1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə8/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   4   5   6   7   8   9   10   11   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq hüquq normalarının ierarxiyası. Beyəlxalq hüquq normalarının yaradılması prosesinin dövlətdaxili normaların yaradılması

qaydasından fərqli olması özünü habelə ierarxiya, yəni hüquqi qüvvəsinə görə hüquq normalarının bir-birindən asılı olması məsələsində biruzə verir. Beyəlxalq hüquqda milli hüquq sistemində olduğu kimi dəqiq müəyyən olunmuş və bütün normativ massivi əhatə edən ierarxiya yoxdur. Beyəlxalq hüquq normasının forması, məsələn, hər hansı beynəlxalq müqavilədə təsbit olunması və ya beynəlxalq adət hüququ şəklində mövcud olması və yaxud ikitərəfli və ya çoxtərəfli müqavilədə təsbit olunması onu müxtəlif hüquqi qüvvəyə malik olmasına prinsip etibarilə təsir göstərmir. Bunula belə, beyəlxalq hüquqda da müəyyən ierarxiya mövcuddur. Belə ki, müasir beyəlxalq hüquqda müəyyən olunmuşdur ki:

  1. jus cogens normaları, yuxarıda artıq qeyd edildiyi kimi, bütün digər beyəlxalq hüquq normalarına nisbətən üstün hüquqi qüvvəyə malikdir. Jus cogens- ə zidd olan norma hüquqi baxımdan etibarsızdır (bu barədə bax: Beynəlxalq müqavilələr və hüquqi haqqında Vyana Konvensiyasının 53-cü maddəsi).

  2. Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin hüquqi qüvvəsi bütün digər beynəlxalq müqavilələrin hüquqi qüvvəsindən üstündür. Bu Nizamnamənin 103-cü maddəsində birbaşa ifadə olunmşdur. Həmin maddədə deyilir: “Birləşmiş Millətlər Təşkilatı Üzvlərinin bu Nizamnamədən irəli gələn öhdəlikləri ilə onların istənilən digər beynəlxalq sazişdən irəli gələn öhdəlikləri arasıda ziddiyyət olduqda, onların bu Nizamnamədən irəli gələn öhdəlikləri üstün qüvvəyə malik olur”.

  3. beynəlxalq müqavilələri bağlayan dövlət orqanlarının dövlət mexanizmində yeri və konstitusion statusundan asılı olaraq, bu müqavilələr aşağıdakı ierarxiyaya malik olur: 1) dövlətlərarası müqavilələr; 2) hökumətlərarası müqavilələr və 3) idarələrarası müqavilələr.

    1. Beynəlxalq hüququn məcəllələşdirilməsi mütərəqqi inkişafı.

Yüklə 391,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə