13
I fəsil. Tutqun havada helikopterin
vurulması
Öz gözəlliyi ilə bir çox turistləri cəlb edən Qarabağ ilin
üç fəslində həddindən artıq gözəl görünürdü. Boynuna topa
ağ buludlardan şərf düzəltmiş çılpaq qayalardan başqa
bütün ətraf yaşıllığa qərq olmuşdu və soyuqların düşməsinə
baxmayaraq, ağaclar hələ də öz möhtəşəmliyini qoruyub
saxlayırdı. Bülbüllərin xoş nəğməsi, dağlardan daşan
çayların şırıltısı, yüksəkliklərdən sallanan rəngarəng
bitkilər, şəffaf sulu bulaqların qayalar arasında cığır
yaratması burada olan hər bir insanı valeh edirdi. Sıldırım
qayalar üzərində salınan bir çox yaşayış məntəqələri
Allahın bəxş etdiyi təbiət ilə açıq havada gözəl harmoniya
yaratmışdı. Lakin Yaxın Şərqdən və Ermənistandan “qara
qarğalar” kimi bu əraziyə doluşan, beynəlxalq terror
təşkilatlarının fəal üzvləri olan saqqallı ermənilər, özləri ilə
faciə, ölüm, təlafat, təlatüm, xarabalıq adlı fəsadları
gətirmişdilər. Həmin quldurlar Qarabağda yerləşən strateji
əhəmiyyətli azərbaycanlıların məskunlaşdığı kəndləri ələ
keçirmək üçün bütün mümkün olan variantlardan istifadə
edirdilər. Belə yaşayış məntəqələrdən biri Xocavənd
rayonunun Qaradağlı kəndi idi.
Başqa kəndlərə nisbətən burada azərbaycanlılarla yanaşı
xeyli sayda ermənilər də yaşayırdı. Digər kəndlərdə olduğu
14
kimi, buradakı əhali də baxmayaraq ki, müxtəlif dinlərin və
mədəniyyətlərin nümayəndələri idi bir-birilərinə xoş
manasibət bəsləyirdilər. Yorğan-döşək sırımaq, xalça
toxumaq, ağartı məhsulları hazırlamaq lazım gəldikdə
ermənilər azərbaycanlılara, ev təmirini həyata keçirmək
üçün azərbaycanlılar ermənilərə müraciət edirdillər. Bir
sözlə, onların demək olar ki, hər bir əlçatmaz işi br-
birilərindən keçirdi.
1991-ci ilin payız fəslinin ortası idi. Bəzi yerlərdə hava
tutqun idi, bəzi yerlərdə isə çiskin yağış yağırdı. Qaradağlı
kəndinin ən yaşlı sakinlərindən biri cılız bədənli, saçı
tökülmüş 81 yaşlı Qasım baba Ağdamın Əlimədətli
kəndindən qonaq gələn oğlu Əvəzin dostlarını Bakıya
ötürmək üçün yola çıxmışdı. Qonaqpərvərliyini nümayiş
etdirən Qasım baba istəmirdi ki, evinə gələn qonaqları
yalnız Əvəz ötürsün. Onlar Xankəndi-Xocavənd avtomobil
yoluna çıxıb, milis maşını ilə müşayiət olunan avtomobil
gözləməyə başladılar. Günortadan iki saat keçsə də
münasib minik maşını hələ də görünmürdü. Yalnız arabir
rus hərbçiləri ilə dolu olan yük maşını və milis “UAZ”-ları
həmin yoldan keçirdi.
Qaradağlı kəndi hər tərəfdən 20-yə yaxın erməni yaşayış
məntəqələri ilə əhatə olunmasına baxmayaraq dörd il
müddətində düşmənlə təkbaşına mübarizə aparır, onlara
15
layiqli müqavimət göstərirdi.
Bütövlükdə 20-yə yaxın
erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi
Xankəndi
ilə Xocavənd şəhərini birləşdirən magistral yolun üzərində,
strateji əhəmiyyətə malik ərazidə yerləşirdi. Bu da erməni-
lərin gələcək hərbi planlarını əsaslı şəkildə əngəlləyirdi.
Dörd il müddətində ermənilərin bu yoldan istifadə etmələri
ümumiyyətlə, mümkün olmadığından, onlar yüksək dağlıq
ərazilərdən keçən yeni yol çəkməyə məcbur olmuşdurlar.
1991-ci ilin oktyabr ayında Qaradağlının müdafiəçilərinə
kömək etmək məqsədilə, Eyvaz Hüseynovun rəhbərlik
etdiyi 9 nəfərdən ibarət olan dəstə, şimal-qərb hissədə
Kəndxord kəndi istiqamətində mövqe tutdu. Onlar kəndə
gələn kimi müdafiənin qurulması və möhkəmləndirilməsi
istiqamətində mühüm işlər gördülər.
Kənddə vəziyyət günbəgün ağırlaşırdı. Bir gün əvvəl
rayonunun Xocavənd kəndi ermənilər tərəfindən işğal
olunduqdan sonra Qaradağlı tamamilə mühasirə vəziyyə-
tinə düşdü. Artıq kəndlə əlaqə yalnız helikopterlər vasitə-
silə mümkün idi. Məhz bu səbəbdən kəndə gələn qonaqlar
tələsik şəkildə buradan uzaqlaşmağa can atırdılar. Bəxtləri
gətirsə, hər hansı bir minik maşını ilə, yox mümkün
olmasa, onda helikopter gözləməli olacaqlar.
Ağdam şəhəri ilə mütəmadi olaraq əlaqə saxlayan
İsgəndər dəqiq bilirdi ki, Qarabağda beynəlxalq müşahidə
16
qrupu tərəflər arasında araşdırma apardığından, ermənilərin
quldur dəstələri gizlənmiş və hər hansı bir nəqliyyat
vasitəsi təhlükəsiz şəkildə, bir mənzildən o biri mənzilə
kimi hərəkət etmək mümkün idi.
İsgəndər hündürboylu, şax qamətli, 65 yaşında enli sifət
bir ciddi baxışlı kişi idi. Onun kül rənginə dönmüş saçı qara
şlyapanın altında qalsa da, kənarlardan çıxan bəzi tüklər
soyuq küləyin təsirindən dalğalanırdı. Uzun müddət orta
kənd məktəbində pedaqoq kimi çalışan İsgəndər ətrafda baş
verən hər şeyə diqqət yetirməyi xoşlayırdı. Qaradağlı kəndi
dərədə yerləşdiyindən orada olan bir çox səslər yola kimi
gəlib çıxırdı. Sakinlərin hamısı başını aşağı salıb öz
problemləri ilə məşğul idilər.
Böyük Vətən müharibəsinin veteranı Qasım baba asudə
vaxtlarının əksəriyyətini şəxsi təsərrüfatına daxil olan
yüzdən çox qoyun sürüsü saxlayırdı. Bu dəfə qonaqları
ötürdüyündən həmin işi onun kiçik oğlu İlqar icra edirdi.
İlqar sürünü buradan bir neçə kilometr aralıya dağların
yamacına aparmışdı. Həmin istiqamətdən muğamat səsi
eşidilirdi. Maraqlı o idi ki, həmin mahnı canlı şəkildə
təbiətin qoynunda ifa edilirdi. Muğamat eşqi ilə yaşayan
pedaqoq nəzərlərini yanındakı adamlara yönəltsə də,
qulaqlarını həmin səmtə şəkləmişdi.
Dostları ilə paylaş: |