~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   2   3   4   5   6   7   8   9   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
10 
 
 
 
                  ANA! 
 
Dərdim sevdiyin əlvan gülləri, 
Masamın üstünə mən qoydum,ana! 
Yaşamaq çətindir, sənsiz günləri, 
Sənsizlikdən artıq çox doydum,ana! 
Bu gün hər zamandan çox-çox darıxdım, 
Qısılmaq istədim köksünə sənin. 
Darıxdı saçlarım sığalın üçün, 
Darıxdım, ay ana, nəfəsin üçün. 
Mənə"balam" deyən şirin dilinçin, 
Dərdlərin köksümdə yığılıb çin-çin. 
Kədərdən-kədərə hey dolub axdım, 
Göz yaşımla da heç ovunmadım. 
Səni axtardım hey, tapacam sandım, 
Səninçin bu gün çox, çox darıxmışam. 
Qayıt gəl ömrümə, qayıt, ay ana, 
Sənsiz mən... Sənsiz mən çox karıxmışam. 
 
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
11 
 
 
 
HƏSRƏT 
 
Bir həsrət elə hey mənimlə gedir 
Yorulmadan, dayanmadan. 
Sağa-sola  baxmadan da, 
Heç arxaya dönmədən də. 
Gedir həsrət kölgəm kimi. 
Bir həsrət görürəm… 
Tuta bilmirəm o həsrətin əlindən
Qaça bilmirəm o həsrətin gözündən, 
Hara baxdım, həsrət gördüm 
Taleyindən incik gedir xəyalımda 
Həsrət dolu, giley dolu bir həsrət! 
 
AĞLA, QƏRƏNFİLİM! 
 
Ağla, qərənfilim, şəhidlər üstdə, 
Sənin göz yaşların bitməz, tükənməz! 
Dağla sinəsini ürəksizlərin, 
Şəhidsiz, azadlıq, qədrin bilinməz! 
Şəhidlər ürəklər yarası oldu, 
Tarixdə silinməz bir iz qoyuldu! 
Şəhidlik qəlblərdə qala daşıdır! 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
12 
 
 
İgidlik zirvəsi qan yaddaşıdır! 
Ağla, qərənfilim, şəhidlər üstə 
Ağlayaq qarışsın gözyaşlarımız, 
Baxaraq qan rəngli ləçəklərinə 
Rahat uyusunlar doğmalarımız 
Ağla, qərənflim, Şəhidlər üstə! 
 
German, şair-publisist 
 
 
 
 
 
 
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
13 
 
 
 
 
 
 
“Xalqımız  əsrlər boyu həmişə öz 
torpağını qoruyub, öz milli azad-
lığını, qürurunu müdafiə edib və bu 
gün də müdafiə etməyə qadirdir. ”
 
  
H. Əliyev 
 
 
 
 
 
 
 
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
14 
 
ƏSƏRİN QƏHRƏMANI  
RÜXSARƏ CUMAYEVA: 
MƏN UŞAQLIQ İLLƏRİMİ  
BELƏ XATIRLAYIRAM. . .  
 
ən uşaqlıq illərimi belə xatırlayıram: 
Heç də sakit olmayan dəcəl bir qız uşağı olmuşam. 
Gücüm çatana çatırdı, çatmayanada bir daş atırdım. Sinifdə 
şagirdlərlə  mehriban  olmuşam.  Bizim  evlə  məktəbimizə 
gedən məsafə 300 m olardı. Birinci sinifə gedəndə çantam o 
qədər  ağır  idi  ki,  un  dəyirmanı  olan  yerin  yanında  daşın 
üzərində  oturub  ağlayırdım.  “Çantamı  aparın”-  deyərdim. 
Bir  gün  evə  gələndə  dedim  ki,  mənim  çantam  çox  ağırdır, 
məktəbə aparın da. Kim idi ki, mənim sözümə qulaq asan?! 
Anam kolxozda, sahədə çalışırdı, atam isə inşaatda. Vaxtları 
olmurdu  ki,  məni  məktəbə  aparsınlar.  Axır  ki,  məni  buna 
öyrəşdirdilər.  O  birinci  sinifdən  bu  günkü  günə  qədər  yük 
daşımağa  öyrəndim.  Məktəb  çantası,  tələbəlik  çantası  və 
Qarabağda  tibbi  çantam.  Bütün  bu  çantaların  mənim 
həyatımda  çox  önəmli  yeri  var.  Dürüstlüyü,  mərdliyi, 
cəsurluğu  atam  öyrətdi  mənə.  Uşaqlıqda  qışda  məktəbə 
getməyə  qorxardım.  Çünki  qonşu  itləri  üstümüzə  hücum 
edərdi. İtdən qorxardım. Bir gün yenə itlər hücum edəndə 
qaçdım, amma yıxıldım. Yerdə də 70 sm hündürlüyündə qar 
var  idi.  Qarları  yol  kənarına  yığmışdılar.  Həmin  qar 
topasının  üstünə  yıxıldım.  Ancaq  yenə  dəcəlliyimdən 
qalmırdım,  yenidən  itlərə  daş  atırdım.  Mənə  məktəb 
M


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
15 
 
uşaqları  bir  kəlmə  desəydilər,  hər  kəsi  döyərdim.  Gücüm 
çatmayana isə bir daş atardım. Bir gün atam məni danladı. 
Həmin gün mənə dediyi söz hələdə qulağımdadır. Döyülüb 
evə gəlmə! Döy, ağlat, gəl! Məktəbin bütün tədbirlərində bir 
pioner  və  komsomolçu  kimi  iştirak  edərdim.  Həmişə  fəxri 
fərmanlar və təşəkkürnamələr verilərdi. Bir gün riyaziyyat 
dərsində  variant  işlədiyimiz  zaman  müəllim  mənim 
qiymətimi  arxada  əyləşən  sinif  yoldaşıma  yazdığı  üçün 
Zaqatala  rayon  maarif  şöbəsinə  gedib  çıxmışdım.  Orda 
işləyənlər  inanmadılar.  Yol  tanımayan  bir  qız  uşağı  gəlib 
maarifə şikayət etməyə. Və bununla hər kəsə sübut olundu 
ki,  bu  balaca  qız  uşağı  hər  zaman  haqqın  tərəfini  tutacaq. 
 
Atam  məni  oğul  deyə  çağırardı.  Oğul  kimi  də 
böyütdü məni. O zaman kəndimizdə tütün və barama qurdu 
yetişdirərdik.  Tut  şələsini  meşədən  evə  qədər  belimdə 
gətirərdim.  Mən  hər  zaman  atama  dəstək  olardım. 
Qardaşım  xarici  dövlətdə  xidmət  etdiyinə  görə  atama  hər 
zaman  bir  igid  oğul  kimi  dəstək  olardı.  Kəndimizin  bəzi 
qızları  hər  zaman  bizə  toplaşardılar.  Tütün  düzərdik, 
söhbətləşərdik,  səhərin  açıldığını  belə  bilməzdik.  Heyif  o 
günlərimə.  Bugünkü  bir  günüm  o  günlərimə  çatmaz. 
Uşaqlıq  illərimi  hər  bir  uşaq  kimi  keçirə  bilmədim. 
Dəcəlliyim  ilə  çox  fərqlilik  qazandım.  Nəhayət  məktəbi 
bitirdim.  Arzum  oxumaq,  təhsil  alıb  millətimə,  xalqıma 
xidmət  etmək  idi.  Nə  biləydim  ki,  qara  buludlar  canımdan 
çox  sevdiyim  Vətənimin  başı  üzərinə  gələcək.  Tələbəliyim 
gəlib  meydan  hərəkatı  dövrünə  düşdü.  Burada  da  sakit 
olmadım.  Aclıq  elan  etdiyim  günlərim  başladı.  Təhsil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə