[]


VƏLA VƏ BƏRA MÖVZUSUNDA İNSANLARIN



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə255/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   250   251   252   253   254   255   256   257   258

 

521 


VƏLA VƏ BƏRA MÖVZUSUNDA İNSANLARIN 

QİSİMLƏRİ 

 

Birinci  Qrup:  Nifrət  Edilməkdən  Uzaq  Olaraq  Yalnız  Və  Yalnız 

Sevilməyə Layiq Olan Kimsələrdir 

                                                                                                                             

yaşayaraq  öz  dinlərində  qalan  Kitab  Əhlidir.  Onlara  himayə  verilmiş  və  onlara  əziyyət  vermək  və 

özldürmək olmaz. Ərəbstanda kafirlər, Zimmə əhli yoxdur. Ora gələnlər Mustəmnun – himayədar ilə ölkəyə 

daxil olanlardır. Artıq o,  qorunmaq  altındadır. Ölkəyə  daxil olanlar  da  iki qismdir: 1) Hansı  şərtlərlə  daxil 

olubsa o, şərtlərə zidd hərəkət etməməlidir. Bu şərtləri pozmurlarsa (söz və əməlləri) ilə onlarla ədalətlə və 

yaxşılıqla  davranılır.  Belələrinə  İslamı  sevdirmək,  onları  dəvət  etmək  lazımdır.  Onların  haqlarını  Allahın 

əmr  etdiyi  formada  vermək  lazmdır.  «Əgər  müşriklərdən  biri  səndən  aman  istəsə,  ona  aman  ver  ki,  Allah 



kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır». (ət-Tövbə 6). «Müqavilə bağladıqdan sonra sizə qarşı 

bir  əskiklik  etməmiş  və  sizin  əleyhinizə  heç  kəsə  yardım  göstərməmiş  (müşriklər)  istisnadır.  Onlarla 

əhdinizə axıra qədər vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər». (ət-Tövbə 4). «Allah din yolunda sizinlə 

vuruşmyan  və  sizi  yurdunuzdan  çıxartmayan  kimsələrə  yaxşılıq  etməyi  və  onlarla  ədalətlə  rəftar  etməyi 

sizə  qadağan  etməz.  Allah  ədalətli  olanları  sevər.  Allah  sizə  ancaq  sizinlə  din  yolunda  vuruşan,  sizi 

yurdunuzdan çıxaran və çıxarmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq 

edənlər  əsl  zalimlərdir».  (əl-Mumtəhinə  8-9).  Müsəlmanlarla  rəftar  edildiyi  kimi  onlarla  rəftar  edilməz. 

Onlara birinci salam verilməz. Onlara Allahın əmr etdiyi formada haqqını verirsən və haqqıvı alırsan. Dəvət 

et və  dəvətlərini  də qəbul et. 2) Onlar müsəlman ölkələrinə  daxil olduqdan  sonra  insanlara nifrət edər,  ələ 

salmaq,  istehza  etmək.  Belə  kimsələrlə  yaxşılıqla  rəftar  etmək  olmaz.  Belələri  ilə  ancaq  ədalətlə  rəftar 

olunmalıdır. Lazımı yerlərə xəbərdarlıq edilir ki, onlara qarşı lazımı tədbirlər görülsün. Kafirlərin Qismləri: 

1 - Əsli kafir olanlar: Əhli kitab, Məcusilər, Sabiinlər və s. Əsli kafir olanlar özləri də 3 qismə bölünür. 1) Əhli 

kitab.  2)  İxtilaf  olanlar.  3)  Kitab  olmayanlar.  1)  Əhli  Ktab  olan  Yəhudi  və  Nəsranilər.  2)  Əsli  kafirlərdir  ki, 

onların  Əhli  kitab  olub-olmamasında  ixtilaf  vardır.  Onlardan  birincisi  Əshabiyunlardır.  Qurani  Kərimdə 

onların  adı  zikr  olunur.  Əhməd  –  rahmətullahi  aleyhi  –  rəvayət  edir  ki:  «Onlar  Nəsranilərin  cinsindədir». 

Həmçinin  İmam  Şafii  –  rahmətullahi  aleyhi  –  bu  rəyi  götrmüşdü  ki,  onlar  Nəsranilərə  aiddilər.  Əhməd  – 

rahmətullahi  aleyhi  –  başqa  rəvayətdə:  «Mənə  çatdı  ki,  onlar  6-cı  günü  qeyd  edirlər  və  onlar  Yəhudilərə 

oxşayırlar».  İbn  Qudamə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Düzgün  rəy  odur  ki,  onlar  Kitab  əhli  deyil. 

Baxmayaraq  ki,  onlar  dinlərində  birləşirlər».  Bəzi  alimlər  qeyd  edirlər  ki:  «Onlar  Bəni  Tələq  qövmünün 

Nəsraniləridir ki, onlarında Əhli  kitab olub-olmaması barəsində ixtilaf  var». İbn Abbas  – radıyallahu anhu – 

və onunla  həmrəy olan  insanlar  deyirlər ki: «Onlar Əhli kitabdandırlar. Onların  kəsdiryini yemək  caizdir». 

Bunu həmçinin İmam Şabi və İmam Şafii – rahmətullahi aleyhi – də bu rəydədirlər. Əli, İbn Ömər, Aişə – Allah 



onlardan razı olsun - və s. səhabələr onları Nəsranilərə aid etməmişlər. Çünki onların əsilləri ərəbdir. Onlarda 

olan  hallar  da  Nəsranilərdə  olan  hall  deyil.  Bu  baxımdan  da  onlar  Əhli  kitabdan  sayılmırlar.  İbrahim  – 



əleyhissəlam - ın sühüflarında, Davud – əleyhissəlam - a nazil olan Zəbura ittiba edənlər. Bu barədə İmam Şafii 

–  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Onlar  Əhli  kitabdan  deyillər».  Həmçinin  Hənbəlilərdən  bəziləri  bu 

rəydədirlər.  Məcusilər: Məcusilər  arasında  ixtilaf  var. Onlar Əhli kitabdır, yoxsa Əhli kitab  deyil. Ən  səhih 

rəy  onlar  Əhli  kitab  deyillər.  Çünki  bu  haqda  Əhməd  –  rahmətullahi  aleyhi  –  nas  gətirib.  Həmçinin  çoxlu 

alimlər bu rəydədirlər ki, Məcusilər Əhli kitabdan sayılmırlar. 3) Əhli kitab barəsində olan 3-cü qisimdə isə 

kitab  olmayan  kafirlərdir.  Onlarada  Bütpərəstlər,  ateistlər,  fəlsəfəçilər  və  s.  Bu  firqələr  kitab  olmayan 

kafirlərdir  ki,  əsli  olan  kafirlərdir.  2-  Əsli  müsəlman  olub,  hansısa  səbəbdən  kafir  olanlar.  Onlara  hüccət 

qalxandan və şübhələr qaldırılandan sonra bu qismə aid edilirlər. Buna həmçinin Kufrun Riddə də deyirlər. 

İnsan müsəlman olandan sonra mürtəd olması. Riddə – bir şeyin halını dəyişdirmək, bir haldan başqa hala 

çevirmək  deməkdir.  Mən  onu  çevirdim,  o  da  döndü  mənasında  –  Radəttuhu  Fərtəddə  deyilir.  İrtidad  və 

Riddə gəldiyi yoldan geri dönmək deməkdir. Lakin riddə küfrə məxsusdur. Küfrə geri dönməyi ifadə edər. 



«Ey  qövmüm…  geriyə  dönməyin».  (əl-Maidə  21).  Riddə  –  irtidattan  törədilmiş  bir  isimdir.  Dəyişmək,  bir 

şeydən  başqa  bir  şeyə  dönmək  deməkdir.  İslamdan  dönmək  də  buradan  törənmişdir.  Mürtəd  geri  dönən 

deməkdir. O,  dinindən  dönən, İslamı  qəbul etdikdən  sonra  kafir olan kimsədir

1552


İstilahi Mənası – İslamı 

qəbul etdikdən sonra istəyərək kafir olmaq. Küfrə dönmək – İslama zidd – bir inancla, bir davranışla və ya bir 

sözlə və ya bir şübhə ilə gerçəkləşir.  



Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə