[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə252/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   248   249   250   251   252   253   254   255   ...   258

 

515 


düşməyinizi  istərlər».  Kafirləri  müsəlmanların  üzərində  güc  və  əmr  sahibi 

edəcək  vəzifələrə  nazir  və  nəsihətçi  təyin  etməklə  müsəlmanların  sirlərini 

öyrənə biləcək mühüm yerlərə kafirləri gətirmək və ya İslam dövlətində onlara 

vəzifələr  vermək  əsla  caiz  deyildir.  2.  Müsəlmanlardan  bu  vəzifəni  yerinə 

yetirə biləcək hər hansı bir kimsənin olmaması şərtilə, yol göstərmək, bina inşa 

etmək,  yollar  çəkmək  kimi  İslam  dövləti  üçün  təhlükəli  olmayan  bəzi  aşağı 

işlərdə  maaş  qarşılığında  kafirləri  işlətmək  caizdir.  Çünki  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  və  Əbu  Bəkr  –  radıyallahu  anhu  –  Mədinəyə  hicrət 

edərkən onlara yol göstərməsi üçün müşrik olduğu halda Abdullah b. Uraykit 

əl-Leysini pul qarşılığında tutmuşdular

1537


.  

2) Döyüşdə kafirlərdən kömək istəmək barəsində hökmə gəlincə bu haqda 

alimlər  arasında  görüş  ayrılığı  vardır.  Doğru  olan  odur  ki,  cihadda  kömək 

itənilən  kimsə əmin  bir  kimsədirsə,  ehtiyac  və  zərurət  halında  bu caizdir.  Bu 

məsələ ilə bağlı İbn Qeyyim  – rahmətullahi aleyhi – Hudeybiyyə sülhündə olan 

faydalar haqqında deyir: “Bu sülh müqaviləsinin faydalarından biri də ehtiyac 

halında  cihadda  əmin  olunan  müşrik  bir  kimsədən  kömək  istəməyin  caiz 

olmasıdır. Bunun hikmətinə gəldikdə isə bu kimsə düşmənə qarışaraq onların 

xəbərlərini almağa daha yaxın olduğundan bu hal müsəlmanların xeyirinədir. 

Zərurət  halında  kafirlərdən  kömək  istəmək  də  caizdir.  Zuhri  –  rahmətullahi 



aleyhi  -  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  hicrətin  7-ci  ilində  Xeybər 

döyüşündə  bəzi  Yəhudilərdən  kömək  istədiyini  rəvayət  etmişdir.  Yenə  Əbu 

Cəhlin  oğlu  Safvan  müşrik olduğu halda  Hüneyn  döyüşündə iştirak  etmişdi. 

Zərurət  halı  döyüşdə  kafirlərin  sayının  çox  olması  və  onlardan  qorxu  hissi 

olmasıdır.  Lakin  ehtiyac  olmadığı  zaman  kafirlərdən  kömək  istəmək  caiz 

deyildir. Çünki kafirin hiyləsindən əmin olmaq olmaz. Onun içində gizlətdiyi 

niyyəti şərdir”

1538


                                                

1537

 Bax: Peyğəmbər – sallallahu aleyhi və səlləm – in həyatı ilə bağlı kitablara.  



1538

 Həmçinin  -  Kafirlərin  durumlarını  incələmək,  batil  əqidələrini,  batil  ibadətlərini,  əxlaqlarını  öyrənmək 

məqsədilə və insanları onlara aldanmaqdan çəkindirmək, onları bəyənənlərə iç üzlərini açmaq bir cihaddır. 

Çünki  bunun  sonunda  küfrdən  və  kafirlərdən  çəkindirmək  ortaya  çıxar  ki,  bu  da  İslama  dəvətdir.  Bütün 

bunları  etdikdə  yenə  də  bir  şərti  yerinə  yetirmək  lazımdır  ki,  o  da:  İslama,  Peyğəmbərinə,  müsəlmanların 

əmirlərinə  bunun  qarşılığın-da  təhqir,  alçaltmaq  kimi  fitnələr  baş  verməsin  Əgər  belə  bir  hal  baş  verərsə 

onda bu işdən uzaq durmaq lazımdır. «Allahdan başqalarının tanrılarını söyməyin. Yoxsa onlar da (Allaha 



qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Sonra onlar Allahın hüzuruna 

qayıdacaqlar.  Allah  isə  onlara  etdikləri  əməllər  barəsində  xəbər  verəcəkdir».  (əl-Ənam  108).  Həmçinin  - 

müsəlmanlara  cəsusluq  məqsədilə  küfr  diyarında  qalmaq  da  buna  bənzər.  Çünki  belə  bir  kimsə  kafirlərin 

müsəlmanlar üçün hazırladıqları hiylələri öyrənib müsəlmanları bu təhlükələrdən qorumuş olar. Buna qarşı 

tədbir görmələrinə səbəb olmuş olar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xəndək döyüşündə müşriklərin 

halını öyrənmək üçün Xuzeyfə b. Yəmən – radıyallahu anhu – nu müşriklərin yanına göndərmişdir. Sələmə b. 

Əkva – radıyallahu anhu – rəvayət edir ki,  Mədinəyə qayıtmaq  üçün  yola  çıxdıq. Yolda  müşrik olan Lahyan 

qəbiləsinə yaxın bir yerdə dayanmalı olduq. Bizimlə onların arasında bir dağ var idi. Peyğəmbər – sallallahu 

aleyhi və səlləm – bu  gecə o,  dağa  çıxıb müşriklər haqqında həm (düşmənin halı,  sayı, həm  də  müsəlmanları 

düşmənlərin hücumundan xəbərdar etmək üçün) xəbər gətirən şəxs üçün Allahdan bağışlanma dilədi. Əbu 




 

516 


MÖMİNLƏRƏ DOSTLUQ BƏSLƏMƏYİN ZAHİRİ 

ƏLAMƏTLƏRİ 

 

1  –  Kafirlərin  Diyarlarını  Tərk  Edib,  Müsəlmanların  Diyarlarına  Hicrət 

Etmək 

Hicrət  –  dinini  saxlamaq  (qorumaq)  üçün  kafirlərin  diyarından 

müsəlmanların  diyarına  köç  etmək  deməkdir.  Bu  məqsədə  və  qaydaya 

əsaslanaraq hicrət etmək fərzdir və bu hökm günəşin batdığı yerdən doğacağı 

Qiyamət  gününə  qədər  davam  etməkdədir.  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm  –  müşriklərin  arasında  yaşayan  hər  bir  müsəlmandan  uzaq  olduğunu 

bildirmişdir

1539

.  Buna  görə  də  müsəlmanın  kafirlərin  diyarında  yaşaması 



haramdır. Yalnız hicrət etməyə gücü çatmayan və ya insanları Allahın yoluna 

dəvət  etmək  və  İslamı  yaymaq  kimi  dini  bir  mənfəət  üçün  orada  yaşayan 

bundan müstəsnadır. «Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər 

içərisində  qalıb  hicrət  etməyənlərin)  canlarını  alarkən  deyəcəklər:  Siz  (hicrət 

zamanı)  nə  vəziyyətdə  idiniz?  Onlar  söyləyəcəklər: Biz yer  üzündə  zəif  (aciz) 

kəslər  idik!  (Mələklər  də  onlara):  Allahın  torpağı  geniş  deyilmidi  ki,  siz  də 

hicrət edəydiniz? – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O, necə 

də  pis  yerdir.  Yalnız  hicrət  etməyə  yol  və  çarə  tapmağa  qadir  olmayan  aciz 

kişi, qadın və uşaqlar müstəsnadır». (ən-Nisa 97-98).  

2  –  Müsəlmanlara  Dini  Və  Dünyavi  Məsələrdə  Ehtiyac  Duyduqları 

Şeylərdə Onlara Can, Mal Və Sözlə Dəstək Olmaq Və Onlara Kömək Etmək 

«Mömin  kişilərlə  mömin  qadınlar  bir-birinə  dost,  həyandırlar».  (ət-Tövbə 

71). «Əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr aranızda 

saziş  olan  bir  tayfa  əleyhinə  yardım  istis-na  olmaqla,  onlara  kömək 

göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir». (əl-Ənfal 72).  

3  –  Müsəlmanların  Kədər  Və  Acılarına  Üzülmək,  Sevinc  Və  Fərəhlərinə 

Sevinmək 

Numan  b.  Bəşir  – radıyallahu anhu – rəvayət  edir ki, Peyğəmbər  – sallallahu 



aleyhi və səlləm – buyurdu: «Sən görürsən necə müsəlmanlar bir-birilərinə olan 

                                                                                                                             

Sələmə deyir ki: «Mən o, gecə iki və ya üç dəfə o, dağa çıxdım». Buxari «Xeybər döyüşü babı», Müslim 2406. 

Həmçinin – Müsəlman dövlətinin ehtiyacı və kafir bir dövlət ilə əlaqələri düzəltmək üçün qalmaq. Səfirliklər 

buna aiddir. Bax: «Üç əsas» Şeyx Useymin.  

1539

 Cərir  b.  Abdullah  – radıyallahu anhu – rəvayət  edir  ki,  Peyğəmbər  – sallallahu aleyhi və səlləm – buyurdu: 



«Mən  müşriklərin  arasında  yaşayan  nə  qədər  müsəlman  varsa  ondan  uzağam».  Mən:  “Ey  Allahın  Rəsulu! 

Nə  üçün?”  deyə  soruşdum. O: «Onların atəşləri  bir-birini görməz»  deyə  buyurdu. Əbu Davud, Tirmizi,  əl-

Albani «Səhihul Cəmi» 146. Yəni onların evlərini yanyana qurmaları baş tutan bir şey deyildir. Onlarla iç-içə 

yaşamaq,  övladlarını  onlarla  oxuyub,  böyüyüb  boya-başa  çatması,  onların  əxlaqını,  ibadət  və  ədəblərini 

təqlid edəcək hala gəlməsidir. Hər  küfrün  şəriət elan edilməsi, hökümlərin Allah  və Rəsulunun  haqqından 

başqasına verildiyi kafirlərin diyarında mömin bir kimsə könül xoşluğu ilə necə qala bilər? O, bunları gözləri 

ilə görüb, qulaqları ilə eşidirkən belə bir şeyə necə razı ola bilər? Hansı ki, onun dini, imanı, övadları üçün 

böyük bir təhlükə vardır. Şeyx Useymin «Üç əsas».  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə