01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

31

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

Gürcüstan, Türkiyə  rəhbərlərinin, ABŞ-

ın yüksək mənsəbli nümayəndələrinin 

görüşlərində  nəqliyyat marşrutu üçün 

hüquqi baza yaradan İstambul və Ankara 

bəyannamələri qəbul olundu.

20 illik iqtisadi inkişafdan danışarkən 

şübhəsiz ki, Avropa-Qafqaz-Asiya 

nəqliyyat dəhlizini yada salmaya 

bilmərik. Bu dəhliz bütün nəqliyyat siste-

minin effektiv fəaliyyətini təmin etdi. O, 

həmçinin gənc suveren dövlətin iqtisadi 

təhlükəsizliyinin təminatında mühüm rol 

oynadı. Azərbaycanın Avropa-Qafqaz-

Asiya nəqliyyat dəhlizinin inkişafındakı 

rolu da Heydər Əliyevin tarixi xidmətləri 

sırasındadır. Bu nəhəng nəqliyyat 

arteriyasının işi dövlət müstəqilliyinin 

möhkəmlənməsinə, Azərbaycan 

dövlətinin iqtisadi təhlükəsizliyinin 

təminatına, dövlətimizin beynəlxalq 

arenada və bölgədə nüfuz və rolunun 

artmasına xidmət edir. Heydər  Əliyev 

öz həcminə və miqyasına görə nəhəng 

bir layihə olan Böyük İpək Yolunun 

dirçəldilməsində də müstəsna rol oyna-

dı. Böyük İpək Yolu - Azərbaycanın 

əbədi kapitalıdır, iqtisadi inkişafının 

daimi faktoru, heç vaxt tükənməyəcək 

gəlir mənbəyi və siyasi sabitlik 

vasitəsidir. 

Ümumiyyətlə, bir neçə neft kəmərinin 

tikintisi və Avropa-Qafqaz-Asiya 

nəqliyyat dəhlizinin yaradılması milli 

maraqların müdafiəsi və ölkənin iqtisadi 

təhlükəsizliyinin təmin olunması üçün ən 

əlverişli şərait yaratdı. 



CE: İqtisadi islahatların aparılması-

nın nəticələri hansılardır? 

Ziyad Səmədzadə: 

Bu gün keçilmiş 

yolu təhlil etsək görərik ki, Azərbaycan 

bölgədə liderdir. Cənubi Qafqaz 

bölgəsindəki ümumi məhsulun 80%-dən 

çoxu Azərbaycanın payına düşür. Biz 

analoji hesablamaları Sovet dövründə 

də aparırdıq və o vaxt Azərbaycanın 

payı 43-44%-dən çox deyildi. 

Bu gün biz yüksək iqtisadi inkişaf 

sürətinə malikik. MDB ölkələri ara-

sında Azərbaycan  ən az xarici borcu 

olan ölkədir. Xarici dövlət borcu ÜDM-

in 6-7%-ini təşkil edir. Hazırkı qlobal 

maliyyə böhranı  şəraitində dünyada 

baş verənləri bilirik. Elə yüksək inkişaf 

etmiş və inkişaf etməkdə olan ölkələr var 

ki, onların xarici borcu ÜDM-in 100%, 

150% və hətta 200%-i qədərdir. Bu gün 

Azərbaycanın valyuta ehtiyatları $40 

mlrd-a çatıb. Neftin qiymətlərindəki bəzi 

konyunktur dəyişmələri nəzərə alsaq 

belə, bizim valyuta ehtiyatlarımız yaxın 

illərdə $100 mlrd-ı ötəcək. 

Eyni zamanda, Azərbaycanda 

bir çox strateji proqramlar da həllini 

tapır. Azərbaycanın müstəqilliyi res-

publika rəhbərliyinə qeyri-suveren 

dövlətdə  əlçatmaz olan milli maraqla-

rın nəzərə alınması ilə inkişaf strate-

giyasını hazırlamaq üçün böyük şans 

verdi. Azərbaycanın dəqiq mövqeyi 

müəyyənləşdirildi, inkişafın priortet və 

strategiyası işlənib hazırlandı və bu vaxt 

yanacaq-enerji kompleksinin nəhəng 

ehtiyatları, neftin satışından gələn gəlir 

nəzərə alındı. Azərbaycan iqtisadiyya-

tın strukturunun diversifikasiyası üçün 

daim yeni prioritetlər axtarışındadır. 

Qeyri-neft sektorunun dinamik inkişafı 

EKSKLÜZİV 




32

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

prosesi gedir. Öz çıxışlarından birində 

Azərbaycan Prezidenti cənab  İlham 

Əliyev söylədi ki, neft - məqsəd deyil, 

bizim məqsədlərimizə çatmaq üçün 

vasitədir. 

Məqsəd isə Azərbaycanı yüksək inki-

şaf etmiş dinamik iqtisadiyyata çevirmək, 

ölkədə sosialyönümlü bazar iqtisadiyyatı 

qurmaqdır. Bu istiqamətdə irimiqyaslı 

işlər görülür. O cümlədən, yoxsulluğun 

azaldılması ilə bağlı strateji proqramlar 

reallaşdırılır. SSRİ-nin süqutundan son-

rakı ilk illərdə bizdə sosial inkişafın bir 

çox göstəriciləri kəskin pisləşdi. Real 

əmək haqqı düşdü, istehlak qiymətləri 

qalxdı, inflyasiya dördrəqəmli səviyyəyə 

yüksəldi. Bütün bunlar əhalinin sosial 

müdafiəsinə güclü zərbə vurdu. Bizim 

iqtisadiyyatımızın son onilliklərdə dinamik 

inkişafı isə Azərbaycan dövlətinə yoxsul-

luq səviyyəsinin ardıcıl olaraq azaldılma-

sına nail olmağa imkan yaratdı. Əgər bir 

neçə il əvvəl ölkədə yoxsulluq səviyyəsi 

49% idisə, bu gün həmin rəqəm 9%-dən 

aşağıdır. Bu, kiçik göstəricidir, ancaq 

Prezident  İlham  Əliyev bu rəqəmin də 

maksimum azalmasına nail olmaq kimi 

konkret vəzifə qoyub. 



CE: İnkişafın hazırkı dövründə hansı 

strateji proqramlar reallaşdırılır?

Ziyad Səmədzadə: 

Müstəqillik illərinin 

böyük uğuru iri strateji proqramların, 

o cümlədən, Azərbaycan bölgələrinin 

sosial-iqtisadi inkişafı proqramının real-

laşmasıdır.

Bölgələrin inkişafı siyasətinin mahiyyəti 

ölkənin bütün bölgələrinin balanslı inki-

şafına nail olmaqdadır. Azərbaycan 

iqtisadiyyatının inkişafında  ərazi disp-

roporsiyası  hələ Sovet hakimiyyəti 

illərindən mövcud idi. Baxmayaraq ki, 

1970-ci illərdə rayonlarda yeni sənaye 

müəssisələri, Bakıdakı iri müəssisələrin 

filialları, çoxlu sayda aqrosənaye komp-

leksi müəssisələri yaradılmışdı. Ancaq 

Sovet dövlətinin süqutu ərəfəsində  və 

müstəqilliyin ilk illərində onların bir çoxu 

öz əhəmiyyətlərini itirmişdi. Çünki, İttifaq 

respublikaları arasındakı  təsərrüfat 

münasibətləri dağılmışdı. Prezident 

İlham Əliyev qarşıya iqtisadi potensialın 

ümumi həcmində Bakı  və Sumqayıtın 

payını azaltmaq, yeni obyektlərin inf-

rastrukturunun ağırlıq mərkəzini respub-

likanın bölgələrinə köçürmək vəzifəsini 

qoydu. 

Dövlət özəl sektora kifayət qədər 



yardım göstərir. Sahibkarlara güzəştli 

kreditlər  şəklində xeyli vəsait verilir. 

Əvvəlki illərdə ayrılmış kreditlər qaytarıl-

dıqca yenidən kreditləşdirməyə yönəldilir. 

Fermerlərə ayrılan subsidiyalar, onların 

güzəştli şərtlərlə və lizinq yolu ilə zəruri 

qurğular və texnikalarla təmin olunması 

ölkədə kənd təsərrüfatının inkişafını sti-

mullaşdıran əhəmiyyətli faktorlardır.

Bizim son 7 ildəki hesablamalarımıza 

görə, yeni iş yerlərinin 80%-dən çoxu 

Respublikanın bölgələrində yaradılıb. 

Bu istehsalın ümumi həcmində ayrı-ayrı 

bölgələrin payını artırır. Bu məqsədlə 

dövlət yeni əlavə  vəsaitlər ayırır, büdcə 

sistemi təkmilləşdirilir, Sahibkarlara 

yardım milli fondu (SYMF) fəaliyyət 

12000


10000

8000


6000

4000


2000

0

714.6



764

2000                    2005                   2006                  2007                   2008                    2009                   2010

2055.2

2140.7


3868.8 3790.1

6006.6


6086.2

10762.7 10774.2

10325.9

10567.9


11402.5 11766

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə