[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə5/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   2   3   4   5   6   7   8   9   ...   143

12 
 
Qobustanın  qədim  daşlarında  u zaq  keçmişdəki  nəsillərin  həyat  lövhələri  
qadının  başçılıq  etdiy i  ə kin,  ko lle ktiv   ə mə k;  ov,  döyüş,  kişinin   qız,  ya xud   qadın 
qaçırması  səhnələri,  qaya  rəs mlərini  həkk  edənlərin  əhatəsindəki  heyvanat  aləmin in 
təsviri əksin i tap mışdır. Qobustan və Abşeron bölgəsində vəhşi heyvan ovlayan qədim 
insan daş və qaya üzərində gördüyü və ovladığı heyvanların  şəklini həkk edirdi. Adsız 
rəssamlar  bir  neçə  min  illə r  ərzində  qaya  təsvirlə rində  qədim  qəbilə  adamla rın ın 
fəaliyyətinin,  həyat  və  məişətinin  mü xtə lif  cəhətlərini  ə ks  etdirmişlər.  Qobustan 
qayalarında dini ay inlər, qurbankəsmə, " Yallı"nı xatırladan mərasim rəqsləri bo l təmsil 
olunmuşdur. Bu Daş dövrü rəsmləri dünyanın ən qədim incəsənət - qrafika, rəssamlıq, 
rəqs,  musiqi  və  s.  örnəkləridir.  Qaya  rəs mlə ri  Qobustanın  qədim  sakinlə rin in 
təsərrüfatından,  mə işətindən,  incəsənətindən  söhbət  açır.  Qobustan  petroqliflərində 
qədim  insanların təsərrüfat həyatının, mə işətinin, dünyagörüşünün başqa mənbələrdən 
təsəvvür əldə etmə k mü mkün olmayan cəhətləri ə ksini tap mışdır. 
Daş  dövründə  Qobustanın  landşaftı  isti  və  rütubətli  iq limə,  zəngin  b itki  və 
heyvanlar alə minə, bol ye m ehtiyatına ma lik savannadan ibarət idi. Burada iri və vəhşi 
öküz,  saqqallı  keçi,  maral,  vəhşi  at,  gur  ceyran  sürüləri  var  id i;  şir  (yaxud  pələng), 
canavar, çöldonuzu və digər heyvanlara da rast gəlinirdi.
8
 
Dənizin  yaxın lığ ı  və  balıq  ehtiyatının  bolluğu  Mezolit  dövründə  Qobustan 
bölgəsində  yığıcılıq   və  ovçuluqla  məşğul  olan   qəbilələrin   yaşayış  yerlərin in  oturaq 
xarakter  daşıdığ ını  ehtimal  etməyə  imkan  verir.  Balıq   rəs mləri  balıqçılığın  mövcud 
olduğunu  göstərir.  Qobustanda  torla  balıq  (ağbalıq )  tutulmasının   təsvir  edilməsi, 
Mezolit  layla rındakı  balıq  (ağbalıq  və  digər  nərə  balıq ları)  və  suiti  sümüklə rin in 
qalıqları e.ə. X-IX min illiklərə aid edilir və şəksiz, Qafqazın bütün ərazisində ən erkən 
inkişaf etmiş dəniz ovçuluğuna sübutdur.

Suiti sümüyünün tapılması ço x  maraqlıd ır. 
Suiti əti çətin  ki, yeyilmiş olsun.  Ehtima l ki, suitin in yağından işıq landır ma  vasitəsi, 
dərisindən isə paltar kimi istifadə edilmişdir. Strabon (I əsr) massagetlərdən danışarkən 
yazırdı:  "Bataqlıq  adamları  balıq la  qidalan ır  və  burada  dənizdən  keçən  suiti  dərisi 
geyirlər".
10
  Görünür  Qobustanın  qədim  sakinlə ri  suiti  dərisindən  paltar  kimi  istifadə 
etmişlər. 
E.ə .  VI-IV  minilliklərdə  təsərrüfat  fəaliyyətinin  yeni  sahələri  -ə kinç ilik  və 
maldarlıq qədim qəbilələrin istehsal həyatına möhkəm daxil o ldu.
11
 
C.N.Rüstəmov  və  F.M.Muradovanın  Qobustanda  apardığı  arxeoloji  qazıntılar 
Daş-Mezolit  və  Neolit  dövrlərində  qəbilələrin  uzun  müddət  bu  bölgənin  qayaaltı 
mağaralarında  yaşaması  ehtimalını  təsdiq  edir.  Qəb ilələrin  Tunc  dövrünün  (e.ə.  III 
minilliyin əvvəlindən I min illiyədək) qədim yaşayış yerlərində uzun müddət yaşadığını 
Ana  zağa,  Ça rdağ  zağa  daşaltı  sığınacaqların ın,  Firu z  düş ərgəsinin,  habelə  dairəvi 
planlı  möh kəmləndirilmiş  Dairə,  təbii  istehkam  olan  Böyükdaş  yaşayış  yerlərin in 
materialları təsdiq edir. Ana zağa mağarasında mədəni təbəqənin alt ında bəzək şeyləri 
xırda  çaydaşından,  habelə  molyusk  çanağından  deşmə  yolu  ilə  hazırlan mış  asmalar 
tapılmışdır. 
Məlu mdur  ki,  qədim  insanlar  balıqqulağından  boyunbağı,  ehtimal  ki,  hə m  də 
mübadilə  vasitəsi  kimi  istifadə  etmişlər.  Bu  balıqqulaqları  içərisində  Qobustandakı 


13 
 
6N°-li  kurqandan  tapılmış  "kauri"   adlandırılan  balıqqulağı  növü  tropik  dəniz  və 
okeanlara  (Hind  okeanı)  məxsusdur.
12
  Bu,  Qobustanda  yaşayan  tarixə  qədərki 
insanların hələ u zaq erkən - Tunc dövründə okean dünyası ilə ə laqəsindən xəbər verir. 
Qazıntı  zamanı qalıq ları tapılmış qırmızı o xradan bəzək  materialı kimi, habelə 
qaya təsvirlərini rənglə mək  məqsədilə  istifadə o lunmuşdur.  Böyükdaş dağının yuxa rı 
hissəsində qırmızı o xra ilə  işlən miş, üzərinə  xa llı bəbirə o xşar vəhşi heyvanın hücum 
etdiyi buynuzlu mara l təsviri tapılmışdır.
13
 
Qobustanın  Tunc  dövrü  kurqanları  a rxeo loq  F.M.Muradova  tərəfindən  tədqiq 
olunmuşdur.  Bu  yaşayış  yerlərinin  mədəni  təbəqələri  arxeolo ji  materiallarla  -  ço xlu 
keramika, yap ma qab qırıntıları, dən daşları, to xa, y ığ ma oraq dişləri və s. əmək alətləri 
ilə , silahlarla - o x və nizə ucluq ları, toppuzla r, xəncər t iyələri - zəngindir.
14
 
E.ə . III-I  min illiklə rin hüdudunda Azərbaycanın əhalisi artıq  meta lla , əkinçilik 
və ma ldarlıq la tanış idi.  E.ə.  III  minillikdən etibarən Azə rbaycanın yerli qəbilələ rin in 
təsərrüfatı müvəffəqiyyətlə  in kişaf edird i. Təsərrüfatın əsasını metallurgiyanın inkişafı 
ilə yanaşı, heyvandarlıq,  istər iri,  istərsə də xırda buynuzlu  mal-qaranın yetiş dirilməsi 
təşkil ed irdi. 
Qobustanın  qaya təsvirləri  bu  dövrün  zəngin  heyvanlar  alə min i  əyani  şəkildə 
illüstrasiya  etdirir,  at  təsviri  isə  ondan  e.ə.  IV  minillikdə  təsərrüfatda  istifadə 
olunmasından  xəbər  verir.
15
  Əlində  oraq  tutmuş  biçinçi  rəs mi  əkinçiliyin  inkişaf 
etdiyini  göstərir.  Arxeolo ji  qazıntılar  zaman ı  qayaaltı  mağaralardan  tapılan  ço xlu 
(xüsusilə,  tunc)  əşyalar  həmin   dövrdə  metallurgiyanın  inkişafına  dəlalət  edir.  Bunu 
qaya rəsmlərində əlində silah - üçbaşlı əsa, nizə, balta və s. tutmuş insan təsvirləri də 
təsdiqləyir.
16
 
Qobustan  kurqanlarının  mədəni  təbəqələrində  kera mika,  ə mə k  a lətlə ri  və 
silahlarla  yanaşı,  bəzək  şeyləri  -  tunc  qolbağılar,  mü xtəlif  yarımq iy mətli  daşlardan 
hazırlan mış  ço xlu  muncuqlar  və  ehtimal  ki,  M isirdən,  Hindistandan  və  İrandan 
gətirilmə  şüşə  muncuqlar
17
  da  aşkar  edilmişdir.  A zərbaycanda  aparılan  qazıntılar 
zaman ı  tapılmış  həmin  gətirilmə  bəzək  şeyləri  ölkəmizin  İran  vasitəsilə  Qədim  Şərq 
ölkələri  -  Suriya,  Finikiya,  M isir  və  Hindistanla  ço x  qədim  əlaqələrini  sübut  edən 
qiymət li  mənbələrd ir.  Qa fqaz  və  A zərbaycanın  qədim  qəbilə ləri  Qədim  Şə rq 
sivilizasiyası  ölkələri  ilə  təkcə  Assuriya,  Mesopotamiya,  İran,  M isir  və  Hindistan 
vasitəsilə  dənizlə  deyil,  e ləcə  də,  şima lda  Də rbənd,  cənubda  isə  Na xçıvan  vasitəsilə 
quru - ka rvan yolu ilə ə laqə saxlayırdılar. 
Qobustanda  Böyükdaş  dağının  aşağı  hissəsində  içərisində  avarçəkənlər,  o xla 
silahlan mış adamlar oturmuş çoxlu qayıq rəsmləri var.  Qayıq ların burun tərəfində şüa 
saçan  günəş  şəkli  çəkilmişdir.  On lardan  daha  aydın  seçilən  ikisi  Xəzər  dənizin in 
səviyyəsinin  indiki  qayalıqların  həndəvərinə  çatdığı  e.ə.  III  min illiyə  aid  edilir. 
Era mızdan təqribən dörd  min  il əvvəl  Xə zər dənizin in səviyyəsi daha yüks ək olmuş, 
yuxarı  hissədə  qədim  insanın  mağarasını  tez-tez  su  basmışdır.  Buradakı  mədəni 
təbəqələrdə  üzərində  Daş  dövrü  adamlarının  qa mış  qayıqlarının  ibtidai  təsviri  o lan 
uçulub  tökülmüş  yastı  əhəngdaşı  parçaları  qalmışdır.  On lar  təbəqələrinə  görə, 
İ.M.Cəfərzadənin  fikrincə,  e.ə.  VI  minilliyə  aid  edilə  bilər.  Qay ıqların  Qobustan 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə