1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə13/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   9   10   11   12   13   14   15   16   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq müqavilənin beynəlxalq hüquqi adətin qarşılıqlı münasibəti. Praktiki olaraq, bu mühüm məsələyə biz yuxarıda qismən toxunduq. Deyilənlərə əlavə edək ki, beynəlxalq müqavilə və beynəlxalq hüquqi adət müasir beynəlxalq hüququn ən mühüm və ən çox istinad edilən mənbələrdir. Əgər bu iki mənbə eyni və ya oxşar hüquqi öhdəliklər nəzərdə tutursa, müqavilənin iştirakçıları müqavilə ilə, iştirakçı olmayan dövlətlər isə beynəlxalq hüquqi adətlə bağlı olacaqlar. Dövlət müqavilənin tərəfi olduqda, o, müvafiq adət norması ilə bağlı olmaqda davam edir. Eyni münasibəti nizama salan müqavilə və adət bir-birinə

ziddirsə, bu ziddiyyət, əgər jus cogens normasından söhbət getmirsə, “sonrakı norma əvvəlki normanı ləğv edir” (“lex posteriori derogat legi priori”) prinsipinə əsasən həll olunur.
Yuxarıda qeyd etmişdik ki, ümumi qaydaya görə, beynəlxalq müqavilə üçüncü tərəflər üçün hüquq və öhdəliklər yaratmır(pacta tertiis nec nocent nec prosunt). Lakin həmin müqavilənin müddəaları müqavilənin iştirakçısı olmayan dpvlətlər tərəfindən hüquqi adət kimi tanına bilər və bununla həmin dövlətlər üçün adət kimi qüvvədə ola bilər.

    1. Hüququn ümumi prinsipləri. BMT Beynəlxalq Məhkəməsinin Statutunun 38-ci maddəsinin 1(s) bəndində göstərilir ki, Məhkəmə ona təqdim olunmuş işləri həll edərkən “sivil millətlər tərəfindən tanınmış hüququn ümumi prisiplərinə” istinad edə bilər. Burada qeyd edək ki. “sivil millətlər” ifadəsi beynəlxalq hüququn bu günkü durumuna uyğun gəlmir və hüquqi əhəmiyyətə malik deyildir.

Hüququn ümumi prinsipləri dedikdə, hüququn təbiətini əks etdirən və bütün mövcud hüquqi sistemlər üçün ümumi olan prinsip və normalar başa düşülür.


Hüququn ümumi prinsiplərinə misal kimi aşağıdakıları göstərmək olar:vicdanlılıq prinsipi (bona fide); “eyni hüquq pozuntusuna iki dəfə cəza ola bilməz” (non bis in idem) ; “yalan heç bir hüquqi nəticə doğurmur” və s.
Hüququn ümumi prinsiplərinə beynəlxalq məhkəmə praktikasıda nadir hallarda müraciət edilir.


    1. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə