1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

10 



 

idi.  Saxsı  qablar  istehsalı  ərzaq  ehtiyatının  saxlanılmasını  asanlaşdırmış,  məişətin 

bütün sahələrində əsaslı dəyişikliyə şərait yaratmışdır. Onların yaradıcıları qadınlar 

olmuşdu.  Neolitdə  insanlar  qəbilə  icması  şəraitində  yaşamış,    «ana  xaqanlığı» 

hökm sürmüşdür. 

E.ə.  VI  minillikdən  Azərbaycan  ərazisində  eneolit  (mis-daş  dövrü) 

başlamışdır. Bu dövr e.ə. IV minilliyə qədər davam etmişdir.Bu dövr daş dövrünün 

başqa mərhələlərindən fərqlənir. Çünki qədim insanlar bu dövrdə daş məmulatı ilə 

yanaşı  metaldan  da  istifadə  etmişlər.  ilk  vaxtlar  misdən  soyuq  döymə  üsulu  ilə 

müxtəlif əşyalar hazırlayırdılar. Zaman keçdikcə əmək vərdişləri artır, təkmilləşir 

və  qədim  insanlar  mis  külçələrini  əvvəlcə  ocaqda  qızdırmaq,  sonra  isə  əritməklə 

ibtidai metalişləmənin sirrlərinə bələd olurdular.  

Azərbaycan ərazisində eneolit dövrü əkinçi-maldar tayfaları kiçik kəndlərdə, 

qəbilə icmaları halında yaşamışlar. Yaşayış məskənləri çay kənarında, əkinçilik və 

maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Yaşayış binaları və təsərrüfat tikintiləri 

çiy kərpic və möhrədən dairəvi planda inşa olunmuşdur. 

Eneolitin son mərhələsində (e.ə.IV minilliyin birinci yarısı) metalişləmənin 

inkişafının yeni dövrü başlayır. Tunc dövrünə keçidin əsası qoyulur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

11 



 

 

 



 

6.Azərbaycan Tunc və ilk Dəmir dövründə 

 

Eramızdan  əvvəl  IV  minilliyin  ortalarından  başlayaraq  Eneolit  dövrü  Tunc 



dövrü  ilə  əvəz  olunur.Azərbaycan  ərazisində  bu  dövr  e.ə.  II  minilliyin  sonlarına 

qədər davam etmişdir. Ərazidə mis yataqları olması Azərbaycanda metalişləmə və 

metallurgiyanın  inkişafına  şərait  yaratmışdı.  Təmiz  misdən  hazırlanan  alətlər  

kövrək  olduğu  üçün  davamsız  idi  və  tez  xarab  olurdu.  Ona  görə  də  qədim 

sənətkarlar  misin  tərkibinə  müxtəlif  aşqarlar-məsələn,  mərgümüş,  sürmə,  nikel, 

daha  sonralar  qalay  qataraq  daha  möhkəm  metal-tunc  əldə  etmişlər.Əmək 

alətlərinin,  silahların,  məişət  və  bəzək  əşyalarının  çoxu  tuncdan  hazırlandığından 

bu dövr Tunc dövrü adlanır. 

Cəmiyyətin həyatının bütün sahələrində böyük dəyişikliklər baş vermiş, ağır 

zəhmət  tələb  edən  kişi  əməyi  (xış  əkinçiliyi,  maldarlıqla,  metalişləmə  ilə  məşğul 

olmaq)  irəli  keçmiş,  anaxaqanlığı  ataxaqanlığı  (patriarxat)  ilə  əvəz  olunmuşdur. 

Təsərrüfatın  yeni  sahələri  meydana  gəlmiş,  əmlak  bərabərsizliyi  və  sosial 

bərabərsizlik  yaranmışdır.  Tunc  dövründə  Azərbaycanda  böyük  mədəni-etnik 

birliklər – böyük tayfalar və tayfa birləşmələri meydana gəlmişdir. 

Azərbaycanda tunc dövrü bir neçə mərhələyə-erkən, orta və son tunc dövrü 

mərhələlərinə bölünür. 

Erkən Tunc dövrü e.ə. 1Y minilliyin ikinci yarısıfndan III minilliyin sonuna 

qədər  davam  etmişdir.  Bu  dövr  üçün  Azərbaycanda  Kür-Araz  mədəniyyəti 

səciyəvidir. Çünki həmin mərhələyə aid olan abidələr ilk dəfə Kür-Araz ovalığında 

öyrənilmişdir. Tunc dövrünün ilk mərhələsindən başlayaraq əkinçilik və maldarlıq, 

habelə sənətkarlıq sahələrində xeyli inkişaf olmuşdur. Toxa əkinçiliyi xış əkinçiliyi 

ilə  əvəz  edilmişdir.  Bu  dövrdə  ilk  ictimai  əmək  bölgüsü  baş  vermiş,  əkinçilik 

maldarlıqdan ayrılmışdır. 



 

 

12 



 

E.ə.  III  minilliyin  axırı  və  II  minilliyin  əvvəllərində  Orta  Tunc  dövrü 

başlamışdır.  Bu  mərhələ  e.ə.  II  minilliyin  ortalarına  qədər  davam  etmişdir.  Orta 

Tunc  dövründə  sosial  və  əmlak  bərabərsizliyi  artmış,  tayfalar  arasında  əlaqələr 

genişlənmiş, iri yaşayış məskənləri yaranmışdı. Naxçıvan və Urmiya bölgəsindəki 

bəzi  yaşayış  məskənləri  Qədim  Şərqin  ilkin  şəhər  mərkəzləri  səviyyəsinə  qədər 

yüksəlmişdir.Əkinçilikvə  maldarlıq  təsərrüfatın  mühüm  sahələrindən  biri 

olmuşdur.Sənətkarlığın  müstəqil  sahəyə  çevrilməsi  nəticəsində  ibtidai  icma 

quruluşu  dövründəki  ikinci  böyük  ictimai  əmək  bölgüsü  baş  vermişdi,  yəni 

sənətkarlıq başqa istehsal sahələrindən ayrılmışdır. 

Tunc  dövrünün  sonu-Erkən  dəmir  dövründə  Azərbaycanda  ibtidai  icma 

quruluşu  dağılmağa  başlayır.  Bu  dövr  e.ə.  X1V-XII  əsrləri  əhatə  edir.  Son  tunc 

dövründə cəmiyyətin həyatında yaranmış mühüm yeniliklər Erkən Dəmir dövründə 

daha güclü şəkildə inkişaf etmişdir. Erkən (İlk) Dəmir dövrü e.ə. X1-VIII əsrləri 

əhatə edir.  

Azərbaycanda  Son  Tunc  və  Erkən  Dəmir  dövrünün  yaşayış  məskənləri, 

qəbir  abidələri  (kurqanlar,  daş  qutular,  torpaq  qəbirlər)  və  müdafiə  tikililəri, 

siklopik  qalalar  tədqiq  edilmişdir.  Bu  abidələrdən  məişət  əşyaları,  əmək  alətləri, 

silahlar  və  bəzək  nümunələri  tapılmışdır.  Əhali  şəhər  və  kəndlərdə  yaşamışdır. 

Təsərrüfatda  yarımköçəri  yaylaq  maldarlığı  üstün  yer  tutmuşdur.  Maldarlığın 

inkişafında  atçılığın  böyük  rolu  olmuşdur.Metal  alətlərin  tətbiqi,  suvarma 

kanallarının  çəkilməsi  əkinçiliyin  inkişafına,  məhsuldarlığın  artmasına  təkan 

vermişdi.  Torpaq  qoşqu  heyvanlarının  (öküz,  at)  köməyi  ilə  şumlanmış,  əkin 

sahələri  xeyli  genişlənmişdi.Son  Tunc  və  İlk  Dəmir  dövründə  Azərbaycanda 

sənətkarlıq  sahələri  içərisində  dulusçuluq  xüsusi  yer  tuturdu.  Saxsı  qabların 

istehsalında  ayaqla  hərəkətə  gətirilən  dulus  çarxından  istifadə  olunurdu.  E.ə.  II 

minilliyin  axırı  –  1  minilliyin  əvvəllərində  dəmirdən  müxtəlif  əşyalar 

hazırlanmışdır.  E.ə.  YII  əsrdən  başlayaraq  dəmirdən  istifadə  geniş  xarakter 

almışdır. 

Ön  Asiya  və  Yaxın  Şərq  ölkələri  ilə  quru  və  su  yolları  vasitəsilə  ticarət 




Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə