[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə9/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   5   6   7   8   9   10   11   12   ...   258

 

18 


oxuyacaqlar,  lakin  Quran  onların  boğazlarından  aşağı  enməyəcəkdir,  onlar 

İslamdan  oxun  şikardan  çıxması  kimi  çıxacaqlar.  Onların  əlamətləri  başlarını 

qırxmaq olacaqdır. Onlar həmişə mövcud olacaqlar. Onların axırıncısı Dəccəllə 

bərabər  çıxacaqdır.  Onlar  məxluqatın  ən  şərlisi  və  ya  məxluqatın  ən  şər 

təbəqəsidir.  Onlarla  qarşılaşdığınız  zaman  onları  öldürün»

39

.  İbn  Teymiyyə  – 



rahmətullahi aleyhi  – deyir  ki:  «Hədislərdə  xəbər  verilmişdir  ki,  onlar  Dəccəlin 

çıxdığı  dövürə  qədər  çıxmaqda  davam  edəcəklər»

40

.  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm – buyurdu: «Mənim ümmətimdən şərq tərəfdən insanlar peyda 

olacaqlar  və  onlar  Quran  oxuyacaqlar,  lakin  Quran  onların  boğazlarından 

aşağı  enməyəcəkdir.  Onlar  hər  yüzillikdə  peyda  olacaqlar  və  darmadağın 

ediləcəklər,  hər  yüzillikdə  peyda  olacaqlar  və  darmadağın  ediləcəklər  və 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  bu  sözləri  iyirmi  dəfədən  çox  təkrar 

etdi:  Bu  Dəccəl  onların  qoşunundan  çıxanadək  davam  edəcəkdir»

41



Peyğəmbər buyurdu: “Ümmətimdə ayrılıq və parçalanma olacaqdır. Sonra pis 



işlər  görən,  lakin  gözəl  sözlər  söyləyən  bir  qrup  insanlar  çıxacaqdır.  Onlar 

Quran oxuyacaqlar, lakin (Quran) onların boğazlarından aşağı enməyəcəkdir. 

onlar  İslamdan  oxun  şikardan  çıxması  kimi  çıxacaqlar.  Onlar  məxluqatın  ən 

şərliləridir,  onları  öldürənə  və  ya  onların  öldürdüyünə  Tuba  olsun.  Onlar 

Allahın  kitabına  çağırar,  lakin  özlərinin  onunla  heç  bir  əlaqəsi  olmayacaqdır. 

Onları  öldürən  kimsə  onlardan  daha  çox  Allaha  yaxındır”.  Biz:  “Ey  Allahın 

Rəsulu! Onların əlaməti nədir?” dedik. Peyğəmbər: “Saçlarını daz qırxmaları” 

deyə  buyurdu

42

.  Alimlər  deyirlər  ki,  başı üç  halda  qırxmaq olar:  “Həcc  və ya 



Ümrə, körpənin doğumunun yeddinci günü, kafirin İslamı qəbul etməsi. Digər 

vaxtlarda saçın qırxılması caiz deyildir”

43

.  


Bu  hədislər  Xəvariclər  ancaq  səhabələrin  dövründə  olub,  bu  günlərdə 

Xəvaric  yoxdur  deyənlərin  sözlərini  təkzib  edir.  Çünki  onlar  o,  zaman  da 

mövcud  olublar,  bu  gündə  mövcuddurlar  və  Qiyamətə  qədər  də  olacaqlar. 

Xəvariclərə heç vaxt hakimiyyət verilməyəcəkdir və onlar haqq tərəfdarlarının 

üzərində qələbə çala bilməyəcəklər. Onlar hər dəfə çıxdıqda haqq tərəfdarları 

tərəfindən darmadağın ediləcəklər

44

.  


Bu  günkü  Təkfirçi,  ixvanlara  Xəvaric  deyildikdə  özündən  çıxır,  coşur  və 

deyir ki: Mən Xəvaric deyiləm, mənə nə üçün Xəvaric deyirsiniz? Bir tərəfdən 

baxdıqda  bu  sözlərdə  həqiqət  vardır.  Çünki  Xəvariclər  daha  imanlı  və  ağıllı 

idilər.  Sizlər  isə  cahil  və  onların  quyruqlarısınız.  Təkfirçi,  ixvansınız. 

                                                

39

 Musnəd 4/421, Nəsəi 7/119-121, Bəzzar «Musnəd» 9/294, Həkim «Mustədrək» 2647, əl-Albani zəif.  



40

 Məcmuu Fətava 28/496.  

41

 Əhməd 2/174, İbn Məcə 173, Nəsəi 4103, əl-Albani «Səhihul Cəmi» 8171, “Cəmius Səğir” 8027.  



42

 Əhməd 3/224, Əbu Davud 4765, əl-Albani “Səhih”.  

43

 İbn Teymiyyə “İstiqamə” 1/256.  



44

 İmam Suyuti «Şərh İbn Məcə» 1/233.  




 

19 


Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən  gələn  hədislər,  səhabələrin  və 

alimlərin  onlar  haqqında  dedikləri  sözləri  və  irəlidə  onların  vəsflərini, 

sifətlərini  qeyd  edəcəyik.  Əgər  səndə  bu  vəsflər  yoxdursa  qəzəb  etməyə 

dəyməz, əksinə Allaha həmd et! Yox əgər səndə bu vəsflər olarsa onda tövbə 

etməyə tələs! Əbul Aliyə – rahmətullahi aleyhi - deyir ki: «Allah mənə iki nemət 

(xeyir) bəxş etmişdir. Mən bilmirəm ki, bunlardan hansı daha yaxşıdır. Allahın 

məni  İslam  dininə  hidayət  etdiyinəmi,  yoxsa  Allahın  məni  Həruri  (Xəvaric) 

etməməsinə görəmi?».  

 

XƏVARİCLƏR HAQQINDA SƏLƏFLƏRDƏN GƏLƏN 

SÖZLƏR 

 

İbn  Həcər  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Xəvariclər,  İslamdan  çıxmış  bir 

firqədir  və  onlar  bidətçidirlər.  İslam  dininə  və  ən  xeyirli  müsəlmanlara  qarşı 

çıxdıqları üçün onlara Xəvariclər deyilir»

45

. İbn Teymiyyə – rahmətullahi aleyhi – 



deyir  ki:  «İlk  əvvəl  müsəlmanları  kafir  sayan  Xəvariclər  olmuşlar.  Xəvariclər 

günah  edənləri,  onlara  müxalif  olan  digər  müsəlmanları  kafir  adlandırır, 

qanlarını  və  mallarını  halal  sayırlar».  «Qiblə  əhlinə  ilk  kafir  deyənlər 

Xəvariclər olmuşlar. Günahlara görə qiblə əhlini kafir saymışlar»

46

. əl-Əcuri – 



rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər murdar nəcasətdirlər»

47

. İmam Nəvəvi 



–  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Xəvariclər  İslama  yenilik  gətirən  firqələrdən 

olub, böyük günah sahibinin kafir olduğunu və əbədi Cəhənnəmdə qalacağını 

etiqad  edirlər.  Buna  görə  rəhbərlərə  tənə  edir  və  onlarla  cəmaat  və  cümə 

namazlarını qılmazlar»

48

. əl-Mənəvi – rahmətullahi aleyhi – deyir ki: «Köpəklərin 



hürdüyü  kimi  Xəvariclər  də  Cəhənnəmdə  hürəcəklər.  Köpəyin  digər 

heyvanlara nisbətdə ən aşağı heyvan olduğu kimi, onlar da Cəhənnəm əhlinin 

ən alçağıdırlar»

49

. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bu iki firqənin 



Xəvaric və Mötəzilə sözləri İrcə əhlinin sözlərindən pisdir. Həqiqətən İrca əhli 

içərisində  Allaha  ibadət  edən  alimlər  olmuşdur  ki,  imamlar  onlardan  xeyirlə 

söz açmışlar. Lakin Xəvarc və Mötəziləyə gəldikdə Əhli Sünnə onları və əhlini 

daima  pisləmişlər”

50

.  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  Xəvaricləri 



öldürmək əmri müsəlman rəhbərlərə aiddir. İmam Buxari öz “Səhih” əsərində 

başlıqlardan  birini:  “Xaricinin  ona  dəlil  (burhan)  çatdırılandan  sonra 

öldürülməsi”  və  ayəni  zikr  edir:  “Allah  bir  qövmü  doğru  yola  yönəltdikdən 

                                                

45

 Fəthul Bəri 12/296.  



46

 Məcmuu Fətava 3/279, 7/481.  

47

 Şəriət Kitabı səh 24. 



48

 Rovdatul Talibin 10/51.  

49

 Feydul Qadir 4148-ci hədisi izah edərkən demişdir.  



50

 “İman” 209.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə