1. Azərbaycanın təbii-coğrafi şəraiti


Məzdəkilər hərəkatı və onun nəticələri



Yüklə 79,36 Kb.
səhifə6/18
tarix31.12.2021
ölçüsü79,36 Kb.
#82265
1   2   3   4   5   6   7   8   9   ...   18
Azerbaycan tarixi imt sual (1)

27.Məzdəkilər hərəkatı və onun nəticələri.

Məzdəkilər hərəkatı — Məzdəkin rəhbərliyi ilə 481 – 529– ci illərdə Sasani zülmünə və feodallara qarşı baş vermiş hərəkat, erkən orta əsrlərin ən mühüm ictimai və tarixi hadisələrindən biri idi



Maniçiliyin təsiri altında yaranmış Məzdəkilər hərəkatı özünəməxsus spesifik xüsusiyyətlərə malk olmuşdur.

V əsrin sonunda meydana çıxmış məzdəkilər hərəkatı başqa sosial hərəkatlar kimi cəmiyyətin sayca çox cüzi hissəsini təşkil edən yüksək təbəqənin xalq kütlələrini hədsiz istismarı və əsarət altına salması zəminində genişlənib artdı.

Məzdəkilər hərəkatının səbəblərini araşdırarkən, hər şeydən əvvəl, o dövrün sosial və iqtisadi vəziyyətini təhlil etmək lazımdır. Əhalinin dörd zümrəsindən ən çox istismar olunanı - əkinçiləri, maldarları, sənətkarları və ticarətlə məşğul olanları öz tərkibində birləşdirən "vergi verənlər" zümrəsi idi.

Kəndli və şəhər icmaları o zaman tənəzzül dövrünü keçirirdilər. İri torpaq sahibləri, necə olursa olsun, icmaların və xırda sahibkarların torpaqlarını ələ keçirməyə çalışırdılar. Geniş torpaq sahələrinin bir ovuc sahibkarın əlində toplanması prosesi gedirdi.

Torpaq sahiblərinin, dövlətin və kahinlərin istismarına məruz qalan əhali gücçatmaz vergiləri ödəməli olurdu. Bununla yanaşı, şahənşahın çoxlu canlı və maddi ehtiyatlar tələb edən fəal xarici siyasətini də nəzərə almaq zəruridir. "Vergi verən" zümrə ilə əyanlar arasında günü-gündən dərinləşən ziddiyyət şəraitində Bamdadın oğlu Məzdəkin başçılıq etdiyi hərəkat meydana çıxdı. Getdikcə genişlənən bu hərəkata maniçilik ideyası da az təsir etməmişdi. Lakin xeyrin şər üzərində qələbəsinin mümkünlüyünü inkar edən maniçilərdən fərqli olaraq məzdəkilər son məqamda xeyrin qələbəsinə inanırdılar.

Hər hansı şəxsi mülkiyyəti inkar edən məzdəkilər bərabərliyi təbliğ edirdilər. Hərəkat on illərlə davam etdi, bir çox iri torpaq sahibi öldürüldü, onların torpaqları və əmlakı isə bölüşdürüldü. Hərəkatın başlanğıcında Sasani Şahənşahı I Qubad (488-531) iri feodalların gündən-günə artan təsirinə qarşı mübarizəsində məhz bu hərəkatdan istifadə etməyə çalışırdı. Ancaq məzdəkiliyin yüksələn qüdrəti şahənşahın taxtı və daxili siyasəti üçün birbaşa təhlükəyə çevrildiyindən bu hərəkatın sonu qaçılmaz idi. VI əsrin birinci yarısında hərəkat amansızcasına yatırıldı, onun ardıcılları təqiblərə məruz qaldı, əmlakları şah xəzinəsinə verilməklə müsadirə olundu. Təqiblərdən baş götürüb qaçmağa çalışan məzdəkilər Azərbaycanın, Deyləmin, Təbəristanın dağlıq yerlərində sığınacaq tapdılar.

Məzdəkilər hərəkatı ərəfəsində quraqlıqlar və təbii fəlakətlər nəticəsində ardı-arası kəsilmədən aclıqlar baş vermişdi. Beləliklə hərəkatın başlanması üçün iqtisadi və ictimai amillər meydana gəlmişdi.

Məşhur Çexoslovakiya şərqşünası O. Klimanın qeyd etdiyinə görə Məzdək hərəkatı heç də dinin təsiri altında baş verməmişdir. [1]

Şəhristaninin yazdığına görə , Məzdək öz çıxışlarında deyirdi ki, "Allah bütün insanları bərabər yaratmışdır. Lakin bir qrup insanlar bütün sərvətləri öz əllərində toplayaraq varlanmışlar. Həmin sərvətləri onların əlindən alaraq bütün insanlar arasında bərabər şəkildə bölmək lazımdır. " (Şəhristani, səh. 291)

496-cı ildə quraqlıq nəticəsində baş verən qıtlıq Məzdəkilər hərəkatının başlamasına təkan verdi, onlar mülkədarlara hücum edir, onların mülklərini ələ keçirir və öz aralarında bölürdülər. Bu səbəbdən də məzdəkilər tezliklə yoxsul kütlə tərəfindən rəğbətlə qarşılandı. İqtisadi-siyasi cəhətdən ağır vəziyyətdə olan ölkəni xilas etmək məqsədi ilə I Qubad (488-531) onlarla sazişə girib, müqavilə bağlamalı oldu. Lakin bütün bunlara baxmayaraq Sasanilər dövlətində və eləcə də həmin dövlətin vassalı olan Atropatena ərazisində feodal zülmünə və Sasanilərin hakimiyyətinə qarşı xalq hərəkatı daha da genişləndi. V əsrin 80 – ci illərindən başlayaraq Məzdəkilər hərəkatı feodal istismarına qarşı güclü xalq hərəkatına çevrildi.

Belə bir şəraitdə mərkəzi hakimiyyət böyük torpaq sahələrinə malik olan din başçıları və əyanların özbaşınalıqlarının qarşısını almaqda da aciz idi. Ona görə ki, istər ruhanilər, istərsə də mülkədarlar mərkəzi hakimiyyətlə razılaşmadan müəyyən işlər görürdülər. Bu hal isə istər-istəməz Qubadı narahat edirdi.


28.Alban feodal dövləti.Alban hökmdarlarının dövlətin müstəqilliyi uğrunda mübarizələri(III-V əsrlər).
29.Azərbaycanı ələ keçirmək uğrunda Sasani-Bizans müharibələri və onun Azərbaycan üçün nəticələri.

Yüklə 79,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə