ya şaxtaya davamlı bitkilər qışı soyuq keçən
mövsümi iqlimli vilayətlərdə bitir. Güclü şaxtalar zamanı ağac
və kolların yerüstü orqanları donur, bununla belə həyat
fəaliyyətini saxlaya bilir.
Yüksək temperatura adaptasiya olunma dərəcəsinə görə
orqanizmləri aşağıdakı qruplara bölmək olar:
1. İstiyə davamsız növlər - +30…+40
0
-də zədələnir: eukariotik
yosunlar, su çiçəkli bitkiləri, yerüstü mezofitlər.
2. İstiyə dözümlü eukariotlar – güclü insolyasiya olan quru
yerlərin (bozqır, səhra, savanna, quru subtropika və s.) bitkləri.
+50…+60
0
C qızmaya yarım saat dözə bilir.
3. İstiyə dözümlü prokariotlar – termofil bakteriyalar və göy-
yaşıl yosunların
bəzi növləri bura aiddir, onlar isti su
mənbələrində +85, +90
0
C-yə dözür. Bəzi bitkilər müntəzəm
olaraq yanğınların təsirini sınaqdan keçirərək qısa müddət
ərzində temperatur 100
0
C-yə çatsa da, məhv olmurlar.
Yanğınlar xüsusilə savanna, quru.
sərtyarpaq meşələrdə və
kolluqlarda baş verir. Orada yanğına davam gətirən bitkilər
qrupu –
Dostları ilə paylaş: