1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə14/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   10   11   12   13   14   15   16   17   ...   128

 

 

41 



və  onun  azadlığı  uğrunda  mübarizədə  həlak  olmuşdur.  Ölü-

mündən  42  il  sonra  280-cı  ildə  Afinada  Demosfenin  heykəli 

ucaldılmışdı.  

Lakin burada bir şeyi unutmamalıyıq ki, hər adam rəssam, 

bəstəkar,  heykəltaraş,  şair  ola  bilmədiyi  kimi,  natiq  də  ola 

bilməz.  Natiq  olmaq  üçün  də  fitri  qabiliyyət-istedad  lazımdır, 

zəngin dünyagörüşünə malik olmaq vacibdir. Amma hər adam 

yox, istedadı olan şəxs öz üzərində ciddi çalışmaqla bu sənətin 

sirlərini dərindən öyrənərsə natiq ola bilər.  

Natiqlik  sənəti  Yunanıstan  mərhələsindən  sonra  Roma 

dövrünə qədəm qoyur. Eramızdan əvvəlki son yüzillikdə Roma 

Yunanıstanı  işğal  etməklə  Ellin  mədəniyyətinə  də  yiyələnir. 

Xüsusən humanitar elmlər estafetini qəbul edən Romanın filo-

sof,  alim  və  ictimai  xadimləri  poetika,  qrammatika  və  ritori-

kanın  nəzəri  problemlərini  sistemləşdirirlər,  natiqlik  sənətinin 

incəliklərini və onlara yiyələnmək yollarını bütün incəliklərinə 

qədər  izah  və  şərh  edirlər.  Mark  Tulli  Siseron  (e.ə.  106-43), 

Qay Yuli  Sezar (e.ə. 102-44), Mark Yuni  Brut  (e.ə. 85-43) və 

başqa  alim  və  ictimai  xadimlər  Roma  natiqlik  sənətini  bütün 

dünyada şöhrətləndirirlər.  

Məşhur şərkərdə, natiq, dövlət xadimi, 49, 46, 44-cü illər-

də dövlət başçısı seçilmiş Qay Yuli Sezar Romanın öz başçılığı 

altında  elm  qanunlarına  uyğun  dövlət  olmasına  çalışmış, 

müharibələrdə çox qanlar axıtmış və qalib gəlmişdi. Bu aman-

sız  diktator  “Hall  müharibəsi  haqqında  qeydlər”,  “Vətəndaş 

müharibəsi  haqqında  qeydlər”  adlı  əsərlərində  dövlətin  rolunu 

cəmiyyətlə bağlamaqla yox, dövlət başçısının istəyi ilə qurmağı 

əsaslandırırdı. Yuli təqvimi islahatını həyata keçirmək üçün öz 

təklif və göstərişlərini vermişdi. Onun məhkəmələrdə vəkil ki-

mi  çıxışları  stenoqramlaşdırılmış,  indi  də  ilk  nümunələr  kimi 

saxlanılır və öyrənilir.  

Demokratik fikirli ziyalı, siyasi xadim, yaş fərqlərinə bax-

mayaraq Qay Yuli Sezar və digər senatorlarla neçə illər dostluq 

etmiş  Mark  Yuni  Brut  natiqlik  sənətinin  sirlərini  mükəmməl 




 

 

42 



öyrənmiş, görkəmli natiq olmuşdur. Lakin o sonralar təkbaşına 

qərarlar verən və dövlətin idarə olunmasında senatorların fikir-

lərinə  dözümsüzlük  göstərən  Qay  Yuli  Sezara  qarşı  başlanmış 

mübarizəyə başçılıq etmiş, diktator hökmdarın qətlində şəxsən 

iştirak  etmişdi.  Senatın  iclasında  Sezarın  təkbaşına  hakimiy-

yətinə  qarşı  sərtliklə  çıxan  senatorlar  paltarlarının  altında 

saxladıqları  xəncərləri  onun  sinəsinə  sancmışdılar.  Bu  sui-

qəsddə Qay Yuli Sezarın özünə dost hesab etdiyi Brut başçılıq 

etmişdi  və  ona  vurulmuş  23  xəncər  zərbəsindən  biri  də  onun 

olmuşdu. Yazılanlara görə 23 senatın cərgəsində Brutun da ona 

qarşı  çıxıb  zərbə  endirməsini  gözləməyən  Qay  Yuli  Sezar 

“Brut,  sən  də?!”  nidası  ilə  öz  münasibətini  bildirmişdi  ki,  bu 

ifadə  afforizmə  çevrilmiş,  dostluqda  xəyanətə  etiraz  kimi 

səslənməkdədir.  

Yeri gəlmişkən qeyd edək ki, bu hadisədən düz bir il sonra 

respublikaçılar dəstəsində mübarizə aparan Brut Sezarın oğul-

luğa  götürdüyü  bacısı  nəvəsi  və  varisi  Oktavyanın  (Oktavyan 

Qay Yuli Sezar tərəfindən Misirə başçı göndərilmişdi) koman-

dasına təslim olmamaq üçün özünü zəhərləyib öldürmüşdü.  

Antik  dövrün  ən  məşhur  natiqi,  yazıçı,  vəkil  və  görkəmli 

siyasi xadimi Mark Tulli Siseron özünün “Natiqlik haqqında”, 

“Brut,  yaxud  məşhur  natiqlər  haqqında”  və  “Natiq”  traktatla-

rında  natiqlik  sənətinin  tarixi,  üslubiyyat  və  nitq  mədəniyyəti 

məsələlərinin  geniş  izahını  vermişdir.  Roma  natiqlik  məktəbi-

nin parlaq ulduzu Siseron iki suala cavab axtarırdı: 

1.

 



Kimə natiq demək olar? 

2.

 



Hər adam natiq ola bilərmi? 

Eyni zamanda “Nəyi demək?”, “Harada demək?” və “Necə 

demək?” sualları da onu düşündürürdü.  

Siseron nitqin qarşısında isə üç tələb qoyurdu: 

1.

 

Nitq öyrətməli, bilik verməlidir



2.

 

Nitq dinləyiciyə güclü müsbət təsir göstərməlidir



3.

 

Nitq söyləniləndə qulaq asanlara ləzzət verməlidir, həzz 



mənbəyi olmalıdır. 


 

 

43 



Siserona görə: “Şairlər anadan şair doğulurlar, natiqlər isə 

ictimai-siyasi həyatda sonradan yetişirlər”. “Əsl natiq o şəxsdir 

ki, adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta 

səviyyəli  işlər  barədə  isə  yuxarıdakılar  arasında  orta  mövqe 

tutan bir üslubda danışmağı bacarır” (35, səh.17). Natiq öz zəh-

məti  ilə  elm  və  mədəniyyət  ,  təlim  və  tərbiyə  məsələləri  ilə 

bağlı kitablardan bilik  və məlumat  toplamalı,  nitqi  gözəlləşdi-

rən, onun təsir gücünü artıran, insanlara əsl insani keyfiyyətlər 

bəxş edən, onları kamilləşdirən fikirləri aşılamalıdır. O, “Natiq 

haqqında” əsərinin birinci hissəsində qeyd edir ki, natiq olmaq 

üçün birinci və ən zəruri şərt ona təbiətin bəxş etdiyi istedaddır. 

Axı natiq olmaq üçün dərin zəka və həssaslıq tələb olunur. Elm 

bunları  oyada  bilər  (Siseron.  Tri  traktata  ob  oratorskom 

iskustve, M., 1972, səh.99). Siseronun fikrincə, əgər istedad in-

sanın  gözəlliyidirsə,  bu  gözəlliyin  rəngi  natiqlikdir  (Siseron, 

səh.266). Deməli, xüsusi istedad sahibləri natiq kimi yetişə bi-

lər və bu sənəti zirvəyə qaldıra bilərlər. Hər adam natiq ola bil-

məz!  Topladığı  faktik  materialları,  müşahidə  etdiyi  hadisələri, 

zərurətdən  doğan  rəqəmləri,  nəzəri  ədəbiyyatdan  götürdüyü 

mülahizələri və s. yadda möhkəm saxlamağı, yeri gəldikcə on-

lardan  məharətlə  istifadə  etməyi  bacarmaq  böyük  hünərdir. 

Ancaq müdrik adam həqiqi natiq ola bilər. Həqiqətən də natiq-

lik gözəllik haqqındakı elmlərə əsaslanır. Müdriklik və hazırca-

vablığı yüksək qiymətləndirən Siseron deyirdi ki, dinləyicilərin 

yorğunluğunu  aradan  qaldıran,  məqamına  düşən  mənalı  zara-

fatlar  da  müdriklik  əlamətidir.  Həqiqi  natiq  öz  müdrikliyi  və 

dinləyicilərə  güclü  təsir  göstərmə  məharəti ilə təkcə  nüfuz qa-

zanmır,  həm  də  vətəndaşlara,  dövlətə  fayda  verir,  uğurlar 

gətirir, səadət bağışlayır (Siseron, səh.83). 

Eramızın I yüzilliyində həm Yunanıstanın, həm də Roma-

nın  əvvəlki  əsrlərdə  yaşamış  natiqlərinin  nitq  mədəniyyəti  ilə 

bağlı fikirlərini ümumiləşdirib yekunlaşdıran Mark Fabi Kvin-

tilian  (35-96-cı  illər)  olmuşdur.  Mark  Fabi  Kvintilian  natiqlik 

sənətinin  incəliklərini  özünün 12 kitabdan ibarət  “Natiqin  təh-




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə