[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə11/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   7   8   9   10   11   12   13   14   ...   258

 

22 


Peyğəmbər  - sallallahu aleyhi və səlləm – in  yolunu  getdiklərinə  görə  bütün yer 

kurəsinə  hakim  oldular.  Az  bir  müddət  ərzində  bütün  Rum,  Fars  imperiyası 

onların hakimiyyəti altında idi. Allah onları dinlə izzətləndirdi. Biz necə Sufi, 

Rafizi  əqidəsində  olan  birisi  ilə  qardaş  kimi  ola  bilərik.  Onlardan  biri 

möminlərin  anasına  faişə  deyir,  digəri  isə  Allahı  naqisliklərlə  vəsf  edir.  Belə 

insanlarla necə bir olmaq olar? Birləşməyin tək yolu Quran və Sünnədir.  

Bu  firqənin  ilk  yaranış  vaxtlarında  niyyətləri  saf  olsada,  müsəlmanları 

birləşdirmək,  müsəlmanları  cəm  etmək,  lakin  sonradan  bu  firqə  çox  batil  bir 

yerə  qədər  gəlib  çıxmışdır.  Həmin  İxvan  əl-Muslimin  deyənlərin  altında 

Təkfirçilər, İrhabçılar, Xəvaric, Rafizi, Sufi hətta o, dərəcəyə çatmışdır  ki, bəzi 

dövlətlərdə  onların  tərkibində  Nəsranilər  də  vardır.  Çünki  onların 

idealogiyaları, hədəfləri hakimiyyətdir. Bu gündə İxvan əl-Muslimin dəvətləri 

o,  qədər  geniş  səviyyə  alıb  ki,  Sudan,  İordaniya,  Suriya,  Yəmən,  Misir  və  s. 

dövlətlərdə  bu  idealogiya,  əqidə,  minhəc  tamamilə  yayılmışdır,  hətta  dövlət 

səviyyəsinə  qədər  belə  çatmışdır.  Günümüzdə  də  bu  fikrin  daşıyıcıları 

mövcuddur.  Onların  qaynaqları  Seyyid  Qutub,  Həsən  əl-Bənna  kitab  və 

risalələrini  oxumaqla  bu fikrə  düşürlər.  Məqsədləri  də  aydındır:  Hakimiyyət, 

varlanmaq  və  s.  Çünki  o,  insan  artıq  Əhli  Sünnəni  yox,  həmin  batil 

nəşriyatlardan qidalanmağa başlayır. Xüsusəndə bu nəşriyatlar Türk dilindən 

tərcümə  edilir.  Çünki  Türkiyədə  demək  olar  ki,  Seyyid  Qutubun,  Həsən  əl-

Bənnanın  bütün  kitabları  artıq  orada  tərcümə  olunub.  Həsən  əl-Bənna 

dünyasını  dəyişəndən  sonra  həmin  cəmiyyətə  Seyyid  Qutub  başçılıq  etməyə 

başladı.  Onlar  Seyyid  Qutubu İslamın fikirləri  deyə  adlandırırdılar.  Lakin  bu 

rəydə  batildir.  Seyyid  Qutubun  bu  gün  dərc  olunan  şəkilləri  əlində  siqara, 

başında  panama,  üzündə  saqqal  yox.  Bu  nədir?  Deyə  soruşulduqda  Cavab: 

Etdiyi  əməllərinə  görə  Allah  onun  günahlarını  bağışlayacaq.  Çünki  Seyyid 

Qutub,  Həsən  əl-Bənna,  barəsində  şişirdilərək:  Alimlərin  alimi,  əsrin 

muctəhidi,  əsrin  alimi  elan  ediblər.  Şeyx  Abbad  -  Allah  onu  qorusun  - 

soruşulduqda  ki:  «O,  alimdir?».  Cavab:  «O,  yazıçıdır.  Hər  bir  yazan  da  alim 

deyildir».  Şeyx  Abbad  -  Allah  onu  qorusun  –  deyir  ki:  «Bu  firqələr  dində 

uydurulmuş  yeniliklərdir.  Onlar  əsasən  Quran  və  Sünnəyə  deyil,  sonradan 

meydana gəlmiş fikirlərə uyur, ona etimad edir və əqidələrini bunun üzərində 

qururlar.  Onlar  üçün  dost  və  düşmən  Allah  xatirinə  olmur,  əksinə  onları 

dəstəkləyən dost, müxalif olan isə düşməndir. Onları dəstəkləyən ən pis adam 

olsa  da  belə  onlar  üçün  qardaş  sayılır.  Odur  ki,  ağına-qarasına  baxmadan 

özlərinə dost seçir, hətta səhabələrə nifrət bəsləyən Rafiziləri belə qardaş hesab 

edirlər»

57

. İbn Bazdan – rahmətullahi aleyhi - soruşurlar: “Peyğəmbər  - sallallahu 



                                                

57

 Cəmaatlar  və  onların  Səudiyyə  dövlətinə  təsiri  barəsində  alimlərin  lent  yazısı.  ər-Riyad  Minhəc  Sünnə 



sturiyası.  


 

23 


aleyhi  və  səlləm  –  öz  ümmətinin  73  firqəyə  bölünməsi  haqda  məlumat 

vermişdir. Onlardan biri istisna hər biri Cəhənnəmə düşəcəkdir”. Məgər bidət 

edən  “Cəmaat  Təbliğ”  və  bir  çox  Cəmaatlara  bölünmüş,  əmirlərə  qarşı  çıxan 

“İxvanul  Muslimin”  cəhənnəmə  düşənlərin  içərsində  deyillər?  Cavab:  “Bəli, 

onlar  72  firqənin  içərisindədirlər.  Hər  bir  kəs  hansı  ki  Əhli  Sünnətə  əqidədə 

müxalifdir  72  firqənin  içərisindədir.  Hədisdə  qeyd  olunan  “Ümmət”  sözü 

“Boyun  Əymiş  Ümmət”  qəsd  olunur.  Bu  o  kəslərdir  ki,  Allaha  və  Rəsuluna 

itaət  etmişlər  (boyun əymişlər). Firqətun  Nəciyi  (Qurtulmuş Firqə) isə  Allaha 

itaət  edən  və  doğru  yolla  gedən  kimsələrdir.  O,  ki  qaldı  72  firqəyə,  onların 

içərisində kafirlər, asilər və bidət edənlər də vardır”. Sual: Yəni bu iki firqə 72-

nin  içərisinə  daxildir?  Cavab:  “Bəli,  daxildir”

58

.  Şeyx  Saleh  əl-Luheydan  – 



rahmətullahi  aleyhi  -  deyir  ki:  “İxvanul  Muslimin  və  Təbliğ  cəmaatı  doğru 

mənhəc  üzərində olmayan  kimsələrdir.  Bu  ümmətin  Sələfləri  arasında  bu cür 

adlar  daşıyan cəmaatlar olmamışdır.  İlk çıxan  azğın firqələrdən  Xəvariclər və 

Əlini İlah sayan Ələvilər omuşlar”

59

.  


Bununla  da,  bu  cavanlar  arasında  bu  təkfir  fitnəsi  yayıldı.  Bu  fitnənin 

cavanlar arasında yayılmasına səbəb Seyyid Qutubun kitabları oldu. Həmçinin 

bu  günlərdə  Seyyid  Qutubun  qardaşı  Muhəmməd  Qutubda  bu  mövqeyində 

ciddi  olaraq  qalır.  Misirdə  bu  ideya  formalaşandan  sonra  Misirin  böyükləri, 

hakimləri  Seyyid  Qutuba  10  il  həbs  cəzası  verirlər.  10  il  həbs  cəzasını 

bitirdikdən  2  il  sonra  sonra  edam  olunmaqla  öldürülür.  Hər  halda  bu  gün 

İxvan əl-Muslimin firqəsi müasir firqələrin içində ən geniş yayılmış bir  əqidə, 

bir  ideyadır.  Ona  görə  də  müasir  Sələfi  alimləri  hamısı  bir-birlərinə  arxa 

dayanaraq  bu  əqidəyə  qarşı  mübarizə  aparırlar.  Allah  onlara  bu  işdə  kömək 

olsun! Amin.  

 

TƏKFIR VƏ HICRƏT CƏMAATI 

 

Ötən  əsrdə  meydana  gəlmiş  müasir  zəlalət  firqələrindən  biri  də,  özünü 



Müsəlman  camaatı  adlandıran  «Təkfir  və  hicrət  cəmaatıdır».  Böyük  günah 

sahiblərini  kafir  hesab  etməklə  Xəvariclərin  minhəcinə  (yəni  üslubuna, 

metoduna)  əsaslanmış  bu  hizb,  Misirin  həbsxanalarından  birində  yatan 

məhbuslar  tərəfindən  təsis  edilmişdir.  1965-ci  ildə  Misirdə  keçirilən  kütləvi 

həbslərdən bir müddət sonra hizbin azadlığa buraxılmış bəzi üzvləri öz çirkin 

fikirlərini müsəlmanlar arasında yaymağa başladı. Təkfir və hicrət cəmaatının 

Misir  torpağında  artan  tərəfdarları  arasında  universitet  tələbələri  xüsusilə 

nəzərə  çarpırdı.  1967-ci  ildə  Əli  İsmayılın  rəhbərliyi  altında  həbsxanadakı 

                                                

58

 Bu fətva Şeyxin Taif şəhərində ölümündən iki il qabaq söyləmiş dərsindən götrülmüşdür. “Məcəllə” 806.  



59

 “Cəmaatları  və onları  Səudiyyə Ərəbistanına olan təsiri  barəsində  olan fətvalar toplusu  yazısından”. Ər-

Riyad studiyası, Mənhəc əs-Sunnə.  



Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə