1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 



 

 

 



 

4.Orta Daş dövrü (mezolit).  

 

Mezolit  -  Orta  Daş  dövrü  Azərbaycan  ərazisində  e.ə.  12-ci  minillikdən  e.ə. 



8-ci  minilliyə  qədər  bir  dövrü  əhatə  edir.  Mezolit  dövründə  yaşayış  üçün  daha 

əlverişli  iqlim  şəraiti  olmuşdur.  Qəbilələr  halında  birləşmiş  insanların  həyatında, 

dünyagörüşündə,  ətraf  aləmə  münasibətlərində  xeyli  dəyişikliklər  baş  vermişdir. 

Yeni  əmək  alətləri  yaratmış  insanlar  əsasən  ovçuluq,  yığıcılıq  və  balıqçılıqla 

məşğul olmuşlar. 

Mezolit  dövründə  ox  və  kaman  ixtira  edilmişdir.  Bu  silahın  köməyi  ilə 

insanlar  heyvanları  daha  uzaq  məsafədən  ovlaya  bilirdilər.  Onlar  qida  ehtiyatını 

artırmağa nail olmuş və tədricən heyvanları əhilləşdirməyə başlamışlar. İlk vaxtlar 

heyvanların  balalarını  qida  ehtiyatı  kimi  saxlayırdılar.  Beləliklə,  ibtidai 

heyvandarlığın əsası qoyulurdu. Lakin heyvanların əhilləşdirilməsi çox uzun dövr 

ərzində mümkün olmuşdur. 

Mezolit dövründə ilkin əkinçilik vərdişləri də yaranır. Ət ehtiyatının artması 

insanların  ərzağa  olan  tələbatını  qismən  ödədiyinə  görə,  toplanmış  yabanı  bitki 

toxumlarının  da  bir  hissəsini  ehtiyat  üçün  saxlayırdılar.  Bu  isə  ibtidai  əkinçiliyin 

meydana gəlməsinə şərait yaradırdı. Toxumun yerə tökülərək yenidən cücərdiyini 

müşahidə edən insanlar onu təkrar edərək yenidən məhsul əldə edirdilər. 

Beləliklə,  Mezolit  dövründə  mənimsəmə  təsərrüfatından  istehsal 

təsərrüfatına keçidin əsası qoyulmuşdu. Lakin istehsal təsərrüfatının formalaşması 

bir qədər gec – Yeni Daş dövründə başa çatmışdır. 

Azərbaycanda  Mezolit  dövrü  əhalisinin  yaşayışı,  məşğuliyyəti  Qobustan 

abidələri («Öküzlər», «Ana Zağa», «Firuz» və s.) əsasında öyrənilmişdir. Burada 

insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Qobustanda insanlar ovçuluq, 

balıqçılıq  və  yığıcılıqla,  zaman  keçdikcə  isə  maldarlıq  və  əkinçiliklə  məşğul 



 

 



 

olmuşlar.  Qədim  qobustanlılar  mikrolit  (kiçik  ölçülü)  lövhələrdən  iti  uclu,  gəzli, 

bıçaqvari, qaşov tipli kəsici alətlər hazırlamışlar. Alətlərin çoxu həndəsi formalıdır 

(üçbucaqlı,  dördbucaqlı  və  s.).  Sümükdən  biz,  ox  ucu,  balıq  torunun 

toxunulmasında istifadə olunan digər alətlər hazırlamışlar.  

Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdir. Qobustan qayaları 

üzərində  həkk  olunmuş  qayaüstü  rəsmlər  ibtidai  insanların  dini  görüşlərini,  ətraf 

aləmə  münasibətlərini əks etdirməklə o dövrün bitki və heyvanat aləmi haqqında 

məlumat  verir.  Bu  rəsmlər  əsasında  mezolit  dövrü  insanlarının  ovsun-totem 

(heyvanlara inam) inamlarını, dini ayinləri ilə tanış olmaq mümkündür. 

Mezolit  dövründə  insanlar  axirət  dünyasına  inanmış,  dəfn  zamanı  ölülərin 

yanına  əmək  alətləri,  bəzək  əşyaları  qoymuşlar.  Qobustanda  «Firuz» 

düşərgəsindəki qəbirlərindən belə əşyalar tapılmışdır. Damcılı mağara düşərgəsinin 

mezolit  dövrü  təbəqəsində  çaxmaqdaşından  hazırlanmış  kiçik  ölçülü  ox  ucları, 

müxtəlif tipli mikrolitlər, səthi cilalanmış dişli lövhələr və s. aşkar olunmuşdur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

 

 



 

5. Yeni Daş dövrünün (Neolit) cəmiyyətin inkişafında yeri və rolu. 

İstehsal təsərrüfatının yaranması. 

 

Neolit dövrü Azərbaycanda e.ə. VII minilliyin əvvəllərindən başlamış və VI 



minilliyə  qədər  davam  etmişdir.  Neoliti  başqa  dövrlərdən  fərqləndirən  əsas 

xüsusiyyət bu dövrdə əkinçilik və maldarlığın əsaslı surətdə təşəkkülü və inkişafı 

ilə bağlıdır. Bu dövrdə insanlar daha hər şeyi təbiətdən hazır şəkildə almır, özləri 

yenisini istehsal edirdilər. Yəni insanlar təbiətdən asılılıqdan azad olmuş, özlərinə 

lazım  olan  məhsulların  istehsalına  başlamışlar.  İnsanların  məşğuliyyət  sahələri 

içərisində  maldarlıq  və  əkinçilik  əsas  yer  tuturdu.  Azərbaycan  ərazisində  bu  iki 

təsərrüfat sahəsinin inkişafı üçün hər cür şərait var idi.  

Neolit dövründə insanlar saxsı qablar hazırlamış, daş alətləri cilalamağı və 

deşməyi  öyrənmiş,  toxuculuqla  məşğul  olmuşlar.  Bəşər  tarixindəki  bu  yeniliklər 

Neolit inqilabı adlandırılmışdır. 

Neolit  dövründən  başlayaraq  əhali  oturaq  həyata  keçmiş,  əkinçilik  və 

maldarlıqla  yanaşı,  ovçuluqla,  balıqçılıqla  da  məşğul  olmuşlar.  Əmək  alətləri, 

əsasən,  çaxmaqdaşından  və  obsidiandan  (vulkanik  şüşə  –  dəvəgözü)  hazırlanırdı. 

Əkinçilik yeni əkin və biçin alətlərinin yaranmasına səbəb olmuşdur. Daş toxalar, 

oraq dişi hazırlanırdı. Daş baltalar, çəkiclər də bu dövrdə yaranmışdır.  

Naxçıvanda,  Gəncə  ətrafında,  Təbriz  yaxınlığında,  Qobustanda,  Qazax 

bölgəsində  Neolit  dövrü  abidələrindən  daş  toxalar,  oraq  dişləri,  çəkic,  balta  və 

lövhələrdən  ibarət  əmək  alətləri  tapılmışdır.  Gəncə  yaxınlığındakı  neolit 

düşərgəsinin  əmək  alətləri  müxtəlifliyi  ilə  seçilir.  Bunlar  çaxmaqdaşından 

düzəldilmiş  bıçaqvari  lövhələrdən,  qaşovlardan,  dəvəgözündən  hazırlanmış  əmək 

alətlərindən ibarətdir. Bu alətlərdən əkin, biçin, doğrama, kəsmə işlərində istifadə 

edilmişdir. Toxuculuq və saxsı qablar istehsalı insanların həyatında mühüm yenilik 




Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə