45
da xeyli hissəsinə Cavidan rəhbərlik etmişdi. 816-cı ildə döyüşlərin birində
Cavidan Əbu İmranı öldürdü və bundan üç gün sonra aldığı yaradan özü də öldü.
Babək Cavidan mülkünün sahibi və xürrəmilər icmasının rəhbəri oldu. Babək
bütün ömrü boyu Xilafətə qarşı mübarizə aparmış və Azərbaycanda islamdan əvvəl
mövcud olan qayda-qanunları ola bilsin ki, bərpa etməyə çalışmışdı. Xürrəmilər
Babəkə qədər Xilafətə qarşı iki dəfə üsyan etdilər. Birinci üsyan 778-ci ildə baş
verdi. 808-cı ildə xürrəmilərin ərəblərə qarşı daha güclü bir isyanı başlandı.
İsfahanda başlanan bu üsyan bir çox əraziləri bürüdü. Xəlifənin amansız cəza
tədbirləri xürrəmilərin azadlıq uğrunda mübarizə əzmini məhv edə bilmədi.
Babəkə qədər xürrəmilər Xilafət üçün ciddi narahatlıq yarada bilmirdilər. Babək
xürrəmilər icmasında rəhbərliyi ələ aldıqdan sonra vəziyyət tamamilə dəyişdi.
Azadlıq ordusunun əsas hərəkətverici qüvvəsini kəndlilər təşkil etsə də, orada
şəhər yoxsulları, sənətkarlar, orta və xırda feodallar, əhalinin müxtəlif təbəqələrinə
mənsub adamlar da az deyildi. Azadlıq mübarizəsi bir çox əraziləri bürüsə də,
bütün mənbələr təsdiq edir ki, Babəkin və xürrəmilərin vətəni Azərbaycan idi və
azadlıq mübarizəsi buradan başlanmışdı. 819-cu ilə qədər xəlifə xürrəmilərə qarşı
nizami ordu göndərmədi. Üsyançılara qarşı Azərbaycandakı hərbi hissələrin
qüvvələrindən istifadə etdi. Xəlifə Məmun 819-cu ildə sərkərdə Yəhya ibn Müazın
başçılığı ilə Babəkə qarşı ilk nizamı ordu göndərdi. Xürrəmilər bu ordunu əzdilər.
Bu qələbədən sonra on il müddətində üsyançılar Xilafətin bir neçə nizami
ordusunu məhv etdilər və sərkərdələrini əsir aldılar. 829-cu il iyunun 3-də
Həşdadsər dağında xürrəmilərlə həlledici döyüş başladı. Döyüşdə iştirak edən 150
minlik ərəb ordusundan 30 min nəfəri məhv edildi. Qanlı vuruşma zamanı sərkərdə
Məhəmməd ibn Hümeyd öldürüldü.Xürrəmilər 830-cu ildə qələbə çalaraq böyük
strateji əhəmiyyəti olan Həmədanı tutdular. Bu üsyançıların nizami ərəb orduları
üzərində beşinci parlaq qələbəsi idi. IX əsrin 30-cu illərin əvvəlləri azadlıq
müharibəsinin ən müvəffəqiyyətli dövrü idi. Üsyançılar xilafəti lərzəyə salmışdılar.
Bizansla müharibə, Suriya və Misirdəki üsyanlar xürrəmilərin azadlıq müharibəsi
ilə bir vaxta düşdüyündən Xilafəti çaşdırmışdı. 833-cü il dekabrın 25-də Həmədan
46
yaxınlığında şiddətli döyüş başlandı. Bu döyüşdə xürrəmilər ilk dəfə olaraq ağır
məğlubiyyətə düçar oldular. Həmədan döyüşündəki qələbə Mötəsimə öz sələfinin
üsyançılara qarşı tətbiq etdiyi hərbi taktikanın qüsurlarını anlatdı. Bizansla
müharibəni dayandırıb bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı
mübarizəyə sərf etdi. Afşin Heydər ibn Kavus 832-ci ildə xürrəmilərə qarşı
vuruşan ərəb ordusuna baş komandan təyin edildi. Müharibə uzandıqca qüvvələr
nisbətindəki fərq ərəblərin xeyrinə dəyişdi. Afşinin köməyinə göndərilmiş adlı-
sanlı sərkərdə Buğa əl-Kəbirlə 836-cı ildə Həşdadsər dağı yaxınlığındakı döyüşdə
xürrəmilər onun ordusunu əzdi, bir neçə sərkərdəsini məhv etdi.837-ci ilin
avqustunda ərəb qoşunu Bəzz qalasına yaxınlaşdı və onu mühasirəyə aldı. Döyüş
daha yaxşı silahlanmış və təchiz olunmuş düşmən üçün əlverişli vaxtda, 837-ci il
avqustun 26-dabaşlandı. Bu döyüşdə yaralananlardan və itkin düşənlərdən əlavə,
ərəblərdən 100 min nəfər, üsyançılardan 80 min nəfər həlak olmuşdu. Bəzzin
süqutundan və ailə üzvlərini itirdikdən sonra Babək qardaşı Abdulla ilə birlikdə
Arazdan keçib Arrana gəldi. Məqsədi Bizans imperatorunun yanına getmək yeni
qüvvə toplayıb ərəblərə qarşı müharibəni davam etdirmək idi. Lakin Babək
xəyanət nəticəsində ələ kecirildi və 838-ci il martın 14-də xəlifə Mötəsimin hökmü
ilə edam edildi. Bu hərəkat istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Xilafət
Azərbaycan xalqının mübarizə əzmini söndürə bilmədi.
47
21. IX-XI əsrlərdə Azərbacyan feodal dövlətləri (Şirvanşahlar-
Məzyədilər, Sacilər, Salarilər)
Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil
feodal dövlətləri meydana gəldi. Hələ xilafətin tərəqqisi dövründə Azərbaycanda,
xüsusilə Arranda ərəblərdən asılı olan Sünik, Varsan, Beyləqan, Qəbələ, Şəki və s.
kimi knyazlıqlar vardı. IX-XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal
dövlətləri ərəblərin hakimiyyətindən imtina edir və özlərinin istiqlaliyyətinə nail
olurdular.
Şirvanşahlar. Bu dövlətin yaradıcısı Heysəm ibn Xalid Şirvanın birinci
rəsmi məliki Yəzid ibn Məzyədin nəvələrindən idi. Ona görə də sülalə Məzyədilər
(861-1538) adlanırdı. IX əsrin 60-cı illərində xilafətdə başlanan yeni iğtişaşlardan
istifadə edən Heysəm ibn Xalid özünü Şirvanın müstəqil hakimi (şahı)elan etdi və
mərkəzi hökümətlə əlaqəni kəsdi. Beləliklə, Şirvanın istiqlaliyyəti bərpa edildi.
Məzyədilər sülaləsinin hakimyyətinin ilk dövründə Şirvanşahların sərhədləri
cənubda Kür çayı, şimalda Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə
Xəzər dənizi ilə əhatə edilirdi. Məzyədilərin uğurlu siyasəti nəticəsində müxtəlif
dövrlərdə Şəki, Beyləqan və Bərdə Şirvanşahların tabeçiliyinə keçmişdi. Dövlətin
paytaxtı əvvəlcə Şirvan, X əsrin birinci rübündən etibarən Yəzidiyyə (Şamaxı)
şəhəri olmuşdu. Məzyədi sülaləsinin uğurlu siyasətinə baxmayaraq, bəzən özləri də
asılı vəziyyətə düşürdülər. IX əsrin axırlarında Məzyədilər öz vassaları ilə birlikdə
əvvəlcə Sacilər, sonra isə Salarilər dövlətinə tabe idilər. Daxili idarə işini öz
əllərində saxlamaqla Məzyədilər onlara xərac verirdilər. XI əsrin 60-70-ci illərində
Fəriburzun hakimiyyəti dövründə Şirvanda siyasi vəziyyət daha da ağırlaşdı.
Şəddadilər hakimi Şavurun Şirvana hücumları başlandı. Şavur Şirvanda bir sıra
qalaları ələ keçirdi və 40 min dinar xərac alıb geri qayıtdı. Ön Qafqazda
hakimiyyəti ələ keçirən səlcuq türklərinin Şirvanda da təsiri gücləndi. Sultan
Məlikşahın dövründə Dərbənd iqta şəklində İraq hakiminə bağışlandı. Şirvanşah