1. Azərbaycanın təbii-coğrafi şəraiti


XVI əsr Azərbaycan mədəniyyəti



Yüklə 79,36 Kb.
səhifə10/18
tarix31.12.2021
ölçüsü79,36 Kb.
#82265
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
Azerbaycan tarixi imt sual (1)

66.XVI əsr Azərbaycan mədəniyyəti.

XVII əsrdə Azərbaycan mədəniyyəti fars mədəniyyətilə qarşılıqlı əlaqədə inkişaf edirdi. "Azərbaycan tarixi" kitabında göstərilir ki, XVII- XVIII əsrlərdə məktəb və maarifi ruhanilər idarə edirdilər. Yaxın ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaqlar təhsili məscidlərin nəzdində təşkil edilmiş məktəblərdə alırdılar. Məktəbə davamiyyət 10 yaşdan başlayır və bütün kənclik illərini əhatə edirdi. Təhsilin davam etdirilməsi birbaşa maddi imkanlardan, həmçinin, şagirdin meyl və qabiliyyətindən asılı idi. Orta məktəb mədrəsə adlanırdı, ali təhsil müddətində tibb, fəlsəfə, astronomiya, ədəbiyyat və digər elmlərin ayrı-ayrı nümayəndələrinin mühazirələri dinlənirdi. Təhsil Yaxın və Orta Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da fanatizm ruhunda aşılanırdı.

XVII əsrin ortalarında Azərbaycanda olan-Evliya Çələbi yazırdı ki, təkcə Şamaxıda 40 ibtidai və 7 orta məktəb vardı. Şah Səfi tərəfindən tikdirilmiş məscidlərin nəzdində çoxlu ayrıca otaqlar-hücrələr vardı, orada tələbələr yaşayırdılar. Həmin səyyahın hesablamasına görə, o vaxta qədər Təbrizdəki ibtidai məktəblərin sayı 600, orta məktəblərin sayı 47-yə çatırdı. Evliya Çələbiyə görə, məktəblər abad idi. Burada dünya şöhrətli alimlər elmin müxtəlif sahələrini tədris edirdilər. Onlardan Mirzə Məhəmməd Məczuba Təbrizi (1657-1658), İman təxəllüslü Molla Mömin, Mir Əli Nağı Ərdəbili, Mövlana Ələkbər Şirvani, Molla Əliqulu Xalxali, Mirzə İbrahim Ordubadi və s. xüsusilə fərqlənirdilər.

XVII əsrdə Azərbaycanda maarif əsas etibarilə şəhər əhalisi arasında yayılırdı. Kəndli kütlələrinin böyük əksəriyyəti elm və təhsildən kənarda qalırdı. Azərbaycan şəhərinin hər məhəlləsində bir neçə məktəb var idi, kənd yerlərində bir məktəb bir neçə kəndə xidmət edirdi. Dövlət bürokratiyası və divanın məmur kadrları bir qayda olaraq şəhərlərdə gənclərdən hazırlanırdı. Onların içərisində kəndli gənclər cüzi idi.

XVII əsrdə Azərbaycan dili bütün Səfəvi imperiyasında, xüsusilə, hakim sinfin içərisində geniş yayılmışdı. Səyyahlar göstərirdilər ki, XVII əsrdə şah sarayında, həmçinin, adlı-sanlı adamların ailələrində Azərbaycan dilində danışırdılar. J.Şarden xalq məsəlinə isnad edərək, Azərbaycan türk dilini hakim dil adlandırırdı. Bu vaxt Azərbaycan türkçəsi "saray dili" adlanırdı, bütün əyanlardan bu dili kamil bilmək tələb olunurdu. Azərbaycan türkcəsi Səfəvilərin doğma dili idi. Bunu müasir İran tarixçiləri də etiraf edirdilər. Nəsrullah Fəlsəfi yazır: "türk dili Səfəvi sarayının rəsmi dili idi". Əhməd Kəsrəvi, həmçinin, öz tədqiqatlarında belə nəticəyə gəlib ki, "Səfəvi dövründə İranda türk (Azərbaycan-S.M.) dilinin yayılması inkişafın kulminasiya nöqtəsinə çatdı". Bu vaxt türk dillərinə mənsub olan orijinal, zəngin Azərbaycan dilində xeyli poetik və nəsr əsərləri yarandı. Mənbələr göstərir ki, II Şah İsmayıl Sani təxəllüsü ilə Azərbaycan dilində şeir yazırdı.

XVII əsrdə fars ədəbiyyatı tənəzzül dövrü keçirirdi. XVI- XVII əsr Azərbaycan şairlərinin səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, onlar əsərlərini fars dilində də yaradırdılar. XVII əsrin ortalarında ən istedadlı şairlərdən biri Qövsi Təbrizi idi. Onun divanının əlyazması Gürcüstan və Britaniya müzeylərində saxlanılır. Divanına daxil edilmiş qəsidəyə əsasən deyə bilərik ki, Qövsi Təbrizi Qarabağ bəylərbəyi Uğurlu xan tərəfindən himayə olunurdu. Nəsrabadinin iqrarına görə, Qövsi elm öyrənmək üçün Təbrizdən İsfahana gəlmişdi.

XVII əsr ədəbiyyat aləmində Qövsi Təbrizi ən parlaq simalardan biri olmuşdur. O, azadlıq və vətənə məhəbbət ideyasını böyük sənətkarlıqla vəsf edir, istismarçılara nifrətini, yoxsullara, sadə adamlara, istismar olunanlara bütün varlığı ilə bağlılığını bildirirdi.

XVII yüzillikdə Azərbaycan dastanları içərisində "Şəhriyar və Sənubər" dastanı görkəmli yer tutur. Dastan Azərbaycan nəsrinin ən gözəl nümunəsini təmsil edir.

XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri zamanı Azərbaycan elmi böyük itki verdi. Onun çoxlu nümayəndələri məhv edildi, çoxları İran şəhərlərinə köçürüldü.

XVII əsrin birinci yarısında Azərbaycanın mədəni həyatında diqqətəlayiq şəxsiyyətlərdən biri Yusif bin Məhəmmədcan Qarabaği Məhəmməd Şahidir.
67.XVII əsrin ortalarında Azərbaycanda ictimai-iqtisadi vəziyyət.

68.Səfəvilər dövlətinin tənəzzülü,Azərbaycan Nadir şahın hakimiyyəti dövründə.

69.Azərbaycanda Nadir şaha qarşı üsyanlar və onların nəticələri.

70.Azərbaycan XVIII əsrin ortalarında.Xanlıqların yaranması.



Yüklə 79,36 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə