21
onun özünə göndərərəm. O, qonşuluqda olan Kəndxord
kəndindəndir.
- Qasım baba, onun haradan olduğunu yaxşı bilirəm. –
deyə Nazim təmkinlə dilləndi. - Ona görə ki, mən poçt
vasitəsi ilə yazdığım şeiri ona göndərmişəm.
Onlar nə qədər söhbət etsələr də, buradan uzaqlaşmaq
üçün lazım olan avtomaşın hələ də yolda görünmürdü.
Həmişə səbrli olan Nazim bu dəfə nigaran olduğunu açıq-
aydın büruzə verdi. Hətta o, tab gətirməyib Əvəzdən saatın
neçə olduğunu soruşdu.
- Üçə iyirmi dəqiqə qalıbdır. – deyə Əvəz tələsik halda
cavab verdi və üzünü ona tərəf tutub gülə-gülə soruşdu. –
Nə olub, səbirsizlikdə bizdən uzaqlaşmaq istəyirsən?
- Xeyr! – deyə asudə vaxtlarında poeziya ilə məşğul olan
Nazim utancaq halda dilləndi. – İstəmirəm ki, Bakıya gecə
vaxtı çatım. Geçəyə düşsəm, iri şəhərin küçələrində gicələk
qalacağam.
- Nazim, sən özünü elə nigaran aparırsan ki, sanki bu
gün noyabrın 20-də iş yerində olmalısan? – deyə İsgəndər
narazı halda dilləndi. – Ayın 21-nə hələ bir gün qalıbdır.
Sən isə sabah işdə olmalısan.
Elə gənc şair sözünü bitirmişdi ki, birdən helikopter
uçan tərəfdə parlaq bir şüa yarandı və 5-6 saniyədən sonra
22
həmin istiqamətdən bərk partlayış səsi eşidildi. Bir neçə
saniyə keçən kimi ikinci partlayış səsi əmələ gəldi.
- İsgəndər müəllim, yanılmıramsa, Qarakənd kəndinin
yaxınlığında helikopter partladı. – deyə həmin istiqamətə
nəzər salan və orada nəyisə görməyə cəhd edən Əvəz
həyəcanla dilləndi.
- Mənə də elə gəlir, ermənilər hansısa bir helikopteri
vurdular. – deyə yaşlı ziyalı partlayış səsi gələn tərəfə
nəzərlərini yönəldərək tərəddüdlə dilləndi və dərhal üzünü
Nazimə tutub hökmlə sözünə davam etdi. – Oğlum Nazim,
sən bu gün Bakıya gedəsi olmadın. Bu ərazidə nəsə, dəhşət-
li hadisə baş verdi. Ola bilsin yollar, nəzarətə götürülsün.
- Elədirsə, hamınız burada qalası olacaqsınız. – deyə
Qasım baba nigarançılıqla dilləndi. – Əbəs yerə başınız
ağramasın deyə, gecəni bizdə qalın, səhər tezdən isə yola
düşərsiniz. Tez olun, evə qayıdaq. Burada qalmaq heç də
təhlükəsiz deyil.
- Mən təcili Bakıda olmalıyam. – deyə Əvəz narahat
halda dilləndi. – Orada Allahverdi müəllimin həyat yoldaşı
xəstəxanada yatır və onun müəalicəsi ilə mən məşğulam.
- Allahverdi Bağırov Qarabağda çox hörmətli adam
sayılır, lakin bir günə görə sən öz həyatını risqə qoya bil-
mərsən. - Qasım baba təşvişlə dilləndi. - İndi isə evə
gedirik.
23
II fəsil. Azərbaycanlıların qonşularına
göstərdikləri qayğı və nəvazişləri
Həqiqətən də Ağdamın Mərzili kəndi ərazisində erməni
həbiləşdirilmiş dəstələri və rus muzdluları raket qurğusu
ilə, saat 14:42-də Xocavənd rayonunun Qarakənd kəndi
üzərində 300 metr yüksəklikdə uçan Mİ-8 N72 helikop-
terini vurmuşdular.
Azərbaycanın dövlət və hökumət
rəhbərlərinin, jurnalistlərin və hərbçilərin uçduğu helikop-
ter erməni terrorunun qurbanı oldular. Dövlət katibi Tofiq
İsmayılov, Baş prokuror İsmət Qayıbov, Daxili İşlər naziri
Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfü Hacıyev,
nazir müavini Qurban Namazəliyev, nazir müavini Vaqif
Cəfərov, xalq deputatı Vəli Məmmədov, Prezident aparatı-
nın şöbə müdiri Osman Mirzəyev, jurnalist Alı Mustafayev,
operatorlar Fəxrəddin Şahbazov və Arif Hüseynzadə xalqın
haqqı, ədaləti və nicatı uğrunda canlarından keçdilər. Lakin
rəhbərliyin biganəliyi ucbatından onların qanı yerdə qaldı.
Bundan əlavə həmin missiya zamanı DQMV-nin prokuroru
İqor Plavski, DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
Vladimir Kovalyov, Dağlıq
Qarabağ üzrə milli təhlükəsiz-
lik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət
rayonunun komendantı Nikolay Jinkin, Qazaxstanın DİN-
nin müavini Sanlal Serikov, milis general-mayoru Mixail
24
Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, helikopter
heyətinin komandiri və üzvləri Vyaçeslav Kotov, Gennadi
Domov və Dmitri Yarovenko həmin terror aktının qurbanı
olmuşdular.
Qanlı faciəni və beynəlxalq miqyaslı sui-qəsdi törədən
ermənilər demək olar ki, məsuliyyətə cəlb olunmadılar.
Cinayətin açılmasında maraqlı olmayan Rusiya höküməti
istintaq qrupunu iflic etdi. Bu ondan xəbər verirdi ki,
helikopterin partladılmasında erməni yaraqlıları ilə birlikdə
Rusiya məxfi orqanlarının əli olubdur.
Xocavəndin Qaradağlı kəndində yaşayan camaat da
gərginlik altında yaşayırdı. Ona görə ki, hər gün müxtəlif
yerlərdə, xüsusən də bu kəndə yaxın yerlərdə baş verən
terror aktları, dinc əhalinin quldurlar tərəfindən öldürülməsi
xəbəri ildırım surətilə gəlib çatırdı. Yuxarıda qeyd edildiyi
kimi əksəriyyəti azərbaycanlılar olan bu kənddə bir çox
erməni ailəsi də yaşayırdı. Bu səbəbdən kənddə rus
hərbçilərindən ibarət komendatura yaradılmışdı ki, erməni-
lərlə azərbaycanlılar arasında münaqişə baş verməsin.
Lakin buna baxmayaraq ermənilərdən çox azərbaycanlılar
təhlükə altında idilər. Ona görə ki, bütün ətraf bir neçə
cərgədə yerləşmiş erməni kəndləri ilə əhatə olunmuş və
ekstremistlərlə, terrorçuların çox hissəsi məhz həmin
kəndlərdə məskunlaşmışdı.
Dostları ilə paylaş: |